Azərbaycan ilə
Davos Dünya İqtisadi Forumu
arasında əməkdaşlığın yeni
mərhələsi
Azərbaycan
Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu
çərçivəsində keçirdiyi görüşlərdə
bir daha qeyd edilmişdir ki, ölkəmiz bu gün regionda həlledici
mövqeyə malik aparıcı dövlət kimi
tanınır. Azərbaycan vaxtilə xarici
yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə
ixracatçısına çevrilməkdədir. Son illər
dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin
həllinə nail olmuş,
ölkəmizin regional və qlobal əhəmiyyəti, etimad
səviyyəsi xeyli
artırılmış, regional və qlobal enerji təhlükəsizliyi
sahəsində mövqelərimiz, milli
iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri gücləndirilmiş, əhalinin
sosial rifahı nəzərəçarpacaq
səviyyədə yüksəlmişdir.
Davosda Prezident İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&CO”nun baş icraçı direktoru Çezare Maynardi ilə görüşündə bu qurumun baş icraçı direktoru Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirmişdir. Ç. Maynardi Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğulamış, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etmişdir.
Prezident
İlham Əliyev isə ölkəmizdə
neftdən əldə olunan gəlirlərin bir hissəsinin
yüksək texnologiyaların inkişafına yönəldildiyini
vurğulayaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində
özəl sektorun iştirakının daha da genişləndirilməsinin
önəmini qeyd etmişdir.
Dövlət
başçımız “Holcim Group” şirkətinin rəhbəri
Bernard Fontana ilə görüşmüşdür. Ötən
il Bakıda bu şirkətin
sement zavodunun
açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla
xatırladan B. Fontana ölkəmizdə biznes fəaliyyəti üçün
əlverişli şəraitin mövcudluğunu
yüksək qiymətləndirmişdir. Bu
şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin
yaratdığını bildirmişdir.
Prezident
İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin
idarəçiliyi üzrə tanınmış konsaltinq
şirkəti “McKinsey&Company”nin rəhbəri Dominik Barton ilə
görüşündə bu şirkətin adı çəkilən
rəhbəri Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları
sahəsində mühüm layihələrin
reallaşdırılmasında maraqlı olduqlarını
bildirmişdir. O, son vaxtlar respublikamızda
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
üçün yaradılmış şəraitin ölkəmizdə
bu sahədə layihələrin həyata keçirilməsində
xarici investorların diqqətini cəlb etdiyini
vurğulamışdır.
Prezident
İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının
genişləndirilməsində elm və təhsil sahələrinin
inkişafının da vacib olduğunu və ölkəmizdə
bu işə diqqətin artdığını diqqətə
çatdırmışdır.
Dövlət
başçımızın Davosda bp şirkətinin sədri
Karl-Henrik Svanberq ilə görüşündə isə Azərbaycanla adı çəkilən şirkət arasında uzun illər
uğurlu əməkdaşlığın davam etməsindən
məmnunluq ifadə olunmuşdur. “Azəri-Çıraq-Günəşli”,
“Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri
üzrə əməkdaşlığın uğurla həyata
keçirildiyi vurğulanmış,
əlaqələrin bundan sonra da genişlənəcəyinə
əminlik ifadə edilmişdir.
Davosda
bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq
təşkilatların nümayəndələrinin iştirak
etdiyi “Mərkəzi Asiya üçün yeni üfüqlər”
mövzusunda keçirilən
sessiyada çıxış edən Prezident İlham Əliyev
ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə
danışmışdır. Dövlət
başçısı son illərdə Azərbaycanda yüksək
dinamik inkişafın müşahidə olunduğunu, ümumi
daxili məhsulun üç dəfə
artdığını diqqətə
çatdırmışdır.
Enerji
sahəsində Azərbaycanın əldə etdiyi
uğurlardan danışan Prezident İlham Əliyev
bildirmişdir ki, ölkəmizdə qeyri-enerji sektorunun da
inkişafı diqqət mərkəzində saxlanılır və
bununla bağlı bir çox layihələr həyata
keçirilir. Dövlət bu sahədə
dəstəyini hər zaman nümayiş etdirir. Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində
iştirakının əhəmiyyətindən danışmışdır.
Burada
ölkəmiz üçün son dərəcə əhəmiyyətli
bir faktı da qeyd edək. Azərbaycan Prezidenti
İlham Əliyevin Davosda
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus
Şvab ilə görüşündə Azərbaycan ilə Davos
Dünya İqtisadi Forumu arasında əməkdaşlığın
inkişafından məmnunluq ifadə edilmişdir.
Bu əlaqələrin son
illərdə inkişaf edərək yeni mərhələyə daxil
olduğu bildirilmişdir.
Bu forumun, eyni zamanda,
Azərbaycan ilə Avropa İttifaqı
arasında əməkdaşlığa müsbət təsir
göstərdiyi xüsusi qeyd
olunmuşdur. Ümumi
razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin
aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə
olacağı vurğulanmışdır.
Klaus
Şvab ümidvar olduğunu bildirmişdir ki, Bakıda keçiriləcək
Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya
regionlarında əməkdaşlığın və
inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir. Dövlət
başçımız Davosda “CNN-İnternational” televiziya
kanalının iqtisadi məsələlər
üzrə müxbiri Riçard
Kestə müsahibəsində demişdir:
“Bu gün bizim iqtisadiyyatımız çox
sabitdir. Biz iqtisadi böhran illərində
belə inkişafımızı davam
etdirə bilmişik. Azərbaycan
iqtisadiyyatı dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatlardan
biridir. Biz 10 ildən
də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik.
Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu,
təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın
qeyri-enerji sektoruna,
xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət
sahələrinə investisiyaları cəlb etməkdir”.
Yuxarıda sadalanan sahələr arasında
İKT xüsusi yer tutur. Ölkə
başçımız bununla
bağlı demişdir: “İKT sahəsində
Azərbaycan, doğrudan da,
son illər ərzində böyük
uğurlar əldə edibdir.
Bu, həm biznes, həm
zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya
və şəffaflığa təkan verən, xidmət
göstərən bir sahədir. Biz bu imkanlardan
daha da geniş
şəkildə istifadə etməliyik. Elektron
xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir”.
Ümumiyyətlə,
İKT sektoru 2004-2013-cü illər üzrə hər
üç ildə təxminən iki dəfə genişlənmişdir,
2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz
olmuşdur. Bu isə ümumdünya
orta artım tempindən təxminən 2,5
dəfə yüksəkdir. 2012-ci ildə sektora 400 milyon ABŞ dollarından çox
investisiya qoyulmuşdur.
Ötən
ildə Azərbaycan dördüncü nəsil mobil rabitə
texnologiyasını tətbiq edən Avropanın doqquzuncu,
dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi bizdə hər 100 nəfərə təxminən
110 telefon düşür.
Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri
arasında ilk dəfə olaraq
ölkə ərazisini 100 faiz əhatə
etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti,
həm də sürətli internet istifadəçiləridir.
Başqa
bir uğurlu məqama da diqqət yönəldək. Azərbaycanın
ilk telekommunikasiya peykinin istehsalı başa
çatmış və fevral
ayının birinci ongünlüyündə
orbitə çıxarılması
planlaşdırılmışdır. Peyk
orta çəkilidir - 3,2 ton,
ABŞ-ın “Orbital” şirkəti tərəfindən
istehsal olunmuş və
Fransanın “Arian” şirkəti tərəfindən
orbitə çıxarılacaqdır. Peyk
resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac
olunacaqdır. Təxminən 40 faizinin
satışı üçün şərti
müqavilələr imzalanmışdır. Peyklərin idarə
olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin
yaradılması başa
çatmışdır. Mərkəz təkcə Azərbaycanın
yox, region üzərindən
uçan digər ölkələrə məxsus
peyklərin də idarə olunması üçün
istifadə olunacaqdır. Yer səthinin müşahidəsi üçün
universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmış
və 2013-cü ilin sentyabr
ayından real vaxt
rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli
təsvirlərin alınması və müxtəlif təyinatlı
istifadəsi təmin olunacaqdır. Yer
səthinin müşahidəsi üçün
Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci
ilə, ikinci telekommunikasiya
peykinin orbitə
çıxarılması isə 2016-cı ilə
planlaşdırılmışdır. Qeyd
edim ki, BMT-nin uyğun komitəsində
Azərbaycan kosmik ölkələr
sırasına qəbul olunmuş, ölkəmiz
kosmik fəzanın sülh
məqsədlərlə istifadəsi üzrə öhdəliklər
götürmüşdür. Kosmik texnologiyalar üzrə
çox vacib məsələ
olan kadr
hazırlığına xüsusi diqqət
yetirilmişdir. Son üç ildə orta
yaşı 25-28 olan təxminən 30 nəfər
peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada
uzunmüddətli kurs və təlimlər
keçmiş milli
mütəxəssis hazırlanmışdır.
Davosda
Dünya İqtisadi Forumu keçirilən günlərdə
bu şəhərdə ölkəmizin sosial-iqtisadi həyatının
ayrı-ayrı sahələrinə
aid reklamlar müşahidə edilmişdir. Bununla bağlı “CNN-İnternational”
televiziya kanalının müxbiri Prezident İlham Əliyevə belə bir sualla müraciət
edib: “Nəyə görə onun ölkəsi avtobus və
binalarda bu qədər
reklam yerləşdirib? Nəyə görə
onun ölkəsi burada
bu qədər reklam edilir?” Azərbaycan Prezidenti isə cavabında demişdir
ki, ölkəmiz inkişaf
edir. İnkişaf çox sürətlə gedir
və şübhəsiz ki, biz ölkəmizi beynəlxalq biznes
ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ
də əməkdaşlıq etməyən işgüzar
dairələrə daha geniş
şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş
şəkildə açmışıq və
dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda
işləməyə, sərmayə qoymağa
dəvət etmək istəyirik.
Bəli,
bu gün həqiqətən də Azərbaycan dünyada
regionun ən güclü iqtisadi potensiala və inkişaf
tendensiyasına malik dövləti kimi tanınır. Milli iqtisadiyyatımız özünün
dinamik inkişaf tendensiyalarını qoruyub
saxlayır. Dünyanın bir
çox
dövlətlərini bürüyən iqtisadi və
maliyyə böhranı Azərbaycana
elə də mənfi təsir göstərə bilməmişdir.
Əksinə, respublikamız qlobal iqtisadi-siyasi vəziyyətin mürəkkəbliyinə
baxmayaraq, özünün
dinamik inkişafını təmin etmişdir. Şübhəsiz ki,
bu, ilk növbədə Prezident
İlham Əliyevin yürütdüyü
çevik və düşünülmüş
iqtisadi siyasətin məntiqi nəticəsidir.
Azərbaycanın
regionun ən güclü iqtisadi potensiala və inkişaf
tendensiyasına malik dövləti olmasını belə bir
fakt da aydın göstərir: Dünya İqtisadi Forumunun
“Dünya Rəqabətlilik Hesabatı - 2012-2013" nəşrinə
əsasən, ölkəmiz reytinq cədvəlində 9 pillə
irəliləyərək dünyanın 144 dövlət
arasında 46-cı yerdə qərarlaşmışdır.
Forumun hesablamalarında Azərbaycan makroiqtisadi sabitliyə
görə hazırda dünya miqyasında 18-ci yerdədir və
bu göstəricinin yaxın dövrlərdə xeyli
yaxşılaşdırılması üçün kifayət
qədər iqtisadi resurs və mexanizmlər mövcuddur.
Bütün
bunlar isə ölkəmizə investisiya qoyuluşunda da
özünü qabarıq büruzə verir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına
və 2013-cü ildə qarşıda duran
vəzifələrə həsr olunmuş
iclasında ölkə Prezidenti demişdir: “Keçən il
investisiya xərcləri rekord
səviyyədə olmuşdur. Rəsmi statistik
məlumatlara görə,
keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır.
Bu da çox
müsbət göstəricidir.
İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil
edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır,
çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi
islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq
kredit agentliklərinin
reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı
kredit reytinq agentlikləri keçən
il Azərbaycanın
kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm
ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki
inkişaf etmiş ölkələrin bəzilərinin
reytinqləri aşağı
salınır, Azərbaycanın
kredit reytinqləri isə yuxarı qaldırılır və
bu da aparılmış
iqtisadi islahatların nəticəsidir”
Yeri gəlmişkən, yuxarıda
adı çəkilən
televiziya kanalının müxbirinin
- “Bu gün xəbərlərdə
daha çox bp-nin adı çəkilir. Bu şirkətin ”ROSNEFT"lə olan əlaqələri, bp-nin Azərbaycan ilə olan münasibətləri
səbəbindən Rusiya
hökumətinin “ROSNEFT” və
bp vasitəsilə ölkənizə müdaxilə
etmək cəhdləri
ilə bağlı narahatlıq qeyd olunur. Bu məsələ
Sizi narahat edirmi? Rusiya ölkənizə müdaxilə etmək üçün bp-dən
istifadə edə bilərmi?" - sualına dövlət
başçımızın cavabı da diqqət çəkir: “Hər şeydən öncə deyim ki, bu, bizi
narahat etmir. Birincisi, bp 1994-cü ildən bəri demək olar ki, Azərbaycanın
müstəqillik qazandığı
ilk illərdən ölkəmizdə
fəaliyyət göstərir.
Bu, təxminən 20 illik
tarixə malik olan dostluq, əməkdaşlıq
və tərəfdaşlıq
münasibətləridir, əlaqələrimiz
bundan sonra hələ ən azı 20 il
də davam edəcəkdir. Çünki bizim hazırda
bp şirkəti ilə birgə həyata keçirdiyimiz layihələr gələcəyə
yönəlib. Bu baxımdan bp-nin digər tərəfdaşları
ilə əməkdaşlığı
məni narahat etmir”.
Xatırladaq ki, bu gün
Azərbaycanda qeyri-neft
sektorunun dinamik inkişafına baxmayaraq, enerji sektoru milli iqtisadiyyatın aparıcı seqmenti olaraq qalmaqdadır. Ölkəmiz enerji təhlükəsizliyi
sahəsində də
milli maraqlarını
tam şəkildə təmin
edə bilmişdir.
Azərbaycan əldə
etdiyi iqtisadi uğurlara təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
yeni neft strategiyasının reallaşdırılması
nəticəsində nail olmuşdur.
Burada, şübhəsiz
ki, 1994-cü ildən
bəri ölkəmizdə fəaliyyət
göstərən bp şirkəti ilə birgə həyata keçirilən
layihələrin uğurla
reallaşdırılması da önəmli rol oynamışdır.
Vaqif Bayramov
Xalq qəzeti.- 2013.- 26 yanvar.- S. 1-2.