İKT sektoru
artım tempinə görə ölkə
iqtisadiyyatının sahələri arasında birinci yerdədir
Bu gün Azərbaycan dövləti
tərəfindən aparılan iqtisadi siyasətin əsas
strateji xəttini qeyri-neft sektorunun inkişafına nail olmaq,
iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin
inkişafı üçün geniş imkanlar yaratmaq təşkil edir. Bu sürətli
inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan
İKT-nin müstəsna yeri vardır. Respublikamızın
sürətli sosial-iqtisadi inkişafı fonunda ölkənin
rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru
göstərilən hərtərəfli dövlət
qayğısı sayəsində dinamik inkişaf edir. 2012-ci
il ərzində sektorda əhəmiyyətli tədbirlər
görülmüş, müsbət uğurlara imza
atılmışdır. Artım tempinə görə,
İKT sektoru ölkə iqtisadiyyatının sahələri
arasında öncül yerdədir.
Cənab Prezident tərəfindən sektorun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, 2013-cü il Azərbaycanda İKT ili elan edilmiş və BMT Baş Assambleyasının qəbul etdiyi “Minilliyin Bəyannaməsi” və “İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” haqqında qətnamələr nəzərə alınaraq, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsəd kimi qarşıya qoyulmuşdur.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə qəbul olunmuş dövlət proqramlarının icrası daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində 2012-ci il ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq 1503,4 milyon manat təşkil etmişdir. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16,6 faiz, o cümlədən telekommunikasiya sektorunda 17,4 faiz, İT sektorunda 8,6 faiz, eyni zamanda, poçt sektorunda 18,2 faiz, informasiya sektorunda isə 50,1 faiz təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci il ərzində 101 yeni iş yeri açılmışdır. 1 yanvar 2013-cü il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330,0 manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 9,9 faiz çoxdur. Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9,5 faiz artırılaraq 620,7 manata çatdırılmışdır. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699,7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edir. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 335 milyon manat proqnoza qarşı 368,2 milyon manat gəlir əldə edilmişdir ki, bu da proqnozla müqayisədə 9,9 faiz, əvvəlki illə müqayisədə 6,9 faiz çoxdu. Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 45 ədəd yeni EATS istismara verilmiş, 21 ədəd ATS rekonstruksiya olunmuş, 26 ədəd ATS-də genişləndirmə işləri aparılmış, 41 ədəd TV-radio vericisi quraşdırılmış (o cümlədən 23 televiziya və 18 radioverici) və 44 ədəd poçt şöbəsi binası tikilmişdir ki, bundan 11 ədədi Naxçıvan MR RİTN üzrə tikilmişdir. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə çatdırılmışdır.Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatmışdır.
Həyata
keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərlə
əlaqədar və ümumilikdə beynəlxalq rabitənin
dayanıqlılığının yaradılması məqsədilə
il ərzində beynəlxalq telefon kanallarının sayı
2011-ci illə müqayisədə 269 ədəd
artırılaraq 9385 ədədə
çatdırılmışdır. BMT-nin
67-ci Baş Məclisi (dekabr 2012-ci il) Azərbaycanın əlaqələndirici
olduğu “Avrasiya Transmilli Böyük İnformasiya
Magistralı” (TASİM) layihəsinə xüsusi qətnamə
ilə ikinci siyasi dəstəyini vermiş və bu layihə
üzrə xüsusi alyansın yaradılmasını
tövsiyə etmişdir. İkinci layihə Avropa Yaxın
Şərq yüksəksürətli
İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas
və ehtiyat qovşaqlarının quraşdırılması
tamamlanmışdır. İnternet şəbəkəsinin
regional resurslar və xidmətləri serverlərinin,
ünvanların idarə olunması üçün regional
sistemin ölkəmizdə qurulması Azərbaycanın region
ölkələrinə internet xidmətlərinin ixracını
xeyli artırmışdır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
çıxarılması üzrə peykin istehsalı
başa çatmış və fevral ayının birinci
ongünlüyündə orbitə çıxarılması
planlaşdırılmışdır.Peykin orbitə
çıxarılması və orbitdə ilkin istismar
dövrü üzrə sığorta olunması ilə
bağlı Böyük
Britaniyanın “Marsh” sığorta brokeri ilə
birbaşa müqavilə imzalanmışdır. Peyklərin
idarə olunması üçün regional idarəetmə mərkəzinin
və ehtiyat idarəetmə mərkəzinin yaradılması
başa çatmışdır. Yer səthinin
müşahidəsi üçün universal qəbuletmə və
emaletmə sisteminin quraşdırılmasına başlanılmış
və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi
peyklərdən yüksək dəqiqlikli təsvirlərin
alınması və müxtəlif təyinatlı istifadəsi
təmin olunacaqdır. Yer səthinin müşahidəsi
üçün Azərbaycan peykinin aşağı yer orbitinə
çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya
peykinin orbitə çıxarılması isə 2016-cı ilə
planlaşdırılmışdır. Qeyd edim ki, BMT-nin
uyğun komitəsində Azərbaycan kosmik ölkələr
sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın
sülh məqsədlərilə istifadəsi üzrə
öhdəliklər götürmüşdür. Kosmik
texnologiyalar üzrə çox vacib məsələ olan kadr
hazırlığına xüsusi diqqət yetirilmişdir. Son
üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər
peyklərin idarə olunması üzrə ABŞ, Fransa və
Malayziyada uzunmüddətli kurs və təlimlər
keçmiş milli mütəxəssis
hazırlanmışdır.
Yeni
texnologiyaların tətbiqi məqsədilə “Azercell Telekom”
MMC tərəfindən 4G LTE texnologiyasının tətbiqinə
başlanılmış, digər operatorlar tərəfindən
də tətbiqi istiqamətində işlər
aparılır. Azərbaycan bu texnologiyanı tətbiq edən
Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsidir. Azərbaycanın
işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət
göstərən “Karabakh Telecom” şirkəti ilə xarici
ölkələrin mobil rabitə operatorları arasında olan
rouminq əməkdaşlığın
dayandırılması məqsədilə, Xarici İşlər
Nazirliyi və mobil operatorlarla birgə tədbirlər
görülmüşdür. Belə ki, 2012-ci ildə 17
ölkənin 19 mobil
operatoruna ünvanlanmış
müraciətlər nəticəsində artıq 11 xarici
mobil operator “Karabakh Telecom”la rouminq əməkdaşlığını
dayandırmışdır. Bu istiqamətdə işlər
davam etdirilir.
RİTN-in
nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat
Mərkəzində nanotexnologiyalar üzrə
laboratoriyanın quraşdırılması başa
çatmışdır. Hazırda laboratoriyada tədqiqat
və yüksək nanotexnologiya əsaslı məhsulların
alınması üzrə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin “Dövlət
orqanlarının elektron xidmətlər göstərilməsinin
təşkili sahəsində bəzi təbirlər
haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası
ilə əlaqədar E-hökumət portalı və e-xidmətlərin
göstərilməsi zamanı dövlət orqanlarının
informasiya sistemləri arasında infromasiya mübadiləsinin təmini
üçün e-hökumət şlyuzu istifadəyə
verilmişdir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət
Proqramı (Elektron Azərbaycan)”
ilə rabitə və informasiya texnologiyaları sahəsində
nəzərdə tutulmuş tədbirlərin icrası uğurla
həyata keçirilmişdir.
Həmçinin,
Azərbaycan Respublikası Prezidentinin “Dövlət
orqanlarının elektron xidmətlər göstərilməsinin
təşkili sahəsində bəzi təbirlər
haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası
ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəyinə və onun əsasında
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
təqdim olunmuş təkliflərə uyğun olaraq, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq
edilmiş “Elektron xidmət növlərinin Siyahısı”
yenidən hazırlanmış və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq
edilmişdir. Beləliklə, mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən göstərilməsi
nəzərdə tutulan elektron xidmətlərin sayı 251-dən
417-yə çatdırılmışdır.
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər
Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə
bağlı tapşırığından sonra dövlət
orqanları tərəfindən elektron xidmətlərin təşkili
prosesi daha da sürətlənmişdir. E-hökumət
portalı və e-xidmətlərin göstərilməsi
zamanı dövlət orqanlarının informasiya sistemləri
arasında informasiya mübadilsini təmin etmək
üçün e-hökumət
şluyuzu istifadəyə verilmişdir. Hazırda “Elektron
hökumət” portalına 40 hökumət və dövlət
qurumu qoşulmuş və Nazirlər Kabineti tərəfindən
təsdiq edilmiş 417 elektron xidmətdən 187-si vahid portal
(bir pəncərə prinsipi) vasitəsi ilə məhdudlaşdırılmış
rejimdə əhaliyə verilir. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində yaradılmış “Elektron xidmətlər
reyestri”nə dövlət qurumları tərəfindən
göstərilən 216 elektron xidmət barədə məlumatlar
daxil edilmişdir. “Elektron hökumət” portalının fəaliyyətə
başladığı 2012-ci ilin aprel ayından bəri portala
15 minə yaxın müraciət daxil olmuşdur.
Elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi
altsistemi işlənib hazırlanmışdır. Hazırda yeni yaradılmış “E-ərizə”
e-xidməti vasitəsi ilə istifadəçilər internet
vasitəsi ilə e-ərizə doldurmaqla və onlayn ödəniş
etməklə e-imza kartlarına sahib ola bilirlər. 2012-ci ilin
sonuna qədər Milli Sertifikat Xidmətləri Mərkəzinə
edilən müraciətlərə müvafiq olaraq Dövlət
Hakimiyyəti orqanlarına 2800-dən artıq , həmçinin,
hüquqi və fiziki şəxslərə 2500 ədəddən
çox, ümumilikdə 5300 ədəddən çox
elektron imza verilmişdir.
Azərbaycan
Respublikasında internet infrastrukturunun
liberallaşdırılması və qiymətlərin endirilməsi
məqsədi ilə həyata keçirilmiş tədbirlər
nəticəsində il ərzində internetin qiymətləri
ayrı-ayrı sürətlər üzrə təqribən
35 faiz aşağı salınmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika”
modeli üzrə ölkənin bütün yaşayış
məntəqələrinə yüksəksürətli
genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin
qurulması üzrə layihə hazırlamışdır və
2013-cü il üçün bu layihə üzrə 103
milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Layihə üç il müddətində həyata
keçiriləcək və yüksək rentabellidir. İnformasiya
texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini
artırmaq, əhalinin kompyuterlərlə təminatını
yaxşılaşdırmaq məqsədilə RİTN-in təşəbbüsü
və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə
həyata keçirilən “Xalq kompyuteri” layihəsi
2012-ci ildə də uğurla həyata keçirilmişdir.
2012-ci ilin sonuna əhalinin hər 100
nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə,
internet istifadəçilərinin sayı 70-ə bərabərdir
ki, 2005-ci ildə bu göstəricilər müvafiq olaraq 2,3 və 8 ədəd
olmuşdur. Hazırda ölkədə hər 100 nəfərə
düşən genişzolaqlı internet istifadəçilərinin
sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin
sıxlığına görə MDB ölkələri
arasında birinci yerdədir və dünya orta göstəricisini
təqribən 2 dəfədən çox qabaqlayır. Bununla yanaşı,
regionlarda informasiya cəmiyyətinin inkişaf etdirilməsi, əhali,
eləcə də, dövlət orqanlarında
çalışan əməkdaşlar arasında maarifləndirmə
və təbliğat işinin aparılması, kompyuter
savadsızlığının aradan qaldırılması məqsədilə
respublikanın müxtəlif rayonlarında informasiya
texnologiyaları ekspertlərinin iştirakı ilə
seminarlar keçirilmiş, olimpiadalar
və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil
olunmuşdur.
Son
illərdə respublikamızda İKT sahəsindəki
inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların
qiymətləndirmələrində də aydın şəkildə
görünür. Dünya İqtisadi
Forumunun Qlobal İnformasiya Texnologiyaları 2012 (“The Global Information Technology Report
2012”) hesabatında Azərbaycan
“Şəbəkələşmə hazırlığı
indeksi”nə görə (Networked Readiness Index) əvvəlki
mövqeyindən 9 pillə irəliləyərək
dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir.
Bu hesabata əsasən ölkəmiz hər 100 nəfərə
düşən internet istifadəçilərinin sayına
görə MDB-də I yerdədir. Həmçinin,
Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report
2012-2013” hesabatında ”Qlobal rəqabətqabiliyyətlilik
indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən
9 pillə irəliləyərək dünyanın 144 ölkəsi
arasında 46-cı yeri tutmuş və beləliklə yenə
də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir.
Belə faktlar çoxdur. Bir
neçə əhəmiyyətli
məsələni də qeyd etmək istərdim. Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il
tarixli sərəncamına əsasən, RİTN-in tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondu yaradılması qərara alınmışdır və
hazırda fondun fəaliyyətinin təşkili üzrə
işlər aparılır. Dövlət Fondunun əsasnaməsi hazırlanmış və Nazirlər
Kabinetinə təqdim olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə “Yüksək
Texnologiyalar parkı”nın yaradılması qərara
alınmışdır və hazırda fərmana uyğun
olaraq, Parkın yaradılması üzrə müvafiq işlər
görülməkdədir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasına əsasən hədəfimiz
İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında
saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini
8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin
yaxşılaşdırılması, sektora olunan fiskal və
monetar güzəştlər, ixrac potensialının
artırılmasına yönəlmiş siyasət, regional
İKT resurslarının, yüksək texnoloji məhsul və
xidmətlərin yaradılması, güclü insan
kapitalına əsaslanan innovativ sahibkarlığın
inkişafı hesabına nail olunması
planlaşdırılmışdır. Məlumat Hesablama Mərkəzi
tərəfindən mövcud ənənəvi şəbəkəyə
alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini
əhatə edən “AzDataKom”şəbəkəsinin
genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə
proqram təminatının yaradılması və ya
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilmişdir. Abunəçilər tərəfindən telefon
nömrələri üzrə kommunal kodların müəyyən
olunaraq kommunal xidmət haqlarının MHM-in www.rabita.az
ttp://www.rabita.az internet saytında ödənilməsi
üçün MHM ilə Goldenpay şirkəti arasında
müqavilə imzalanmışdır. Bu məqsədlə
MHM-də məlumat bazası yaradılmışdır və
hazırda istənilən telefon nömrəsi üzrə
işıq, qaz və su kodlarının müəyyən
edilməsi mümkündür.
Ölkə ərazisində televiziya və radio
proqramlarının yayım keyfiyyətinin və əhatə
zonasının genişləndirilməsi məqsədilə
41 ədəd müxtəlif təyinatlı radio-TV
avadanlıqları istismara verilmişdir ki, bunlardan 16 ədədi
rəqəmli DVB-T verici olmuşdur. Azərbaycanda hazırda 25
televiziya kanalı fəaliyyət göstərir, onlardan 11-i
ümumrespublika, 14-ü isə regional kanaldır. 15 radio
proqramı mövcuddur.
Eyni
zamanda, 12 kabel televiziyası və 20-dən çox internet
televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının
razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş
və lisenziyalaşdırılmış 100-dən çox
xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və
paylanma sistemi yaradılmışdır ki, planımız bu
sistemi regional mərkəzə çevirməkdir. 2013-cü
ilə qədər ölkəmizdə rəqəmsal yayıma
keçidin tam təmin edilməsini nəzərdə tutan “Azərbaycan Respublikası ərazisində
DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və
inkişafı Proqramı” üzrə işlər davam
etdirilmişdir.
Bundan
əlavə olaraq, respublika və regional TV və radio
proqramlarının yayım əhatəsinin və keyfiyyətinin
artırılması, kənar yayımların
qarşısının alınması, rəqəmli TV
proqramların regionlarda ötürülməsini təmin etmək,
avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə
müvafiq avadanlıqlar quraşdırılmış və zəruri
tədbirlər görülmüşdür. Respublikada
yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş
Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin tərkib hissəsi
olan radiomonitorinq məntəqələrinin yerinin ( ilkin olaraq Bakı, Gəncə şəhəri,
Abşeron və Masallı rayonlarında) BTİ-nin tövsiyyələrinə
və beynəlxalq standartlara uyğun seçilməsi,
müvafiq yerlərin alınması, mövcud məntəqələrin
müvafiq yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin
tikintisi və s. üzrə tədbirlərlər davam etdirilir
və satınalma proseduru keçirilmişdir. Şəbəkənin
qurulması dövlət büdcəsinin vəsaiti hesabına
həyata keçirilir. 2012-ci
il ərzində poçt xidməti şəbəkəsinin
inkişafı və genişləndirilməsi sahəsində
bir sıra əməli tədbirlər həyata
keçirilmişdir. İl ərzində 44 ədəd
poçt şöbəsi binası tikilmişdir ki, bundan 11 ədədi
Naxçıvan MR RİTN -nə məxsusdur. Həmçinin, 15 ədəd poçt inzibati
binası və 24 ədəd PŞ binası təmir
edilmişdir. İl ərzində əhalinin yerləşməsi
və istifadəçilərin çoxluğu və digər
amillər nəzərə alınmaqla 12 ədəd yeni
poçt şöbəsi açılmışdır. Respublikadaxili
köçürmələr üzrə 1 147 250 ədəd pul baratı qəbul
edilmiş, 1 146 715 ədəd pul baratı isə ödənilmişdir.
2011-ci illə müqayisədə qəbul edilmiş pul
baratlarının sayı 95 142 ədəd (və ya 9 faiz)
artmışdır. Beynəlxlq pul köçürmələri
üzrə də artım qeydə alınmışdır. “Azərpoçt” MMC beynəlxalq bağlamaların
axtarışına dair Ümumdünya Poçt
İttifaqının (ÜPİ) “Cricket” sorğu sistemi vasitəsi
ilə hazırda dünyanın 149 ölkəsi ilə əməkdaşlıq
edir.“Azərpoçt” MMC dünyanın 79 ölkəsi ilə
beynəlxalq sifarişli poçt göndərişlərinə
dair operativ elektron sorğu sistemindən istifadə edir. MDB
ölkələri içərisində ilk dəfə olaraq
Azərbaycan poçt administrasiyası beynəlxalq
sifarişli poçt göndərişlərinin izləmə
və sorğu sisteminə qoşulmuşdur. Dünya
Bankının maliyyə dəstəyi ilə respublikamızda
həyata keçirilən “Maliyyə xidmətlərinin
inkişafı” layihəsinin nəticəsi olaraq, poçt
şöbələri tərəfindən yeni bank-maliyyə
xidmətləri göstərilir və tətbiq səviyyəsi
genişləndirilir. Maliyyə xidmətlərinin
göstərilməsi məqsədilə “Azərpoçt”
MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə,
eləcə də SWIFT sisteminə qoşulması tam başa
çatdırılmışdır. MMC-nin əksər
məntəqələrində bank hesabları
açılmış, bir çox filiallarda ilk lokal plastik
kartlar emissiya edilmiş, yerli və beynəlxalq ödəniş
sistemlərinə, o cümlədən xarici banklarda-Citybank,
Raifaizenbank və Rusiyanın Sberbankında artıq müxbir
hesablar açılmış və MasterCarda qoşulma prosesi
başa çatdırılmışdır. “Azərpoçt”
MMC-nin PF-ləri Western Union pul köçürmələri
sisteminə qoşulmuşdur. “Azərpoçt” MMC-nin ölkədaxili
bütün RPF və PF-lərində “Contact”
beynəlxalq pul köçürmələri sisteminin
“Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış
Korporativ İnformasiya Sisteminə (AKİS) inteqrasiyası
başa çatmış və əhalinin istifadəsinə
verilmişdir. Naxçıvan MR RİTN-in
tabeliyində olan Babək, Şərur, Ordubad, Şahbuz, Culfa,
Sədərək, və Kəngərli PF-lər AKİS-ə
qoşularaq real rejimdə pul köçürmələri əməliyyatlarının
tətbiqinə başlanılmışdır.
“Azərpoçt”
MMC 2012-ci ildə Ümumdünya Poçt
İttifaqının “Keyfiyyətin İdarə Edilməsi”
üzrə “Qızıl Səviyyəli” sertifikatına və
“Azəreksoresspoçt” RM bu təşkilatın “EMS
Kooperativi”nin 6 dəfə “Qızıl Pillə”
sertifikatına layiq görülmüşdürlər. RİTN-in xarici əlaqələrinin
inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə
rabitə və İKT sahəsində aparılan
islahatların beynəlxalq aləmdə tanınması
üçün əhəmiyyətli işlər
görülmüş, ikitərəfli görüşlər
keçirilmiş, dünyanın müxtəlif ölkələri
ilə İKT sahəsi üzrə sənədlər
imzalanmışdır. Nazir və nazirliyin digər məsul şəxsləri
dünyanın bir neçə ölkəsində
keçirilmiş beynəlxalq tədbirlərdə iştirak
etmiş və bir sıra beynəlxalq əhəmiyyətli
konfranslar keçirilmişdir.
RİTN ötən dövr ərzində əsas fəaliyyəti
ilə yanaşı, qaçqın və məcburi
köçkünlərin, şəhid və əlil ailələrinin,
veteranların, idmançıların və sosial vəziyyəti
ağır olan digər insanların problemləri ilə
yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir. Ermənistanın
təcavüzü nəticəsində işğal edilmiş
ərazilərdən didərgin düşmüş məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması barədə dövlət
proqramına uyğun olaraq, respublikanın müxtəlif
bölgələrində məskunlaşmış məcburi
köçkünlərə və “Rabitəçi” istirahət
düşərgəsində yaşayan rabitəçi
köçkünlərə nazirlik tərəfindən maliyyə
və ərzaq yardımı göstərilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə
də RİTN tərəfindən idmanın inkişafına
yaxından köməklik göstərmişdir. İdmançılara
göstərilmiş qayğı nəticəsində rabitəçi
idmançılar respublika və beynəlxalq yarışlarda
iştirak edərək 47 qızıl, 41 gümüş və
54 bürünc medala layiq görülmüşlər. Eyni zamanda, bildiririk ki, klubun boksçusu Teymur Məmmədov
XXX Londan Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülmüşdür.
Cənab
Prezident İlham Əliyev 2013-cü ili “İnformasiya texnologiyaları
ili” elan etməsi qarşıya çox mühüm
vəzifələr qoymuşdur. Bu vəzifələrin layiqincə
yerinə yetirilməsi üçün bütün qüvvələr
səfərbər olunacaqdır.
Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya
Texnologiyaları
Nazirliyinin Aparat rəhbəri
Xalq qəzeti.- 2013.- 26 yanvar.- S. 5.