İmişlidə
vədlər həqiqətə çevrilir
Burada abadlıq-quruculuq işlərinin
miqyası gündən-günə genişlənir
Yeni başa vurduğumuz 2012-ci il Azərbaycanın
hər yerində oduğu kimi, İmişli rayonu üçün də
çox uğurlu il olmuşdur. Belə ki, ötən il sosial-iqtisadi inkişafın bütün
sahələrində müsbət
nəticələr əldə olunmuş,
rayonun hər yerində, o
cümlədən İmişli şəhərində
abadlıq-quruculuq işləri yeni vüsət
almışdır.
... Yolum yenə İmişli şəhərinə düşmüşdü. Burada aparılan tikinti-quruculuq işlərinin miqyası, həqiqətən, insanı heyran edir. Hara baxırdım, yeni tikili, bərpa olunan obyekt görür, hara boylanırdımsa, insanların böyük həvəslə abadlıq-quruculuq işlərinə qatıldığının şahidi olurdum.
Şəhərin mərkəzi küçələrinin birində köhnə tanışım, ağsaqqal, İmişli şəhər sakini Həsən kişi ilə rastlaşdım. O, doğma şəhərində aparılan böyük quruculuq işlərindən söz açdıqca çox sevinirdi:
-
Möhtərəm Prezidentimiz İlham Əliyev ötən
ilin aprelində Vilyam Hacıyevi İmişli Rayon İcra
Hakimiyyətinin başçısı təyin edəndən
sonra bizim rayonda olduqca çox iş görülüb, əmək
kollektivlərində səmimi, işgüzar ab - hava
yaranıb. Sakinlər elliklə abadlıq-quruculuq işlərinə
qatılıblar. Nəticə də göz
qabağındadır: İmişli elə
sürətlə yeniləşir, gözəlləşir ki, 70 il burada
yaşayan insan belə
az qala öz
şəhərini tanıya bilmir...
İmişli Rayon İcra Hakimiyyətinə gəldim. Şəhərdə gördüklərimi nəql edəndə mənə rəsmi məlumat təqdim etdilər. Orada deyilir: “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda ötən il 220 şagird yerlik Çaxırlı, 180 şagird yerlik Ağaməmmədli, 360 şagird yerlik Bəcirəvan, 220 şagird yerlik Qaragüvəndikli kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi, İmişli şəhər 4 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, məktəb binaları yeni dərs ilində istifadəyə verilmişdir. 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni binanın, 180 şagird yerlik Xoşçobanlı kənd tam orta məktəbində bərpa-gücləndirmə işlərinə 2 yeni tədris korpusunun tikintisi başa çatdırılmışdır. Ağamalılar kənd tam orta məktəbinin binası təmir edilmiş, rayon Təhsil Şöbəsinin dam örtüyü dəyişdirilərək, binanın fasad hissəsi ağlay ilə üzlənmişdir. Sahəsi 570 kvadratmetrlik, 1 zal və 7 otaqdan ibarət olan Şahmat Məktəbi tikilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına əsaslı təmir olunan Rayon Mərkəzi Xəstəxanasında təmir işləri başa çatmışdır. Hazırda 2 mərtəbəli, 4 korpusdan ibarət 136 çarpayılıq xəstəxana binası müasir tibbi cihazlar, inventar və avadanlıqlarla təchiz olunmuşdur. 2012-ci ilin 9 ayı ərzində Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxanasında əsaslı təmir işləri başa çatdırılmış, muzeyin dam örtüyü dəyişdirilmişdir. Hər iki bina ağlayla üzlənmiş, sahəsi 200 kvadratmetrlik, 2 zaldan ibarət olan muzeydə 4 min ədəd eksponatın yerləşdirilməsi nəzərdə tutulmuşdur.
Ötən il ərzində həmçinin emal sənayesinin inkişafı üçün görülən işlər də davam etdirilmiş, Qaragüvəndikli kəndinin ərazisində damazlıq yumurta istehsal edən “Araz damazlıq quşçuluq” MMC-nin yeni sexləri, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı və Xəlfəli kəndi ərazisində yeni asfalt zavodu tikilib istifadəyə verilmişdir. Gündə 200 ton kəllə qənd istehsal etmək gücündə olan İmişli şəkər zavodunun nəzdində kəllə qənd zavodunun tikintisi başa çatmışdır.
Rayonun
Bəcirəvan kəndində inşa edilən baytar sahə məntəqəsinin
binasında tikinti işləri başa
çatmışdır. İmişlidə ötən il
Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Əmək
və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən tikiləcək
6 mərtəbəli 54 mənzilli
yaşayış binasının tikintisi
üçün torpaq
sahəsi ayrılmışdır. Rayonda məskunlaşmış
məcburi köçkünlərin mənzil şəraitini
yaxşılaşdırmaq məqsədi ilə Bəhrəmtəpə
qəsəbəsində 550 məcburi köçkün
ailəsi üçün yeni
evlərin tikintisi nəzərdə tutulmuş, bunun üçün
100 hektar torpaq
sahəsi ayrılmışdır. 325 məcburi köçkün ailəsi üçün
fərdi yaşayış evlərinin tikintisi
başa çatmış, qəsəbədə
360 şagird yerlik 2 mərtəbəli
yeni məktəb binası tikilmişdir.
Qəsəbəyə elektrik və su xətləri çəkilmiş,
hazırda təbii qaz xəttinin çəkilişi
aparılır".
İcra
hakimiyyətində bildirdilər ki,
2012-ci ilin 9 ayında rayon üzrə 1058 iş yeri
açılmışdır ki, onun da 403-ü daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
açılmış yeni iş yerlərinin sayı 47,6 faiz
artmışdır.
RİH-in
binasından çıxandan sonra yenidən şəhərin
tanış küçə və meydanları ilə gəzməyə,
burada aparılan tikinti-quruculuq işləri ilə yaxından
tanış olmağa başladım.
Şəhərdə görülən işlərə
baxdıqca sevinirdim.
Hər bir imişlili
üçün əziz olan Heydər Əliyev parkı
xüsusi zövqlə inşa edilib. Burada
qısa vaxt ərzində abadlıq və
yenidənqurma işləri aparılmış, parkın ərazisindəki
ictimai və inzibati binalar ağlay daşlarla
üzlənmişdir. Binaların dam
örtükləri dəyişdirilmiş, parkda
müasir işıqlandırma sistemi, fəvvarələr
quraşdırılmış, yaşıllıqlar
salınmışdır. Parkın ərazisində görünüşü uzaqdan
diqqəti cəlb edən Heydər Əliyev Mərkəzi tikilmişdir. Sahəsi 2000 kvadratmetr
olan 2 mərtəbəli mərkəzdə
konfrans zalı, elektron
kitabxana, dərnəklər, internet klublar, xarici dil kursları nəzərdə
tutulmuşdur. “Gənclər Mərkəzi”ndə
də konfrans zalı, kinoklub,
kitabxana, kafe, çayxana və digər xidmət növləri
fəaliyyət göstərəcəkdir.
Heydər
Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov və H.Aslanov
küçələrindəki bütün yaşayış
və inzibati binaların, ticarət obyektlərinin dam
örtüyünün dəyişdirilməsi, fasad hissələrinə
ağlay daşların qoyulması, qapı və pəncərələrin
yeniləri ilə əvəz olunması işi
aparılırdı. Heydər Əliyev prospektindəki magistral qaz xətti, polietilen borularla əvəz
olunur, yeraltı qaz və
elektrik xətləri çəkilirdi.
Sonra
Vağzal meydanına getdim.
Burada sahəsi 8300 kvadratmetr,
hündürlüyü 100 metr olan Bayraq
Meydanı salınmışdır. Şəhər ərazisindəki
M.Sabir və Nizami
adına parklarda da oldum. Burada da
yenidənqurma və abadlıq işləri
aparılırdı.
İmişlidə bu dəfə
gördüklərim məndə olduqca xoş təəssürat
yaratmışdı. Şəhəri gəzdikcə
rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə İmişlidə ilk dəfə görüşdüyüm
zaman onun dərin inamla dediyi bu
sözləri xatırladım: “İmişli
camaatı çox işgüzardır.
Burada dövlətçiliyimizə, cənab
Prezidentimiz İlham Əliyevin
həyata keçirdiyi müdrik
siyasətə dərin inam və ehtiram var. Biz İmişli
camaatı ilə birlikdə hələ çox
işlər görəcəyik”.
Bu
sözlərin İmişlidə
qısa zaman çərçivəsində həqiqətə
çevrildiyinin şahidi olduğum üçün bir daha məmnun
qalmışdım. Gələn dəfə burada daha möhtəşəm
abadlıq-quruculuq işlərinin həyata keçiriləcəyinə
isə zərrə qədər şübhə etməyərək İmişlidən ayrıldım.
Səməd Hüseynoğlu,
Xalq qəzeti.- 2013.- 11 yanvar.- S. 6.