Zaqatala: pulsuz tibbi müayinə davam edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığına uyğun
olaraq ölkənin hər yerində olduğu kimi, Zaqatalada da əhalinin
pulsuz müayinəsi davam edir. Bu məsələ RİH başçısı
yanındakı şurada
geniş müzakirə
olunub. Şura yığıncağını
giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə Azərbaycanda
son illər ərzində
səhiyyə sahəsində
çox uğurlu islahatların aparıldığını
qeyd etmişdir.
Bunun nəticəsi kimi ölkə üzrə yeni tibb müəssisələrinin
açılması, müalicə
diaqnostika mərkəzlərinin
inşa edilməsi, mövcud tibb müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi,
pulsuz tibbi xidmət spektrinin genişləndirilməsi, dərmanların
keyfiyyətinə nəzarətin
gücləndirilməsi, səhiyyənin
statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi
və digər məsələlərin öz
həllini tapmasıı
xüsusi vurğulanmışdır.
Sonra natiq çıxışında
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Hər bir vətəndaş, hər bir insan
ildə bir dəfə müayinədən
keçməlidir” çağırışına
əsasən insanların
sağlamlığının qorunması və xəstəliklərin erkən
aşkarlanması məqsədi
ilə ölkə ərazisində, o cümlədən
Zaqatala rayonunda
2014-cü il fevral ayının 17-dən əhalinin
icbari tibbi müayinədən keçirilməsinə
başlanmasını bildirmiş,
may ayının birinədək
yekunlaşdırılması nəzərdə tutulan bu aksiya zamanı
rayonun 18 yaşdan yuxarı 89632 nəfər
əhalisinin tibbi müayinədən keçməli
olduğunu nəzərə
çatdırmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, tibbi müayinənin əsas prinsipi əhalinin sağlamlığının
qorunması sahəsində
insan və vətəndaş hüquqlarının
dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti,
əhalinin sağlamlığının
qorunması sahəsində
profilaktik tədbirlərin
həyata keçirilməsi,
tibbi-sosial yardımın
hamı üçün
mümkünlüyü, sağlamlığın
itirilməsi zamanı
vətəndaşların sosial
müdafiəsinin təmin olunmasıdır.
Şura
yığıncağında RİHB-in müavini, İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
müdiri Vəfa Süleymanova, Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva və Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev çıxış edərək
tibbi müayinənin keyfiyyətli həyata keçirilməsi məqsədi
ilə tibb müəssisələrinin hazırlıq
vəziyyətinə gətirilməsi
istiqamətində Səhiyyə
Nazirliyi tərəfindən
zəruri tədbirlərin
görüldüyünü, Rayon Mərkəzi Xəstəxanası
tərəfindən əhalinin
ümumi profilaktik müayinəsinin keçirilməsini
təmin etmək məqsədi ilə qərargah yaradılmasını,
Zaqatala Rayon Mərkəzi
Xəstəxanası, Müalicə
Diaqnostika Mərkəzi,
Əliabad qəsəbə,
Yeni Suvagil kənd və Danaçı kənd sahə xəstəxanaları
olmaqla beş zona üzrə əhalinin tibbi müayinədən keçməsi
üçün həkim
briqadaları təşkil
edildiyini bildirmişlər.
Natiqlər öz çıxışlarında
yaradılmış həkim
briqadalarına ailə
həkimi, oftalmoloq, ginekoloq, uroloq daxil edilərək, tərtib edilmiş qrafik üzrə rayon əhalisinin müayinələrə
cəlb olunmasına başlanıldığını qeyd etmişlər. Bundan əlavə, tibb işçilərindən
ibarət səyyar briqadaların yaradıldığını
və bu briqadaların rayon ərazisində
yerləşən hərbi
hissələrdə xidmət
edən 1000 nəfərdən
yuxarı əsgər
və zabit heyətinə, həmçinin
poliklinikaya müəyyən
səbəblərdən gələ
bilməyən yaşlı
və digər insanlara evlərində tibbi xidmətlərin göstərilməsini nəzərə
çatdırmışlar.
Şura
yığıncağında qeyd edilmişdir ki, tibbi müayinənin
başlandığı gündən
aprelin 1-nə kimi
rayon üzrə 34559 nəfər
müayinə edilmiş,
onlardan 11776 nəfərinə
ambulator, 12 nəfərə
isə stasionar müalicə təyin edilməsi məqsədəuyğun
sayılmışdır.
Şura yığıncağının sonunda tibbi müayinənin
aparılmasında və
işin təşkilində
iştirak edən aidiyyatı qurumlara baş verə biləcək nöqsanların
vaxtında aradan qaldırılması və
bu işə məsuliyyətin daha da artırılması tövsiyə olunmuşdur.
İlqar MUSAOĞLU
Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 4.