Balakənə gəlin, gözəlliyi görün...

 

Əziz oxucu, bilmirəm, sonuncu dəfə Balakəndə nə vaxt olmusan. Başdan-başa dəyişib. Yeni sosial obyektlər tikilib, küçələrə asfalt döşənib, parklar, bir sözlə, hər yan yeni görkəm alıb.

Bunu Balakənə son səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşən cənab Prezident çıxışında da dedi. Bildirdi ki, burada infrastruktur layihələri uğurla icra olunub.  Görürsünüzmü, ölkə başçısı görülən işlərə necə qiymət verib.

2013-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Şura yığıncağında bu barədə ətraflı söhbət getdi. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev hesabat dövründə balakənlilərin uğurlarından fərəhlə söhbət açdı. Bildirdi ki, taxıl sahələrindən 760 ton məhsul götürülüb. 22 min ton qarğıdalı, 21 min ton tərəvəz, 7 min ton kartof, 564 ton lobya, 10 min ton meyvə, 728 kiloqram barama istehsal olunub. Katex kəndində 48 hektar sahədə yeni intensiv meyvə bağları salınıb.   Bitkiçiliklə yanaşı, heyvandarlığın  inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Son 9 ayda rayonda 3659 ton ət, 13166 ton süd, 71 ton yun, 680,8 min ədəd yumurta istehsal olunub.

Hesabat dövründə  20 hektar meşə əkini aparılıb, 1,80 hektar sahədə tinglik salınıb. Şəhərin küçə parklarında gül kolu dekorativ ağaclar, H.Əliyev adına prospektdə yeni salınan seyrəngahda 5000 ədəd  həmişəyaşıl gül, 45 ədəd palma ağacı, 300 ədəd bəzək ağacı   çiçək şitilləri əkilib, yaşıllıqlara qulluq göstərilib.

Məruzəçi bildirdi ki, ötən il rayonda baş vermiş əhalini ən çox narahat edən məsələlərdən biri olan zəlzələnin nəticələrinin aradan qaldırılması diqqətdən kənarda qalmayıb.

Fövqəladə Hallar Nazirliyinin rayonda fəaliyyət göstərən müvafiq komissiyalarının rəyinə əsasən, qəzalı evlərdən 739-u sökülərək yenidən tikilib, 103 evin tikintisi nəzərdə tutulub. 1450 nəfərə kompensasiya ödənilib.

Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 300 yerlik Qarahacılı kənd tam orta, 80 yerlik Püştətala kənd ibtidai məktəbi Gərəkli kəndində 8 mənzilli yaşayış evi tikilərək istifadəyə verilib, Katex 1 saylı uşaq bağçasının tikintisi başa çatdırılıb.

2013-cü ildə Sarıbulaq, Qaysa, Şambul Şərif kənd körpələr evi-uşaq bağçasının tikintisinə dair müvafiq qərar qəbul edilib vəsait ayrılıb. Hazırda həmin uşaq bağçalarının tikintisinin layihələndirilməsi işləri aparılır.

80 yerlik Qaracabinə kənd ümumi orta, Hənifə, Qazma-2,  Qullar-2, Qazbinə, Şambul kənd tam orta məktəblərinin yeni binaları tikilərək şagirdlərin istifadəsinə verilib.

 Balakən-Qazma-Darvazbinə avtomobil yolunun, “Aqrolizinq” ASC-nin Balakən rayon Aqroservis filialının inzibati anbar binasının, Təhsil şöbəsinin inzibati, məcburi köçkünlər üçün  çoxmənzilli yaşayış binasının tikintiləri başa çatdırılıb, Heydər Əliyev  prospektində şəhər seyrəngahı salınaraq istifadəyə verilib. “Balakən-1” su-elektrik stansiyasının tikintisində son tamamlama abadlıq işləri aparılır.

Heydər Əliyev prospektinin Səttar Gözəlov küçəsinin abadlaşdırılması işləri yekunlaşıb, prospektin yol qovşaqları,   sahibkarlıq obyektlərinin fasad hissələri səkilər yenidən qurulub.

Şəhərin R.Səmədov küçəsində 525 kvadratmetr asfalt-beton səki quraşdırılıb,   S.Gözəlov, Füzuli, A. Məmmədov, Qafqaz, M.Hüseynzadə küçələri asfaltlanıb, digər küçələrdə asfalt örtüyünün cari təmiri işləri aparılıb. H. Əliyev prospektində Ə.Ansuxski küçəsində beşmərtəbəli yaşayış evləri aqlayla üzlənib, Ə. Ansuxski, R. Səmədov, Gənclik, S. Gözəlov, N.Nərimanov küçələrindəki çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilib. Ə. Ansuxski küçəsində yerləşən iki çoxmənzilli yaşayış binasının şəhər 2 saylı uşaq bağçasının istiliklə təchizatı məqsədilə yeni, müasir  qazanxananın tikintisi məhəllədaxili istilik sisteminin qurulması başa çatdırılıb, Heydər Əliyev prospektində daha bir  beşmərtəbəli yaşayış binasının istiliklə təchizatı məqsədilə yeni, müasir  qazanxananın tikintisinə başlanılıb.

Fikir verirsinizmi, qədər işlər görülüb. Hələ bu harasıdır?! Heç , heç bir sahə yaddan çıxmayıb. Gəlin baxaq. Hesabat dövründə təhsil, səhiyyə mədəniyyət müəssisələrində təmir işləri aparılıb. Salban kənd ibtidai, Poşbinə 2 saylı ümumi, Kortala kənd tam orta məktəbləri, uşaq yaradıcılq mərkəzi, mərkəzi kitabxana, şəhər kitabxanası, Qaysa kənd mədəniyyət evi, Hənifə, Qullar Sarıbulaq kənd həkim məntəqələri,  şəhər 2 saylı körpələr evi-uşaq bağçası təmir olunub.

Keçən dövr ərzində əhalinin sel sularından müdafiəsi sahəsində Mazımçayın Meşəşambul kəndinin ərazisindən keçən hissəsində 250 paqonmetr, Mazımçayın gömrük postunun ətrafındakı hissəsində 200 paqonmetr uzunluğunda daş beton bəndin tikintisi başa çatdırılıb. Şərif kəndinin sel sularından mühafizəsi üçün 481paqonmetr, Katexçayda 100 paqonmetr uzunluğunda daş-beton bənd tikilib. Balakənçayın Mahamalar kəndi ərazisindən keçən hissəsində 100 paqonmetr uzunluğunda daş-beton bəndin tikintisinə başlanılıb. Qabaqçöl qəbristanlığının müdafiəsi üçün 230 paqonmetr uzunluğunda qabion bəndin tikintisi isə davam etdirilir.

Bir sözlə, Balakən çay sisteminin daş-beton bəndlərində 485 kubmetr həcmində cari təmir, 315 min kubmetr həcmində çay məcralarının təmizlənməsi  işləri,  təsərrüfat əhəmiyyətli kanallarda 70 min kubmetr həcmində təmizləmə işləri aparılıb.

 Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində xeyli görülüb, şəhər su xətlərinin xeyli hissəsi dəyişdirilib, cari təmir işləri aparılıb. Rayonun Cederovtala, Sarıbulaq, Yeni Şərif, Xalatala, Roçəhməd Gərəkli kəndlərində  6 artezian quyusu qazılıb. Sarıbulaq kəndində 700 paqonmetr su xətti çəkilərək şəbəkə qurulub,  Xalatala kəndində isə 2500 metr məsafədə su xəttinin dəyişdirilməsinə başlanılıb.

Daha sonra İslam Rzayev qaz elektrik enerjisi sahəsində qazanılan uğurlardan danışdı. Problemləri qeyd etdi. Rayon səhiyyəsinin, təhsilinin maddi-texniki bazasının yaxşılaşdırıldığını bildirdi. Altı nəfər şagirdin qızıl medal almasını iftixar hissi ilə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. İcra hakimiyyətinin başçısı balakənli gənclərin idman sahəsində qazandığı uğurlara da toxundu. Mədəni-kütləvi tədbirlərin keçirilməsini xüsusi qiymətləndirdi.

Şura yığıncağında çıxış edən digər natiqlər bu uğurların qazanılmasında dövlət başçısı, Prezident İlham Əliyevin xüsusi qayğısının olduğunu qeyd etdilər. Bildirdilər ki, balakənlilər bu siyasəti həmişə dəstəkləyəcəklər. Necə ki, 9 oktyabrda məntəqələrə gəlib öz sözlərini dedilər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 27 oktyabr.- S. 7.