Azərbaycan xalqı üçün Vətən, torpaq, ordu müqəddəsdir

 

Dövlət hər bir  əsgərin həyatını qorumağı özünün mühüm  vəzifəsi hesab edir

 

Hər hansı bir dövlətin regionda və dünyada aparıcı mövqelərə yüksəlməsi üçün ictimai-siyasi sabitlik şəraitində dinamik iqtisadi inkişafın, vətəndaş həmrəyliyinin təmin olunması, milli maraqları daim ön planda tutan ardıcıl və məqsədyönlü xarici siyasətin həyata keçirilməsi ilə yanaşı yüksək döyüş qabiliyyətinə malik ordusunun olması da əsas şərtlərdən biridir. Sevindirici haldır ki, cəmi 21 illik müstəqillik tarixinə malik olan Azərbaycan Respublikası yuxarıda sadaladığımız istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmış, qısa dövr ərzində Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvələrinə malik olmuşdur.

 

Hazırda Azərbaycan Ordusu öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda qərar tutub. Bu amil ölkəmizə düşmən kəsilən xaricidaxili qüvvələrin ciddi narahatlığına səbəb olub. Bu il yanvarın 8-də Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə vəfat edən Ceyhun Qubadovun ölümü ətrafında bəzi qüvvələrin ajiotaj yaratmağa çalışmasının səbəbi də budur.

Təkzibolunmaz faktdır ki, Azərbaycan dövləti hər bir vətandaşın taleyi ilə maraqlanır, hərbçilərimizin problemlərini diqqət mərkəzində saxlayır, bütün məsələlərin məqbul həlli üçün lazımi addımları vaxtında atır. Heç uzağa getmək lazım deyil. Azərbaycan dövləti erməni lobbisinin  Ermənistanın  həyasızcasına saldığı hay-küy  fonunda Qərbdəki bəzi dairələrdən etiraz səslərinin yüksəlməsinə heç bir əhəmyyət verməyərək  keçən il avqustun 31-də Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Bakıya gətirilməsinə nail oldu. Bununla bitmədi.  Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə hərbçimiz əfv olunduo, Heydər Əliyev Beynəlxalq Hava Limanındaca azadlığa buraxıldı. Həmin gün sonsuz sevinc hissləri yaşayan Ramilin atasının söylədiklərində böyük həqiqət var idi. Sahib Səfərov səkkiz ildən çox davam etmiş ayrılıqdan sonra oğlunu qucaqlayaraq demişdi: “Biz bilirdik ki, Ramil gec-tez Azərbaycana qayıdacaqdır. Çünki Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Biz əmin idik ki, dövlətimizin başçısı Ramili köməksiz qoymayacaqdır. Prezident öz vətəndaşını, zabitini unutmamışdı. Sadəcə, səbirli olmaqbu anı gözləmək lazım idi. Bu məqam yetişdi. Mən ailəmiz adından möhtərəm Prezidentimizə dərin təşəkkürümü bildirirəm, ona möhkəm cansağlığı, çətin və məsul vəzifəsində uğurlar diləyirəm”.

 Bəli, vətəndaşına, ölkəmizi düşmənlərdən qoruyan əsgər və zabitlərimizə diqqət və qayğının göstərilməsi dövlətimizin əsas prioritetləri sırasına daxildir. Məhz bu səbəbdəndir ki, Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər Ceyhun Qubadovun  vəfatı ilə bağlı məsələyə yüksək səviyyədə reaksiya verildibaş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürüldü. Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Hadisə ilə bağlı qısa zamanda 4 nəfər həbs olundu. Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədilə bölgəyə ezam olundular. Görülən tədbirlər nəticəsində cəmiyyətdə belə bir əminlik yarandı ki, cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaqdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirmişdir ki,  ölüm hadisəsi ilə bağlı müdafiə nazirinin göstərişi ilə qurumun müvafiq strukturları tərəfindən əsgər C. Qubadovun xidmət etdiyi hərbi hissədə dərhal araşdırmalara başlanmışdır: “ Respublika Hərbi Prokurorluğunda ölüm faktı üzrə cinayət işi qaldırılıb, hazırda istintaq gedir. Ölümə səbəb olan vəziyyətin tam dəqiqləşdirilməsi üçün nazirlik Hərbi Prokurorluqla birgə hərtərəfli araşdırmaları davam etdirir. Nəticə barədə ictimaiyyət bilgiləndiriləcək”.  E. Sabiroğlu onu da qeyd edib ki, əsgərin olümü ilə bağlı aparılan araşdırmalar hərbi hissədə müəyyən intizam qaydalarının pozulması hallarını ortaya cıxarıb: “Müdafiə nazirinin müvafiq əmri ilə Şəmkir Hərbi Birləşməsinin bir neçə yüksək rütbəli zabiti yol verdikləri qüsurlaranöqsanlara, şəxsi heyətə nəzarəti düzgün təşkil etmədiklərinə görə intizam qaydasında ciddi şəkildə cəzalandırılıblar”. Mətbuat xidmətinin rəisi bildirib ki, nazirin əmrinə əsasən, təqsirkar zabitlərə şiddətli töhmətdən tutmuş, hərbi rütbələrin endirilməsinə qədər müxtəlif cəzalar verilib. Eyni zamanda bəzi zabitlər tutduqları vəzifədən azad olunublar. Araşdırmalar nəticəsində başqa şəxslərin də təqsiri aşkar edilərsə, onlar da cəzalandırılacaqlar. Bu, Azərbaycan dövlətinin hər bir əsgərin taleyinə biganə qalmadığını göstərən əsaslı faktdır.

Məsələyə təkcə bir nazirlik və ya hüquq-mühafizə orqanları reaksiya verməyib, dövlətimizin əlaqədar bütün strukturlarının diqqəti bu məsələyə yönəlib.  Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova əsgər Ceyhun Qubadovun ölüm hadisəsi ilə bağlı Hərbi Prokurorluğa müraciət ünvanlayıb.  Müraciətdə baş vermiş ölüm hadisəsindən ciddi narahatlıq ifadə olunub. Ombudsman hərbi qulluqçuların hüquqlarının daha etibarlı təmin edilməsi və gələcəkdə bu kimi halların baş verməsinin qarşının alınması məqsədilə əsgər Ceyhun Qubadovun ölüm faktının səbəblərinin, habelə ekspertizanın nəticələrinin tam və hərtərəfli yoxlanılması, ölümün səbəbi kimi zorakılıq halı təsdiqləndikdə müvafiq tədbirlərin görülməsi və günahkarların qanunun tələblərinə uyğun cəzalandırılmasını xahiş edib.

“Hər bir əsgərin faciəli şəkildə ölümü bizim üçün böyük itkidir. Azərbaycan Ordusunda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir”. Bunu əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. O deyib ki, kimin təqsirli olub-olmamasını  istintaq araşdıracaq. Hazırda bu məsələ parlamentinciddi nəzarətindədir: “Əvvəlcədən nəsə demək istintaqa təsir kimi qiymətləndirilə bilər. Ona görə də mən hesab edirəm ki, istintaq obyektiv aparılacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələ ilə bağlı istintaq xüsusi nəzarətə götürülübobyektiv araşdırılaraq bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 Silahlı Qüvvələrdə şəxsi heyət arasında baş verən cinayət hallarının qarşısını almaq məqsədilə qanunvericilikdə cəzaların sərtləşdirilməsinin gözlənilmədiyini deyən  vitse-spiker hesab edir ki, belə halların gələcəkdə təkrar olunmaması üçün ümumiyyətlə əsgərlərin hərbi xidmət keçmə məsələsinə nəzarət gücləndirilməlidir: “Belə məsələlərə görə Cinayət Məcəlləsində kifayət qədər cəza nəzərdə tutulub. Mən güman etmirəm ki, bununla bağlı konkret Cinayət Məcəlləsində və hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin. Amma orduda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir. İstər əsgərlər arasında olan, istərsə də əsgərlərlə zabitlər arasında olan münasibətlərlə bağlı nəzarət daha da gücləndirilməlidir”.

Hadisə ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı xüsusi qeyd edib ki, Yeni Azərbaycan Partiyası əsgərin ölümü ilə bağlı məsələyə ciddi reaksiya verib: “Biz əsgərin vəfat etməsindən təəssüf hissi keçiririk. Həmçinin hökumət nümayəndələri tərəfindən bildirilib ki, əsgərin ölümü ilə bağlı məsələ ciddi araşdırılacaq və bu məsələ ilə əlaqədar ictimaiyyət məlumatlandırılacaq. Bəzi dairələrin, xüsusilə də radikal müxalifət dairələrinin həmin əsgərin ölümü ilə əlaqədar geniş ajiotaj yaratması, bu məsələ ilə əlaqədar hay-küy qaldırmasını da biz düzgün hesab etmirik”.  YAP İcra katibinin müavini bildirib ki, hər bir həlak olan əsgər Azərbaycanın övladıdır, bizim övladımızdır. Onların qorunması da hamının işidir. Bu ümummili işdir və hamı birgə olmalıdır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu prosesini daim diqqətdə saxlayır.

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları da Daşkəsəndə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktını siyasiləşdirilməsinin əleyhinə çıxış edirlər. Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin sədri Seymur Orucov baş verən hadisəni pisləyərək dedi: “Vəfat edən əsgər bizim hamımızın qardaşıdır. Əsgərin ölümü ilə bağlı araşdırmalar gedir və bitdikdən sonra məlumat veriləcək və bu araşdırmanın obyektivliyinə heç bir şübhəmiz yoxdur”. Seymur Orucov onu da bildirdi ki, bu cür hallardan hər hansı qüvvələrin siyasi maraqlar üçün istifadə etməsi və ya buna təşəbbüs göstərməsi yolverilməzdir: “Allahdan vəfat edən əsgərin yaxınlarına səbr diləyirik və bizim şübhəmiz yoxdur ki, bu məsələ obyektiv şəkildə araşdırılacaq. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin də hər zaman ən böyük diqqət göstərdiyi sahələrdən biri də məhz ordu quruculuğudur”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da  əsgərin ölüm faktını siyasiləşdirməyin əleyhinə çıxış edərək dedi ki, Azərbaycan xalqı üçün Vətən, torpaq, ordu anlayışları müqəddəs anlayışlardır. Belə məsələdən siyasi məqsədlər üçün istifadə etmək olmaz. ATGTİ sədri bildirdi ki, bu hadisə araşdırılmalı, istintaqla düzgün qiymət verilməlidir. Həlak olan əsgərin xatirəsini yaşatmaq üçün başqa vasitələrdən istifadə etmək olar. Əsgər ölümündən heç kim öz məqsədləri üçün istifadə edə bilməz.

Bəzi üzdəniraq qüvvələrin vəziyyətdən istifadə edərək təxribatlara yol verməyə çalışmasını, məsələni siyasiləşdirməsini əsgər Ceyhun Qubadovun anası Samirə Qubadova da pisləyib.  O, ictimaiyyətə müraciətində deyib: “Mən Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar... Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı bir aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”.

Bu hadisəyə ictimai diqqətin hər gün daha da artması, əslində, ordu ilə cəmiyyətin vahid qüvvəyə çevrilməsinin göstəricisidir. Nə etməliyik ki, bu cür amansız təsadüflərdən bəzən qaçmaq olmur. Lakin istintaq başa çatmamış, məsələyə tam aydınlıq gətirilməmiş bəzi əsassız ittihamların səsləndirilməsi müasir dövrdə qəbul edilməyən haldır. Çünki istənilən hüquqi dövlətdə, inkişaf etmiş cəmiyyətlərdə bu kimi məsələlərdə istintaq araşdırmalarının nəticəsini, məhkəmə qərarını gözləyirlər. Bu məsələyə gəldikdə isə biz də əminik ki, ölüm faktı hüquqi çərçivədə, obyektiv şəkildə araşdırlacaq və hadisənin baş verməsinə səbəb olan  şəxslər vəzifəsindən asılı olmayaq cəzalandırılacaqlar.      Bu gün cəmiyyətdə geniş müzakirə olunan orduya nəzarətə gəldikdə isə qeyd etmək yerinə düşərdi ki, bu, özlüyündə çox geniş məna kəsb edir: Bura silahlı qüvvələr üzərində demokratik nəzarət, müdafiə məsələlərində cəmiyyətin geniş təbəqələrinin fəallaşması, orduda islahatlarla bağlı cəmiyyətin daim məlumatlandırılması, ordunun parlament və cəmiyyət qarşısında hesabatlılığı, hərbi büdcənin şəffaflığı, hərbi qulluqçuların, onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, hərbi xidmətlə bağlı ortaya çıxan problemlərin tez bir zamanda çözülməsi, məxfi olmayan bu və digər müdafiə xarakterli sənədlərin hazırlanmasına ictimaiyyət nümayəndələrinin cəlb olunması və sair məqamlar daxildir ki, günümüzdə bunların hamısı uğurla həyata keçirilir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin regionda və Cənubi Qafqazda ən qüdrətli güc strukturuna çevrilməsinin təməlində də dövlətin bu sahəyə ciddi diqqət yetirməsi, cəmiyyətin isə bu siyasəti dəstəkləməsi dayanır. İndi Azərbaycan Silahlı Qüvvələrində baş verən keyfiyyət dəyişmələri xarici hərbi ekspertlərin, hərb yönümlü nüfuzlu qurumların, araşdırma mərkəzlərinin diqqətini cəlb edir, qazanılan uğurlar müxtəlif aspektlərdən təhlil predmetinə çevrilir və ordumuzun gələcəyi barədə nikbin proqnozların səsləndirilməsinə rəvac verir.

Silahlı qüvvələrimizin qüdrətlənməsi, işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq cəmiyyətimizdə böyük razılıqla qarşılanır. Qəlbində vətənpərvərlik hissləri olan hər bir kəsi Azərbaycanın iqtisadi baxımdan inkişafı və buna paralel olaraq ordumuzun güclənməsi fərəhləndirir və qürurlandırır.

 

 

Rauf Kəngərli

 

Xalq qəzeti.- 2013.- 12 yanvar.- S. 3.