Qazax rayon təhsil
işçilərinin konfransı olmuşdur
Qazax şəhərindəki Ədəbiyyat muzeyində keçirilən konfransda 34 tam orta, 6 ümumi orta, 7 ibtidai ümumtəhsil, 5 məktəbdənkənar müəssisələrin nümayəndələri iştirak etmişlər.
Məruzə ətrafında şəhərdəki 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, I Şıxlı kənd tam orta məktəbin müəllimi Elnarə Yusifova, Çaylı kənd 2 saylı tam orta məktəbin məzunu Səltənət Rzayeva, Ağköynək kənd tam orta məktəbin direktoru Safura Rəhimova, Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quluyev, Milli Məclisin deputatları Əhməd Vəliyev və İlyas İsmayılov çıxış etmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yekun nitqi söyləmişdir. Konfransda müzakirə olunan məsələ ərtafında qərar qəbul edilmişdir .
Respublika müəllimlərinin qurultayına 7 nəfərdən ibarət nümayəndə heyəti seçilmiş və rayon təhsil şurasının tərkibi müəyyənləşdirilmişdir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 7 sentyabr.- S. 7.