“Arpaçay” Su Elektrik Stansiyası
istifadəyə verilmişdir
Muxtar
respublikada elektroenergetika sisteminin inkişafı ilə
bağlı ardıcıl tədbirlər həyata
keçirilir, mövcud hidroenerji potensialından səmərəli
istifadə olunur, yeni elektrik stansiyaları tikilərək
istifadəyə verilir. Hazırda muxtar respublikada 6 elektrik
enerjisi istehsal edən müəssisə fəaliyyət
göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev
muxtar respublikanın enerji təhlükəsizliyinin təmin
olunması sahəsində görülən işləri
yüksək qiymətləndirərək demişdir: “Enerji təhlükəsizliyi
əsas məsələdir və bu gün bu,
Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə
bu sahədə əlavə tədbirlərin görülməsi
nəticəsində Naxçıvandan qonşu ölkələrə
daha da böyük həcmdə elektrik enerjisinin ixracı
mümkün olacaqdır”.
Bu
istiqamətdə həyata keçirilən tədbirlərin
davamı olaraq sentyabrın 9-da Şərur rayonunda inşa
olunan “Arpaçay” Su Elektrik Stansiyasının
açılışı olmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
açılış mərasimində iştirak etmişdir.
Tədbirdə
çıxış edən Naxçıvan Muxtar
Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru
Yasin Səfərov bildirmişdir ki, son 10 ildə muxtar
respublikada Heydər Əliyev Su Anbarı üzərində
gücü 4,5 meqavat olan Su Elektrik Stansiyası,
Naxçıvan Qaz Turbin Elektrik Stansiyası, Naxçıvan
Modul Elektrik Stansiyası və Biləv Su Elektrik Stansiyası
tikilərək istifadəyə verilmişdir. Bu gün isə
Şərur rayonunda “Arpaçay” Su Elektrik Stansiyası istifadəyə
verilir. Həyata keçirilən bu tədbirlər muxtar
respublikanın elektrik enerjisi ilə təminatında, enerji
ixracının daha da artırılmasında mühüm rol
oynayacaqdır. Yasin Səfərov muxtar respublikada
energetikanın inkişafına göstərilən
qayğıya görə kollektiv adından minnətdarlığını
bildirmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
“Arpaçay” Su Elektrik Stansiyasının istifadəyə
verilməsinin energetika sahəsində mühüm hadisə
olduğunu bildirmiş, bu münasibətlə energetikləri
və muxtar respublika sakinlərini təbrik edərək
demişdir: “Arpaçay” Su Elektrik Stansiyası Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” çərçivəsində
inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin
fevral ayında başlanılmış və qısa müddətdə
başa çatdırılmışdır. Yüksək
texniki tələblərə cavab verən və keyfiyyətlə
inşa olunan su elektrik stansiyası bu gün muxtar respublika
energetiklərinin istifadəsinə verilir.
Ali Məclisin
sədri demişdir: “Arpaçay” Su Elektrik stansiyasının
istifadəyə verilməsi muxtar respublikanın enerji təminatının
ödənilməsində mühüm rol oynamaqla
yanaşı, ixtisaslı energetiklərin formalaşmasına
da öz töhfəsini verəcəkdir. Burada
çalışanlar ixtisaslı kadr kimi yetişəcəklər.
Stansiyada il ərzində 60 milyon kilovatt/saat elektrik enerjisi
istehsal olunacaq, bu hesaba muxtar respublikanın enerjiyə olan tələbatının
15-17 faizi ödəniləcəkdir. Bu da muxtar respublika əhalisinin,
eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin
davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunmasında, enerji ixracının artırılmasında
mühüm rol oynayacaqdır.
Ali Məclisin
sədri muxtar respublikada su elektrik stansiyalarının
tikintisinin bundan sonra da davam etdiriləcəyini bildirərək
demişdir: Hazırda muxtar respublikada “Ordubad” və
“Arpaçay-2" su elektrik stansiyalarının tikintisi
aparılır. Bu stansiyalar istismara verildikdən sonra muxtar
respublikanın enerjiyə olan tələbatının əsas
hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir.
Bu da muxtar respublikanın energetika sisteminin imkanlarının
genişlənməsinə, ucuz elektrik enerjisi
istehsalının artırılmasına və vəsaitə qənaət
olunmasına imkan verəcəkdir. Əldə olunan vəsait
energetika sahəsinin maddi-texniki bazasının gücləndirilməsinə,
bu sahədə çalışanların rifah halının
yaxşılaşdırılmasına sərf ediləcəkdir.
Ali Məclisin
sədri demişdir: Hər bir ölkə üçün
elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya
ölkələrində ərzaq və enerji təhülkəsizliyi
üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi
təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və
davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq
və enerji təhlükəsizliyinin təmin olunması
istiqamətində ardıcıl tədbirlər
görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin
inkişafı diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və
iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı
şəkildə ödənilir. Artıq Naxçıvan
elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac
edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Ali Məclisin
sədri elektrik enerjisindən qənaətlə istifadənin
vacibliyinə diqqəti çəkərək demişdir:
Elektrik enerjisindən istifadə zamanı qənaət prinsipinə
əməl etmədən bu sahədə inkişafa nail olmaq
mümkün deyil. Ona görə də muxtar respublika energetikləri
bunu daim diqqət mərkəzində saxlamalı, enerjidən
istifadə zamanı israfçılığın
qarşısı alınmalıdır. Son illər həyata
keçirilən tədbirlər nəticəsində muxtar
respublikada enerji itkisi xeyli azaldılmışdır. Bu işlərin
bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur.
Məqsəd enerji itkisinin 3-4 faizə endirilməsinə nail
olmaqdan ibarətdir.
Ali Məclisin
sədri muxtar respublika energetiklərinin öz üzərlərində
işləyərək bilik və bacarıqlarını
artıracaqlarına, energetika sisteminin qorunmasına və bu
sahənin səmərəli işlədilməsinə
töhfələrini verəcəklərinə əminliyini
bildirmiş, stansiyanın tikintisində əməyi olanlara təşəkkür
etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat
verilmişdir ki, gücü 20,5 meqavat olan su elektrik
stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və
transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici
saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir.
Diametri 3,9 metr olan tunelin uzunluğu isə 1100 metrdir. Tuneldən
suyu turbinlərə ötürmək üçün 145 metr
uzunluğunda yüksək təzyiqli boru xətti çəkilmiş,
45 metr dərinliyi olan havaboşaldıcı inşa
edilmişdir. Stansiya binasında müasir iş otaqları və
idarəetmə mərkəzi yaradılmışdır.
Ali Məclisin
sədri stansiyanın idarəetmə mərkəzində
yaradılan şəraitlə tanış olmuş,
stansiyanı işə salmışdır.
Bildirilmişdir
ki, mərkəzdə su elektrik stansiyasının idarə
olunması üçün lazımi avadanlıqlar və
kompyuter dəstləri, eləcə də nəzarət-mühafizə
sistemləri quraşdırılmışdır. Bu da
stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa
imkan verir. Mərkəzdə elektrik enerjisinin istehsalı
zamanı baş verə biləcək nasazlıqların aradan
qaldırılması üçün də lazımi şərait
vardır. Stansiya binasında Avstriyanın “Andritz” şirkətinin
istehsalı olan 7,75 meqavat gücə malik 2 ədəd və
gücü 5 meqavat olan 1 ədəd Françesk tipli turbin
quraşdırılmış və onlara üfüqi şəkildə
bağlanmış müvafiq güclü generatorlar
qoşulmuşdur. Bütün emal prosesi
avtomatlaşdırılmış şəkildə həyata
keçirilir.
İstehsal
olunmuş elektrik enerjisini şəbəkəyə
ötürmək üçün 30 meqavoltamper gücə
malik transformator yarımstansiyası qurulmuş, 11 kilometr
uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri
çəkilmişdir.
“Arpaçay”
Su Elektrik Stansiyası mühüm infrastruktur layihəsi kimi
muxtar respublikanın enerji təhlükəsizliyinə öz
töhfəsini verəcəkdir. İqtisadi səmərəlilik
və enerji potensialının gücləndirilməsi
baxımından böyük əhəmiyyətə malik olan
stansiyanın istifadəyə verilməsi ilə muxtar
respublikanın elektrik enerjisinə olan tələbatının
60 faizi su elektrik stansiyaları hesabına ödəniləcəkdir.
Stansiya
ilə tanışlıqdan sonra energetiklərlə
görüşən Ali Məclisin sədri demişdir ki, bu
gün energetika iqtisadiyyatın aparıcı sahələrindən
biridir. Muxtar respblikamızda bu sahənin inkişafına
xüsusi diqqət yetirilir, yeni su elektrik stansiyaları tikilərək
istifadəyə verilir. Eyni zamanda istilik elektrik
stansiyalarının gücündən də səmərəli
istifadə olunur, günəş batareyaları ilə işləyən
elektrik stansiyalarının yaradılması üzərində
işlər aparılır. Bütün bunlar muxtar
respublikanın davamlı inkişafına, enerji təhlükəsizliyinin
təmin olunmasına, iqtisadiyyata investisiya qoyuluşunun
artırılmasına səbəb olmuşdur. Qeyd
olunmuşdur ki, energetika sahəsində ixtisaslı
kadrların hazırlanması vacib məsələdir.
Hazırda Naxçıvan Dövlət Universitetində bu sahə
üzrə müvafiq ixtisas açılmışdır.
Energetiklər yaradılan şəraitdən səmərəli
istifadə etməli, ixtisaslı mütəxəssis kimi
yetişməli, qurulanlar qorunmalı və onlardan səmərəli
istifadə edilməldir.
Su
elektrik stansiyasının ərazisində də geniş
abadlıq işləri aparılmış, müasir avtomobil
yolu çəkilmiş, işıqlandırma sistemi
quraşdırılmışdır.
Xalq qəzeti.- 2013.- 10 sentyabr.- S.
5.