Mediaya dövlət dəstəyi
zamanın tələbindən irəli gəlmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlamasından 5 il keçir. Fondun icraçı direktoru Vüqar Səfərlinin ötən müddətdə bu qurumun həyata keçirdiyi uğurlu layihələr, KİV-ə dövlət dəstəyinin gerçəkləşdirilməsi ilə bağlı gördüyü işlər bərədə açıqlamasında bildirmişdir:
Əvvəla, deyim ki, KİVDF-nin yaradılması, həqiqətən, tarixi zərurət idi. Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda söz, fikir, məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Həmin dövrdə KİV üzərində senzuranın olması, redaksiyaların maddi-texniki bazasının zəifliyi, jurnalist peşəkarlığının yüksək səviyyədə olmaması söz və fikir azadlığının inkişafına öz mənfi təsirini göstərirdi. Bu vəziyyətin aradan qaldırılması üçün ulu öndər Heydər Əliyev bir sıra ciddi qərarlar qəbul etdi. 1998-ci ildə onun fərmanı ilə senzura ləğv olundu, 1999-cu ildə “KİV haqqında” qanun qəbul edildi. 2000-ci ildə mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformassiya Nazirliyi ləğv edildi, “İnformassiya əldə etmək haqqında” Qanun qəbul edildi. 2005-ci ildə KİV-lərin qeydiyyatı qaydaları sadələşdirildi, onların sayı sürətlə artmağa başladı.
Sözsüz ki, KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. Bu qrup KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırladı. Konsepsiyaya Prezident Administrasiyasında baxıldı və Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 3 aprel 2009-cu ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.
Fondun əsas məqsəd və vəzifələri söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.
Maliyyə dəstəyi Fondun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş qaydalar və əsasnaməyə uyğun həyata keçirilir. Maliyyə yardımları əsasən müsabiqə üsulu ilə reallaşdırılır. Konsepsiyada nəzərdə tutulan istiqamətlər layihə kimi həyata keçirilməsi üçün redaksiyalara təklif olunur. Onlar isə fondla bağlanmış müqavilənin şərtləri əsasında layihələri həyata keçirirlər. Bunun müqabilində qəzetlərin dövriyyəsi, tirajı və yayımı nəzərə alınmaqla maliyyə dəstəyi göstərilir. Beş il ərzində yüzlərlə gündəlik və həftəlik çap olunan qəzetlər maliyyə dəstəyi almışlar. Onu da qeyd edim ki, dəstək prosesi daim möhtərəm dövlət başçısının diqqət mərkəzində olmuş və hər il artan templə getmişdir.
Vüqar Səfərli daha
sonra demişdir:
— 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz
İlham Əliyev jurnalistlər üçün
yaşayış binasının
tikintisi barədə sərəncam imzalamışdır.
2013-cü ildə
ölkə rəhbərinin iştirakı
ilə həmin binanın açılışı
keçirildi və jurnalistlərin istifadəsinə
verildi. Beləliklə, 156 jurnalist ailəsi
öz arzularına çatdı. Elə bu
binanın açılış
mərasimində cənab
Prezident jurnalistlər
üçün ikinci
binanın tikintisi barədə sərəncam
imzaladı. Hazırda
həmin binanın tikintisi üçün hazırlıq işləri
gedir.
Bundan əlavə,
jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi
ilə fərdi yazı müsabiqələri
də keçirilmişdir. Bu müsabiqələrdən
5 il ərzində
1000-dən çox jurnalist
faydalanmış, onlara
ümumilikdə 500 min manatdan
artıq mükafat verilmişdir.
Ötən illər ərzində fond
mərkəzi və yerli icra orqanları
ilə geniş konfranslar və “dəyirmi masa”lar
keçirmiş, media və
məmur münasibətlərinin
genişlənməsində müsbət rol oynamışdır. Mərkəzi
və yerli icra orqanları ilə birgə yazı müsabiqələri
də keçirilmiş,
qalib jurnalistlər mükafatlandırılmışdır.
Media sahəsində
beynəlxalq təcrübənin
öyrənilməsi və
tətbiqi istiqamətində
işlərdən danışan
fondun icraçı direktoru bildirmişdir ki, bunun üçün
Müşahidə Şurasının
üzvlərindən və
fondun rəhbərliyindən
ibarət nümayəndə
heyəti inkişaf etmiş dövlətlərdə
analoji fondlarda olmuş və onların iş təcrübəsi ilə
yaxından tanış
olmuşdur. Bundan əlavə, bir
qrup qəzet rəhbərlərinin Türkiyə
Cümhuriyyətinə, Şimali
Kipr Türk Cümhuriyyətinə səfərləri
təşkil edilmişdir.
Türkdilli ölkələrin media formunun Azərbaycanda keçirilməsini Mətbuat
Şurası ilə
KİVDF birgə təşkil
etmişdir. Bundan başqa,
fond bir sıra beynəlxalq tədbirlərin
təşkilində də
fəal iştirak etmişdir.
Sonda Vüqar
Səfərli KİVDF-nin
gələcək fəaliyyətindən
söz açaraq söyləmişdir ki,
internet media müasir həyatımızın
ən mühüm istiqamətlərindən birinə
çevrilməkdədir. Azərbaycanda
İKT sektoru sürətlə
inkişaf etməkdədir
və onun inkişafına dövlət
hər cür dəstək
verir. Prezident İlham Əliyevin sərəncamı ilə
2013-cü il “İKT ili” elan edilmişdir.
İnternet medianın da
fəaliyyətinə gələcəkdə
fond tərəfindən dəstək
verilməsi gerçəkləşə
bilər.
R.TAHİR
Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 4.