DİASPOR: Azərbaycan həqiqətlərini təbliğ edən nüfuzlu qüvvə

 

Azərbaycan böyük potensialı olan diaspora malikdir - dünya azərbaycanlılarının yalnız beşdən biri Azərbaycanda yaşayır. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Bu qüvvə cəmləşdirilsə, Azərbaycan Respublikası ətrafında birləşdirilsə dağı dağ üstə qoymaq olar. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan diasporunun təşkilatlanması məsələsini xarici siyasətimizin əsas prioritetlərindən biri elan etdi.

 

Heydər Əliyev 1991-ci ildə, hələ Naxçıvanda Ali Məclislin sədri vəzifəsində  çalışarkən dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi və diqqəti bu məsələyə yönəltdi. Heydər Əliyev elan etdi ki, Azərbaycan diasporunun dünya azərbaycanlılarının haqlarını qoruya biləcək, Vətənə dünya səviyyəsində dəstək verə biləcək bir qüvvəyə çevrilməsi hazırda müstəqil Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan  diasporu müstəqil Azərbaycan dövlətinin iqtisadisiyasi maraqlarının həyata keçirilməsi,  Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll edilməsi istiqamətində fəaliyyət göstərən güclü lobbiyə çevrilməlidir.

 

Diaspor hərfi mənada “dağılma”, “səpələnmə” demək olsa da, hər millətin, xalqın vətəndən ayrılması, dünyaya səpələnməsi diaspor yaratmır. Məsələn, dünyaya ən çox səpələnən xalqlar çinlilər və ərəblərdir, amma dünyanın heç bir yerində ərəb, ya da çin diasporu yoxdur. Diasporun meydana gəlməsi, yaranması üçün birinci əsas şərt vətəndən kənarda yaşayanların vətənə bağlı olmasıdır, vətənin problemləri ilə yaşamasıdır. Azərbaycan Prezidenti Heydər Əliyev də bu mühüm amilə böyük əhəmiyyət verir  1997-ci ildə ABŞ-da yaşayan azərbaycanlılarla görüşündə çıxışına bu sözlərlə başlayırdı: “Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşambu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana,  Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir”. Azərbaycan Prezidenti soydaşlarımıza deyir siz düşünməyin ki, Azərbaycan sizin üçünedib, düşünün ki, siz Azərbaycan üçünetmisiz. Onda Azərbaycan diasporu da irəli gedər, Azərbaycan dövləti də inkişaf edər. Azərbaycanı düşünmək, Azərbaycanla yaşamaq isə ilk nəzərdən göründüyü kimi sadə məsələ deyil, bunun üçün ideya lazımdır, mənəvi əsas lazımdır. Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var - bu, azərbaycançılıqdır. Biz azərbaycanlılar bu ideyanı yaratmışıq, biz də yaşatmalıyıq, inkişaf etdirməliyik, onun əsasında da birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir.  Biz dünyaya inteqrasiya ediriksə, deməli bizim mənəvi dəyərlərimiz  də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Doğrudur, insan hansı ölkədə  yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın. Amma dünyada eyni zamanda assimlyasiya - millətlərin bir-birlərinə yaxınlaşması, qaynayıb qarışması prosesigedir. Odur ki, Azərbaycan Prezidenti Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

 

Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas - aparıcı qurum lazımdır. Tarix boyu dövlətçiliyi olmayan, amma yaşayaninkişaf edən yəhudi və erməni diasporları üçün belə bir qurum rolunu, məlum olduğu kimi, kilsə (məbəd) oynamışdır. Xaricdə yaşayan türklərin birləşməsində, güclü türk diasporunun (məsələn, Almaniyada olduğu kimi) yaranmasında aparıcı rol isə Türkiyə dövlətinə məxsusdur. Qeyd etmək lazımdır ki, diasporun yəhudi və türk modellərinin yaranması fərqli olduğu kimi, missiyası da fərqlidir. Yəhudi diasporu müstəqil İsrail dövlətinin yaranmasında maddi və mənəvi əsas rolu oynamışdır, faktiki olaraq, bu dövləti yaratmışdır. Bununla da bütün dünyaya səpələnmiş yəhudilərin böyük hissəsinin bir yəhudi dövlətinin ərazisində yaşamaq imkanı qazanmasına nail olmuşdur. Türkiyə dövləti isə xaricdə, əsasən Avropada yaşayan türklərin təşkilatlanmasına dəstək vermiş, güclü türk diasporunun yaranmasına nail olmuşdur (hazırda Amerikada yaşayan türklərin təşkilatlanması və erməni təşkilatlarına qarşı duracaq səviyyəyə çatması istiqamətində gedir). Odur ki, yəhudi diasporu İsraili dəstəklədiyi kimi (bu dəstək əsasında ABŞ İsrailə ildə iki milyard dollardan çox yardım ayırır), Türkiyə də türk diasporunu dəstəkləyir. Azərbaycanda isə tarixi, sosial-siyasi şərait elə gətirib ki, Azərbaycan dövləti gənc olduğu, yenicə qurulduğu kimi, Azərbaycan diasporu da gəncdir, yenicə təşkilatlanır. Yəhudi və türk diasporlarından fərqli olaraq, Azərbaycan dövləti - Azərbaycan diasporu münasibətləri qarşılıqlı kömək, qarşılıqlı dəstək əsasında qurmalıdır. Məsələn, Azərbaycan dövləti diasporun təşkilatlanmasında mühüm rol oynadığı kimi, diaspor da Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllində mühüm rol oynaya bilər.

 

Azərbaycan Prezidenti Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında Azərbaycan dövlətinin və Azərbaycan diasporunun qarşılıqlı vəzifələrinə xüsusi diqqət yetirirdi: Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə  yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizə  ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha çox əlaqələr qursunlar. Bunlar dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir”.

 

Azərbaycan diasporunun təşkilatlanması, azərbaycançılıq ideyası altında müstəqil Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü işlər tezliklə öz nəticəsini verdi.  1991-ci ildə əsası qoyulan, 1997-ci ildən başlayaraq həyata keçirilən təşkilatlanma prosesi 2001-ci ildə daha yüksək mərhələyə daxil oldu - noyabrın 9-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı açıldı. Qurultayın keçirilməsi həm Azərbaycan dövləti, həm də dünya azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb edirdi.

 

Azərbaycan Prezidenti Heydər Əliyev qurultayda çıxış etdi. Prezidentimiz Dünya Azərbaycanlılarının I Qurultayına böyük ümidlər bəslədiyini, bu qurultayın dünya azərbaycanlılarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində çox böyük rol oynayacağını, öz xidmətlərini göstərəcəyini qeyd etdi. Qurultay yüksək həmrəylik və işgüzarlıq şəraitində keçdi. Qurultay nümayəndələri öz təcrübələrini bölüşdülər, qabaqcıl təşkilatların təcrübəsindən öyrəndilər. Diaspor Azərbaycan üçün nə etməlidir, Azərbaycan diaspor üçün nə etməlidir - bu məsələlər açıq müzakirə olundu və təkliflər verildi. Qurultay elan etdi ki, Azərbaycan dünyada yaşayan hər bir azərbaycanlının Vətənidir, dünyada yaşayan hər bir azərbaycanlı da Azərbaycan üçün, Vətən üçün əlindən gələni etməlidir. Bu istiqamətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni faşizminin üzünün açılması, ifşa olunması əsas prioritetlərdən biridir. Çünki yalnız bundan sonra, Dağlıq Qarabağ probleminin beynəlxalq  standartlara uyğun, ədalətli həlli reallaşa bilər.

 

Qurultayda Azərbaycanın və Azərbaycan diasporunun problemləri müzakirə olundu. Bu problemləri  birlikdə həll etmək, Azərbaycan dövləti Azərbaycan diasporu əlaqələrini genişləndirmək üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə dünya azərbaycanlılarının nüfuzlu nümayəndələrinin təmsil olunduğu Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradıldı. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Əlaqələndirmə Şurasının idarə heyətinin sədri seçildi.

 

2002-ci ilin yazında Azərbaycan diasporunun inkişafı üçün dövlət səviyyəsində daha bir addım atıldı. Azərbaycan Prezidentinin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə (hazırda Diasporla üzrə) Dövlət Komitəsi yaradıldı. Komitəyə xaricdə yaşayan azərbaycanlılarla üzrə böyük təcrübəsi olan, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Nazim İbrahimov sədr təyin edildi.

 

Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının təşkilatlanmasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlılarının öz paytaxtlarında öz mənzil-qərargahları vardı. Onlar istədikləri vaxt bura gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli görməyə müvəffəq oldu. Komitənin fəaliyyəti nəticəsində get-gedə daha çox təşkilat “güc birlikdədir” məntiqinə gəlir, ziddiyyətləri aradan qaldırmaq, mütəşəkkilliyə nail olmaq üçün qüvvələrini səfərbər etməyə çalışır.

 

Bu gün bir çox xarici ölkələrdə Azərbaycan cəmiyyətlərinin işbirliyi nəticəsində bu cəmiyyətlərin federasiyaları yaradılır. Belə birliklərdən Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasını, Ukrayna Azərbaycanlıları Konqresini, Ümumrusiya Azərbaycan Konqresi  kimi qurumları göstərmək olar. Bu proqressiv ənənə digər ölkələrə də yayılmaqdadır.

 

Yuxarıda deyildiyi kimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan diasporunun inkişafını və güclü lobbiyə çevrilməsini müstəqil Azərbaycanın  qarşısında duran əsas prioritetlərdən biri  kimi dəyərləndirirdi. Artıq Azərbaycanda demokratik dövlət quruculuğu mərhələsi başa çatmış, dövlətin siyasiiqtisadi bazası yaradılmışdır. Hazırda Azərbaycanın qarşısında duran əsas problem Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun həlli məsələsidir. Ümummilli liderimizin tövsiyə etdiyi kimi, bu sahədə məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və erməni simasının açılması istiqamətində böyük işlər görür. Artıq Avropa Şurası və dünyanın digər nüfuzlu təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanımışlar.

 

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə böyük işlər görür. Dünyanın Azərbaycanı tanıması, qədim tarixə, zəngin adət-ənənələrə malik bir xalq olduğunu bilməsi artıq erməni təbliğatına, onun yalançı məlumatına layiqli cavabdır. Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan diasporu da inkişaf edirbütün dünyada Azərbaycanın maraqlarını qoruya biləcək bir qüvvəyə çevrilir.

 

Prezident  İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Qurultay Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, “xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi” daşıyırdı. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir addım olan bu ümumxalq tədbiri ümumilikdə Azərbaycanın inkişafında, ən yeni tarixində əhəmiyyətli bir hadisə kimi yadda qaldı. 2011-ci ildə Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə  diasporumuz sürətlə inkişaf edirdünya azərbaycanlılarının haqlarını qoruya biləcək, bütün dünyada Azərbaycanın maraqlarını qoruya biləcək bir qüvvəyə çevrilir. Azərbaycan diasporunun türk diasporu ilə qüvvələri birləşdirəcəyi, erməni lobbisinə layiqli cavab verəcək güclü lobbiyə çevriləcəyi  gün uzaqda deyil. Bu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi diaspor siyasətinin əsas prinsiplərindən biridir.

 

 

Qalib ARİF

 

Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 6.