2012-ci il Azərbaycan tarixinə dinamik inkişaf mərhələsinin uğurlu dövrü kimi həkk olunacaq

 

Gənc müstəqil Azərbaycan dövləti ötən ili özünəməxsus uğurlarla başa vurub. Geridə qalan illərin hansının tarixçəsinə nəzər salsaq, orada mütləq  ölkə və region əhəmiyyətli çoxsaylı layihələrin icrasını göstərən möhtəşəm bir siyahı ilə tanış  ola bilərik. Elə bir il olmayıb ki, respublikamızın həyatında adı “Regionda ilk dəfə reallaşdırılan tədbir”,  “MDB məkanında ən böyük layihə”,  “postsovet məkanının ən müasir qurğusu” və digər bu kimi epitetlərlə yanaşı çəkilən bir neçə layihə reallaşdırılmamış olsun. 2012-ci il isə bu baxımdan daha çox hadisələrlə yaddaşlara yazıldı. Bu ilin hətta hər rübü və hər ayı bizim üçün  zəngin nailiyyətlər dövrü kimi unudulmaz oldu.

 

 Ötən  il  ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə idarə olunmasının 9-cu ili idi.  Dövlət başçımızın Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi və idarəetmədə ən müasir metodlardan səmərəli şəkildə istifadə etməsi  Azərbaycan xalqının həyatında, daxilixarici siyasətdə, keçdiyi yolda, həyata keçirdiyi layihələrdə özünün  yüksək səviyyəli təsdiqini tapdı.  Məhz ona görə də  2012-ci il  1993-cü ilin yayından başlanan   inkişaf xəttinin zirvəsi kimi qəbul edilir. Bu illər ərzində Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində, təkcə region üçün deyil, o cümlədən beynəlxalq aləm üçün daim qüdrətlənən,  öz reytinqini gücləndirən, nüfuzunu artıran bir dövlət olubdur. Beynəlxalq reytinq agentliklərinin verdikləri qiymətləri nəzərə alsaq, görərik ki, Azərbaycanın mövqeyi daim  birinci olubdur. 2012-ci il də əvvəlki illər kimi bu hadisələrlə zəngin  oldu. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və ya razılığı olmadan reallaşdırılan heç bir layihə yoxdur.  2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində  tamamilə yeni nüfuz qazanmış ölkədir. Bu da  ona görə mümkün olur ki,  Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanları var. Bundan başqa, Azərbaycan ona görə ildən - ilə daha çox uğurlara imza atır ki, bu ölkə müstəqil siyasət yeridirelmi şəkildə əsaslandırılmış Dövlət Proqramlarının icrası ilə inkişaf etdirilir.  Digər tərəfdən dünya dövlətləri də tamamilə demokratik cəmiyyət quruculuğusivil inkişaf yolu tutmuş Azərbaycana böyük etimad göstərirlər. Odur  ki, Azərbaycan 2012-ci ildə qarşıya qoyduğu bütün planları reallaşdıra bildi.  Həm ölkənin sürətli iqtisadi inkişafında, sosial sferada baş verən müsbət dəyişikliklərdə, həm də xarici əlaqələrinin, beynəlxalq ictimaiyyətlə əməkdaşlığının güclənməsində əldə etdiyimiz nailiyyətlər bir daha sübut etdi ki, biz ən doğru olan yolu seçmişik.

 Yola saldığımız ildə ölkəmizdə   çoxsaylı böyük beynəlxalq tədbirlər keçirildi. Bu tədbirlərdə Avropanın, Amerikanın, Asiyanın, Ərəb ölkələrinin görkəmli ictimai-siyasi xadimləri iştirak edirdilər. Elə tədbirlər oldu ki, orada onlarca keçmiş dövlət rəhbərləri, Nobel mükafatı laureatları, dünyanın tanınmış siyasətçiləri, dövlət və hökumət nümayəndələri iştirak edirdilər. Bu tədbirlər həm bizim xarici siyasətimizi, həm daxili siyasətimizi, həm mədəniyyətimizi, həm dinlərarası dialoqu, həm də ümumiyyətlə, bəşəriyyəti maraqlandıran, onları narahat edən müasir dövrün problemlərini əhatə edib. Bunların sırasında “Eurovision” mahnı müsabiqəsini, Krans Montana Forumunu, Beynəlxalq Humanitar Forumu, dinlərarası dialoqla bağlı beynəlxalq konfransbir çox digər tədbirləri xüsusilə qeyd etməliyik. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də Azərbaycanda və bizim dövlət başçımızın iştirakı ilə keçirildi. Yəni,  Azərbaycan artıq regional lider kimi bütün sahələrdə inkişafını, beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini bir daha təsdiq etmişdir.  Əlbəttə, bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan inamın, etimadın güclənməsinin, eyni zamanda, Azəbaycanın beynəlxalq münasibətlər sistemində özünün yerininrolunun olmasının, beynəlxalq proseslərdə fəal iştirakının göstəricisi kimi qiymətləndirilməlidir.

 Ötənilin fevral ayında Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində,  mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan nüvə təhlükəsizliyi üzrə zirvə toplantısında Azərbaycanın yüksək səviyyədə təmsil olunması  da  dövlətimizin  qüdrətindən, dünyadakı nüfuzundan xəbər verir.  Xatırladaq ki, qeyd olunan tədbirlərdə dünyanın ancaq nəhəng, qabaqcıl və inkişaf səviyyəsi çox yüksək olan dövlətləri iştirak edirdilər.  Bu gün  Azərbaycanın  da həmin dövlətlər arasında öz yerini alması  artıq zamanın bizə bəxş etdiyi reallıqlardır.  Təbii ki, bütün bunlar  təkcə Ermənistana deyil, ümumilikdə dünyaya çox aydın və gözəl mesajdır.

 Ötən ilin ən böyük uğurlarından biri  Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü  kimi fəaliyyətə başlaması, may ayında  isə Təhlükəsizlik Şurasının iclaslarına   sədrlik etməsi oldu.  Məlumdur ki,  Azərbaycanın bu beynəlxalq qurumun  üzvü seçilməsi çox uzun bir prosesdən  sonra reallaşdı.  Son nəticədə isə respublikamız  155 dövlətin dəstəyi ilə bu haqqa nail oldu. Bu isə o demək idi ki,  dünya dövlətlərinin  üçdə- ikisindən çoxu Azərbaycana səs vermişdi.  Onu da unutmayaq  ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçkilərdə dünyanın ən güclü tərəfinin - Qərbin namizədləri ilə üz-üzə dayanırdı və, onlara qalib gələ bildi.  Yuxarıda qeyd etdiyimiz kimi bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki  yerininrolunun göstəricisi idi.  Həmin uğur  Azərbaycanın tarixində onilliklər, yüzilliklər boyu danışılacaq və  yazılacaq  hadisələrdəndir.  Ən başlıcası isə  bu, Azərbaycanın xarici siyasətində zirvə nöqtələrindən biri olaraq tarixə yazıldı.

 Bu zaman bir tendensiyanı yada salmaq zərurəti yaranır. Belə ki, istənilən məsələ barədə söz açan ekspertlər mütləq hansısa ölkəni öz qonşularıyla ya region ölkələri ilə müqayisə edirlər. Həmin prizmadan baxarkən, bizimlə eyni zamanda müstəqillik qazanmış  ölkələrdə cərəyan edən proseslərlə, Azərbaycanda müşahidə olunan müasirləşməni, əldə olunan nailiyyətləri qətiyyən  müqayisə etmək mümkün deyil. Azərbaycandakı inkişaf, stabillik, xalqın dövlətə dövlət başçısına olan  inamı, etimadı,  xalq - iqtidar bağlılığı tamamilə fərqlidir.  Regionun  digər ölkələrində nələrin baş verdiyi hamının gözü qabağındadır. Eyni zamanda Azərbaycanda baş verən ictimai-siyasi proseslər dostlarımız bədxahlarımız tərəfindən böyük maraq diqqətlə izlənilir. Hamı görür ki, Azərbaycanın  iqtisadi, siyasi inkişafı eyni zamanda, beynəlxalq münasibətlərdə yeni proseslərin meydana gəlməsinə, ölkənin qarşısında yeni məqsədlərin dayanmasına, tamamilə başqa  üfüqlərin açılmasına şərait yaradır.

Hamının gördüyü yüksək qiymətləndirdiyi həqiqətlərdən biri odur ki,   Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri    qonşu dövlətlərlə mehriban, sıx əlaqələrini daim inkişaf etdirməsidir.

Əlbəttə, respublikamız  ötən illər ərzində buna nail olmuşdu. Ancaq 2012-ci ildə  bizim Türkiyə Cümhuriyyəti ilə, Rusiya Federasiyası ilə yüksək səviyyədə münasibətlərimiz hərtərəfli əlaqələrimiz  daha da irəliləmiş, bu proses yeni  müstəviyə qaldırılmışdır . Azərbaycan ötən il  Gürcüstan   İranla da qarşılıqlı maraqlara söykənən faydalı əməkdaşlıq münasibətləri yaratmışdır  dövlətimiz  bu əlaqələrə çox böyük önəm verir.

Məhz bu sivil demokratik münasibətlərin, aparılan islahatların nəticəsidir ki,  tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının  təşkil edilməsi hüququ Avropa qurumları tərəfindən bilavasitə  Azərbaycana verilmişdir. Xristian dövlətlərindən ibarət olan Avropanın ilk Olimpiya Oyunlarını Azərbaycan təşkil edəcək. Politoloqların fikrincə bu, təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının böyük  uğurudur.

Bu, artıq danılmaz bir faktdır ki, indi  Azərbaycan öz sürətli sıçrayışları ilə  inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdadır. Ölkə  Prezidenti İlham Əliyevin məhz 2012-ci ildə təsdiq etdiyi  konseptual bir sənəd bu tendensiyanı daha da sürətləndirəcək. “Azərbaycan 2020: Gələcəyə baxışstrateji inkişaf planı adlı həmin sənəd  ölkəmizin  gələcək inkişafının bütün istiqamətlərini özündə əks etdirir.  Böyük bir qətiyyətlə  deyə bilərik ki, 2020-ci ildə Azərbaycan dünyanın ən inkişaf etmiş mərkəzlərindən biri olacaq.  Yəni biz özümüzün hansısa problemini həll etmək üçün  sırf öz imkanlarımızdan istifadə edəcəyik. Hələlik isə gündəlikdəki ən mühüm məsələ yeni - 2013-cü ilin uğurlarla başlanılması nailiyyətlərlə başa çatdırılmasıdır. Həm ekspertlərin , həm dövlət rəsmilərinin fikrincə,  2013-cü il  Azərbaycan üçün xüsusi bir il olacaq. Belə ki, bu  il Azərbaycanın taleyində çox mühüm bir siyasi hadisə olan prezident seçkiləri keçiriləcək.  Ölkə əhalisi dostlarımız tam əmindirlər ki,  Azərbaycan xalqı onu 1993-cü ilin məhrumiyyətlərindən məşəqqətlərindən xilas etmiş siyasi kursu dəstəkləməklə  təməli 2012-ci ildə qoyulmuş, son nəticəsi isə  2020-ci ilə hesablanmış böyük inkişaf mərhələsinin icrasına başlayacaq.  Ölkəmiz bu il öz siyasi, iqtisadi, diplomatik prinsiplərinə sadiq qalaraq, daha  böyük sürətlə inkişaf edəcək müasirləşəcək.  Xalq əmindir ki,  Prezident İlham Əliyevin güclü iradəsinə əsaslanan bütün proqram layihələr kimi  Azərbaycan 2020: Gələcəyə baxışstrateji inkişaf planı da  çox böyük  uğurla  icra ediləcək. Dövlətimiz   qarşıya qoyduğu istənilən məqsədə, hədəfə çatmaq  iqtidarındadır.  2012-ci ilin böyük social-iqtisadi ictimai-siyasi  nailiyyətlərlə başa çatması da məhz həmin qətiyyətin əzmin nəticəsidir.

 Beləliklə gənc müstəqil Azərbaycan dövləti illəri uğurla başa vurmaq ənənəsinə sadiq qalaraq növbəti təqvim ilini xoş əhval-ruhiyyə ilə yola saldı. Buna sevinənlərin gözü aydın olsun, bədxahlarımızın isə Prezident İlham Əliyevin dediyi kimidüşünməyə hələ vaxtları var”.

 

 

İttifaq Mirzəbəyli

 

Xalq qəzeti.- 2013.- 12 yanvar.- S. 1;2.