Bakı: gözəlləşən
diyar...
İndi hər kəs bu
şəhərin qənirsiz gözəlliyinə valeh olur. Bakı on il əvvəlki şəhər
deyil. Onun siması günbəgün
dəyişir, yeniləşir.
Bir il əvvəl
bu şəhərdə
olan xarici qonaqlar
etiraf edirlər ki, Bakı tanınmaz dərəcədə gözəlləşib.
Bakı ölkəmizdə gedən nəhəng quruculuq işlərinin ən bariz nümunəsidir. Haraya baxırsan, yenilik
var, köhnə məhəllələrin yerində
ucalan göydələnlər,
parklar və xiyabanlar, yeni yollar adamda qürur hissi doğurur. Hələ bu harasıdır...
Xarici turistlə söhbətimdə
dedi ki, mən on il əvvəl sizin bu şəhərdə olmuşam.
Bu, həmin Bakı deyil, Bakı Avropanın gözəl
şəhərlərini də
arxada qoyub. Bəli, Bakı doğrudan da,
arzularımızın şəhərinə çevrilib.
Hərdən Dağüstü
Parka çıxıb bu şəhərə tamaşa
edin. Möcüzələr görəcəksiniz,
Xəzərə qucaq
açan bu şəhərin
gözəlliyi sizi
məftun edəcək.
Elə bil hansısa rəssam əliylə çəkilmiş
bir tablodur. Onun rəngləri
də başqa bir aləmdir.
Bu yaxınlarda Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf
Nazirliyi “Bakı 2003-2013: hədəflər,
inkişaf, nəticələr”
adlı kitab-albomunu çapdan buraxmışdır. Kitab
ulu öndər
Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı ilə başlayır. Bu müdrik ifadə ulu
öndərin
necə uzaqgörən bir siyasi xadim olduğunu
bir daha təsdiq edir. Bəli, Azərbaycan həqiqətən dünyaya
günəş kimi doğdu, onun şəfəqləri indi dünyanın bütün qitələrinə
yayılmışdır. Cənab Prezident İlham Əliyevin kitaba daxil edilmiş bir kəlamı isə bu günümüzün
mənzərəsini aydın təsəvvür etmək
imkanı yaradır: “Bizim iqtisadi göstəricilərimiz
dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız
ən sürətlidir.
Təkcə son on ilin yekunlarına
baxmaq kifayətdir.
Azərbaycanda yaşanan
inkişaf dünyada
çox nadir hallarda müşahidə edilir-həm
siyasi, iqtisadi, həm energetika, mədəniyyət
sahələrində”. Budur, Azərbaycanın bugünkü reallığı.
Bakı
isə bu irəliləyişin
önündə addımlayır.
Onun hüdudları genişlənir, əhalisi
artır, dünyanın
ən gözəl şəhərləri
sırasında adı
çəkilir. Biri digərindən hündür
binalar, abad yollar, möhtəşəm
körpülər, insana
rahatlıq və zövq
bəxş edən parklar və xiyabanlar, yeni yaşayış kompleksləri,
dünyanın məşhur
mehmanxana brendləri paytaxtımızı meqapolisə çevirmişdir. Müasir
Bakının yeni rəmzləri meydana gəlmişdir.
Alov qüllələri,
Dövlət Bayrağı
Meydanı, “Crystal Hall”, Heydər
Əliyev Mərkəzi
və onlarla digər memarlıq inciləri bu şəhərin gözəlliyinə xüsusi bir çalar qatır. Bakı xarici turistlərin daha çox üz tutduğu şəhərlərdəndir.
Turistləri bu şəhərə cəlb
edən təkcə yeni yaradılan abidələr
deyil, daha çox bu xalqın milli-mənəvi
dəyərlərinə çevrilmış
tarixi abidələridir.
Qız Qalası, İçərişəhər Dövlət Tarixi- Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarixi-Memarlıq
Qoruğu, Qobustan Dövlət Tarixi-Memarlıq Qoruğu və Muzeyi, Qala Arxeoloji-Etnoqrafik
Muzey Kompleksi və neçə-neçə
muzeylər
bu şəhərə təşrif buyuranları həqiqətən
valeh edir.
Haqlı
olaraq Bakını
ölkənin mədəniyyət
paytaxtı adlandırırlar.
Bu şəhər həm də 2009-cu idə İslam mədəniyyətinin paytaxtı
elan olunmuşdu. Teatrların, konsert salonlarının,
kinoteatrların bu on ildə görkəmi tamamilə dəyişdirildi, onlar yenidən təmir olundular, yeni, müasir texnologiyalarla təmin edildilər. Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar
Teatrı, Milli Akademik Dram Teatrı, Rus Dram Teatrı, Opera və Balet Teatrı yenidən əsaslı təmir olunaraq tamaşaçıların istifadəsinə
verildi. Nizamı Kino Mərkəzi bu gün öz yeni görkəmi
ilə hamını heyran edir. Dövlət Film Fondunun yeni binası da kino sənətimizin inkişafına
ən qiymətli töhfədir. Son on ildə
paytaxtımızın rayonlarında 6 mədəniyyət
evi, 2 klub tikilib istifadəyə verilmiş, 18 mədəniyyət
evi və 3 klub isə əsaslı təmir olunmuşdur. Bakının
gözəlliyini artıran
həm də onun müasir dizaynla tikilmiş park və bağlarıdır. Bakıda
46 yeni mədəniyyət
və istirahət parkı salınmış, 84-ü isə əsaslı surətdə yenidən qurulmuşdur.
Müasir
təhsil ocaqları Bakıya xüsusi görkəm verir. Son on ildə Bakıda
məktəb tikintisi geniş vüsət almışdır. Bu illər
ərzində
paytaxtımızda 32800 şagird yerlik 46 yeni məktəb binası, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində 7300 şagird yerlik 12 məktəb binası tikilib istifadəyə verilmişdir.
Yeni universitet binaları tikilmiş, mövcud universitet binaları öz görkəmini tamamilə
dəyişmişdir. Bakını
gözəlləşdirən həm də onun müasir üslubda inşa edilən səhiyyə ocaqlarıdır. Son on ildə Bakıda 2592 çarpayılıq 15 xəstəxana,
19 poliklinika binaları
900 çarpayılıq 7 korpus
tikilib istifadəyə verilmiş,
8255 çarpayılıq 53 xəstəxana və 44 poliklinika binası əsaslı təmir olunmuşdur.
Paytaxtımız indi müasir
körpülər, yeraltı,
yerüstü
yol qovşaqları
və keçidlər
şəhəridir. Son on ildə şəhərimizin
sürətli inkişaf
dinamikasını təcəssüm
etdirən
25 yolötürücü,
35 yeraltı, 22 yerüstü piyada keçidi tikilib istifadəyə verilmişdir. 10 yeraltı
piyada keçidi əsaslı təmir olunmuşdur. Həmin dövrdə şəhərdə
və şəhərətrafı
qəsəbələrdə 300 kilometr yeni yollar inşa edilmiş, 1300 kilometrdən artıq yol isə əsaslı təmir edilmişdir. İndi şəhərimizin
bu böyük və mürəkkəb
infrastrukturunda nəqliyyatın hərəkəti yeni yaradılmış
intellektual mərkəzdən idarə olunur.
Hava limanı, dəmir yolu vağzalı, dəniz limanı və avtovağzal tarixi İpək yolunun üzərində
yerləşən Bakının əsas giriş qapılarıdır. İndi şəhərimizə
gələn qonaqlarda yenidən qurulmuş bu obyektlərin gözəlliyi
ilkin təəssürat
yaradır.
Bakı, doğrudan da gözəlliklər şəhəridir. Onun gələcəyi isə daha da gözəl və yaraşıqlı olacaq. Bugünkü inkişaf və tərəqqi bunu deməyə əsas verir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 27 oktyabr.- S. 8.