Azərbaycan
dövlətinin gənclər siyasəti QHT-lər tərəfindən
böyük dəstək alır
Bu gün Azərbaycanın dünyanın həm iqtisadi, həm mədəni, həm də siyasi xəritəsində önəmli bir yeri var. Müstəqillik qazanandan bu yana əldə olunmuş nailiyyətlər, qazanılan uğurlar vətənimizin təkcə şöhrətini deyil, həm də onun bir dövlət və ölkə kimi beynəlxalq aləmdə yerini, vəzifəsini müəyyənləşdirmişdir, ona qüdrətli bir dövlət statusu qazandırmışdır.
Millətimizin imzası var artıq imzalar içində. Azərbaycanla artıq dünya
məkanında hesablaşır,
istər beynəlxalq qurumlarda, istərsə də dünyəvi ictimai-siyasi tədbirlərdə
onun səsini eşidir, siyasətini dəstəkləyirlər. Bu gün ölkəmiz təkcə nüfuzlu beynəlxalq tədbirlərə
qoşulmur, həm də bir çox
mədəni, iqtisadi və siyasi tədbirlərə ev sahibliyi edir. Mən bu tədbirlərin
hər birini ayrı-ayrılıqda sadalamaq
istəmirəm. Hesab edirəm
ki, bu barədə
xeyli mütəxəssis
sözləri, mütəxəssis
fikirləri deyilib, bundan sonra da
deyiləcəkdir. Ölkəmizə gələn ictimai-siyasi xadimlər, qonaqlar və turistlər Azərbaycanın son illərdə
əldə etdiyi misli görünməmiş
nailiyyətlərdən və
xalqımızın uğurlarından,
ölkəmizdə gedən
inkişafdan, iqtisadiyyatın
durmadan tərəqqi etməsindən söz açırlar. Biz dünyanın ən yaxşı ənənələrini
əxz etməklə yanaşı, həm də öz milli ənənələrimizi,
maddi-mədəni irsimizi
dünyanın diqqətinə
çatdırır, bir
millət və xalq kimi nailiyyətlərimizlə
haqlı olaraq öyünürük.
İnamla demək olar ki, bu gün
inkişafdan qalan nə şəhər və kəndimiz var, nə də
qəsəbəmiz. Min kilometrlərlə çəkilən,
dünya standartlarına
uyğun avtomobil yolları, ölkəmizi Avropa və Qərblə birləşdirən
neft, qaz kəmərləri və digər bu kimi
məsələləri saymaqla
qurtaran deyil. Bu bir faktdır ki, indi dünya
özünün iqtisadi
və maliyyə
böhranını yaşayır.
Respublikamızda həyata keçirilən
davamlı inkişaf strategiyası bizi nəinki bu iqtisadi böhrandan xilas etdi, əksinə,
dünyada bu iqtisadi böhran yaşana-yaşana biz misilsiz
bir inkişafa imza atdıq.
Azərbaycanda qeyri-hökumət təşkilatlarına
göstərilən diqqət
və qayğı, onlara edilən dövlət yardımları
bu qurumların səmərəli fəaliyyət
göstərməsinə geniş
üfüqlər açır. Artıq ölkəmizdə
ad-san çıxaran və
mən deyərdim ki, dünyada tanınan qeyri-hökumət
təşkilatlarımız vardır. Regionların İnkişafı İctimai Birliyi səkkiz ildən artıqdır ki, fəaliyyət göstərməkdədir.
Ölkə başçısı
tərəfindən bir-birinin
ardınca imzalanmış “Azərbaycan
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” ondan irəli gələn vəzifələrin icrasına
yardımçı olan
birliyimiz bu illər ərzində üç yüzə yaxın layihə həyata keçirmişdir.
Bunların sırasında ən
önəmli yeri təhsilə, tədrisə,
Azərbaycan gəncliyinin
mədəni, elmi səviyyəsinin durmadan yüksəlməsinə xidmət
edən neçə-neçə
layihələr həyata
keçirilmişdir. Ölkəmizdə
dövlətçiliyin möhkəmləndirilməsi
və bu istiqamətdə əldə
edilən uğurların
geniş ictimaiyyətə
çatdırılması, tariximizin, ədəbiyyatımızın,
milli-mədəni irsimizin
araşdırılması və
təbliği, təhsilin
inkişafı, elmi-pedaqoji
kadrların, yetişməkdə
olan gənc nəslin təlim, tədris və digər problemlərinin həllinə yardımçı
olmaq, onların dövlətçiliyimiz ətrafında
daha sıx birləşməsi məsələlərini
özünün başlıca
prioriteti hesab edən ictimai birliyimiz bu cür
layihələri bundan
sonra da genişləndirəcək, xalqımıza
və dövlətimizə
öz gücü və imkanları daxilində kömək göstərəcəkdir.
İnamla demək olar ki, Regionların İnkişafı İctimai
Birliyi ölkə başçısının söylədiyi
“İqtisadi potensialımızı
insan kapitalına çevirməliyik” tövsiyəsi
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirir və keçirməkdədir. Tərəfimizdən Şəmkir, Gədəbəy,
Qazax, Bakı şəhərinin Sabayıl
rayonunda olimpiada qalibləri olan məktəblilərə təqaüdlər
verilmişdir. Bir çox
rayonlarda səkkiz fənn üzrə “İlin ən yaxşı müəllimi”
müsabiqəsi keçirilib,
qaliblərə Regionların
İnkişafı İctimai
Birliyinin və müvafiq rayon icra hakimiyyətlərinin diplom
və hədiyyələri
verilib.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözləri bir ictimai birlik kimi bizə daha da şaxəli fəaliyyət göstərməyə imkan yaradır. Respublikanın ali məktəbləri ilə bir çox layihələr həyata keçiririk. Buna misal olaraq, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi tələbələri arasında ictimai birliyin elan etdiyi “İqtisadiyyat və vergi siyasəti” mövzusunu diqqətə çatdırmaq olar.
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə layihə əsasında Şəmkirdə “Ən yaxşı dayanacaq”, “Ən yaxşı küçə”, “Alman evinin ən yaxşı bərpası”, “Ən yaxşı bağ” müsabiqələri elan olunmuş, qalib memar tələbələrə pul mükafatları verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutu Regionların İnkişafı İctimai Birliyinin layihəsi kimi ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Yeni Azərbaycanın qurucusu” mövzusunda Şəmkir və Gədəbəy rayonlarında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş elmi-praktiki konfranslar keçirilmişdir. Konfransda AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, tanınmış tarixçi alimlər və yerli ziyalılar məruzələrlə çıxış etmişlər.
Azərbaycanda gəncliyin inkişafı daim diqqət mərkəzində saxlanılıb. Son 10 ildə dövlət gənclər siyasəti sahəsinə ayrılmış büdcə 100 dəfə artmışdır. Gənclər təşkilatlarının sayı 5 dəfə artaraq 51-dən 250-yə çatmışdır. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların layihələrinə ayrılmış maliyyə vəsaitləri 38 dəfəyədək artmışdır.
İşlərimiz çoxdur, layihələrimiz bir-birindən maraqlı və cəzbedicidir. Mən buraya Bakıxanov adına Azərbaycan Tarix İnstitutu ilə birgə layihəmiz olan “İrəvan xanlığı” kitabının da üç dildə nəşrini əlavə etmək istərdim. Məlum olduğu kimi, bu kitab Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Eyni zamanda, cümhuriyyət sənədlərinin İngiltərə arxivlərində saxlanılan nüsxələrinin ölkəmizdə kitab şəklində nəşr olunması da uğurlarımızdan biri sayıla bilər.
Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır. Artıq ölkəmiz dünaynın inkişaf etmiş dövlətləri sırasına qoşulur. Son on ildə respublikamızda beynəlxalq standartlara uyğun yeni müəssisələr hesabına 1 milyon 200 mindən çox iş yerləri yaradılmışdır. Bu uğurlarda qeyri-hökümət təşkilatlarının da töhfəsi vardır. Biz dövlətdən mütəmadi dəstək aldıqca ölkəmizin daha da inkişaf etməsi yolunda səyimizi əsirgəmirik. Hər yerdə inkişaf, quruculuq abadlıq vardır. Artıq bu meyarlar o qədər güclüdür ki, indi regionlarda da özünü büruzə verir.
Göründüyü kimi, qeyri-hökumət təşkilatlarının və onların fəaliyyətlərinin düzgün və səmərəli qurulması ölkəmizdə gedən davamlı inkişafa özünün müəyyən töhfələrini verir. Əlbəttə, burada Azərbaycan dövlətinin və onun rəhbərliyinin qeyri-hökumət təşkilatlarına göstərdiyi diqqət və qayğı da mühüm rol oynayır. Biz Azərbaycanın çiçəkli gələcəyinə, bugününə və sabahına öz töhfələrimizi verməklə, gördüyümüz işlərdən fəxr və qürur duyuruq.
Seymur QULİYEV,
Regionların
İnkişafı İctimai Birliyinin sədri
Xalq qəzeti.- 2013.- 14 sentyabr.- S.
9.