Avropa İttifaqı: Azərbaycan və
Ermənistan prezidentləri arasında dialoqun
davam etdirilməsi ümidvericidir
Avropa İttifaqı hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir. “Trend”in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard demişdir.
Malena Mard bildirmişdir ki, Aİ bu dialoqun davam
edəcəyinə ümid
edir. Dialoq bir çox məsələlərin
irəli getməsinin yeganə yoludur: “Avropa İttifaqı danışıqların davam
etməsinə çox
pozitiv yanaşır”.
M.Mard qeyd etmişdir ki, Azərbaycan ilə Aİ arsında ikitərəfli münasibətlər
üzrə danışıqlar
həm Bakıda, həm də Brüsseldə davam etdirilir: “Ümid edirəm ki, bu dialoq keçmiş
illərdə olduğu
kimi intensivliklə davam edəcək. Azərbaycan ilə Aİ arasında yaxşı əməkdaşlıq
münasibətləri mövcuddur”.
Onun sözlərinə görə,
ikirətəfli əməkdaşlıq
üzrə bir sıra ölkələrlə
danışıqlarda irəli
getmişlər: “Avropa
İttifaqı ilə
Şərq Tərəfdaşlığı
ölkələri arasında
mövcud olan məsələlər üzrə
daha dərindən işləməyə çalışırıq”.
Xalq qəzeti.- 2014.-
10 aprel.- S. 4.