“Heydər Əliyevin neft strategiyası” miniatür kitabı təqdim edilmişdir
Heydər Əliyev Mərkəzində
ümummilli liderin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin neft strategiyası” miniatür kitabı təqdim edilmişdir. Həmçinin dahi siyasətçi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablar sərgisi keçirilmişdir.
AzərTAc xəbər verir
ki, Miniatür Kitab Muzeyinin yaradıcısı və
rəhbəri, Respublika
“Kitab” Cəmiyyəti
idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova rəhbəri olduğu mədəniyyət müəssisəsinin
yaradılmasına ulu
öndər Heydər
Əliyevin göstərdiyi
böyük diqqət
və qayğıdan danışmış, xatirələrini
bölüşmüşdür.
Bildirmişdir ki, “Heydər Əliyevin neft strategiyası” miniatür kitabı 2010-cu ildə “İndiqo” nəşriyyatında
Azərbaycan və ingilis (“Heydar Aliyev’s oil strategy”) dillərində
nəşr edilmişdir. Hər iki
dildə 174 səhifədən
ibarət miniatür kitab 38x53 formatındadır.
Kitab hər iki dildə
ayrılıqda 250 nüsxə
nəşr edilmişdir.
Azərbaycan dilində nəşrdə
14, ingilis dilindəki buraxılışda 17 şəkil
yer almışdır.
Miniatür kitaba ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də
“Əsrin müqaviləsi”nin
imzalanma mərasimindəki
nitqi və Prezident İlham Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasının
10 və 15 illiklərinə
həsr olunmuş mərasimlərdəki nitqləri
daxil edilmişdir.
Kitab qızıl basmanaxışla
işlənmiş ağ dəri futlyara (60x75) yerləşdirilmişdir.
Futlyarın üz tərəfində
kitabın adı, əks tərəfində
Qız qalası, kötüyündə “20.IX.1994 - 20.IX.2009” yazılmış, onların
arasında isə neft platforması təsvir olunmuşdur.
Futlyarın sağ tərəfində
kitab, sol tərəfində
ümummilli lider Heydər Əliyevin portreti olan medal yerləşdirilmişdir. Medalın əks
üzündə dəfnə
və zeytun budaqlarının əhatəsində
90 rəqəmi, yuxarısında
isə səkkizguşəli
ulduz təsvir edilmişdir. Moskva zərbxanasında
hazırlanmış bu
medalın müəllifi
məşhur Moskva medalyeri İvan Kopıtkindir.
Nəşrin Azərbaycan dilində variantının sponsoru “Halal-H” MMC, ingilis dilində Sinqapurun “Caspian
Shipyard Company” şirkətidir.
Miniatür Kitab Muzeyini indiyədək 183101 nəfər
ziyarət etmişdir.
Əməkdar incəsənət xadimi
Zərifə Salahova belə gözəl məkanda təqdimat mərasiminə şərait
yaradıldığına görə
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü
bildirmişdir.
Tədbir “Prezident olmaq...” (“Bıt prezidentom”)
sənədli filminin nümayişi
ilə başa çatmışdır.
Xalq qəzeti.- 2013.- 22 sentyabr.- S.
4.