Bu ilin bərəkətli payızı

 

Yaz-yay  aylarında  cəbhə  xəttində  yerləşən bölgələrin  qayğıları  birə-beş  qat  artır.  Səbəb  isə  çox  sadədir.  Məsələ  burasındadır ki,  ötən əsrin 70-ci illərində  min  hektarlarla  əkin  sahələrini suvarmaq üçün  nəzərdə tutulmuş  Tərtər    Xaçınçay  kimi  iri  su  anbarları  hələ də  düşmən  əlindədir.  İsti  yay günlərində  bu  anbarlardan bir  qram  da olsun su buraxılmır.

Deməli, yeganə  əlac qalır subartezian  quyularına.  Belə gərgin vəziyyətdə, əlbəttə,  yerlərdə  işin  operativ  təşkili, suvarma  suyunun  düzgün bölüşdürülməsi, ortaya  çıxan çətinlik və problemlərin  vaxtında  aradan  qaldırılıması  olduqca   vacibdir.

Ağdam Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi  Teyyub Nəcəfovla söhbətimiz də elə bu  barədədir. Daha  doğrusu, bilmək  istəyirdik ki,  subartezian  quyularının istismarı  idarəsi  böyük  bir rayonun  əkin  sahələrini suvarma suyu ilə  təmin  edə bilirmi? Bu sahədə  mövcud  imkan    ehtiyat  mənbələri  varmı?  Onu  da  deyim  ki,  Teyyub Nəcəfovu ilin bu çağlarında  idarədə,   otağında  tapmaq, demək olar ki,  mümkün  deyil.   Əslində,   onu  qınamaq da  olmaz.  Daim  yerlərdə  işin  üstündə,  adamlar arasında  olmaq  lazım gəlir.  Sualımız  da  elə bu  barədədir.

Başqa  cür  işləmək,  sadəcə olaraq, qeyri-mümkündürdedi. – Təsəvvür  edin,  kənd  adamı,  fermer,  sahibkar  ilboyu  min  bir əziyyətlə   məhsul əkib-becərir,  son nəticəni  gözləyir.  Nəticə  isə, həm də vaxtında    düzgün  aparılan  suvarma  tədbirlərindən  çox asılıdır. Bax,  belə bir gərgin   vəziyyətdə  kabinetdə  necə oturmaq olar?

Burada  başlıca  problem,  əlbəttə  ki,  su   qıtlığıdır.  Başqa  sözlə desək,  bütün  əkin  sahələrini  yalnız   bizim   idarənin  gücü ilə suvarmaq   mümkün  deyil.  Halbuki,  təkcə son  illər  bütün  cəbhə  bölgələrində,  o  cümlədən  Ağdamda  qazılan  subartezian  quyularının  sayı  əvvəlki  onilliklərlə  müqayisədə xeyli  çoxdur.  Burada  digər  vacib  bir məsələni də  xatırlatmaq  yerinə  düşərdi. Artezian  suları,  eyni zamanda,  kənd adamlarının  həyətlərinə, bağlarına  axıdılır.  Deməli,  quyular  mövcud   tələbatı ödəmək üçün,  az qala, bütün  sutkanı  işləməlidir.  Bu isə,  əlbəttə,    mümkün deyil.  Əlac  qalır  artezian  quyularının  gücündən  müəyyən   olunmuş  normalar    qaydalar  daxilində  düzgün  istifadə  etməyə.

Mən  yeri  gəlmişkən,  respublika  Meliorasiya    Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin   sədri  Əhməd  Əhmədzadəyə,  Ağdam  Rayon  İcra  Hakimiyyətminin  başçısı  Nizami  Sadıqova  bütün  kənd   əməkçiləri  adından  dərin  minnətdarlığımı bildirirəm.  İdarəmizin  maddi-texniki bazasının  daha da  möhkəmləndirilməsi,  müvafiq  maşın- mexanizm alınması,  ortaya  çıxan  çətinlik    problemlərin  vaxtında, operativ  həll olunması  üçün  vaxt  müraciət etmişiksə,  dərhal  öz  müsbət  həllini  tapıb.

Ümumiyyətlə,  Ağdam Subartezian  Quyularının  İstismarı  İdarəsi  rayonun  30158 hektar  əkin  sahəsinin suvarılması və əhalinin  su   təchizatı   üçün  752  ədəd  subartezian  quyusu, 3 ədəd  nasos  stansiyasının  istismarını  həyata keçirir.   Bu  məqsədlə  2013-cü  ilin  yanvar-avqust  ayları  ərzində   idarənin  balansında olan  subartezian quyuları    nasos stansiyalarının  fasiləsiz  işləmələri  təmin  edilmişdir.  Hazırda  idarəmizin  balansında olan  nasos  stansiyaları    subartezian  quyuları   saz  işlək  vəziyyətdə olmaqla, rayon  əhalisinin  su  təchizatına və əkin  sahələrinin  suvarma  suyuna olan  tələbatlarının  ödənilməsinə  xidmət edir.  Əhalinin  suya olan tələbatının  yaxşılaşdırılması  üçün təkcə son 5 ildə  80  ədəd  subartezian  quyusu  qazılmışdır.  Mövcud   subartezian  quyularının  366  ədədi  əhalinin su  təchizatına  olan  tələbatının ödənilməsinə  xidmət göstərməklə  qismən  əkin  sahələrinə  axıdılır.  Qalan  416  quyunun  imkanlarından  isə  pay   torpaqlarının  suvarılmasında istifadə  olunur.

Dövlət başçısı  bu yaxınlarda  ölkənin  bəzi  regionlarında  subartezian  quyularının  qazılması ilə  bağlı  sərəncam  imzalamışdır.   Həmin  sərəncamla  bizim  rayonun  suya daha çox  ehtiyac  duyulan  ərazilərində  8  subartezian  quyusunun  qazılması  nəzərdə  tutulmuşdur.  Artıq  işə  başlanmışdır.

Əkin  sahələrinin  bol  su   ilə təmin  edilməsində  xidmət  etdiyimiz  nasos  stansiyaların  da rolu böyükdür.  Uzunluğu  18  kilometrə yaxın  olan  Xındırıstan  nasos  stansiyası  saniyədə 800-1000 litr  su  vurur.  Stansiyanın  gücü  ilə  ildə 300  hektara  yaxın əkin  sahəsini  suvarmaq mümkündür.  Quzanlı-1 nasos  stansiyası   800 hektarı su  ilə təmin edir.  1978-ci  ildə  inşa  edilən  Quzanlı-2  nasos  stansiyası 1984-cü  ilə kimi   səmərəli  işləsə də  sonradan  fəaliyyətini  dayandırmış,  baxımsızlıqdan  yararsız  hala düşmüş,  sökülüb  dağılmışdı.  Həmin  stansiya  bu  il əsaslı  təmir edilib kənd  əməkçilərinin  istifadəsinə  verilmişdir.   8  kilometr   məsafəyə  su  ötürən  nasos  indi  1000 hektar  əkin  sahəsinə  xidmət edir.

2013-cü  ilin  8 ayı  ərzində  idarənin  balansında olan   subartezian  quyuları  nasos  stansiyalarının  işlədilməsi  üçün  58,124,666  kilovatsaat  elektrik enerjisi  sərf  edilmiş, muvafiq  olaraq 177,751,272  kubmetr  su  çıxarılmışdır.

2013-cü  ilin  ötən  ayları  ərzində   idarə  üzrə  subartezian  quyularına  48  ədəd  müxtəlif  markalı  təzə  nasos, 6  ədəd  transformator,  130  ədəd  müxtəlif elektrik avadanlıqları  s.  quraşdırılmışdır.  Subartezian  quyularında  210  ədəd  nasos, 32  ədəd  transformator  əsaslı təmir  olunmuşdur.

 

Müsahibim daha sonra bildirdi:

 

– Yuxarıda  da  qeyd  etdiyim kimi,   biz hər gün insanlarla üz-üzəyik, onların  qayğı    problemləri ilə yaxından  tanışıq.   Ona görə də çalışırıq ki, vətəndaşların  qəbulu,  onların  ərizə, şikayət    məktublarına  baxılması  dəqiq, operativ  surətdə  təşkil  edilsin. Bu  zaman  süründürməçilik     məsuliyyətsizlik  hallarına  yol verilməsin.  Təkcə  belə  bir faktı göstərmək  kifayətdir ki,  cari ilin  ötən  ayları   ərzində  ərazilərdən 880  nəfər  vətəndaş  qəbul edilmiş,  onların  təklif    tələblərinə  operativ olaraq  baxılmış,  müvafiq  tədbirlər  görülmüşdür.

Biz sözlə, əkin sahələrini fasiləsiz olaraq  bol  su ilə təmin  etmək üçün  bütün  qüvvəmizi  səfərbər  etmişik.   İdarəmizin  təmir  sexləri  ahəngdar  işləyir.  Qeyd  etməyə  dəyər ki,  cari  təmirə  dayanan  subartezian  quyularının  boş dayanması  bir  gündən  artıq  çəkmir.  Bu isə  şübhəsiz  ki,  gərgin  əməyin, ciddi intizam     məsuliyyətin  nəticəsidir.

Bu ilin   təbii  iqlim  şəraiti  kənd   təsərrüfatı  üçün  olduqca   əlverişsiz  keçir.  Həddən  artıq isti  ötən yay  ayları  əməkçiləri  ciddi  imtahan  qarşısında   qoymuşdur.  Bütün   bu  çətinliklərə  baxmayaraq, sahələrdən bol   taxıl,  üzüm, bostan-tərəvəz  məhsulları   götürülmüşdür.  Heyvandarlıq  məhsulları  istehsalı  da   artmışdır.  Hazırda  pambıq tarlalarında son  becərmə  işləri  sürətlə davam  etdirilir.

Belə  uğurlu  nəticələrdə biz  meliorasiya    su  təsərrüfatı   işçilərinin də öz  layiqli  payı  var.   Digər  tərəfdən,   bugünkü  Azərbaycan  kəndlərini beş il, on il  əvvəlki illə  müqayisə  etmək  olmaz. İndi  kəndlərimiz  heç  nə ilə şəhərdən  geri  qalmır.  Su,  qaz, elektrik  enerjisi  sarıdan  heç bir  çətinlik  yoxdur,  yüksək  infrastruktur  layihələri   uğurla  həyata keçirilir.  Bu inkişaf  və yüksəlişdə,  heç şübhəsiz ki,  kənd  adamının  özü  də dəyişir,  zənginləşir.  Bəli,  bu  gün   Azərbaycan  kəndi  öz  inkişafının  yeni  mərhələsinə  qədəm  qoymuşdur.  Sevinirik ki,  bu  tərəqqi və   yüksəlişdə  biz  iştirak  edirik.

 

Teyyub Nəcəfov söhbətimizin sonunda dedi:

 

– 2013-  il ölkəmiz    millətimiz  üçün  taleyüklü  bir  ildir.   Rayızda  keçiriləcək  prezident  seçkiləri, heç şübhəsiz, Azərbaycanımızın tarixində  böyük  siyasi  hadisə  kimi qalacaqdır.  Bu  isə hər bir  ölkə   vətəndaşından   prinsipial  mövqe,  düzgün    obyektiv  seçim,  yüksək  siyasi  fəallıq  tələb edir.  Daha doğrusu,   kollektivimizin  hər  bir  üzvü  artıq  öz  seçimini  etmişdir:  Azərbaycanımızı dünyada  layiqincə  təmsil  edə biləcək,   bugünkü  azad    firavan  həyatımızı  qoruyub saxlamağa, ərazi  bütövlüyümüzü  təmin  etməyə,  torpaqlarımızı  yağı  düşməndən  geri  almağa qadir olan    namizədə  səs verəcəyik.  Burada   ikinci  bir yol  yoxdur  ola da bilməz.

Əsası ulu öndər Heydər Əliyev  tərəfindən  qoyulan, ölkə  rəhbərliyi tərəfindən  uğurla  inkişaf  etdirilən  aqrar siyasət,  meliorasiya    su   təsərrüfatı  sahəsində   qəbul  edilən  qərar    sərəncamlar  qarşımızda  böyük     şərəfli  vəzifələr  qoyur.  Əminliklə  deyə bilərəm ki,  idarəmizin  kollektivi  bundan  sonra  da  nəzərdə tuvtulmuş  vəzifələrin  uğurla həyata keçirilməsinə,  ölkəmizdə  ərzaq bolluğu  yaradılmasına  öz  layiqli  töhfəsini verəcəkdir.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 7.