Ölkə
kooperatorları növbəti qurultaya
toplaşdılar
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının - Azərittifaqın XXII qurultayı keçirilmişdir. Qurultay nümayəndələri əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər-çiçək dəstələri qoymuşlar.
Sonra Şəhidlər Xiyabanına gələrək Vətənimizin müstəqilliyi yolunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət etmişlər. Sonra Azərbaycan Kooperasiya Universitetinin iclas zalında qurultay öz işinə başlamışdır. Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur. Azərittifaqın idarə heyətinin sədri Eldar Quliyev Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının XXI qurultayından keçən dövr ərzində Azərittifaqın Şurası və İdarə Heyətinin işi barədə hesabat və kooperasiyanın qarşısında duran məsələlər haqqında məruzə ilə çıxış etmişdir. O, əvvəlcə son illər ərzində Azərbaycan iqtisadiyyatının sürətlə yüksəlməsindən, ölkəmizin daxili və xarici siyasətinin uğurlarından danışmışdır. Natiq bildirmişdir ki, 2003-2012-ci illər ərzində ümumi daxili məhsul istehsalının orta illik artımı 13, qeyri neft sektorunun artımı isə 10,6 faiz təşkil etmişdir. Bu müddətdə dövlət büdcəsi 19, strateji valyuta ehtiyatları 29 dəfə artmışdır. Əhalinin gəlirləri 6,19, dəfə orta əmək haqqı 6,3 dəfə, pensiyalar 6,4 dəfə yüksəlmiş, 1 milyondan artıq yeni iş yerləri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsindən danışan natiq ölkəmizin dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri—daimi üzvi seçilməsini, üstəlik, ötən illin may ayında təşkilatının iclaslarına sədrlik etməsini xüsusi vurğulamışdır.
Eldar Quliyev bildirmişdir ki, kooperatorlarımız ölkədə gedən proseslərdən kənarda qalmamış, iqtisadiyyatın inkişafına və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər. İstehlak mallarının satışı, iaşə xidməti və digər xidmətlər göstərilməsi, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı sahəsində kooperativ təşkilat və müəssisələri fəal iştirak etmişlər.
Azərittifaqın XXI
qurultayının, qurultaydan sonra keçirilən Şura
yığıncağlarının və Azərittifaqın
İdarə Heyətinin iclaslarında qəbul edilən qərarların
icrası istiqamətində həyata keçirilən təşkilati
işlər kooperasiyanın hər bir
üzvünə sərbəst fəaliyyət göstərmək imkanı vermişdir.
Məruzəçi bildirmişdir
ki, hesabatı əhatə edən
dövrdə kooperativ təşkilat və
müəssisələri tərəfindən 12 milyon 61 min 77 manatlıq istehlak malları satılmış, 2 milyon 810 min 724 manatlıq
iaşə xidməti göstərilmiş, 3 milyon
460 min 278 manatlıq kənd təsərrüfatı
məhsulları tədarük edilmiş,
1 milyon 47 min 846
manatlıq məhsul istehsal olunmuş, 12 milyon 907 min 189 manatlıq pullu xidmətlər
göstərilmişdir. Həmin dövrdə sistem üzrə debitor borcları 3 milyon 465 min
884 manat azaldılmışdır. Kooperativ təşkilat
və müəssisələrinin
fəaliyyətindən 473 min manat mənfəət əldə olunmuşdur.
Orta rentabellik pərakəndə ticarətdə
2,98 %, ictimai iaşədə 2,67 %, tədarükdə
0,77 % səviyyəsində olmuşdur. Sonra məruzəçi ticarət, ictimai iaşə və tədarük sahələrində
qazanılmış uğurlardan
danışmış, bəzi
nöqsanları qeyd etmişdir.
Daha sonra Azərittifaqın təftiş
komissiyasının sədri
Sədi Mehdiyev hesabat vermişdir. Hesabat qurultay
iştirakçıları tərəfindən müsbət
qiymətləndirilmişdir.
Məruzə ətrafında müzakirələrdə
çıxış etmiş
Naxçıvan Kooperatorlar
İttifaqı İdarə
Heyətinin sədri Yusif Qasımov, Sabirabad rayon Kooperativ Cəmiyyəti İdarə
Heyətinin sədri Qardaşxan Hacıyev, Tovuz rayon Kooperativ Cəmiyyəti İdarə
Heyətinin sədri Mücəməddin Axundov,
Qazax rayon Kooperativ Cəmiyyəti İdarə
Heyətinin sədri Dilşad Dilbazi, İmişli rayon Kooperativ
Cəmiyyəti İdarə
Heyətinin sədri Zakir Məmmədov, Saatlı rayon Kooperativ Cəmiyyəti İdarə
Heyətinin sədri Müzahət Sultanov çıxış edərək
hesabat dövründə
görülmüş işlərdən
və qarşıda duran vəzifələrdən
danışmışlar.
Tədbirin gedişində gündəlikdə
olan digər məsələlər müzakirə
edilmiş, Azərittifaq
Şurasının, Təftiş
Komissiyasının və
İdarə Heyətinin
yeni tərkibi seçilmişdir.
Eldar Quliyev yenidən Azərittifaq Şurasının prezidenti—İdarə
Heyətinin sədri seçilmişdir.
Qurultayda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının
prezidentliyinə namizədliyinin
irəli sürülməsi
barədə Yeni Azərbaycan Partiyasının
V qurultayının qərarının
dəstəklənməsi haqqında
qərar qəbul edilmişdir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 4.