Zəngilanlılar
doğma yurda
qayıdış gününü səbirsizliklə
gözləyirlər
Füsunkar təbiətə, zəngin sərvətlərə malik bölgələrimizdən biri də iyirmi il bundan əvvəl işğal olunmuş Zəngilan rayonudur. 1993-cü ilin oktyabrın 29-da rayonu bütün istiqamətlərdən mühasirəyə alan Ermənistan silahlı qüvvələri ikinci Xocalı soyqırımı törətmək arzusunda idilər. Lakin rayon əhalisinin əksəriyyəti son anda Araz çayını keçərək qırğından xilas oldu. Çayı keçmək bəzilərinə hətta canları bahasına başa gəldi...
Zəngilana Qarabağın sonuncu qalası da deyirlər. Amma, əslində, Zəngilanı həm Qarabağa, həm də vaxtilə sovet hakimiyyəti illərində Ermənistana güzəşt edilmiş Zəngəzur mahalına aid etmək olar. Çünki həmin vaxt Qubadlı, Zəngilan, Laçın rayonları Zəngəzur qəzasının tərkib hissələri idi. Zəngəzurun böyük bir hissəsi- Mehri, Qafan, Qarakilsə (Sisian), Gorus və s. ermənilərə güzəşt edilərkən, Laçın, Qubadlı və Zəngilan Azərbaycanda qalmışdı. Rayonlarımızın ardıcıl işğalı və sıranın Zəngilana gəlib çatması, fikrimizcə, həm Qarabağın, həm də bizim qədim torpaqlarımız sayılan Zəngəzur mahalının yeganə “sağ qalmış” nişanəsinin də itirilməsi idi.
Zəngilan rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazın
cənub şərqində,
Arazın sol sahilində
yerləşir. Qərbdən
Ermənistan, cənubdan
isə İranla sərhəddir. Ərazisi 707 kvadratkilometr, əhalisi
37 min nəfərdir.
Zəngi yurdu
Zəngilan toponimini incələdikdə
maraqlı məqamlar üzə çıxır. Belə ki,
oğuz-türk boylarından
biri olan və tarixdə böyük dövlətlər
yaratmış zəngi
tayfalarının Azərbaycanla
bağlılığı heç kəsə sirr deyil. Adları əski mənbələrdə
“sanqi” şəklində
qeyd edilmiş zəngilər, əsasən,
Qərbi Azərbaycanda
İrəvan mahalı
ərazisində yaşamışlar.
Zəngibasar bölgəsi, Zəngi
çayı, Zəngilər
kəndi də bu soyun adını
yaşadan toponimlərdəndir.
Haqqında bəhs etdiyimiz
Zəngilan rayonunun adı da bu
qədim oğuz boyunun adından götürülmüş və
Zəngialan (Zəngilərin
aldığı yer) və Zəngilan şəklində müasir
dövrümüzə gəlib
çıxmışdır.
Zəngilan ərazisində xeyli qala və abidə
mövcuddur ki, bunların da tarixi qədim dövrlərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı qalalar, müşahidə məntəqələri,maddi-mədəniyyət
nümunələri, qədim
sikkələr və məişət qablarının
tapılması bunu sübut edir. Burada “Şəhri Şərifan”
və ya “Şəhri Xəlifan” adı ilə tanınan orta əsr şəhərinin
xarabalıqları aşkar
olunmuşdur. Bundan əlavə, Məmmədbəyli
kəndində yerləşən
eyniadlı türbə
də dövrümüzə
qədər gəlib çatmış abidələrdəndir.
Orta əsrlərdə
belə türbələr,
adətən, feodal əyanların və varlı
şəxslərin, eyni
zamanda tanınmış
şəxslərin qəbri
üzərində ucaldılırdı.
Həmin
türbənin girişi
üstündə olan
və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Kitabədə deyilir ki, bu türbə 704-cü ildə ramazan ayında (1305) Məhəmməd
əl-Xacənin qəbri
üstündə tikilmişdir.
Bundan əlavə, XIV əsrə
aid olan Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi,
Zəngilan məscidi və Bartaz qız qalası da bu yerlərin
qədim yaşayış
məntəqəsi olduğundan
xəbər verir.
Təbiətin füsunkar nümunəsi
Ölkəmizin səfalı yurdlarından
biri olan Zəngilan rayonu Araz çayı boyunca Kiçik Qafqaz dağlarının cənub tərəfində
yerləşir. Sıldırımlı qayaları, laləli
düzləri, meşələri
rayonun təbii gözəllikləri hesab
olunur.
Oxçu və Bərgüşad çayları arasında
olan Süsən dağı silsiləsi cənub-şərqə doğru
enərək Ağoyuq
düzünü əmələ
gətirir. Bura təbaşir çöküntülü
suxurlardan ibarətdir.
Oxçu çayının hər iki sahilində
Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ
silsiləsi yerləşir.
Bu silsilə getdikcə
alçalaraq Geyən
çölünü əmələ
gətirir. Rayonun ərazisində
dağlıq hissələrdə
sıx meşələr
yayılmışdır. 1800-2000 metr hündürlükdə
olan enliyarpaqlı meşələr getdikcə
enərək subalp və alp çəmənliklərinə
keçir. Rayonun ərazisi
müalicə əhəmiyyətli
bitkilərlə və
şəfalı bulaqlarla
zəngindir. Ərazidə
zəngin tikinti daşı, gil,
mərmər və s.
materiallar vardır.
Zəngilan rayonunda 107 hektar
sahəsi olan Bəsitçay Dövlət
Təbiət qoruğu,
2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafızə
olunan Araz palıdı meşəsi,
12864 hektar dövlət
meşə fondu,
1200-dək büllur sulu
təbii bulaqlar, 4 mənbədən ibarət
olan, tərkibi
“Yessentuki-4" suyuna uyğun
gələn ”Qotursu"
mineral bulaqları, Seyidlər
və Gəyəli kəndlərində turş
su mineral bulaqları vardır.
Rayonun ərazisi
coğrafi mövqeyinə,
iqlim və təbiətinə görə
digər bölgələrdən
fərqlənir. Bəsitçay hövzəsində
böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn
bu nadir çinarlıq
dünyada ikinci, Avropada birinci yeri tutur. Akademik Həsən Əliyevin təşəbbüsü
ilə nadir təbii meşəliyi qorumaq məqsədilə Azərbaycan
SSR Nazirlər Sovetinin
4 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay Dövlət
Qoruğu yaradılmışdır.
Bundan əlavə,
zəngin flora və faunaya malik Araz
çayı hövzəsi
Zəngilanın təbii
sərvətləri sırasında
özünəməxsus yer
tutur. Uzunluğu təqribən 50 kilometr olan qoruğun eni Araz çayının
axınına uyğun
olaraq 50 metrdən 250 metrə qədər dəyişir. Burada müxtəlif
ağaclar, çöl
heyvanları və quşları vardır.
Ərazinin əsas torpağı
gildir. Burada əsasən suya
tələbatı çox
olan ağaclar bitir.
İşğal
Ermənistanın ərazi iddiası ilə ölkəmizə qarşı apardığı
müharibə rayonlarımızın
bir-bir işğalı
ilə nəticələndi. Beləliklə, sıra hər tərəfdən mühasirə
vəziyyətinə düşmüş
Zəngilana çatdı.
Erməni
silahlı birləşmələri
əvvəlcə Qazançı,
Seyidlər, Dərəli,
Ağkənd, Pirveyis,
Günqışlaq kəndlərinə
daxil olaraq evlərə od
vurdular. Rayonda ilk olaraq bu kəndlər ermənilərin
işğalına məruz
qaldılar. Beləliklə, 1992-ci ilin sonunadək Zəngilanın 13 yaşayış
məntəqəsi, bir
çox strateji yüksəklikləri düşmənin
əlinə keçdi.
Bununla da rayonun işğalının
əsası qoyuldu.
Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən
təşkil olunmuş
özünümüdafiə dəstələri düşmənin
ağır texnika və çoxsaylı canlı qüvvəsinə
qarşı mərdliklə
vuruşurdular. Lakin qüvvələr qeyri-bərabər idi.
Ermənistan, demək olar
ki, bütün hərbi gücünü bu rayonun işğalına
sərf etmişdi.
Hərbi
təyyarələr belə
hücumda iştirak edir və rayonun
mərkəzini bombalayırdı.
Ciddi müqavimətə baxmayaraq,
vəziyyət daha da çətinləşirdi.
Çünki düşmən döyüşə əlavə
qüvvələr cəlb
edir, təzyiqi artırırdı. Dörd gün
ərzində əsasən
Mehri, Qafan, Gorus ərazilərindən
aramsız hücuma keçməklə qüvvələrimizi
bu istiqamətə cəlb edən düşmən beşinci
gün – oktyabrın
27-də səhər Cəbrayıl-Qubadlı
istiqamətindən cəbhəni
yardı.
Üç istiqamətdə hücuma
keçən ermənilər
rayonu mühasirəyə
aldılar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri
ələ keçirib,
Vejnəli və Ağbənd kəndlərini
işğal etdi.
Qafan istiqamətində hərəkət
edən daşnaklar Bürünlü, Şayıflı,
Göyəli kəndlərini
tutub rayon mərkəzinə
gedən yola çıxdılar. Qubadlının işğal edilmiş ərazilərindən hərəkət
edib Saldaş, Çərəli, Mollalı,
Qiyaslı, Ulaşlı,
Əbilcə, Qarakişi,
Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ
keçirdilər. Sığırt və Bartaz yüksəklikləri tutulduqdan
sonra Zəngilan faktiki olaraq işğal edildi.
Təxminən 34 min əhali İran
İslam Respublikasının sərhədinə
– Araz çayı kənarına toplaşmışdı. Araz çayını isə keçmək mümkün deyildi.
O zaman dövlət başçısı Heydər
Əliyevin birbaşa müdaxiləsindən sonra
İran hökuməti
ilə danışıqlar
aparıldı və Araz çayı üzərindəki bənddə
suyu bağladılar. Yalnız bundan sonra əhali
çayı keçib
İran vasitəsilə
Azərbaycanın müxtəlif
regionlarına pənah
gətirdi.
İndi zəngilanlılar paytaxt Bakı da daxil olmaqla,
respublikanın müxtəlif
bölgələrinə səpələnmiş
və məcburi köçkün həyatı
yaşamaqda davam edirlər.
Beləliklə, 1988-ci ildə başlayan və 1994-cü ilə qədər davam edən erməni təcavüzü və Ermənistanın Azərbaycana
qarşı elan olunmamış müharibəsi
nəticəsində 20 faiz
torpağımız işğal
edildi. Minlərlə soydaşımız şəhid oldu. Dövlətimizə milyardlarla manat
ziyan vuruldu. Regional infrastruktur tamamilə dağıdıldı.
Milyondan artıq soydaşımız
qaçqın və məcburi köçkünə
çevrildi. Bütün
bunlar yalnız bir şeyə görə edildi – sərsəm “Böyük
Ermənistan” xülyası
naminə. Doğrudur,
Ermənistanın Azərbaycan
torpaqlarını qeyd-şərtsiz
qaytarması barədə
BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi
olsa da, düşmən dövlət
bu günə qədər dünyanın
ən böyük təşkilatının münaqişəyə
dair bu rəylərini
faktiki olaraq nəzərə almır.
Bu, azmış kimi, işğal olunmuş ərazilərimizə,
o cümlədən, Zəngilan
rayonuna son vaxtlar birbaşa Ermənistanın
dəstəyi ilə Suriyadan və Ermənistanın digər
rayonlarından kütləvi
şəkildə erməni
əhalinin köçürülməsi
həyata keçirilmişdir.
Tarixi və hüquqi cəhətdən Azərbaycanın
ayrılmaz tərkib hissəsi olması heç bir mübahisə doğurmayan
Zəngilan və bütövlükdə digər
işğal olunmuş
ərazilərimiz bu gün erməni talançılığının və qəsbkarlığının
qurbanı olmuşdur.
Dünyanın böyük dövlətləri,
nüfuzlu təşkilatları
isə hələ də ermənilərin bu özbaşınalıqlarına
dözümlü yanaşmaqda
davam edirlər.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 29 oktyabr.-
S. 5.