Azərbaycan mədəniyyətin
inkişafı baxımından da regionun lideridir
Ötən il ölkəmiz sürətli inkişaf yolu
keçdi. 2012-ci ildə yaddaqalan hadisələr
çox oldu. İstər iqtisadiyyatda, istərsə də sosial sferada çox önəmli layihələr
reallaşdırıldı. Mədəniyyət
sahəsində də nailiyyətlərimiz
kifayət qədərdir. Elə ilin sonunda aldığımız bir xəbər
bizi çox sevindirdi. Belə
ki, Azərbaycanın tar ifaçılıq sənəti
YUNESKO tərəfindən Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edildi. Məlumat üçün bildirək
ki, buna qədər Azərbaycan muğamı,
aşıq sənəti, milli xalça sənəti bu
siyahıya salınmışdı.
Bütün
bunlar Prezident İlham Əliyevin
xalqımızın mədəniyyətinə göstərdiyi
yüksək qayğı, həmçinin Azərbaycanın
qeyri-maddi mədəni irs nümunələrinin qorunması və
beynəlxalq səviyyədə təşviqi məqsədilə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsləri
və dəstəyi ilə həyata keçirilən silsilə
tədbirlərin məntiqi nəticəsidir.
Ötən il yeddi ölkədə Azərbaycanın
mədəniyyət günləri uğurla keçdi. Bu tədbirlər
konfranslarla, görüşlərlə, sərgilərlə,
konsert proqramları və s. ilə yadda qaldı. 2012-ci il silsilə mədəniyyət tədbirləri
ilə zəngin oldu. Ölkə
başçısının sərəncamlarına uyğun
olaraq ədiblərimizin yubileyləri geniş qeyd olundu.
Nizami Gəncəvinin, Mirzə Fətəli Axundzadənin,
Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin - ümumilikdə
12 görkəmli ədəbiyyat xadiminin yubileyli ilə
bağlı ölkə daxilində və xarici ölkələrdə
tədbirlər keçirildi. TÜRKSOY-un xətti
ilə türkdilli ölkələrdə, habelə
İtaliya, İran, Çin və digər ölkələrdə
maraqlı mədəni tədbirlər gerçəkləşdi.
Azərbaycanın ədəbiyyatı, zəngin
mədəniyyəti təbliğ olundu. Axundzadənin
200 illiyinə dair sərəncamla bağlı əksər
teatrlarımızda yeni tamaşalar oynanıldı, bəziləri
hətta xaricdə də nümayiş olundu. İtaliyanın Roma
şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin
abidəsi ucaldıldı. XII əsrdə
yaşamış şairin XXI əsrdə başqa bir mədəniyyətin
paytaxtı sayılan Romada heykəli qoyuldu. Bu, dünyanın xalqımızın mədəniyyətinə
verdiyi yüksək qiymətin göstəricisidir.
Ölkəmizdə
hər il mütəmadi olaraq beynəlxalq
musiqi festivalları keçirilir. İl boyu Heydər Əliyev
Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə IV Qəbələ Beynəlxalq Musiqi Festivalı, VI
Beynəlxalq Rostropoviç Festivalı, Üzeyir Hacıbəyli
adına Beynəlxalq Musiqi Festivalı, Vokalçıların
Bülbül adına VI Beynəlxalq Müsabiqəsi
keçirildi. Bu il isə Qara Qarayev
adına Musiqi Festivalı və növbəti muğam festivalı
keçirilməsi nəzərdə tutulub. Bütün bunlar
Azərbaycanı regionun mədəniyyət mərkəzinə
çevirib.Bizim
ölkənin qaynar mədəni mühiti var. Bu
tendesiyanı daimi yaşatmaq
üçün ciddi tədbirlər
həyata keçirilir.
Ötən
il Azərbaycanın turizm
potensialını, mədəni irsini dünyada tanıtmaq,
beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində
böyük işlər görülüb. Mədəniyyət və
Turizm Nazirliyi bu istiqamətdə müxtəlif dövlət
qurumları, nüfuzlu kütləvi informasiya vasitələri
ilə əməkdaşlıq edir. Azərbaycanda
keçirilən bütün festivallar haqqında həm CNN,
Euronews, həm də ərəb ölkələrinin, Rusiya və
Türkiyənin telekanallarında məlumatlar verilir. Bütün bunların sayəsində dünyada Azərbaycanı
qabaqcıl ölkə kimi tanıyırlar.
“Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı
çərçivəsində “Dünya teatr prosesi XXI əsrdə:
problemlər, perspektivlər və alternativlər” adlı II
Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi
də ötən ilin mühüm hadisəsi kimi dəyərləndirilməlidir.
Konfransda dünyanın 35 ölkəsindən
80-dən çox teatr tənqidçisi, teatrın tarix və
nəzəriyyəsini araşdıran tədqiqatçılar,
rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak
etdilər. Azərbaycanın müxtəlif
teatr institutları ilə əməkdaşlığı
genişləndi. Bütün bunlar imkan
verir ki, beynəlxalq qabaqcıl təcrübələrdən
səmərəli istifadə edilsin.
Kino sahəsində
də ötən il
müxtəlif
konfranslar, təqdimatlar, festivallar keçirilmiş və
bir neçə yeni film istehsal olunmuşdur. C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasının yenidən
qurulması üçün yeni layihə
hazırlanmış, Türkiyə, İran, Rusiya, İngiltərə
və Gürcüstanla birgə layihələrin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Ötən
ilin dekabr ayında
ilin yekununa həsr
olunan kollegiya iclasında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bununla bağlı demişdir: “Gələcəyimiz
haqqında düşüncələrə cavab verən
ssenarilər olmalıdır. Əgər yeni
fikir varsa, onun əsasında vətənə sevgi və məhəbbət
durmalıdır. Ona görə də tarixə,
ölkənin gələcəyinə, uşaqlara həsr
olunmuş mövzular həm tamaşalarda, həm də çəkilən
filmlərdə öz əksini tapmalıdır. Mən demirəm ki, klassik əsərləri səhnələşdirməkdən,
ekranlaşdırmaqdan uzaqlaşmalıyıq. H.Cavidin, V.Şekspirin əsərlərində
müasir dövrlə səsləşən fikirlər, məqamlar
var. Əslində əsərin qiyməti ondan ibarət
olmalıdır ki, hər ölkədə, bütün
dövrlərdə aktual olsun. Daima
axtarış, təşəbbüs olmalıdır. Görülən işlər imkan verir ki, gələcəyə
nikbinliklə baxaq. Bu yaxınlarda Azərbaycanda
“Mədəniyyət haqqında” qanun Milli Məclisdə qəbul
edilib və dövlət başçısına təqdim
olunub. Eyni zamanda “Kinematoqrafiya haqqında”
qanunun üzərində işləyirik”.
2012-ci ildə mədəni irsin qorunması, təbliği
ilə bağlı işlər də geniş vüsət
almışdır. Ötən
il bu mövzuda bir neçə beynəlxalq konfrans
keçirildi. Naxçıvan, Şəki,
Şəmkir, Ağsu, Gəncədə alimlər, mütəxəssislər
bir araya gəldilər. Beynəlxalq aləmdə
cərəyan edən proseslər müzakirə olundu. Mədəniyyət
və Turizm Nazirliyinin YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin
məşvərətçi orqanları olan Mədəni
mülkiyyətin mühafizəsinin və bərpasının
öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin
(İCCROM) və Abidələr və tarixi yerlər üzrə
Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan
Memarlıq və İnşaat Universiteti ilə
İtaliyanın Romualdo del Bianko Fondunun birgə tərəfdaşlığı
ilə “Təzyiq altında irs - şəhərlərin tarixi
landşaftlarının perspektivləri” adlı beynəlxalq
Bakı konfransı keçirildi. Bu gün tarixi
abidələrin əksəriyyəti təzyiq
altındadır. Nazir Ə.Qarayev demişdir: “ Bu problem təkcə
münaqişələrlə bağlı deyil. Bütün bunlar bəşəriyyəti
düşündürən məsələlərdir. Geniş auditoriya kütləsi üçün nəzərdə
tutulmuş tədbirdə dünyanın 30-dan artıq ölkəsindən
50-dən çox nüfuzlu elm adamı və ekspert iştirak
etdi. Azərbaycanda tarixi və mədəni
irsin qorunması istiqamətində işlər davam etdirilir.
Abidələrin təmir-bərpası davam edir.
Biz bu gün gələcəyə baxaraq
keçmişi, tarixi irsi unutmamalıyıq”.
“Azərbaycanın Xalq Yaradıcılığı
Paytaxtları” layihəsi regionlarda böyük əks-səda
doğurub.
Artıq bununla bağlı regionlar arasında rəqabət
hiss olunur. Layihə tədricən beynəlxalq səviyyəyə
çıxır. Qonşu ölkələr
də bu layihəyə maraq göstərirlər. Bu istiqamətdə görülən işlərin məzmunu
da yeniləşməli, müasirləşməli, yeni
texnologiyalar tətbiq olunmalıdır. Azərbaycan
mədəniyyəti dünya elektron məkanına nəinki
paytaxtın mərkəzi mədəniyyət müəssisələri
çərçivəsində, həmçinin kənd
klubu, kitabxanası vasitəsilə də
çıxmağı bacarmalıdır. Bütün
mədəniyyət və turizm obyektləri bu prosesə fəal
şəkildə qoşulmalıdır.
Muzey
işi sahəsində də yeniliklər olmuşdur. Yerlərdə muzeylər yenidən qurulur, mədəniyyət
evləri tikilir, parklar salınır. Nazirliyin
Mədəniyyət siyasəti şöbəsi, Muzey işi
sektoru bölgələrdə olan muzeylərin fəaliyyətinin
yenidən qurulmasına və onların fəaliyyətinin təkmilləşdirilməsinə
diqqəti artırmalıdırlar. Qobustan Milli Tarix-Bədii
Qoruğunun muzeyi Avropa Şurası tərəfindən müəyyən
olunmuş “İlin ən yaxşı muzeyi” nominasiyasına
daxil olub. Qobustan həm qoruq, həm də
muzeydir. Hər iki baxımdan cəlbedicidir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamının icrası ilə bağlı “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda da
genişmiqyaslı bərpa-konservasiya, yenidənqurma və
abadlaşdırma işlərinin aparılmasına
başlanılıb.
Orada da
hazırda yeni bir muzey təşkil olunur və Qobustana uyğun olaraq,
qoruq-muzey vəhdətini biz orada da görə biləcəyik.
Bu gün bir çox mədəniyyət
ocaqları əsaslı təmir olunur, abadlaşır və
gözəlləşir.
Mədəniyyət
sahəsində informasiya texnologiyalarının tətbiqi məsələlərinə
də diqqət artırılmışdır. Ötən
dövr ərzində kitabxanalarda əməkdaşlar
üçün kompyuter kursları təşkili edilib. Növbəti ildə muzeylərdə də bu
işin təşkili nəzərdə tutulur. Əgər muzey əməkdaşı müasir
texnologiyanı mənimsəyə bilməyəcəksə, həmin
muzeyin gələcəyi yoxdur. Muzeylər
də mədəniyyət müəssisələri işini
müasir tələblərə uyğun qurmalıdır.
Mədəniyyət sahəsində müasir
texnologiyaların tədbiqinin bu günlərdə
yekunlaşan “Milli Net” müsabiqəsində Mədəniyyət
və Turizm Nazirliyinin saytı qiymətləndirmədə
ikinci yeri tutub.
2013-cü
ildə də mədəniyyət sahəsinin sürətli
inkişafı üçün hər cür şərait
vardır. Bu ilin əsas tədbiri Bakıda
keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu olacaq. Bu işə
hazırlıq artıq başlanıb. Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı
böyük mədəniyyət tədbirləri keçiriləcək.
Onun bünövrəsini qoyduğu mədəniyyət
siyasəti bu sahədə böyük uğurların
qazanılmasına zəmin olub.
Mədəniyyət
və incəsənət mövzusu yalnız dövlətimizin
deyil, geniş ictimaiyyət və ictimai qurumların maraq dairəsinə
daxildir.İnamla demək olar ki, 2013-cü ildə Azərbaycan
mədəniyyətinin inkişafinda əlamətdar dövr
olacaq.
M.Mükərrəmoğlu
Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 4.