Əli Həsənov: Azərbaycan vətəndaşlarının iradəsi builki seçkilərin də taleyini həll edən əsas amildir və hamı bu seçimə hörmətlə yanaşmalıdır

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

 

- Artıq prezident seçkisinə bir aydan da az vaxt qalır. Ümumiyyətlə, 2013-cü il seçkilərinin özünəməxsus xüsusiyyəti, onun indiyə qədər keçirilmiş analoji seçkilərdən fərqi, spesifik cəhəti varmı?

 - Müstəqil Azərbaycanın 22 illik inkişaf tarixində hər bir prezident seçkisinin ümumi cəhətləri və özünəməxsus xüsusiyyətləri olub. Ümumi cəhətlər ondan ibarətdir ki, seçicilər səsvermə vasitəsilə, qanunvericiliklə müəyyən olunmuş standartlar və beynəlxalq təcrübəyə uyğun olaraq ildən-ilə təkmilləşən prosedur qaydaları əsasında növbəti 5 ildə dövləti idarə edəcək və cəmiyyəti yönləndirəcək rəhbər seçirlər. Spesifik cəhətlər isə daha çox seçki dövründə dövlətin, cəmiyyətin inkişaf səviyyəsi, seçki prosesinə qoşulmuş siyasi qüvvələr, namizədlər, dünyadaregionda mövcud olan iqtisadi, siyasi reallıqlar, ölkənin beynəlxalq mövqeyi, nüfuzu ilə bağlı olur.

 Azərbaycanda ilk seçkilər 1992-ci ildə  kifayət qədər mürəkkəb ictimai-siyasi şəraitdə keçirildi. O  zaman Azərbaycan çox ağır duruma salınmışdı, anarxiya, xaos bütün ölkəni bürümüşdü.  İqtisadiyyat çökmüş, əhalinin vəziyyəti  günü-gündən ağırlaşırdı, Ermənistanla hərbi əməliyyatlar getdiyi bir dövrdə vətəndaş müharibəsi alovlanmağa başlamışdı. Nəticədə xalq mövcud iqtidardan imtina edərək ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycan prezidenti seçiləndə ölkə faktiki olaraq dağılmaq, öz milli müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Qısa zaman kəsiyində onun siyasi uzaqgörənliyi, müdrikliyi, zəngin idarəçilik təcrübəsi sayəsində cəmiyyəti vahid ideya ətrafında birləşdirmək, Azərbaycan dövlətçiliyinə qəsd edən daxilixarici qüvvələri neytrallaşdırmaq, ictimai-siyasi sabitliyi bərqərar etmək, dövlət idarəçilik institutlarını formalaşdırmaq, ölkənin gələcək inkişaf yolunu müəyyənləşdirmək və bu yolla inamla irəliləmək mümkün oldu. Növbəti - 1998-ci ildəki prezident seçkilərində Azərbaycan artıq ciddi təhlükələri arxada qoymuş, demokratiya yolu ilə sabit inkişaf edən bir ölkəyə çevrilməkdə idi. Buna baxmayaraq, ölkədə hələ də müstəqil dövlət quruculuğu başa çatmamışdı, daxildə sabitlik təmin edilsə də, xarici təhdid və təzyiqlər ara vermirdi. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri tam formalaşmamışdı. İqtisadiyyatda dirçəlmə prosesi başlamışdı, amma iqtisadi potensialımız çox zəif idi. Ərazilərimiz işğal olunmuşdu, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var idi, yığılıb qalmış və həlli vacib olan, lakin böyük maliyyə vəsaiti tələb edən problemlərimiz qalmaqdaydı. Bütün bunlarla yanaşı, 1993-1998-ci illərdə cəmiyyətin keçdiyi inkişaf yolu xalqda gələcəyə güclü inam, nikbin əhval-ruhiyyə yaratmışdı. Azərbaycan vətəndaşı səmimi-qəlbdən inanırdı və tam əmin idi ki, cəmi 5 ilə ölkəni acınacaqlı durumdan çıxararaq inkişaf yoluna yönəltməyə müvəffəq olmuş Heydər Əliyev bundan sonra da bütün maneələrə sinə gərmək, cəmiyyətin, vətəndaşların layiqli həyat şəraitini təmin etmək, Azərbaycanı güclü, nüfuzlu bir dövlətə çevirmək iqtidarındadır. Əminliklə demək olar ki, Azərbaycan xalqı bu seçimi ilə növbəti dəfə öz müdrikliyini, uzaqgörənliyini nümayiş etdirdi.

1993-2003-cü illər Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşması, gələcək inkişafının təməl bazasının yaradılması, ölkəmizin beynəlxalq aləmə uğurlu inteqrasiyası illəri olmuşdur. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tariximisilsiz xidməti idi. Heydər Əliyev nəinki Azərbaycanın müstəqilliyini təmin etdi, həm də bu dövlətin gələcək strateji inkişaf konsepsiyasını yaratdı, idarəçilik sükanını etibarlı əllərə təhvil verdi. Məhz buna görə də Azərbaycan xalqı 2003-cü ildə seçim qarşısında qalmadı, birmənalı şəkildə ulu öndərin siyasi kursunun davam etdirilməsinə səs verdi.

 Son 20 ilin təcrübəsi onu göstərdi ki, o dövrdə Heydər Əliyev siyasi xəttindən başqa Azərbaycanın strateji inkişafını müvəffəqiyyətlə təmin edə biləcək digər siyasi kurs yox idiola da bilməzdi. Qeyd etmək istərdim ki, xüsusilə son 10 ilin təcrübəsi, reallıqları bu fikrin çox ibrətamiz olduğunu əyani şəkildə təsdiq edir.

 - Ancaq 2003-cü ildə Azərbaycanın inkişaf perspektivləri ilə bağlı çoxsaylı mülahizələr, versiyalar irəli sürülürdü...

 - Mən onların arasında iki istiqaməti xüsusi vurğulamaq istərdim. Birincisi, iddia edilirdi ki, Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla statik irəliləyişini davam etdirəcək. Heydər Əliyev kursunun təhlillərə, nəzəri və praktiki biliklərə əsaslanan proqramlar əsasında davam etdirilməsi, cəmiyyətə yeni inkişaf modelinin təqdim olunması isə ikinci istiqaməti təşkil edirdi. Qarşıda duran vəzifələrə yaradıcı yanaşma cəmiyyətə yeni nəfəs gətirdi, xalqa növbəti inkişaf mərhələsində Azərbaycanın yeni, müasir simasını göstərdi. Hakimiyyətin nümayiş etdirdiyi qətiyyət, müdriklik, irəli sürdüyü rasionalpraqmatik təşəbbüslər cəmiyyətin ona olan inamını və rəğbətini daha da artırdı. Hesab edirəm ki, bir tərəfdən ölkənin uğurlu inkişafı, yaradılmış sosial-iqtisadi baza, xalqın Heydər Əliyev şəxsiyyətinə ehtiramı, onun siyasətinin davam etdirilməsinə birmənalı pozitiv münasibəti, digər tərəfdən isə irəli sürülən yeni təşəbbüslər, ölkənin inkişafına yaradıcı yanaşma, novator ideyalar, hakim komandanın gücünə, səriştəsinə olan inam 2003-cü ildəki prezident seçkilərində xalqın seçiminə təsir edən başlıca amillər oldu.

 Qeyd edim ki, keçən müddətdə Azərbaycan cəmiyyətində həyata keçirilən siyasi kursinkişaf istiqamətləri mövcudyeni yaradılan bazis əsasında ucaldılacaq gələcək Azərbaycanın konturlarını və modelini təqdim etdi. Yeni inkişaf modelinin başlıca məqsədi Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlməsini və dünya birliyinin layiqli üzvünə çevrilməsini nəzərdə tuturdu. Hesab olunurdu ki, cəmiyyət həyatının bütün sahələri bir-biri ilə üzvi şəkildə bağlı olduğuna görə, ayrı-ayrılıqda hansısa bir sahənin inkişaf etdirilməsi zəruri effekt verməyəcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün, ilk növbədə, güclü maliyyə imkanları, elmi şəkildə əsaslandırılmış və hər bir sahəni əhatə edən proqramlar, onların kompleks şəkildə reallaşdırılması lazımdır.

 2006-cı ildə nəhəng transmilli enerji layihələrinin başa çatdırılması və işə düşməsi Azərbaycana güclü maliyyə axınını təmin etdi. Təsdiq olunmuş çoxsaylı dövlət proqramları, imzalanmış fərman və sərəncamlar, bu sənədlərdə nəzərdə tutulmuş məsələlərin icrası iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, sosial problemlərin həllinə, insan kapitalının formalaşdırılmasına, regionların tərəqqisinə, paytaxtla bölgələrin inkişafı arasında kəskin disbalansın aradan qaldırılmasına, ölkənin, cəmiyyətin müasir simasının formalaşdırılmasına, korrupsiya, inhisarçılıq və digər bu kimi neqativ hallarla səmərəli mübarizənin aparılmasına, vətəndaş cəmiyyətinin daha da sürətli inkişafına etibarlı zəmin yaratdı. Ən əsası, nümayiş etdirilən qətiyyət, güclü siyasi iradə, hakim komandanın, dövlət strukturlarının qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə tam səfərbər olunması, müasir çağırışları nəzərə alan rasional idarəçilik bütün məqsədlərə çatmağa imkan verdi.

 On ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artdı, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik 5 faizə endi. Azərbaycanda müasir iqtisadisosial infrastruktur yaradıldı. Ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olundu. Azərbaycanın icmal büdcəsinin xərcləri 13 dəfə artaraq 1,5 milyard manatdan 20 milyard manata çatdı. 2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara yüksəlmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırıldı və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutur. Vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyalar verildi. Minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar fəaliyyətə başladı, 1,2 milyon yeni yeri yaradıldı. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilib istifadəyə verildi. Bu gün bütün dünya Bakının yeni, müasir  simasından danışır. Amma regionlara səfər edəndə Bakı ilə digər şəhərlər arasında fərq bir o qədər də hiss olunmur. Çünki regionlar da paytaxt kimi dinamik inkişaf edir, müasirləşir. Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrildi. Bu gün Bakı siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə qlobal əhəmiyyətli, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində Azərbaycan ilk süni peykini kosmik fəzaya çıxardı və kosmik ölkələr klubuna üzv oldu.

 Bütün bu uğurların nəticəsidir ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə, sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına üzv oldu, dünya siyasətinin müəyyənləşdirilməsində iştirak edən ölkə statusu qazandı. Əldə olunmuş mühüm nailiyyətlər sayəsində Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa vurdu, dünyanın aparıcı maliyyə və iqtisadi institutlarının hesabatlarında öncül yerləri tutmağa başladı. Dünya İqtisadi Forumunun builki son hesabatında Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə dünyada 39-cu ölkədir və Avropa Birliyinin 28 üzv ölkəsindən 15-ni qabaqlayır.

 Azərbaycan bu uğurlara öz hesabına, heç kimdən heçalmadan, heçummadan, istəmədən, boyun əymədən, öz müstəqil siyasəti ilə nail oldu. Bəli, etiraf etməliyik ki, müstəqillik tariximizin bütün dövrlərində Azərbaycana təzyiq etmək istəyən, onu öz yolundan döndərməyə çalışan, öz iradəsinə tabe etdirməyə cəhd göstərən, hətta təhdid metoduna əl atan xarici qüvvələr mövcud olubindivar. Müstəqilliyimizin ilk illərində biz zəif idik, dövlətçiliyimiz tam oturuşmamışdı, təzyiq və təhdidlərə qarşı dövlətin immuniteti formalaşmamışdı. Buna görə də biz bəzi məsələlərdə güzəştə getməyə, müxtəlif əsassız iddialara həssas yanaşmağa məcbur olurduq, izahat verirdik, məsələlərin yanlış təqdim olunduğunu sübut etməyə çalışırdıq. Ancaq 2013-cü ildəki Azərbaycan 2003-cü ildəki ölkə deyil. Mübaliğəsiz demək olar ki, Azərbaycan tarixinin heç bir dövründə, heç vaxt bu qədər azad, müstəqil və güclü olmamışdır. Bu gün Azərbaycanla təzyiq vasitəsilə danışmaq, onu milli maraqlarına zidd mövqeyə məcbur etmək mümkün deyildir.

 Həqiqətən də Azərbaycanın bugünkü reallıqları hər bir vətəndaşı ruhlandırır, sevindirir. Layiqli həyat şəraiti təmin olunmuş Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız arxalarında güclü, onları dünyanın istənilən nöqtəsində müdafiə etməyə qadir olan bir dövlət görürlər və belə bir dövlətin vətəndaşları olduqlarına görə fəxr edirlər. Avropa BirliyininAvropa qonşuluq  barometri” çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə  inanır. Yəni ölkə əhalisinin 92 faizi hakimiyyətin fəaliyyətini bəyənir və ona etimad göstərir. Bütün obyektiv rəy sorğuları xalqla hakimiyyətin sıx birliyinin təcəssümüdür. Budur son 10 ilin real nəticəsi. Budur 2013-cü ilin, bu günün seçki reallığı. Bu reallığa qarşı hər hansı iddia, onun əhəmiyyətini azaltmaq cəhdləri heç kimə  divident gətirməyib və bundan sonra da xeyir verə bilməz.

 Bugünkü hakimiyyət öz xalqına güvənir, onun bütün qərarları xalqın istəyini, arzularını əks etdirir. Bu qərarların mənbəyi Azərbaycan xalqıdır. Biz xalqın güclü dəstəyini, etimadını, rəğbətini görürükbuna görə daha da cəsarətlə, inamla milli maraqlara əsaslanan siyasət yürüdürük. Biz nə qədər xalqa yaxınlaşırıqsa, opponentlərimiz bir o qədər xalqdan uzaqlaşır. Nə qədər inamla xalqın içinə gediriksə, insanlarımızla yaxın təmasda oluruqsa, onlar bir o qədər xalqla təmasdan yayınır, daha çox xarici dairələrlə, səfirliklərlə ünsiyyətə can atırlar. Hakimiyyətin mənbəyi xalqdır. Fikrimizcə, kim bu reallığı daha ciddi dərk edərək, ona əməl edəcəksə, o da qalib gələcək.  2013-cü il seçkilərinin taleyini də məhz Azərbaycan seçicisi həll edəcək.

 - Müxtəlif partiya və blokları təmsil edən 10 namizəd artıq qeydiyyatdan keçib və seçkilərdə iştirak edəcək. Əlbəttə, onların hər biriiddia edir ki, seçkidə qalib gələcək. Sizcə, bu iddia reallığa nə qədər uyğundur?

 - Qeyd etmək istərdim ki, seçki təbliğatı kimi qəbul olunacağını nəzərə alaraq mən ad çəkmək və xüsusi təhlil aparmaq istəmirəm. Bununla yanaşı, bəzi fikirlərimi bölüşməyi lazım bilirəm.

 Siyasi partiyalar arasında hakimiyyət uğrunda mübarizə demokratik cəmiyyətlərə xas olan normadır. Onların hakimiyyətə gəlmək istəyi, buna cəhd göstərməsi də təbii qarşılanmalıdır. Lakin o müxalifət hakimiyyət uğrunda real mübarizə apara və hakimiyyətə opponentlik edə bilər ki, onun ölkənin inkişafı ilə bağlı daha optimal proqramı var, xalqın arasına gedir, seçicilərlə öz işini qura bilir, seçki arası dövrdə elektoral bazasını daha da gücləndirir, vətəndaşları daha yaxşı idarəçilik sistemi formalaşdıracağına və ölkəni daha səmərəli idarə edəcəyinə inandırmağa çalışır. Ola bilər ki, dövlət müstəqilliyinin ilk illərində müəyyən siyasi partiyalar hələ dünyagörüşü tam formalaşmamış bəzi insanları populist vədlərlə aldatmağı, cəmiyyətə qeyri-real, lakin cəlbedici vədlər verməklə özünə tərəfdaş toplamağı bacarırdı. Lakin indi XXl əsrdir, insanlarda milli şüur, praqmatik təfəkkür, yetkin dünyagörüşü formalaşıb. Əgər siz müxtəlif dövrlərdə seçkilərin əsas hərəkətverici qüvvəsi olan vətəndaşların, seçicilərin mövqeyini müqayisə etsəniz, görərsiniz ki, artıq Azərbaycan seçicisi kimə və nəyə görə səs verəcəyinin fərqindədir. O, iddiaçıların hər birininetdiyini, nə etmək istədiyini və nə edə biləcəyini anlayır, onların arasında tam şüurlu bir seçim etməyi hədəfləyir.

 Seçici bu gün Azərbaycanın hansı zirvələrə yüksəldiyini, tarix baxımından qısa bir dövr ərzində ölkəmizin simasının, öz həyatının  müqayisə olunmaz dərəcədə dəyişdiyini aydın görür. Dünyanın müxtəlif nöqtələrində, böyük resursları, təbii sərvətləri olan bir sıra ölkələrdə qarşıdurmalar, böhran, aclıq və səfalətin hökm sürdüyü bir vaxtda Azərbaycan dinamik inkişafını davam etdirir, qaynar dünyada sabitlik adasını xatırladır. Bu tərəqqinin müəllifi olan hazırkı hakimiyyət özünə inamlı və soyuqqanlıdır, xalqın iradəsinə əsaslanan siyasətini davam etdirmək əzmini nümayiş etdirirseçici iradəsini hədəfləyir. Digər tərəfdən, seçici aydın şəkildə bugünkü siyasi kursun əleyhdarlarının da arqumentlərini dəyərləndirir və şüurlu seçim edir. Odur ki, hər şey xalqın bundan sonrakı seçimindən asılı olacaq.

 Bütün deyilənləri nəzərə alaraq bildirmək istərdim ki, istər Azərbaycanın daxili imkanları, istər beynəlxalq durumu, istərsə də seçkidə iştirak edəcək qüvvələrin, namizədlərin potensialı baxımından hazırkı seçki reallığı tam fərqli bir şəraitdə formalaşmışdır. Bu reallıq zəif, təzyiq və təhdidlərə qarşı dözümsüz Azərbaycanın deyil,  güclü, özünə güvənən, tam müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan, dünya ölkələri arasında böyük nüfuz sahibinə çevrilmiş Azərbaycanın reallığıdır. Bu, inkişaf etmiş, müasirləşmiş, əhalisinin rifahı yüksəlmiş, demokratiya yolu ilə inamla irəliləyən Azərbaycanın reallığıdır.

 Əminliklə demək olar ki, bu il seçki elektoratı tam sabitdir, dayanıqlıdır və öz iradəsini tam müəyyən etmiş durumdadır. Bu da öz növbəsində təsadüfi nəticəni, hansısa gözlənilməz yekunu tam istisna edir.

 - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı aralıq hesabatını necə qiymətləndirirsiniz?

 - Müstəqillik illərində Azərbaycanda beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi, müvafiq seçki institutları yaradılmış və onların səmərəli fəaliyyəti təmin edilib. Bu günə kimi keçirilmiş prezidentparlament seçkilərində əldə olunmuş təcrübə onu deməyə əsas verir ki, artıq ölkəmizdə demokratik seçki sistemi və ənənəsi formalaşıb. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının rəyi, mövqeyi seçkilərin taleyini həll edən əsas faktordur və hamı bu seçimə hörmətlə yanaşmalıdır.

Builki prezident seçkisinə gəldikdə, hesab edirəm ki, bütün seçki mərhələləri-namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı Seçki Məcəlləsinin tələbləri çərçivəsində reallaşdırılıb. Bu günə kimi 22 nəfər namizədliyini irəli sürüb, onlardan yalnız birinə imza vərəqələrinin verilməsindən imtina edilib. 11 nəfər imzatoplama kampaniyasını lazımi şəkildə apara bilməyib. 21 nəfərdən 10 iddiaçının prezidentliyə namizədliyi qeydə alınıb. İmzatoplama kampaniyası dövründə hər hansı qanun pozuntusu müşahidə olunmayıb.

Məlum olduğu kimi, Milli Məclis seçkiləri müşahidə etmək üçün artıq 9 beynəlxalq təşkilata müraciət edib. Seçki prosesini 1000-ə yaxın uzunmüddətli və qısamüddətli xarici müşahidəçi və minlərlə yerli müşahidəçinin izləyəcəyi gözlənilir. Bundan əlavə, bütün namizədlərə İctimai Televiziyadaradioda ödənişsiz efir vaxtı, rəsmi qəzetlərdə isə ödənişsiz yer veriləcək. Namizədlər Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeydə alınmış KİV-lərdə ödənişli təbliğat aparmaq imkanından da yararlana bilərlər. Bakı şəhərində və bölgələrdə seçicilərlə görüşlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Dairə və məntəqə seçki komissiyaları səsvermə prosesinə tam hazırdır. Məntəqələrdə səsverməni “online” izləmək üçün 1000 ədəd veb-kamera quraşdırılıb. Artıq Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirib və bu seçkidə 5 milyondan artıq vətəndaşın öz səsvermə hüququnu reallaşdırmaq imkanına malik olduğu müəyyən edilib.

 Qeyd etmək istərdim ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatlar çərçivəsində öz fəaliyyətini qarşılıqlı etimad, obyektivlik, şəffaf və aktiv fəaliyyət meyarları üzərində qururdaim həmin təşkilatların prinsiplərinə əməl edir, onların mövqeyinə hörmətlə yanaşır. Bununla yanaşı, təəssüflə qeyd etmək istərdim ki, bəzi hallarda beynəlxalq təşkilatların hesabatları və rəyləri tendensioz xarakter daşıyır və daha çox ikili standartlara söykənir. Konkret olaraq ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son hesabatı belə bir təəssürat yaradır ki, sanki qurumun vəzifəsi seçki ərəfəsi real vəziyyəti obyektiv şəkildə qiymətləndirmək deyil, irad naminə irad bildirməkdən ibarətdir. Bu kontekstdə, istər proseslərin təqdimatı, istərsə də ifadələrin seçimində qəbul olunmaz qüsurlar mövcuddur. Məsələn, bəzi partiyaların adları çəkilməklə onların parlamentə “buraxılmadığı” iddia olunur. Parlament xalqın iradəsi və mövcud qanunvericilik çərçivəsində formalaşır. Əgər hər hansı partiyanın namizədləri seçkilərdə zəruri səs toplaya bilməyib parlamentə düşmək şansından məhrum olurlarsa, bunu onların “buraxılmaması” kimi şərh etmək qüsurlu yanaşmadır.

 Digər tərəfdən, başqa ölkələrdə seçki prosesi ilə bağlı heç yada belə düşməyən məsələlərin yalnız Azərbaycanda qabardılması müəyyən suallar doğurur. Məsələn, Azərbaycanda qadınların prezidentliyə namizədliyinin irəli sürülməməsini “nöqsankimi təqdim etmək nə dərəcədə obyektiv yanaşmadır? Kim qadınların bu hüququnu əlindən alır? Belə bir qanuniya inzibati məhdudiyyət mövcuddurmu? Qadınlar bütün hakimiyyət strukturlarında, seçkili orqanlarda təmsil olunurlar, cəmiyyət həyatında kifayət qədər yüksək fəallıqları ilə seçilirlər. Parlamentdə qadınların təmsilçilik faizi baxımından Azərbaycan bəzi Avropa ölkələrinə nümunə kimi göstərilə bilər. Qoy bu hesabatı tərtib edənlər desinlər ki, ATƏT-ə üzv olan ölkələrin neçəsində qadın dövlət başçısı olub? Ümumilikdə, ATƏT məkanında qadınların prezidentliyə namizədliyinin irəli sürülməsi nə vəziyyətdədir?

Həmçinin az qala müstəqillik tariximizi təftiş edib subyektiv mülahizələr əsasında uzaq gedən nəticələr çıxarmaq da sənədin obyektivliyini şübhə altına qoyur. Əvvəlki illərdə qəbul olunmuş qanunlarya qanunlara edilmiş əlavə və dəyişikliklərin, seçki prosesinə aidiyyəti olmayan digər məsələlərin  seçki ilə əlaqələndirilməsi ATƏT DTHİB-nin tətbiq etdiyi metodologiyanın yanlış olduğunu göstərir. Üstəlik, sənəddə ölkədə media, sərbəst toplaşmaq azadlığı və digər məsələlərlə bağlı əsassız iddiaların mövcudluğu onu deməyə əsas verir ki, bu hesabat reallığı əks etdirmir.

 Düşünürəm ki, artıq ikili standartlar praktikasına son qoyulmalıdır. Hər halda, ortada Ermənistanda namizədlərin güllələndiyi, onların pozuntulara etiraz olaraq aclıq aksiyası keçirdiyi, seçici səslərinin kobud şəkildə saxtalaşdırıldığı seçkiyə ATƏT DTHİB-nin verdiyipozitiv” qiymət nümunəsi var. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, növbəti hesabatlarda obyektivlik meyarına tam riayət olunması, qüsurlara yol verilməməsi missiyanın hesabatına ictimai etimadın yüksəlməsi baxımından faydalı olardı.

 Əminəm ki, prezident seçkisi ölkə qanunvericiliyi çərçivəsində, Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun keçiriləcək və həm yerli, həm də xarici müşahidəçilərin obyektiv və yüksək qiymətini alacaq.

 

Xalq qəzeti.- 2013.- 19 sentyabr.- S. 8.