Yardımlıda doqquz ayın yekunları uğurlu olmuşdur

 

Dağlar diyarı Yardımlı indilər sürətli inkişaf dövrünü yaşayır. İlin üç rübünün yekunlarına həsr olunmuş yığıncaqda bu fikir konkret faktlarla təsdiqini tapmışdır.

İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki,  oktyabr ayının 7-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı ölkə iqtisadiyyatında vəziyyəti geniş şərh etmiş, qazanılmış uğurlar və ölkənin perspektivləri barədə ətraflı məlumat vermişdir.

Yardımlı da ümumölkə inkişaf sürəti ilə layiqincə ayaqlaşmışdır. 2013-cü ilin doqquz ayı ərzində rayonda  tikinti-abadlıq-quruculuq işləri və digər infrastruktur layihələri sürətlə həyata keçirilmişdir.

İlin ötən dövrü Yardımlı üçün bir daha onunla əlamətdar oldu ki,  sentyabrın 4-də ölkə Prezidenti cənab İlham Əliyev rayonumuza tarixi səfər etdi. Səfər zamanı YAP Yardımlı rayon təşkilatının inzibati binası,  Heydər Əliyev Mərkəzi və Parkı, Gənclər Parkı, Yardımlı-Deman-Arvana avtomobil yolu möhtərəm Prezidentimizin xeyir-duası ilə istifadəyə verildi. Gənclər parkında rayon ictimayyəti ilə görüş zamanı dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirmiş və yaxın gələcəkdə rayonda yeni infrastruktur layihələrinn həyata keçiriləcəyini bildirmişdir. Cənab Prezident tərəfindən 10 sentyabr 2013-cü ildə on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə isə Prezidentin Ehtiyat Fondundan daha 2 milyon manat vəsaitin ayrılması barədə sərəncamlar verilmişdir. Əhalimiz bütün bunları möhtərəm Prezidentimizin rayona göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirir.

Ötən müddətdə statistika idarəsinin inşa olunmuş inzibati binası istifadəyə verilmiş, mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun şəkildə yenidən qurulmuş və ətrafında yaşıllaşdırma işləri aparılmışdır. Şəhidlər Xiyabanı abidə kompleksi əsaslı təmir olunmuşdur. Polis şöbəsi üçün yeni inşa olunan inzibati binada tikinti işləri sürətlə icra olunur.

Hazırda rayonda yeni limonad, su, kompot və mürəbbə sexi tikilmişdirorada avadanlıqlar quraşdırılır. Müəssisənin istifadəyə verilməsi ilə əhalinin məşğulluğu artacaq.

Rayonda idmanın kompleks inkişafı məqsədilə möhtərəm Prezidentimiz müasir idman kompleksinin tikintisi üçün sərəncam vermiş və artıq tikintiyə başlanmışdır. Bundan əlavə, cüdo və güləş zalının  tikintisi üçün torpaq sahəsi ayrılmış, müvafiq sənədlər Gənclər və İdman Nazirliyinə göndərilmişdir.

Yardımlı şəhərinin, eləcə də digər yaşayış məntəqələrinin 24 saat içməli su ilə təmin olunması reallaşmaqdadır. Artıq şəhərə sukanalizasiya xətlərinin çəkilməsi davam etdirilir. İndiyə kimi 23 kilometr su və 10 kilometr kanalizasiya xətti çəkilmişdir.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə Yeni Yardımlı, Ərus, Sığnə  yarımstansiyalarında və onlardan  qidalanan xətlərdə təmir işləri aparılmışdır. Rayonda qazlaşdırma işi də sürətlə gedir. Bilnə, Bozayran, Qabaqdibi kəndlərinə, şəhərin Ünəç küçəsinə təbii qaz verilib ki, bununla da istehlakçıların sayı əhali sektoru üzrə 1835, qeyri-əhali sektoru üzrə 14-ə çatıb.

Yolların təmiri, yeni yolların və avtomobil körpülərinin tikintisi diqqətdədir. Daxili imkanlar və Nəqliyyat Nazirliyinin köməkliyi hesabına 3 kilometrlik Ostayir avtomobil yolu, uzunluğu 1 kilometr olan Əfçədulan və 2 kilometrlik  Hamarkənd-Abasabad yolu, uzunluğu 1,5 kilometr olan Dəlləkli yolu, Alçabulaq yolunun 1 kilometr hissəsi çınqıl örtüklə təmir olunmuş, Çayüzü kəndində mərkəzi yolun 1,2 kilometri asfaltlanmışdır. Bozayran-Bürzümbül kəndləri arasında suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam bərpa edilmiş  rahat gediş-gəliş təmin olunmuşdur. Rayonun Allar kəndi və Lerik rayonunun Bülüdül kəndi arasındakı 3 kilometrlik yol və Şovut-Telavar-Gölyeri-Bərcan-Şıxlar kəndlərini birləşdirən, uzunluğu 15 kilometr olan  avtomobil yolu ağır texnika ilə genişləndirilərək təmir edilmişdir. Ümumilikdə, rayonda son bir il altı ay ərzində 60 kilometr avtomobil yolu çınqıl örtüklə, 73 kilometr avtomobil yolu genişləndirilməklə təmir olunmuşdur.

Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yükgötürmə qabiliyyəti  30 ton olan Horavar körpüsü inşa olunaraq əhalinin istifadəsinə verilmişdir. Bu körpü  7 yaşayış məntəqəsi üzrə 6000-ə yaxın əhalinin istifadəsindədir. Urakəran kəndində Viləş çayı üzərində eni 6 metr,  uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilmişdir. Kəndin digər körpüsü təmir olunmuşdur. Teşkan kəndində isə yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilmişdir.

Doqquz ayda rayon üzrə 60 milyon manatlığadək  ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.  Adambaşına düşən məhsul istehsalı  2003-cü illə müqayisədə  10,4 dəfə artaraq  962  manat olmuşdur.

Rayonun 2013-cü ildə büdcəsi 13 milyon 82 min  manat müəyyən edilmişdir ki, bu da on il əvvəlkindən 5  dəfə artıqdır. Orta aylıq əməkhaqqı 269 manat olmuşdur. Rayon üzrə  bu müddətdə əsas kapitala yönəldilən investisiyaların  həcmi 14 milyon 981 min  manat olub ki, bu da 2003-cü illə müqayisədə 60,4 dəfə artıqdır.

Ötən müddətdə rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmişdir. 157  fiziki və 92 hüquqi şəxs qeydiyyatdan keçmişbununla da rayon üzrə analoji subyektlərin sayı 1545 olmuşdur.  Bu dövrdə  rayonda sahibkarlar tərəfindən istehsal olunan məhsul ümumi həcmin 97 faizini təşkil edir.

Son 10 ildə Yardımlı üzrə 4092 yeni yeri açılmışdır ki, bunun da 2935-i daimidir. Bu ilin doqquz ayında 249 yeni yeri yaradılmışdır.

Rayon üçün  ənənəvi  sayılan  məktəb tikintisi  sürətlə  davam  etdirilmişdir. Belə ki, 2009- 2010-cu illərdə 6, inişil 4, ötən il 4, bu il isə daha 2 məktəb binası tikilmiş və 1 uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.  Hazırda Ostayir, Zevin, Anzov, Zenqaran,  Solqard  Fındıqlı Qışlaq məktəblərində vəYolocaq uşaq bağçasında inşaat işləri davam etdirilir.

Maliyyə idarəsinin rəisi Malik Abışov, DSMF rayon şöbəsinin müdiri Adil Mahmudov, təhsil şöbəsinin müdiri Manaf Balaşov, mədəniyyət və turizm şöbəsinin  müdiri Ayaz Əliyev də çıxışlarında görülmüş işlər və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bildirdilər.

 

Əli ƏLİYEV

 

Xalq qəzeti.- 2013.- 27 oktyabr.- S. 6.