“Türkiyə Cümhuriyyəti – 90” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir

 

Oktyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu elmi müəssisənin və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyəti - 90” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.

Konfransın plenar iclasında Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva tədbirin Türkiyə Respublikasının elan olunmasının 90 illiyi münasibətilə təşkil olunduğunu bildirmişdir. O, Türkiyə  Cümhuriyyətinin qurulmasından, böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə  bu dövlətin bütün sahələrdə uğurlarından danışmışdır. Azərbaycan-Türkiyə münasibətlərindən söhbət açan G. Baxşəliyeva ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır.

Konfransda Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç iki qardaş xalqın tarixində müstəsna xidmətləri olmuş görkəmli dövlət xadimləri -  Mustafa Kamal Atatürkünümummilli liderimiz Heydər Əliyevin  fəaliyyətlərindən danışmış və 90 illik şərəfli bir yol keçmiş Türkiyənin inkişafında, xalqının, dövlətinin tərəqqisində Atatürkün misilsiz xidmətlərini diqqətə çatdırmışdır.

Rektor, həmçinin konfransın təşkilinə görə AMEA-nın Şərqşünaslıq İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Meral Barlas, Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Sadeddin Topukçu, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Ənvər Özeren konfransın əhəmiyyətindən danışmış, Türkiyə Respublikasının qurulmasında azadlıq mübarizəsinə qalxmış xalqın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salmışlar. Çıxış edənlər, həmçinin iki qardaş dövlət arasında elm, təhsil sahələrində əlaqələrin uğurlu inkişafından və bütün sahələrdə əldə olunmuş birgə nailiyyətlərdən danışmış, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Konfransda Gövhər Baxşəliyeva “Türkiyə Cümhuriyyətinin elan edilməsi bəşər tarixinin ən önəmli hadisələrindən biri kimi” məruzəsində diqqətə çatdırmışdır ki, qurtuluş savaşından sonra o dövrün ağır siyasiiqtisadi şəraitində çox mürəkkəb beynəlxalq səviyyədə Türk Cümhuriyyətinin elan edilməsi XX əsrin ən əhəmiyyətli hadisələrindən biri olmuşdur. Böyük və möhtəşəm bir tarixə malik Osmanlı imperiyasının üzərində qurulmuş Türkiyə Cümhuriyyəti, sonralar bir çox ölkələr tərəfindən örnək olaraq göstərilmişdir. Bunun səbəbi bu dövlətin insanlığa qürur gətirən ideyaları təmsil etməsidir. Türk xalqı böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə bu yolda yenilmədən irəliləmiş, bir çox çətinliklərin öhdəsindən uğurla gəlmişdir. Türkiyə cəmiyyəti sosial və mədəni sahədə müasirliklə ayaqlaşaraq, milli-mənəvi dəyərlərini də qoruyub saxlaya bilmiş, dünya standartlarına uyğun bir təhsil sistemiqura bilmiş, elmtexnologiya sahəsində irəliləyişə nail olmuşdur. Üç qitə arasında coğrafi mövqeyi, Şərq ilə Qərb, İslam ilə xristian dünyası arasında oynadığı körpü rolu Türkiyəyə dünya dövlətləri arasında geostrateji cəhətdən böyük önəm qazandırmışdır.

Tədbirdə  professor Bilgehan PamukunMilli mücadilə və Türkiyə Cümhuriyyətinin quruluşu”, fəlsəfə üzrə fəlsəfə doktoru Esmiralda Həsənovanın “Müasir Türkiyədə atatürkçülüyün cümhuriyyətçilik prinsipləri haqqında” və digər mövzuda məruzələr dinlənilmişdir.

Konfrans işini “Fəlsəfə, tarixsosial-siyasi problemlər”, “Mədəni-mənəvi problemlər”, “İqtisadiyyatmövzusunda bölmə iclaslarında davam etdirmişdir.

 

Xalq qəzeti.- 2013.- 29 oktyabr.- S. 5.