Şəki: son on ilin sosial-iqtisadi uğurları

 

Dünyada gedən proseslərin düzgün qiymətləndirilməsi, respublikada yaranan siyasi sabitlik, daxili və xarici siyasətin uğurla həyata keçirilməsi, maliyyə, əmək və təbii sərvətlərdən səmərəli istifadə edilməsinin nəticəsi olaraq, son on ildə ölkəmizin, eləcə də onun dilbər guşəsi sayılan Şəki şəhərinin sosial-iqtisadi inkişafında böyük nailliyətlər qazanılmışdır. Bunu Şəki Şəhər Statistika İdarəsinin rəisi Lütvəli Əliyev də təsdiqləyir,  konkret faktlarla sübuta yetirir.

Əsas sahələrdə məhsul buraxılışı: Faktiki qiymətlərlə məhsul buraxılışının həcmi 2003-cü ildə 53911,3 min manat, 2004-cü ildə 70772,5 min manat, 2005-ci ildə 91487,6 min manat, 2006-cı ildə 110133,7 min manat, 2007-ci ildə 151221 min manat, 2008-ci ildə 227657,9 min manat, 2009-cu ildə 221324,7 min manat, 2010-cu ildə 241680 min manat, 2011-ci ildə 342894 min manat və 2012-ci ildə 363032,8 min manat olmuşdur. Beləliklə, faktiki qiymətlərlə məhsul buraxılışı 2003-cü ildəkinə nisbətən 2012-ci ildə 6,7 dəfə artmışdır.

Demoqrafiya: 1 yanvar  2013-ci  il tarixə  Şəki  şəhərinin əhalisi 2012-ci illə müqayisədə 1740 nəfər artaraq 177487 nəfərə çatmışdır. Bu  artım  əhalinin  təbii və  ümumi  hərəkəti ilə  müəyyənləşmişdir. 2012-ci il   ərzində Şəki şəhərində 3090 uşaq  dünyaya  gəlmişdir  ki, onların  da  902  nəfəri  şəhər, 2188  nəfəri  isə  kənd əhalisinin  payına  düşür.  Ümumiyyətlə,  2012-ci il  ərzində  şəhər  əhalisi Turan və  Çələbixan qəsəbələri ilə birlikdə 66390 nəfər, kənd  əhalisi isə 111097 nəfər olmuşdur. Əhalinin  37,4  faizi  şəhərdə, 62,6 faizi kənd yerlərində məskunlaşmışdır.

Hazırda burada yaşayan əhalinin 49,8 faizi kişi 50,2 faizi qadınlardır. Əhalinin sıxlığı baxımından hər kvadratkilometr əraziyə orta hesabla 73  nəfər düşür. 2003- illə müqayisədə 2012-ci ildə əhalinin sayı 18816 nəfər və ya 11,9 faiz artmışdır.

Sənaye: Son onillikdə Şəkidə sənayenin inkişafinda da müəyyən nailiyyətlər əldə edilmişdir. 2003-cü ildə sənayedə məhsul buraxılışının həcmi 2912,5 min manatlıq, 2004-cü ildə 3184,2 min manatlıq, 2005-ci ildə 12387,5 min manatlıq, 2006-cı ildə 6808,2 min manatlıq, 2007-ci ildə 16324,9 min manatlıq, 2008-ci ildə 18494,7 min manatlıq, 2009-cu ildə 13576,8 min manatlıq, 2010-cu ildə 13868,2 min manatlıq, 2011-ci ildə 19038,4 min manatlıq və 2012-ci ildə  22920,3 min manatlıq olmuşdur.  2003-2012-ci illər ərzində meyvə şirələri istehsalı, meyvə və giləmeyvələrin konservləşdirilməsi zavodları, modul tipli elektrik stansiyası, kərpic istehsalı zavodu, 14 min tonluq taxıl terminalı və gündəlik istehsal gücü 220 ton olan unüyütmə kompleksi, şərab zavodu və digər sənaye obyektləri tikilib istifadəyə verilmiş, “Kainat” ASC-də və “Şəki-İpək” ASC-də, dəsmal istehsal edən sexdə yenidənqurma, genişləndirmə işləri aparılmışdır.

 İpək parça istehsalı 2003-cü ildəki 104,4 min kvadratmetrdən 2012-ci ildə 3 dəfə artaraq 313,7 min kvadratmetrə, pambıq parça istehesalı 0,6 min kvadratmetrdən 33,8 min kvadratmetrə, düyünlərlə toxunan xalçalar 17 kvadratmetrdən 145,6 kvadratmetrə çatdırılmışdır.

Kənd təsərrüfatı: Aqrar sahə iqtisadiyyatda aparıcı rol oynayır. Əsas sahələr üzrə məhsul buraxılışının 2003-cü ildə 63,3 faizi, 2004-cü ildə 65 faizi, 2005-ci ildə 53,8 faizi, 2006-cı ildə 48,4 faizi, 2007-ci ildə 46,7 faizi, 2008-ci ildə 51 faizi, 2009-cu ildə 54,2 faizi, 2010-cu ldə 46,3 faizi, 2011-ci ildə 45 faizi və 2012-ci ildə 44,6 faizi aqrar sahənin payına düşür. Kənd təsərrüfatında məhsul buraxılışı uyqun olaraq 2003-cü ildə 34117,2 min manatlıq, 2004-cü ildə 46028 min manatlıq, 2005-ci ildə 49258,4 min manatlıq, 2006-cı ildə 53285,8 min manatlıq, 2007-ci ildə 70662,1 min manatlıq, 2008-ci ildə 116069 min manatlıq, 2009-cu ildə 120012,1 min manatlıq, 2010-cu ildə 111996,3 min manatlıq, 2011- ci ildə 154159,6 min manatlıq, 2012-ci ildə isə 161988,6 min manatlq olmuşdur. Məhsul buraxılışı son on ildə 2003-cü illə müqayisədə 4,7 dəfə artmışdır.  2012-ci ildə taxıl istehsalı 2003-cü illə müqayisədə 3,6 dəfə artırılaraq, 72775 tondan 263007,3 tona çatdırılmışdır. Əsas ərzaq məhsulu olan buğda istehsalı bu illər ərzində 3,8 dəfə artırılaraq 48948 tondan 183577 tona çatdırılmışdır.

Heyvandarlığın inkişafında daha böyük nailiyyətlər qazanılmışdır. Belə ki, 2003-cü ildə qaramalın sayı 56398, qoyun və keçilərin sayı 182132 başdan uyğun surətdə 38,4 və 94,9 faiz artaraq 78038 və 317258 başa çatmışdır. 2003-cü ildə ət istehsalı 5988 ton, 2004-cü ildə 6042 ton, 2005-cı ildə 6290 ton, 2006-cı ildə 65990 ton, 2007-ci ildə 6689 ton, 2008-ci ildə 6977 ton, 2009-cu ildə 7245 ton, 2010-cu ildə 7788 ton, 2011-ci ildə 8121 ton, 2012-ci ildə 10080 ton olmuşdur. Ət istehsalı 2012-ci ildə 2003-cü ilə nisbətən 68,3 faiz artmışdır. Süd istehsalı 2012-ci ildə 2003-cü illə müqayisədə 60,4 faiz artmış, müvafiq surətdə 33843 tondan 54294 tona çatmışdır.

Tikinti: 2003-2012-ci illər ərzində şəhər üzrə 254928,7 min manatıq əsas fondlar istifadəyə verilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına 445423,5 min manat investisiya yönəldilmişdir. Son on ildə iqtisadiyyatın inkişafına yönəldilmiş investsiyaların 74,4 faizi və ya 331527,8 min manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. 2003-cü illə müqayisədə tikinti -quraşdırma işlərinin həcmi 62,1 dəfə artaraq 1540 min manatdan 2012-ci ildə 95689,7 min manat olmuşdur. Bu illər ərzində investisiya qoyuluşu 37,5 faiz artmışdır.

 2003-2012-ci illər ərzində meyvə şirələri istehsalı, meyvə və giləmeyvələrin konservləşdirilməsi zavodları, modul tipli elektrik stansiyası, kərpic istehsalı zavodu, 14 min tonluq taxıl terminalı və sutkalıq istehsal gücü 220 ton olan unüyütmə kompleksi, şərab zavodu, iri hevandarlıq kompleksi, qoyun tövlələri və digər istehsal obyektləri tikilib istifadəyə verilmiş, bir neçə müəssisədə yenidənqurma və genişləndirmə işləri aparılmışdır.

Ötən on ildə sosial sahənin inkişafı üçün maddi texniki bazanın yaradılması diqqət mərkəzində saxlanılmış, 7780 şagird yerlik ümumtəhsil məktəbləri, 170 yerlik məktəbəqədər uşaq müəssisəsi, Mərkəzi şəhər xəstəxanasının 100 çarpayılıq cərrahiyyə korpusu, əlilləri reabilitasiya mərkəzi, ümumi sahəsi 162,4 min kvadratmetr olan yaşayış evləri, digər sosial və inzibati obyektlər tikilib istifadəyə verilmiş, tarixi memarlq abidələri bərpa olunmuş, şəhərdə və kəndlərdə geniş abadlıq işləri aparılmışdır.

Nəqliyyat və anbar təsərrüfatı: On illik ərzində bu sahədə də dinamik inkişaf qeydə alınmışdır. 2003-cü illə müqayisədə 2012-ci ildə nəqliyyat və anbar sektorunda  məhsul buraxılışı 2,3 dəfə artmışdır.  2003-cü illə müqayisədə 2012-ci ildə avtomobillərin sayı 27,5 faiz artaraq 9271 ədəddən 11819 ədədə çatdırılmışdır.

İnformasiya və rabitə: 2012-ci ildə rabitə xidmətlərinin həcmi 2003-cü illə müqayisədə 2,1 dəfə artaraq 701,8 min manatdan 1452 min manata çatmışdır. 2012-ci ildə əhaliyə 32 elektron sistemli ATS və 38 poçt şöbəsi xidmət göstərmişdir. ATS-in ümumi tutumu 25674 ədəddir ki, onların da 25107-si əhalinin mənzillərindədir. İl ərzində 1233,4 min danışıq qeydə alınmışdır. Bunların 392,4 mini respublikadaxili, 95,8 mini beynəlxalq danışıqlar, 7452 mini isə mobil telefon şəbəkələrindəki danışıqlardır.

İstehlak bazarı: 2003-cü ildə pərakəndə əmtəə dövriyyəsi 45604,2 min manat, 2004-cü ildə 56857,8 min manat, 2005-ci ildə 75654,5 min manat, 2006-cı ildə 94738,1 min manat, 2007-ci ildə 128864,2 min manat, 2008-ci ildə 181930,8 min manat, 2009-cu ildə 188613,1 min manat, 2010-cu ildə 215151,7 min manat, 2011-ci ildə 235006,2 min manat, 2012-ci ildə 237121 min manat olmuşdur. 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsi 2003-cü ilə nisbətən 5,2 dəfə artmışdır. Adambaşına düşən əmtəə dövriyyəsi 2003-cü illə müqayisədə 2012-ci ildə 1056,6 manat artaraq 1335,9 manata çatmışdır. Respublika üzrə ümumi əmtəə dövriyyəsinin 1.35 faizi Şəkinin payına düşür. İaişə dövriyyəsinin həcmi 2003-cü ildə 175,5 min manat, 2012-ci ildə isə 2466,5 min manat olmuşdur.  Əhaliyə göstərilən pullu xidmətin həcmi 2012-ci ildə 57187 min manat olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 9,3 dəfə çoxdur. Adambaşına düşən pullu xidmətlərin həcmi 2003-cü ildə 36 manat olmuşdursa, bu rəqəm 286,2 manat artaraq 2012-ci ildə 322,2 manata çatmışdır.

Əmək bazarı: Muzdlu işçilərin sayı 2003-cü ildə 19,8 min nəfər, 2004-cü ildə 21,4 min nəfər, 2005-ci ildə 23,1 min nəfər, 2006-cı ildə 22,5 min nəfər, 2007-ci ildə 22,5 min nəfər, 2008-ci ildə 22,3 min nəfər, 2009-cu ildə 21,7 min nəfər, 2010-cu ildə 21,8 min nəfər, 2011-ci ildə 21,5 min nəfər, 2012 ci ildə isə 22,1 min nəfər olmuşdur. Bununla bağlı orta aylıq əmək haqqı 2003-də 32,1, 2004-də 47,9, 2005-də 64, 2006-da 78,1,  2007-də 118,7,  2008-də 155,5, 2009-da 171,7, 2010-da 191, 2011-də 218,9, 2012-ci ildə 233 manat olmuşdur. 2003-cü ilə nisbətən 2012-ci ildə orta aylıq əmək haqqı 7,3 dəfə artmışdır.

 Sosial sahə - səhiyyə: 2012-ci ildə 8 xəstəxana və 23 ambulator poliklinika müəssisəsində  362 həkim və 1159 orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Əhalinin hər 10000 nəfərinə 20,4 həkim, 65,3 orta tibb işçisi və 37.9 çarpayı düşür.

Təhsil: Şəkidə 99 gündüz ümumtəhsil məktəbi, 4 kollec, 1 ali məktəb və 2 peşə məktəbi fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində bu təhsil müəssisələrində 26667 nəfər təhsil almışdır ki, bunların da 23493 nəfəri ümumtəhsil məktəblərinin, 2057 nəfəri kolleclərin, 660 nəfəri ali məktəbin, 457 nəfəri isə peşə məktəblərinin payına düşür.

 Mədəniyyət: Ölkənin qədim mədəniyyət mərkəzlərindən sayılan Şəkidə bu gün 70 klub, 65 kitabxana, 1 dövlət dram teatrı,  3 mədəniyyət və istirahət parkı əhalinin asudə vaxtının səmərəli keçməsinə xidmət göstərir. Bunlardan əlavə, burada 7 muzey və 84 tarixi-mədəniyyət abidələri vardır. Muzeylərə gələnlərin sayı hər il mütəmadi olaraq artır. 2003-cü ildə muzeylərə gələn turistlərin sayı 6,8 min nəfər olmuşdusa, 2012-ci ildə bu rəqəm 4,9 dəfə artaraq 33,4 min nəfərə çatmışdır.

Pensiya təminatı: 1 yanvar 2013-cü il tarixə şəhər üzrə pensiyaçıların sayı 25998 nəfər olmuşdur ki, bunların da 16987 nəfəri yaşa görə, 7134 nəfəri əlilliyə görə, 1877 nəfəri ailə başçısının itirilməsinə görə pensiya alanlardır. Təyin edilən pensiya məbləği 2003-cü ilin əvvəlinə nisbətən 2013-cü ilin əvvəlində 6,7 dəfə artmışdır.  

Yeni açılmış iş yerləri: 2003-2012-ci illər ərzində yeni iş yerlərinin yaradılması istiqamətində nəzərə çarpacaq işlər görülmüşdür. 2003-cü ilin IV rübündən 2012-ci ilin sonunadək Şəkidə 10541 yeni iş yeri açılmışdır ki, bunların da 10051-i və ya 94,7 faizi daimidir. 

Göründüyü kimi, dağlar qoynunda dağ kimi dayanmış şəkililər növbəti prezident seçkilərinə yüksək əhval ruhiyyə ilə, alnıaçıq, üzüağ gedirlər.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2013.- 26 sentyabr.- S. 10.