Xəzər rayonunda gənclər intellektual biliklərini nümayiş etdirmişlər

 

Xəzər rayonunun Gənclər Evində “Xəmsə” milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının Xəzər rayon turniri keçirilmişdir. Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı ilə gənclər arasında keçirilən çempionatda 7 komanda iştirak etmişdir. Ənənəvi tədbir bu dəfə də rəqib komandaların gərgin mübarizəsi şəraitində keçmişdir.

Yekun nəticələrə görə bilik yarışının qalibi Polis Akademiyasının “Meqapolis” komandası olmuşdur. İkinciüçüncü yerləri isə “Aviator” və “Gənc müəlllimlər” komandaları tutmuşlar.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev gənclərin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirmək, onlar arasında bilikelmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədi ilə təşkil olunan “Xəmsə” milli intellektual oyununa gənclərin böyük maraq göstərdiyini və belə tədbirlərin mütəmadi keçirildiyini qeyd etmişdir.

Tədbirin sonunda fərqlənənlərə Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 5.