Təhsil və mədəniyyət
son 10 ildə inkişafımızın prioritet istiqamətlərindən olub
Azərbaycan ötən on ildə böyük sürətlə inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ulu öndərin əsasını qoyduğu islahatlar bu dövrdə sürətlə davam etdirilmiş, Azərbaycan beynəlxalq aləmdə islahatlar ölkəsi kimi tanınmışdır. Bu islahatlar sırasında təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələri xüsusi olaraq qeyd etmək istərdim.
Ulu öndərin müəllifi olduğu Təhsil İslahat Proqramı reallaşdıqca 90-cı illərin əvvəllərində bərbad vəziyyətə salınmış milli təhsilimiz ilbəil yeniləşməyə başladı. 2004-cü ilin əvvəllərində artıq təhsilimizə informasiya texnologiyaları sürətlə daxil oldu. Yeni tədris binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunub yenidən istifadəyə verilməsi, məktəblərin maddi texniki bazalarının möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Az müddət ərzində 20 nəfər şagirdə bir kompyuter nisbəti həll olundu. Bu çox əhəmiyyətli nəticə idi. Bir faktı vurğulamaq istəyirəm. Belə ki, son on ildə təhsilə yonəldilən maliyyə xərcləri 7,6 dəfə artmış, 408,2 min şagird yerlik ümumtəhsil məktəbi, 9780 yerlik məktəbəqədər təhsil müəssisəsi tikilmiş, məktəblərin 87,2 faizi kompyuter və digər İKT avadanlığı ilə təmin olunmuşlar.
Dövlət xətti ilə xarici ölkələrdə təhsil alanların sayı 2,6 dəfə çoxalmışdır. Müəllim adının şərəfi ucalmış, “Ən yaxşı müəllim” müsabiqəsi təsis edilmişdir. Hər il “Ən yaxşı müəllim” müsabiqəsi ilə yanaşı “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi də keçirilir.Bu təhsil prosesinin daha da yaxşılaşmasına güclü təsir göstərir.
Bu gün təhsilimizdə
islahatlar uğurla davam edir. Təhsilin bütün mərhələlərində
- istər orta, istər texniki peşə, isrər orta
ixtisas, isrərsə də ali təhsil
sahələrində tədrisin keyfiyyət göstəricilərinə xüsusi diqqət yetirilir. Kurikulum islahatı milli təhsilimizə yeni ab-hava gətirmişdir.
Ali təhsil sisteminə Boloniya prosesinin gətirilməsi
də
böyük yenilik
kimi qiymətləndirilir.
Azərbaycan ali
təhsilinin Avropaya inteqrasiyası artıq öz müsbət nəticələrini verməkdədir.
Azərbaycan təhsilində son on ildə baş verən yenilikləri sadalamaqla qurtaran deyil. Ən əsası budur
ki, məktəblərimiz
öz simalarını
dəyişmiş, müasir
standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşlar.
Təhsildə demokratiya, humanizm
prinsipləri, şəffaflıq
başlıca rol oynayır.
Mühüm olan budur ki, bu inkişaf davamlı olaraq həyata keçirilir. Bu sahədə dövlətimizin siyasəti ulu öndərin ideyalarına söykənir və belə bir tezis daim
diqqətdə saxlanılır
ki, təhsil millətin gələcəyidir. Ona görə də son on ildə təhsillə
bağlı 20-dən artıq
Dövlət Proqramı
qəbul olunmuşdur. Təhsil Nazirliyi
bu proqramların icrasını uğurla həyata keçirir.
Millətin gələcəyinin təmin
olunması milli- mənəvi dəyərlərə
münasibətdən çox
asılıdır. Bu gün
mədəniyyətimizə, incəsənətimizə dövlət qayğısı həqiqətən böyükdür.
Bu qayğı incəsənətin bütün
sahələrini əhatə
edir.Azərbaycan mədəniyyəti
sürətlə beynəlxalq aləmə inteqrasiya edir. YUNESKO-nun Ümumdünya İrs Siyahılarına
son vaxtlar
tar ifaçılıq sənəti, xalça sənəti, aşıq sənəti, Novruz bayramı, Qobustan Milli Tarixi Qoruğu da salınmışdır. Bu abidələr beynəlxalq
miqyasda qorunur.
Mədəniyyətimizin beynəlxalq əlaqələrinin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri
vardır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr əsasında nə qədər məktəb,
uşaq bağçası tikilmiş, muğam sənətinə
yeni həyat verilmişdir. Dünyanın böyük sərgi
salonlarında Azərbaycan
rəssamlarının əsərləri
sərgilənmişdir. Bu gün də bu
sahədə fond uğurlu fəaliyyət
göstərir.
Mədəni həyatımızın 10 ildə keçdiyi inkişaf yoluna nəzər salanda aydın hiss etmək olur ki, dövlətimiz milli- mənəvi dəyərlərimizin qorunmasına,
onların gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşmış,
bu sahədə bir sıra layihələr reallaşdırılmışdır. Teatr, kino, muzey və kitabxana işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları
uğurla həyata keçirilmişdir.
Mədəniyyətin maddi-texniki
bazası xeyli
möhkəmlənmişdir. Yeni tamaşa müəssisələri istifadəyə
verilmiş, mövcud teatrlarımız yenidən əsaslı təmir olunaraq tamaşaçılara təqdim olunmuşdur. Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı,
Opera və Balet Teatrı , Musiqili Komediya Teatrı öz qapılarını
yeni görkəmdə
tamaşaçıların üzünə açmışdır.
Dövlət Film Fondu
üçün müasir
tələblərə uyğun
yeni bina inşa olunmuş, Nizami kinoteatrı əsaslı təmir olunduqdan sonra əsl Kino Mərkəzinə
çevrilmişdir.
Kitabxanaların inkişafı ilə
bağlı qəbul olunan Dövlət Proqramı bu sahənin tamamilə yenidən qurulmasına imkan vermişdir. Kitabxanalarımızda elektron
kataloqların yaranması,
internetdən istifadəyə
imkan yaradılması
oxuculara xidmətin təşkilində əhəmiyyətli
rol oynamışdır.
Muzeylərimiz də yenidən qurulmuşdur. Xalça Muzeyi üçün yeni binanın tikilməsi mədəniyyətimizə dəyərli
töhfədir.Rəsmi məlumata
görə son on il ərzində muzeylərin
sayı 43 faiz, muzeylərə gələnlərin
sayı 18 dəfə,
mədəniyyət və
istirahət parklarının
sayı 1,7 dəfə
artmışdır.
Musiqi mədəniyyətimizin inkişafı
da davamlı
olaraq həyata keçirilmişdir. Muğam müsabiqələri,
caz musiqisi festivalı, Qəbələdə
keçirilən beynəlxalq
musiqi festivalları, xarici ölkələrdə Azərbaycan musiqi xadimlərinin çıxışları mütəmadi
hal almışdır.
Muğam Mərkəzinin
istifadəyə verilməsi
də bu dövrün əhəmiyyətli mədəniyyət
hadisəsi idi.
Azərbaycan Şərqlə Qərbin
qovşağında yerləşdiyindən
burada mədəniyyət
də Avropa və Asiyanın mədəniyyətlərini özündə
əks etdirir. Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərdə dünyanın müxtəlif ölkələrindən
nümayəndələr iştirak
edir. I və II mədəniyyətlərarası dialoq forumları
Azərbaycan mədəniyyətinin
dünyaya inteqrasiyası yolunda çox əhəmiyyətli rol oynadı. Bakıda keçirilən bu
beynəlxalq tədbir
iki ildən bir təkrar davam etdiriləcək.
Azərbaycan həm də İslam ölkəsi olduğundan burada İslam mədəniyyəti də
formalaşmışdır.Təsadüfi
deyil ki, 2009 -cu ildə Bakı İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuş və həmin il Bakıda
və regionlarımızda bir çox beynəlxalq tədbir keçirilmişdir.
Bu gün həqiqətən
Azərbaycan mədəniyyətini
dünyada tanıyır
və sevirlər. Bu, ölkədə son on ildə həyata keçirilən uğurlu
mədəniyyət siyasətinin
real nəticəsidir. İnanırıq
ki,
gələcəkdə də ulu öndərin ideyalarından güc alan bu siyasi
kurs uğurla davam etdiriləcək , Azərbaycanda təhsil və mədəniyyət
inkişafımızın prioritet sahəsi kimi daim diqqət mərkəzində
olacaq.
İlqar MAHMUDOV,
hüquq elmləri üzrə
fəlsəfə doktoru,
Bakı Humanitar Kollecinin direktoru
Xalq qəzeti.- 2013.- 27 sentyabr.- S.
7.