Yeni bulvarın
ünvanı belədir: Bərdə şəhəri, Tərtər
sahili
...Sözün düzü, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin sözləri mənə şirin bir xəyal kimi göründü. O, rayonda görüləcək işlər, yeni layihələr haqqında söhbət açaraq Bərdədə, Tərtərin sahilində bulvar salınacağını dedi:
– Axı Tərtər çayında həmişə su olmur, – dedim. – Bulvar isə əsasən göl, dəniz kənarında, çay qırağında salınır...
İcra başçısının çöhrəsinə xoş bir təbəssüm yayıldı. Sonra da stolun üstündəki kağızların arasından iri bir vərəq tapıb qətiyyətlə:
– Bax, bu Bərdədə salınacaq bulvar kompleksinin layihəsidir, – dedi. – Görürsünüzmü, necə gözəl çıxıb. Bərdədə göl də olacaq, bulvar da...
Layihə, doğrudan da, gözəl idi: Tərtər çayı boyunca uzanan bulvar, bulvarın arxasında böyük göl, gölün ortasında tarixi abidə, yaşıllıq zolaqları, müasir işıqlandırma sistemi, oturacaqlar, fəvvarələr...
Nəcib niyyət, gözəl təşəbbüs idi. Ona görə də icra başçısına uğurlar arzuladım. Ancaq, qəlbimdə, nədənsə, bir nigarançılıq da qaldı. Bir tərəfdən, quru çaylaqda bulvar yaradılacağına, digər tərəfdən, bu işin belə qısa müddətdə başa gələcəyinə inamım az idi.
Bu söhbətdən bir neçə ay keçib. Səhhətimlə bağlı xaricdə olduğumdan Bərdəyə, demək olar ki, yolum düşmürdü. Bu günlərdə isə...
Tərtər körpüsünü keçəndə, istər-istəməz, həmin söhbəti xatırladım. Körpüdən sola dönən kimi maşını saxladıq. Ona görə yox ki, mənzil başına çatmışdıq. Ona görə ki, burada aparılan işlərlə daha yaxından tanış olmaq istəyirdik. Ona görə ki, gördüyümüz yeniliklərin, yaradılan gözəlliklərin yanından ötüb keçə bilmədik. Gördüklərimiz isə az qala nağıla bənzəyirdi...
Bir daha əmin oldum ki, görüləcək işlərin miqyası və vaxtı heç də həmişə önəmli deyil. Əsas odur ki, nəzərdə tutulmuş, qarşıya qoyulmuş işi görməyə səndə təpər və qeyrət, bir də yanar ürək ola. Bax o zaman, doğrudan da, dağı dağ üstə qoymaq olar.
Bərdənin sosial-iqtisadi inkişafından və tikinti-quruculuq işlərindən bəhs edən bu yazını artıq başa çatmaqda olan bulvar kompleksindən başlamağımız heç də təsadüfi deyil. Bizcə, qısa müddət ərzində başa çatdırılmaqda olan və bu bölgədə analoqu olmayan Bərdə bulvarı son illər rayonda gedən dinamik inkişafın, əsaslı yüksəliş və quruculuq işlərinin gözəl bir simvoludur.
Rayon icra hakimiyyətindən aldığım arayış, bu arayışda əks olunan fakt, rəqəm və göstəricilər o qədər çox, görülüb başa çatdırılmış və hazırda da davam etdirilən işlərin miqyası o qədər geniş, aparılan təhlil və müqayisələr o qədər maraqlı idi ki, onları bir qəzet yazısına sığışdırmaq, sadəcə olaraq, qeyri-mümkündür. Ona görə də qərara aldım ki, ayrı-ayrı sahələr üzrə ən qısa xronikanı təqdim edim. Bizcə, burada təkcə ötən aylar ərzində əldə edilmiş böyük uğurlar, aparılan genişmiqyaslı tikinti-abadlıq işləri barədə daha aydın təəssürat əldə etmək mümkündür.
Tikdim ki, izim
qala...
Bərdəlilər qədim bayatının bu misrasını tez-tez təkrar edirlər. Bu, heç də təsadüfi deyil. Onlar yaxşı bilirlər ki, Bərdənin 70-80-ci illərdəki sürətli inkişafı, eləcə də ötən əsrin 90-cı illərinin ortalarından, xüsusilə son on ildəki, az qala, əsrə bərabər dinamik yüksəlişi xalqımızın böyük oğlu Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin adları ilə bilavasitə bağlıdır. İndi Bərdədə elə bir mühüm obyekt yoxdur ki, o ölkə rəhbərinin gündəlik diqqət və qayğısı ilə başa gəlməsin.
Yeri gəlmişkən, Həsənqaya kəndində tanış olduğum Məhərrəm Nərimanovun sözlərini xatırlayıram: “Əgər ulu öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin Bərdədə açılışında və təməlqoyma mərasimində iştirak etdikləri obyektləri çıxsaq, ortada 4-5 köhnə tikinti qalar”. Haqlı sözlərdir. Silinməz-pozulmaz işlər bu gün də davam etməkdədir. Təkcə cari ilin sentyabr ayının 10-da ölkə Prezidenti İlham Əliyevin Bərdəyə tarixi səfərini, Həsənqaya kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün salınmış şəhərciyin açılışında iştirakını xatırlamaq kifayətdir. Bərdəlilər bu gün də həmin səfərin, keçirilən görüş və söhbətlərin yaratdığı unudulmaz təəssürat altında yaşayıb-yaradırlar.
Yuxarıda dediklərimizə qüvvət olaraq bildirək ki, hazırda ölkə Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına ətraf ərazilərlə birlikdə 24 hektarda Heydər Əliyev parkı tikilir. Sabir, İ.Qayıbov, Nüşabə, A.Əhmədov küçələri isə tamamilə yenidən qurulmuşdur.
Heydər Əliyev parkında giriş qapısı tikilmiş, fəvvarələr, oturacaqlar, elektrik dirəkləri quraşdırılmışdır. Parkın ətrafı boyu divar hörülmüş, qranit və aqlayla üzlənmiş, 17 min kvadratmetr əraziyə tamet döşənmişdir. Parkın tikintisi üçün indiyə kimi 4560 maşın torpaq, 1180 maşın çınqıl, 560 maşın qum, 47 min ədəd mişar daşı, 106 ton sement və s. işlənmişdir. Hazırda tikinti işləri sürətlə davam etdirilir.
Ümumiyyətlə, 2013-cü ilin ötən dövründə 21 yeni obyekt tikilmiş, 36 obyekt yenidən qurulmuş, 15 obyektə gecə işıqlandırılması verilmiş, 11 müasir reklam quraşdırılmışdır.
Tikinti-abadlıq işləri kəndlərdə də sürətlə davam etdirilmişdir. Seyidyusifli kəndində Yusif ağanın hündürlüyü 22,75 metr, diametri 9 metr, müasir memarlıq üslubunda 8 guşəli məqbərəsi, ziyarətə gələnlər üçün bütün şəraiti olan bina tikilmişdir. Ziyarətgah kompleksi bütün lazımi avadanlıq və inventarlarla təchiz edilmişdir. Əhalinin ziyarətgaha rahat gedib-gəlmələri üçün 6,5 kilometr uzunluqda asfalt-beton örtüklü yol çəkilmişdir. Yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Cari ildə
tikilib:
Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsi; Seyidyusifli kəndində Yusif ağanın müasir memarlıq üslubunda məqbərə kompleksi; 6,5 kilometr kəndlərarası asfalt-beton yol; Mirzalıbəyli kəndində 220 və Qullar kəndində 180 şagird yerlik məktəblər; Mehdili kəndi ərazisində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri; Daxili İşlər Nazirliyinin daxili qoşunlarının 5 mərtəbəli korpusu; 9 kənddə 12 ədəd subartezian quyusu; 5 binanın yeni dam örtüyü.
Hazırda tikilir və bərpa edilir:
“Bərdə”
türbəsi; 1 saylı uşaq incəsənət məktəbi;
Rayon Təhsil şöbəsinin inzibati binası; Əmlak
Komitəsi rayon şöbəsinin inzibati binası;
Toxumçuluq Müfəttişliyinin və Aqrokimya
laboratoriyasının inzibati binası; Gənclər evi;
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 36 mənzilli bina; Tutumu 2 min
ton olan soyuducu ambar.
Oktyabr ayında başlanmış
tikintilər:
180
şagird yerlik Qazaxlar kənd tam orta məktəbi; 220
şagird yerlik Nazırlı kənd tam orta məktəbi; 260
şagird yerlik Türkmən kənd tam orta məktəbi; 380
şagird yerlik Bərdə şəhər 7 saylı əsas
məktəbi; Rayon elektrik şəbəkəsinin yenidən
qurulması;
Gələn il
başlanacaq tikintilər:
Rayonda
müvəqqəti məskunlaşmış məcburi
köçkünlər üçün 3100 ailəlik
yaşayış məhəlləsi; Əhalinin Sosial
Müdafiəsi Mərkəzi; Ədliyyə Nazirliyinin regional
şöbəsi; Rayon Polis Şöbəsinin inzibati
binası; Mədəniyyət Mərkəzi; Süni
örtüklü mini futbol meydançası.
Faktlar, rəqəmlər
Doqquz ay ərzində
rayonda 2616 yeni iş yerləri açılmışdır
ki, bunun da 1049-u daimidir. Həyata
keçirilmiş əsaslı tədbirlər nəticəsində
iqtisadiyyatın daha sürətli inkişafı təmin
edilmişdir. Məsələn, keçən ilin
müvafiq dövrünə nisbətən ümumi məhsul
buraxılışı 49,2 faiz, o cümlədən,
sənaye 11,3 faiz, kənd təsərrüfatı məhsulu
9,2 faiz, tikinti-quraşdırma işləri 3,1 dəfə və
s. artmışdır. Hər bir işçinin
orta aylıq əmək haqqı isə 240 manat olmuşdur.
Sahibkarlığın inkişafı
diqqət mərkəzindədir
Cari ilin
ötən ayları ərzində sahibkarlıq fəaliyyəti
ilə məşğul olanların sayı 2012-ci ilin
müvafiq dövrünə nisbətən 4,8
faiz artaraq 6485 nəfər təşkil etmişdir.
Rayonda
istehsal olunmuş sənaye məhsulunun 1,8
milyon manatı və ya ümumi məhsulun 26,1 faizi, kənd təsərrüfatı
məhsulu istehsalının, göstərilən nəqliyyat və
ticarət xidmətinin hamısı qeyri-dövlət sektorunun
payına düşür.
2013-cü
ilin doqquz ayında rayonda fəaliyyət göstərən
bank və kredit təşkilatları tərəfindən əhaliyə
26 milyon 512,9 min manat kredit verilmişdir.
Aqrar sahə
Mehdili kəndində
2000 başlıq ətlik və 1000 başlıq südlük
istiqamətli cins heyvandarlıq kompleksləri tikilmişdir;
Əmirli kəndində sahə baytarlıq mərkəzi
açılmışdır; Suvarma suyu ilə təminatı
yaxşılaşdırmaq üçün 12 ədəd
subartezian quyuları qazılmışdır; “Aqrolizinq” yolu ilə
rayona 926 baş cins mal-qara gətirilmişdir; Lək kəndində
2 min tonluq soyuducu anbar tikilir; 11 toxumçuluq təsərrüfatında
hər hektardan 47,3 sentner olmaqla 4793,5 ton yüksək taxıl
toxumu istehsal edilmişdir; Kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli şərtlərlə
2574 ton müxtəlif gübrələr verilmişdir; 19525 nəfər
istehsalçıya 2 milyon 21998,8 manat subsidiya ödənilmişdir.
Ötən illə müqayisədə əkinçilik
və heyvandarlıq məhsulları istehsalı xeyli
artmışdır.
Elektrik enerjisi
62 ədəd 10 kilovoltluq yeni beton dirəklər
basdırılmış, 220 metr SİP kabel çəkilmiş,
494 ədəd yeni sayğac
quraşdırılmışdır. Enerjidən qanunsuz
istifadə edilməsinin qarşısının
alınması üçün tədbirlər davam
etdirilmişdir. Qanunsuz istifadəyə görə 960
abonentə 362,9 min manat məbləğində
cərimə aktları tərtib edilmişdir.
Doqquz ay ərzində
satılan elektrik enerjisinin dəyərinin 89,7
faizi ödənilmişdir.
Təbii qaz
Müxtəlif
diametrli 241,7 kilometr kəmərlər
çəkilərək 17 kənddə 4246 abonentə təbii
qaz verilmişdir. Hazırda Qaradəmirçi kəndində
rayonun 43 kəndini təbii qazla təmin edəcək
Qazpaylayıcı Stansiya tikilir. Əyricə
və Kələntərli kəndlərinin
qazlaşdırılması başa çatmaq üzrədir.
Əhalinin və iqtisadiyyatın təbii qazla təmini
sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində
qeyri-qanuni istifadə hallarının, itkilərin
qarşısı alınmış, doqquz ay ərzində
istehlak edilmiş qazın dəyərinin 104 faizi ödənilmişdir.
Təhsil
Mirzalıbəyli kənd tam və Qullar kənd əsas
məktəbləri tikilib istifadəyə verilmişdir. Yerli büdcə hesabına
1 saylı orta məktəb, Qaradəmirçi və Yeni
Əyricə kənd tam orta məktəbləri əsaslı,
akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-lisey,
Şirvanlı, Xəsili, Mustafaağalı və Yeni Daşkənd
kənd tam orta məktəbləri cari təmir edilmişdir.
Buraxılış
imtahanlarında XI sinif üzrə akademik Zərifə
Əliyeva adına məktəb-lisey, şəhər 3, 4, 6 və
8 saylı, Xanqaraqoyunlu kənd tam orta məktəbləri, IX
sinif üzrə şəhər 7 saylı tam orta məktəb,
akademik Zərifə Əliyeva adına texniki təmayüllü
məktəb-lisey, Şirvanlı kənd tam orta, şəhər
3 saylı, Gərənə və Xanağalı kənd tam
orta məktəbləri fərqlənmişlər.
2013-cü
ildə ali məktəbə qəbul
üçün sənəd verən məzunların 313 nəfəri
tələbə adını qazanmışdır. 2012-ci ilə
nisbətən 2013-cü ildə ali məktəblərə
qəbul olanların sayı artmışdır. 500-dən
çox bal toplayan abituriyentlərin
sayı 57 nəfərə, 600-dən çox bal
toplayanların sayı 30 nəfərə
çatmışdır.
Mədəni xidmət
Son vaxtlar mədəniyyət müəssisələrinin
fəaliyyəti xeyli canlandırılmış, intizam və
tələbkarlıq artırılmış, sahənin maddi-texniki
bazası daha da möhkəmləndirilmişdir. Belə ki, 1
saylı uşaq musiqi məktəbinin tikintisi başa
çatdırılmış, “Bərdə” türbəsinin
bərpası davam etdirilmiş, Tərtər çayı
yatağında tarixi körpünün ətrafı
abadlaşdırılmışdır. Hazırda
seyrəngah və asma körpü tikilir. Qəza
vəziyyətində olan Mədəniyyət Sarayının
yerində Mədəniyyət Mərkəzinin inşası
üçün layihə-smeta sənədləri
hazırlanmışdır.
Doqquz ay ərzində rayonda 911 mədəni-kütləvi
tədbir keçirilmiş, bu tədbirlərdə 44 mindən
çox sakin iştirak etmişdir. Ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər
keçirilmiş, xalqımızın və dövlətimizin
tarixindəki əlamətdar günlər mədəniyyət
müəssisələrində geniş qeyd edilmişdir. İştirakçılara konsert proqramları, ədəbi-bədii
kompozisiyalar, biblioqrafik icmallar təqdim edilmiş, hərbçilər
qarşısında konsert proqramları təşkil
olunmuşdur.
Hazırda
Tarix Diyarşünaslıq Muzeyinin, 2 və 3 saylı,
Divanlı və Kolayır kənd uşaq musiqi məktəbləri
üçün yeni bina tikintisi, İbrahim məscidinin,
“Axsaban baba” və Şirvanlı hamamının bərpası,
kənd mədəniyyət evlərinin və
klublarının tikintisi və təmiri, mədəni-kütləvi
işin səviyyəsinin yüksəldilməsi
üçün ardıcıl tədbirlər
görülür.
İnsan amili, iş üslubu və
metodları
Göründüyü kimi, Bərdədə həyatın
axarı gurdur, inkişaf və yüksəliş dinamik
xarakter daşıyır. Əldə edilmiş
uğurlar, əlbəttə, öz-özünə əmələ
gəlməmişdir. Burada ilk növbədə
ölkə Prezidenti İlham Əliyevin respublikamızın
bütün bölgələrinə, o cümlədən Bərdəyə
göstərdiyi gündəlik diqqət və qayğı
xüsusi qeyd edilməlidir. Son on il ərzində
ölkə başçısının Bərdəyə
tarixi səfərlərini, imzaladığı sərəncamları,
verdiyi qiymətli məsləhət və tövsiyələri
xatırlamaq kifayətdir. Hərtərəfli
yüksəlişin, irəliləyiş və
inkişafın əsasında dayanan həlledici amil məhz
budur.
Digər
mühüm cəhət isə, sözsüz ki, Rayon İcra
Hakimiyyətinin, onun yerli strukturlarının məqsədyönlü
və qətiyyətli fəaliyyəti, daha çox elmi əsaslara
söykənən ardıcıl və operativ iş üslubu,
adamlarla işləmək, onları öz ardınca apara bilmək
qabiliyyətidir. İnsan amili, vətəndaşların
qəbulu, ərizə, şikayət və məktublara
vaxtında baxılması diqqət mərkəzindədir.
Məsələn, ötən müddət ərzində
müraciətlər 14,9 faiz
azalmışdır. Rayon icra hakimiyyəti
başçısının 25 yerdə səyyar qəbulu
keçirilmiş, bu qəbullarda əhalinin bütün
zümrələrinin iştirakı təmin edilmişdir.
Qəbullarda 7190 nəfər iştirak etmiş,
280 nəfərin müraciəti dinlənilmiş, onların
böyük əksəriyyəti yerindəcə həll
edilmişdir.
Rayonda sağlam mənəvi-psixoloji mühit,
işgüzar və mütəşəkkil ab-hava
mövcuddur. Qədim tarixə malik Bərdə indi öz
inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Şəhər son illər öz
simasını tanınmaz dərəcədə dəyişmiş
və bu proses bu gün də durmadan davam edir. Tarixi
ənənələri qoruyub saxlamaqla bərabər, daim
yenilik, müasirlik axtarışları görülən
işlərin əsas mahiyyətini təşkil edir.
İnkişaf və yüksəlişin sürəti və
miqyası belə deməyə tam əsas verir ki, Bərdənin
sabahı daha gözəl, abad və yaraşıqlı
olacaqdır. Bərdəlilər əldə edilmiş
bütün bu uğurlara görə ilk növbədə
ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını
bildirir, aparılan müdrik, qətiyyətli daxili və xarici
siyasət xəttini ürəkdən bəyəndiklərini,
müdafiə etdiklərini bildirirlər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 29 oktyabr.- S. 6.