Yeni il Mingəçevir üçün uğurlu başladı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hələ 2003-cü ilin payızında bəyan etdiyi bütün fikirlər həyatda öz əksini yüksək səviyyədə tapır. “Mən bütün azərbaycanlıların Prezidenti olacağam” və “Biz respublikamızın bütün şəhər və rayonlarını bərabər şəkildə inkişaf etdirəcəyik” kimi vədlər artıq çoxdan günün reallıqları sırasındadır. Bu gün ölkəmizin paytaxtı ilə yanaşı, bütün şəhər və rayonlar özünün heç zaman görünməyən tərəqqi dövrünü yaşamaqdadır.

 

Bu inkişaf elə sürətlə gedir ki, hətta hansı şəhərin və ya rayonun daha sürətlə müasirləşdiyini müəyyən etmək belə çətinlik yaradır. Doğrudur, burada bir fərdi təəssübkeşlik məsələsi də var. Məsələn, şəxsən mən bölgə müxbiri kimi çalışdığım rayon və şəhərlərin hansının daha sürətlə irəlilədiyini qeyd etməkdə çətinlik çəkirəm. Ancaq bizim üçün əziz olan bu sevgi və sayqılardan daha vacib amil kimi qəbul etdiyimiz, daha doğrusu, qəbul etməli olduğumuz həqiqət adlı bir meyar da var. Həqiqət isə ondan ibarətdir ki, bugünkü ümumrespublika müasirləşməsinin önündə ölkəmizin böyük şəhərləri gedirlər. Bu sırada Mingəçevirin də adının olması məni sözün həqiqi mənasında məmnun edir. Elə bilirəm ki, ölkənin işığı, nuru kimi tərəqqisi də bütün ünvanlara məhz buradan, Mingəçevirdən paylanmalıdır. Bu da bir həqiqətdir ki, dövlətimiz və dövlət başçımız da bu şəhərə xüsusi bir qayğı və diqqət nümayiş etdirir. Cənab Prezidentin dövri olaraq Mingəçevirə səfərlər etməsi və bu ilin ilk ongünlüyü çərçivəsində - yanvarın 8-də Mingəçevirin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə xüsusi bir sənəd imzalaması da həmin fikrin təsdiqi kimi qəbul edilir.

Xatırladaq ki, Prezidentin 8 yanvar tarixli “ Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamında qeyd olunur ki, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılsın. Onu da yada salaq ki, elə adını çəkdiyimiz sərəncamın preambulasında da qeyd olunduğu kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilib, yeni sənaye müəssisələri açılıb, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulub, digər sosialyönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Bundan başqa, çoxsaylı və genişmiqyaslı yenidənqurma və abadlıq - quruculuq işləri həyata keçirilib. Həmin proses bu gün , üstəlik, daha geniş miqyasda davam etdirilir. Bəs dövlət başçısınınnur şəhəri”nə ayırdığı iki milyon manat vəsaitlə hansı layihələr reallaşdırılacaq? Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimiz zamanı əsasən bu sualın cavabını öyrənmək istəyirdik. Ancaq şəhər rəhbəri söhbətimiz üçün seçdiyimiz mövzunun əhatəsini bir az da genişləndirdi:

Təkcə Mingəçevirdə deyil, ölkənin bütün şəhər rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq müasirləşdirmə prosesləri bir məqamdan xəbər verir: Ölkəmiz bu gün böyük yaradıcılıq əzmi, quruculuq istəyi, xalqın sosial- rifah halının yaxşılaşdırılması məqsədilə idarə olunur. Prezident İlham Əliyevin bu sahədəki prinsipiallığı təşəbbüskarlığı artıq respublikamızın hüdudlarından çox-çox uzaqlarda da etiraf olunur, səmimiyyətlə dilə gətirilir. Bu gün Azərbaycan bütün dünya üçün açıq ölkədir respublikamıza gələn bütün qonaqlar - istər siyasətçi ya diplomat olsun, istər yaradıcı ziyalı ya idmançı , istərsə adi turist - hamı ilk növbədə ölkəmizin sosial-iqtisadi inkişafından söz açmağı məqsədəuyğun sayır. Mingəçevirin elə bir qonağı olmur ki, gördüyü yeniliklər barədə ürək dolusu söz açmasın. Bundan başqa, bu gün ölkəmizdə insanların həyat şəraiti imkan verir ki, kimsə ildə bir dəfə olsa respublikamızdan kənara səfər etsin. Xaricə gedib-gələn soydaşlarımız da bir qayda olaraq ölkəmiz haqqında eşitdikləri zəngin təəssüratlarla qayıdırlar. Ən başlıcası isə ölkəmizin bütün uğurlarının müəllifi olan cənab Prezidentin fəaliyyəti öz yüksək qiymətini alır.

O ki qaldı möhtərəm Prezidentin Mingəçevirin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün imzaladığı sərəncam əsasında şəhərimizə ayrılmış vəsaitin necə, hansı layihələr üçün xərclənməsi məsələsinə, deyə bilərəm ki, bu sahələri artıq mətbuat vasitələri bizim bildiyimiz şəkildə bilirlər. Çünki Mingəçevir Şəhər İcra hakimiyyətinin qapısı daim hamının, xüsusən, mətbuat nümayəndələrinin üzünə açıqdır. KİV təmsilçiləri bizim bütün tədbirlərimizdə iştirak edir, fəaliyyətimizi yetərincə işıqlandırırlar. Məhz onların da, yəni sizin iştirak etdiyiniz ümumşəhər toplantılarında biz dönə-dönə vurğulamışıq ki, 2012-ci ildə başa çatdıra bilmədiyimiz layihələri 2013-cü ildə yekunlaşdıracağıq. Həmin layihələr isə şəhərimizin ən gözəl ünvanlarından olan Heydər Əliyev prospektinin genişləndirilməsindən, turistlərin qonaqlarımızın ən çox üz tutduğu Sahil Parkının tamamilə yenidən qurulmasının davam etdirilməsindən, Yeni Dostluq parkının salınmasından, Təbriz Naxçıvan küçələrinin işıqlandırma sisteminin yenidən qurulmasından, həmin küçələrin genişləndirilməsinin asfaltlaşdırılmasının başa çatdırılmasından ibarətdir. Bütün bu layihələrin bilavasitə cənab Prezidentin istədiyi, arzuladığı şəkildə reallaşdırılması üçün bizim bütün imkanlarımız yetərincədir. Çatmayan ancaq maliyyə vəsaiti idi ki, onu da cənab Prezident ayırdı. İndi növbə biz mingəçevirlilərindir. Əminəm ki, şəhərimizin nəinki istənilən idarəsi ya məsul şəxsi, hətta, istənilən sakini Mingəçevirin regionun ən inkişaf etmiş şəhərinə çevrilməsi üçün başladığımız ümumşəhər hərəkatının fəal üzvünə çevriləcəkdir.

 Şəhər rəhbərindən eşitdiyim bu qətiyyətli fikirlərin təsdiqini çoxdan tanıdığım mingəçevirlilərlə söhbət zamanı bir daha gördüm. Mingəçevir Texniki - Humanitar Liseyin direktoru, əməkdar müəllim Sahib Məmmədov həqiqətənnur şəhəri”nin ən dəyərli təssübkeşlərindəndir. Onun fikrincə, kim bu şəhərdə daşı daş üstə qoymaq istəyirsə, o, mütləq hər bir mingəçevirlinin dəstəyini görür. Bu, həmişə belə olub, indi belədir, gələcəkdə belə olacaq. Şəhərin indiki rəhbərliyinin fəaliyyətinin bu şəkildə, mütəşəkkillik yekdilliklə dəstəklənməsinin təməlində məhz onun qurub- yaratmaq əzmi, Mingəçevir üçün isə etmək istəyi dayanır : - Mən bir neçə dəfə demişəm, yenə deyirəm, istənilən nailiyyətin, uğurun təməlində birgə fəaliyyət dayanır. Biz şəhərimizi daha abad, daha firavan görmək istəyiriksə, Mingəçevirin regionun turizm mərkəzlərindən birinə çevrilməsini arzulayırıqsa, mütləq bu işi başlayanların köməkçisinə çevrilməliyik. Asfalt çəkmək yol idarəsinin, ağac əkmək kommunal xidmətlər idarəsinin işidir - deyərək biz özümüzü kənara çəksək, nəinki ümumi inkişafa töhfə verə bilməyəcəyik, əksinə, ona xələl gətirmiş olacağıq. Ona görə , ən uğurlu nəticələr üçün fəaliyyətimizi, gücümüzü bir mərkəzdə birləşdirməliyik.

Şəhər veteranlar şurasının sədri Ələm Məmmədovun fikrincə isə, 2012-ci ildə Mingəçevirdə həyata keçirilmiş sosialyönümlü layihələrin nəticəsi göz qabağındadır. Bu nəticələr birmənalı şəkildə alqışlanmalıdır. Ancaq ulu öndər Heydər Əliyev həmişə xatırladırdı ki, kim özünün qazandığı uğurlara arxayın olub oturursa, o, mütləq geriləyəcək. Ona görə əldə edilmiş nailiyyətləri arxayınçılıq mənbəyi kimi yox, növbəti fəaliyyətə stimul verən bir amil kimi qəbul etmək lazımdır: - Bizim xoşbəxtliyimizdir ki, bu gün şəhərimizə rəhbərlik edənlər dövlət başçısının qarşıya qoyduğu vəzifəni məhz cənab prezidentin tələb etdiyi şəkildə reallaşdıra bildilər. Əgər belə olmasaydı, dövlət başçısı Mingəçevirin inkişafını sürətləndirmək üçün yenidən vəsait ayırmazdı.

Ələm Məmmədov danışdıqca keçən il görülmüş işləri xatırlayıram. Həqiqətən, çoxdur. Saymaqla qurtaran deyil. İstəyirsiniz, bəzilərini deyim, sizə aydın olsun. 190 min 543 kvadratmetr sahəyə asfalt döşənib. 675 ədəd işıq dirəyi yenisi ilə əvəz olunub. 3 min 861 kvadratmetr sahəyə tamet döşənib. 479 ədəd dekorativ ağac əkilib, 2 ədəd fəvvarə tikilib. Su, kanalizasiya boruları dəyişdirilib. 69 ədəd yeni oturacaq qoyulub. Fasadlar rənglənib. 5 min 740 kvadratmetr sahəyə qırma daş düzülüb.

Görürsünüzmü, görülən işlərin həcmi qədərdir. Hələ biz hamısını saymırıq. Gələcək yazılarımızda bunlar barədə çox danışacağıq. Özü lap çox...

Beləcə, Mingəçevir, onu abadlaşdıran insanlar bu insanların təşəbbüskarlığının dövlət başçısı səviyyəsində dəstəklənməsi barədə sətirləri tamamlayırıq. Özü öz fikirlərimizlə yox, şəhər veteranlar şurasının sədrindən eşitdiyimiz bir hikmətlə. Ələm dayı dedi ki, görən adamayorulmayasan” - deməyi hər adam bacarar. Əsas odur ki, onun yorulmaması üçün gördüyü işin cüzi bir hissəsini sən öz üzərinə götürəsən.

Həmsöhbətim ona görə belə demişdi ki, Mingəçevirdə bu gün heç kəs işləyən adama salam verib, “yorulmayasan”- deyib ötmür. Elə uğurların əsas səbəblərindən biri budur.

 

 

İlqar Həsənov

 

Xalq qəzeti.- 2013.- 20 yanvar.- S. 7.