Salam, Yeni Ağdaş!

 

Təsadüfdənmi, işin çoxluğundanmı, ya nədənsə, son aylar Ağdaşa yolum düşmürdü. Görünür, elə ona görə də ilk anda şəhəri tanıya bimədim. Daha dəqiq desək, Ağdaş, sanki, sökülüb təzədən tikilir. Elə bir küçə, park, meydan yoxdur ki, orada bərpa-quruculuq işləri aparılmasın, yollar, səkilər yenidən salınmasın...

Ağdaş-Bakı yolunun sağ tərəfində, şəhərin çıxacağında isə gördüklərimiz, sözün həqiqi mənasında, bizi heyrətə saldı. Təsadüfi deyildir ki, ağdaşlılar buranı “Yeni Ağdaş” adlandırırlar. 2012-ci ilin dekabr ayında Ağdaş şəhərinin ərazisinin genişləndirilməsi barədə sənəd qəbul edilmişdir. Doğrudan da, əvvəllər şəhər, necə deyərlər, öz məcrasına sığmırdı. Ona görə də rayon rəhbərliyi, sakinlər ölkə başçısına bu diqqət və qayğıya görə sonsuz minnətdarlıqlarını bildirirlər.

Dediyimiz odur ki, burada geniş vüsət alan tikinti-quruculuq işləri də məhz həmin qərardan sonra başlanmışdır. Bir sözlə, son aylar Ağdaş rayonunda həyatın bütün sahələrində əldə edilmiş yüksəliş və irəliləyişin, aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq tədbirlərinin, yüksək mütəşəkkillik və təşəbbüskarlığın şahidi oduqbuna ürəkdən sevindik. Bir qədər gec olsa da bu barədə yazı hazırlamagı qərara aldıq.

Bəri başdan deyək ki, hazırda “Yeni Ağdaş” adlandırılan ərazidə Heydər Əliyev Məkrəzinin, Bayraq Meydanının, Ağdaş Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının, Yanğından Mühafizə İdarəsinin inzibati binalarında işlər sürətlə davam etdirilir. Biz əvvəlcə həmin binaların, ümumiyyətlə, bu ərazinin maketi ilə tanış olduq. Dünyamilli memarlıq ənənələri əsasında tikilən binaları, digər yardımçı obyektlər, yaşıllıq zolaqları, yollar, sakilər, hər şeydən əvvəl, müasirliyi və yüksək zövqü ilə diqqəti cəlb edir. Sözsüz ki, “Yeni Ağdaşda və ümumiyyətlə, şəhərdə aparılan tikinti-quruculuq və abadlıq işləri yekunlaşandan sonra rayon  mərkəzi görkəmini əsaslı şəkildə dəyişəcək, daha abad müasir və gözəl olacaqdır.

Belə yerdə hərtərəfli inkişafı və yüksəlişi əks etdirən rəqəmləsiz, fakt və göstəricilərsiz keçinmək mümkün deyil. İlin ötən ayları ərzində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 11,5 faizya 13 milyon 69 min manat artaraq 127 milyon 4 min manata, sənaye məhsulu istehsalı 4,9 faizya 180 min manat artaraq 3 milyon 853 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 2 faizya  1 milyon 328 min manat artaraq 66 milyon 799 min manata, tikinti-quraşdırma işlərinin həcmi 47,5 faizya 10 milyon 82 min manat artaraq 31 milyon 314 min manata çatmışdır. Bu müddətdə rayonda 106-sı daimi olmaqla 956 yeni yeri yaradılmışdır.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala 31 milyon 539,4 min manat həcmində — keçən ilin eyni dövrünə nisbətən 44,7 faiz çox investisiya qoyulmuşdur. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində büdcə gəlirləri artmış, bu da müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitiin çoxalmasına səbəb olmuşdur. 2013-cü il üçün rayon büdcəsi 20 milyon 151,8 min manat — 2012-ci il rayon büdcəsindən 2 milyon 582,7 min manat çox təsdiq edilmişdir.

Bu fakt və rəqəmlərdən də göründüyü kimi, Ağdaşda inkişaf və yüksəliş dönməz xarakter almış və əslində, bütün sahələri əhatə etmişdir. Ən əsası isə ondan ibarətdir ki, daha sürətli sosial-iqtisadi inkişafa nail olmaq üçün geniş tədbirlər planı işlənib həyata keçirilir, mühüm strateji hədəflər dəqiq müəyyənləşdirilir. Belə ki, abadlıq-quruculuq sahəsində tədbirlər müntəzəm və sistemli şəkildə davam etdirilir. Əhalinin kommunal xidmətlərlə normal təmin olunması sahəsində məqsədyönlü işlər görülmüş, Ağdaş şəhərində yeni inzibati mərkəzi yaradılmışdır.

Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi sənədə uyğun olaraq şəhər ərazisinə daxil edilən yaşayış məntəqələrinin normal kommunal xidmətlərlə təmin olunması üçün lazımi tədbirlər görülmüşdür. Ağdaş şəhəri ərazisində və magistral yolların kənarında 50 minədək müxtəlif ağac əkilmişdir. Heydər Parkının qurulması sahəsində tikinti-quraşdırma işləri davam etmişdir. Heydər Əliyev prospektindəki 85 və 86 saylı çoxmənzilli yaşayış binalarının ön hissəsində yeni yaşıllıq massivi salınmışdır. 20 minə yaxın əhalinin və 12 yaşayış məntəqəsinin istifadə etdiyi 34 kilometr uzunluğunda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun əsaslı təmirinə başlanmış və yolun 11,4 kilometr hissəsində son tamamlanma işləri görülür.

Bundan başqa, digər sosial obyektlərin - Qolqəti, Ərəbocaq və Tofiqi kəndlərində həkim məntəqələrinin tikintisi başa çatmışdır. Qəribli, Şordəhnə, Qaradağlı, Çardam, Kotanarx, Eymur kəndlərində 180 şagird yerlik, Qaroğlan kəndində 80 şagird yerlik məktəb binalarının, Ağdaş şəhərindəki 1 saylı uşaq bağçası üçün 55 yerlik yeni binanın tikintisi aparılır. 11 nömrəli uşaq baxçasının əsaslı təmiri isə davam etmişdir. Cari ildə tikintisinə başlanacaq AralbirTofiqi kəndlərinin hər birində 220 şagird yerlik, Qülbəndə və Qarağan-Şıxlar kəndərinin hər birində 180 şagird yerlik, Ərəbşəki kəndində 80 şagird yerlik məktəb binalarının layihə-smeta sənədləri hazırlanmışdır.

Əhalinin vacib sosial ehtiyacları, o cümlədən elektrik enerjisinə və təbii qaza olan təminatını yaxşılaşdırmaq məqsədilə təmir işləri sürətləndirilmiş, 45 kilometr uzunluğunda elektrik verilişi xətti əsaslı təmir olunmuşdur. Kükəl kəndi ərazisində tikintisinə 2010-cu ildə başlanılmış 220/110 kilovotluq Ağdaş regional elektrik yarımstansiyasının tikintisi davam etdirilmişdir. Qazla təmin olunan Ağdaş şəhərinin, Ləki qəsəbəsinin küçələrində və digər kəndlərdə müxtəlif ölçülü qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Bəylik, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağı verilən ünvanlara 989 ədəd yeni qaz sayğacı quraşdırılmış, müxtəlif ölçülü qaz xətləri çəkilmiş, Tofiqi kəndinə təbii qaz verilmişdir.

Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin əsas mərhələsinin həyata keçirilməsi üçün tenderin qalibi olmuş Türkiyənin “ALKE” şirkəti xeyli görmüşdür. Şəhər ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq ətraf yaşayış məntəqələrinin də su-kanalizasiya xidmətləri ilə təmin edilməsi üçün yeni layihə işlənməyə başlanmışdır. Ağdaş şəhərinə yaxın olanmagistral su-kanalizasiya xətlərinin üstündə yerləşən kəndlərin, Ləki qəsəbəsinin içməli sukanalizasiya xidmətləri ilə təmin olunması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırılmışdır.

Sənaye sahələrinin inkişaf etdirilməsi sahəsində də ciddi irəliləyiş əldə edilmişdir. “Orelayşirniyyat müəssisəsinin yeni istehsal sexinin, beton zavodunun tikintisində tamamlanma işləri görülmüşdür. Qarışıq yem istehsalı, kərpic və dam örtükləri istehsalı müəssisələrində tikinti işləri davam etdirilmişdir. Ümumiyyətlə, keçən ilin eyni dövründəkindən 4,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.

Aqrar bölmənin daha surətli inkişaf etdirilməsi, torpaqdan istifadənin səmərəliliyinin artırılması, suvarılan əkin sahələrinin genişləndirilməsi və şoranlaşmanın qarşısının alınması diqqət mərkəzindədir. Ümimiyyətlə, cari ildə rayonda 16 min 274 hektarda taxıl, 4416 hektarda tərəvəz, 1343 hektarda dən qarğıdalı, 1481 hektarda çəltik, 1204 hektarda kartof və s.əkilmişdir. Müqayisə üçün deyək ki, əldə edilən kənd təsərrüfatı məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çox olmuşdur. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar bölmədə çalışanlara güzəştli qiymətlərlə 302,6 ton gübrə satılmışdır. 2012-ci ildə əkilmiş kənd təsərrüfatı məhsullarına görə istehsalçılara dövlət yardımının verilməsi təmin edilmişdir. 2013-cü ildə əkilmiş məhsula görə isə toplanmış məlumatlar Respublika Komissiyasına təqdim olunmuşdur.

Heyvandarlıq məhsulları istehsalı sahəsində də artım əldə edilmişdir. Məsələn, müqayisə olunan dövrdə iri malın sayı 880 baş, xırda  malın sayı 783 baş artmış, diri çəkidə ət istehsalı 231,4 ton çoxalmışdır. Bakı  şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 45 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir. Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin tikintisi başa çatmışdır. Bu günlərdə kompleksə Macarıstandan 400 baş yerli şəraitə uyğun ətlik və südlük mal-qara gətirilmişdir.

Ölkəmizdə təhsilin inkişafına göstərilən müntəzəm diqqət və qayğı nəticəsində yeni məktəb binalarının inşası, ümumtəhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması sürətlənmişdir. Bu gün təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni məktəblərin tikintisi sahəsində Ağdaşda da mühüm tədbirlər həyata keçirilir. Rayon tarixində ilk dəfə olaraq eyni vaxtda 2 kənd məktəb binasının tikintisi başa çatmış, 5 kənd məktəbinin tikintisi isə davam edir. Bundan başqa, 5 kənd məktəbinin tikintisinə yaxın günlərdə başlanacaqdır. Bir məktəbəqədər tərbiyə müəssisəsinin tikintisibirinin əsaslı təmiri davam etdirilir. Mədəni-maarif və səhiyyə müəssisələrinin də fəaliyyətinə diqqət artırılmışdır. Ən əsası isə odur ki, bu sahədə intizam və tələbkarlıq daha da gücləndirilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir.

Bu yazıda biz son vaxtlar Ağdaşda həyatın müxtəlif sahələrində əldə edilmiş uğurlu nəticələrdən, sosial-iqtisadi göstəricilərdən yığcam da olsa bəhs etdik. Əlavə etmək istərdik ki, inkişaf və yüksəliş davamlıdır, müntəzəm və sistemli xarakter daşıyır, gündən-günə sürətlənir. Burada, əlbəttə, rayon icra hakimiyyətinin, onun yerli strukturlarının üslub və metodları, təşkilat-idarəetmə məsələləri barədə də danışmaq lazım gəlir. Müşahidə edilən və rəğbət doğuran cəhətdir ki, insan amili, vacib sosial ehtiyacların vaxtında və kefiyyətlə ödənilməsi, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına vaxtında baxılması və hər kəsə həssas münasibət daim diqqət mərkəzindədir. Bu isə yerli sakinlər arasında rəğbətlə qarşılanır.

Bu gün Ağdaşda iqtisadi-siyasi, sosial-mənəvi mühit bax belədir. Ağsaqqallarla, ziyalılarla, gənclərlə keçirdiyimiz görüş və söhbətlər, idarə müəssisə və təşkilatlarda gördüklərimiz belə deməyə tam əsas verir ki, rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava var. Adamlar sabaha dərin inam və ümidlə baxır, ölkədə yeridilən qətiyyətli və uzaqgörən daxilixarici siyasət xəttini ürəkdən bəyəndiklərini bildirirlər. Hər şeyin fövqündə dayanan isə bu günsabaha olan inamdır.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 4 sentyabr.- S. 6.