2012-ci il Azərbaycanın ən yeni tarixinə növbəti inkişaf mərhələsi kimi yazıldı

 

Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına nəzər salanda bir daha aydın olur ki, 2012-ci il Azərbaycanın ən yeni tarixinə növbəti inkişaf mərhələsi kimi yazılmışdır. Bu fikir  Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində də öz aydın ifadəsini tapmışdır. Dövlət başçısı demişdir: “2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız  təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir.

 

İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir.

 

Beynəlxalq reytinq agentlikləri 2012-ci ildə ölkəmizin kredit reytinqlərini artırmışlar. Bu da böhranlı il üçün çox gözəl, əlamətdar bir hadisədir. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir. Əminəm ki, gələcək illərdə bizim yerimiz daha da yüksək olacaqdır...”

 

Prezident İlham Əliyev təbrikində daha sonra demişdir ki, iqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. Ötən il sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır. Əminəm ki, gələn il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki biz bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət ərzində qaytarılmasına nail olacağıq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasətimiz konkret nəticələrini verməkdədir.

 

Dövlət başçımız nitqində enerji təhlükəsizliyi məsələlərinə də toxunmuşdur:"...2012-ci ildə çox əlamətdar hadisə baş vermişdir, TANAP layihəsi imzalanmışdır. TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikindən  göründüyü kimi, ötən il Azərbaycan iqtisadiyyatı öz stabilliyini qorumuşdur. Qeyri-neft sektorunda yüksək artım qeydə alınmışdır. Bundan başqa, dövlətin maliyyə mövqeyi güclənmiş, əhalinin pul gəlirləri artmış, sosial rifahmaddi təminat daha da yaxşılaşmışdır.

 

Statistik rəqəmlər də Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ilə bağlı daha dolğun təsəvvür yaradır. Belə ki, 2012-ci ilin on bir ayında ölkəmizdə 48,2 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM-in hər nəfərə həcmi 5253,9 manat (6686,8 ABŞ dolları) olmuşdur. İqtisadiyyatın qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 24,7 milyard manat təşkil etmişdir. ÜDM-in 50,5 faizi sənayedə, 9,9 faizi tikintidə, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 1,5 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 12,7 faizi isə sosial və digər xidmət sahələrində istehsal olunmuşdur.

 

Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 23,1, informasiya və rabitə xidmətlərində 16,8, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 15,7, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,7, nəqliyyat və anbar təsərrüfatında 2,5, sosial və digər xidmətlər sahəsində 3,3 faiz artmışdır. Bütövlükdə makroiqtisadi proqnozlara əsasən, 2012-ci ildə ölkə üzrə ÜDM istehsalının 51,4 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da əhəmiyyətli dərəcədə yüksək iqtisadi artım deməkdir. Qeyri-neft sektorunda isə artımın 9,6 faiz həddində olacağı gözlənilir.

 

İqtisadi uğurlardan danışarkən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Ötən il də Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin yaradılması və yerlərinin açılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır.  Ötən il özəl bölmənin inkişafına da xüsusi diqqət yetirilmişdir. Sahibkarlığın, o cümlədən kiçikorta sahibkarlığın dəstəklənməsinin institusional mexanizmlərinin yaradılması sahəsində mühüm işlər görülmüşdür. Eyni zamanda, güzəştli kreditlərinin verilməsi davam etdirilmişdir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təkcə 2012-ci ildə 2 min 419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit ayrılmışdır. Bu kreditlər hesabına 9 min 100-dək yeni yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərin 68,2 faizi aqrar sektora, 31,8 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 0,1 faizi isə turizmin inkişafına verilmişdir. Verilmiş kreditlərin 83 faizi respublikanın regionlarının, 17 faizi isə Bakı şəhəri, kənd və qəsəbələrinin payına düşür. 2011-ci illə müqayisədə layihələrin sayı 47,2 faiz, güzəştli kreditlərin məbləği 58 faiz, yeni yerlərinin sayı 40,2 faiz artmışdır.

 

Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2012-ci ildə də davam etdirilmiş və 88 investisiya layihəsi maliyyələşdirilmişdir. Bunların sırasında tutumu 16,7 min ton olan 8 soyuducututumu 50 min ton olan 3 taxıl anbarı, 3800 hektar ərazidə illik istehsal gücü 32 min ton olan 2 iri taxılçılıq təsərrüfatı, illik istehsal gücü 19 min ton quş əti, 18 milyon ədəd əmtəəlik və 22,4 milyon ədəd damazlıq yumurta olan 15 quşçuluq təsərrüfatı və digər çoxsaylı layihələr var. Həmin layihələrin reallaşmasına 188 milyon manat güzəştli kredit verilmişdir.

 

Müasir texnologiyalara əsaslanan investisiya layihələrinin məbləği 2011-ci illə müqayisədə 62 faiz artmışdır. Yalnız 2012-ci ildə SKMF tərəfindən maliyyələşdirilən 94 istehsal, emalinfrastruktur müəssisələri  istifadəyə verilmişdir. 2013-cü ildə isə 67 istehsal, emalinfrastruktur müəssisələrinin istifadəyə verilməsi gözlənilir.  Bunlardan savayı, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 401 sahibkara 72 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 2 min 950-dən çox yeni yerinin yaradılacağı nəzərdə tutulur.

 

Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən kiçik və ortahəcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması ölkəmizin müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, Azərbaycanın ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələrinin reallaşdırılması regionların investisiya cəlbediciliyinin artırılmasına, digər sahələrin inkişafının stimulaşdırılmasına, eləcə də iqtisadiyyatın strukturunun dəyişilməsinə şərait yaradır.

 

Aqrar sektorun inkişafından bəhs edərkən, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələsini xüsusi vurğulamaq vacibdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” məhz bu məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, 2012-ci ildə ərzaq məhsullarının istehsalı ilə bağlı 2 min 300-ə yaxın sahibkara 183,8 milyon manat güzəştli kreditlər verilmişbu kreditlər hesabına 7700-dək yeni yerinin yaradılması təmin olunmuşdur.

 

 

 

Ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun dərc etdiyiQlobal Rəqabət Qabiliyyətlilik İndeksi” hesabatına əsasən, 2012-ci ildə Azərbaycan 144 ölkə arasında MDB ölkələri sırasında 1-ci olmaqla 46-cı yerdə qərarlaşmış, Dünya Bankı tərəfindən hazırlanan sonuncuDoing Business” hesabatında isə 185 ölkənin 118-ni geridə qoymuşdur. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan “İnsan inkişafı indeksi”nə görə 187 ölkə arasında 76-cı yerə qalxmış və yüksək insan inkişafı qrupunda qərarlaşmışdır. Ölkə iqtisadiyyatının inkişafı beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, “Standart & Poor’s”, “Moody’s” və “Fitch Ratingskimi nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqi ardıcıl olaraq artırılır ki, bu faktlar da öz növbəsində Azərbaycanı xarici investorlar üçün cəlbedici ölkəyə çevirir.  İqtisadiyyatın inkişafı dövlət büdcəsinin dinamikasından da aydın görünür. Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfədən çox artmışdır. Xatırladaq ki,  icrası artıq başa çatmış büdcədən əməkhaqqının ödənişinə 2554 milyon manat (2010-cu illə müqayisədə 11,8 faiz artım), təqaüd və sosial müavinətlərə 1421,8 milyon manat (30,7 faiz artım), dərman və sarğı materiallarının alınmasına 132,2 milyon manat (15,5 faiz artım), ərzaq məhsullarının alınmasına 232,2 milyon manat (7,2 faiz artım) xərclənmişdir.

 

Hər il büdcədə müdafiə xərclərinə ayrılan vəsaitin artırılmasına baxmayaraq, onun büdcənin ümumi xərclərində və ÜDM-dəki payı illər üzrə azalır. Halbuki, Azərbaycanın hərbi büdcəsini artırmasından ən cox narahatlıq kecirən və beynəlxalq aləmə car cəkən Ermənistanın dövlət büdcəsindən müdafiə xərcləri üçün ayırdığı xərclərin məbləği ümumi büdcə xərclərinin 22  faizini təşkil edir.     Dövlət büdcəsinin artım tempini inflyasiya səviyyəsi ilə müqayisə etmək əhəmiyyətlidir. Belə ki, bu zaman büdcənin real artımını təsəvvür etmək və bu böyümənin inflyasiyadan qaynaqlanma dərəcəsini ortaya cıxarmaq olar. Artıq icrası uğurla başa çatmış 2011-ci ilin dövlət büdcəsində büdcə gəlirlərindəki artım inflyasiya səviyyəsini 5 dəfəyə yaxın üstələmişdir ki, bu da artımların reallığını göstərən əsas amillərdən hesab edilir.

 

Qeyri-neft sektorunun inkişaf etdirilməsi iştiqamətində atılan addımlar nəticəsində 2010-cu ildə neft sektorun ÜDM-dəki 55,6 taizlik xüsusi çəkisinin 2013-cü ildə 38,6 faizə qədər azalacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun payı 2011-ci ilin yekunlarına nisbətdə 2013-cü ildə 13,8 faiz artaraq 61,4 faizə yüksələcəyi gözlənilir. Nəticədə gələcək illərdə dövlət büdcəsində neftdən və Neft Fondu transfertlərindən asılılıq azalacaq.

 

2013-ildə ÜDM-də qeyri - neft sektorunun payının 11,9 faiz , yaxud da 5,3 milyard manat artacağı gözlənilir.Orta aylıq əmək haqqında da 3,9 faizlik artım proqnozlaşdırılır. Gələn ilin inflyasiyasının da təkrəqəmli olacağı proqnozlaşdırılır.

 

Ötən il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, qeyri-neft sektoru yüksək templə artmış, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Çevik makroiqtisadi siyasət, o cümlədən Mərkəzi Bankın pul siyasəti nəticəsində 2012-ci ildə qiymətlərin sabitliyi qorunmuş, inflyasiya birrəqəmli səviyyədə olmuşdur. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunmuş, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir.  Strateji valyuta ehtiyatları 11 ayda 14, 7 faiz artmış və 46,5 milyard dolları ötmüşdür. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edirxarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar Ümumi Daxili Məhsulun 70 faizinə çatır və bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir.

 

Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14 faiz  artaraq 12 milyard dollara yaxınlaşmışdır. 2013-cü ildə Mərkəzi Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırmışdır. Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur.

 

Əhalinin bank sisteminə etimadı daha da güclənmiş, əmanətlər 15,6 faiz artaraq 4,8 milyard manata çatmışdır. Müddəti 1 ildən yuxarı olan əmanətlərin həcmi 17,4 faiz  artmışdır. Manatla əmanətlərin artım tempi (23 faiz) xarici valyutada əmanətlərin artım tempini (6,5 faiz ) üstələmişdir. Regionlarda əmanətlərin həcmi 16 faiz  artmışdır.

 

Rəsmi proqnozlara görə 2013-cü ildə ölkədə iqtisadi artımın 5,3 faiz , o cümlədən qeyri-neft sektorunda 11,7 faiz  olacağı gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ildə ölkədə iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də əsasən daxili tələbdən təsirlənəcəyi gözlənilir.

 

Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxilixarici mənbələri arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası" bütün bu prioritetləri əhatə edir.

 

Bu strateji prioritetlərin həyata keçirilməsinin təməl şərtlərindən biri makroiqtisadi sabitlikdir. Belə ki, daxili inflyasiya tempinin tərəfdaş ölkələrdəki orta çəkili inflyasiya tempinə nəzərən aşağı olması ixrac bazarlarında qeyri-neft məhsullarının qiymət üstünlüyünü təmin edir. Bu baxımdan tədiyə balansının profisiti şəraitində inflyasiyaya təsir etmək üçün pul kütləsinin artım templərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, manatın məzənnəsi də ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir. Bütövlükdə, 2013-ci ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər manevr imkanlarına və adekvat strategiyaya malikdir.

 

2013-cü ildə qeyri-neft sektorunun 11,7 faiz artacağı gözlənilir. Gələn il dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon, xərcləri isə 19 milyard 850 milyon manat olacaq. Bu, 2012-ci illə müqayisədə müvafiq olaraq 12,4 və 12,1 faiz çoxdur. Bütün bunlar ondan xəbər verir ki, 2013-cü ildə Azərbaycan iqtisadiyyatı yeni uğurlarla əlamətdar olacaq.

 

 

Vaqif Bayramov

 

 Xalq qəzeti.- 2013.- 8 yanvar.- S. 1;2.