Səbail rayonunda ilin birinci
rübünün yekunları sevindiricidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin bugünlərdə keçirilən
iclasında dövlət başçısının nitqindən
irəli gələn vəzifələr Səbail Rayon İcra
Hakimiyyəti Başçısı yanında Şuranın
geniş iclasında ətraflı müzakirə olunmuşdur.
Toplantıda ilin I rübünün sosial-iqtisadi yekunları da
nəzərdən keçirilmişdir.
İclası
giriş sözü ilə açan Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
barədə ətraflı məlumat verərək qeyd
etmişdir ki, bu dövrdə ölkə iqtisadiyyatı 2,5,
qeyri-neft sektoru 8,8, orta əmək haqqı 7, əhalinin banklardakı
əmanətləri 20 faizdən çox artmışdır.
İnflyasiya cəmi 2 faiz təşkil etmiş və əhalinin
gəlirləri bu göstəricini 2 dəfədən
çox üstələmişdir. Ölkənin valyuta
ehtiyatları 53 milyard dollar təşkil edir ki, bu da dövlət
başçısı İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat
dövründə Səbail rayonunda görülən işlərdən
danışan Asif Əsgərov bildirmişdir ki, ilin ilk
üç ayı ərzində rayonun sənaye müəssisələrində
5 562,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat
müəssisələri 115,5 milyon manatlıq, rabitə
müəssisələri 101,7 milyon manatlıq xidmətlər
göstərmişdir.
Bütün
maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən
investisiya 1203,9 milyon manat olmuşdur ki, bu da keçən ilin
müvafiq dövrünə nisbətən 16 faiz çoxdur.
Tikinti-quraşdırma işlərinə yönəldilmiş
investisiyanın həcmi 553,7 milyon manat olmuşdur ki, bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 54,7 faiz
çoxdur. Əhaliyə 56 milyon manatlıq və ya ötən
ilin eyni dövründən 22,7 faiz çox istehlak malları
satılmış, 67 milyon manatlıq pullu xidmət göstərilmişdir
ki, bu da 2,7 faiz çoxdur.
Səbail
rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər
olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi
köçkün məskunlaşmışdır. Rayonda
çalışan işçilərin sayı 112407 nəfər,
orta aylıq əmək haqqının məbləği isə
905,1 manat olmuşdur. 2014-cü ilin I rübündə Səbail
rayonu ərazisində 537 daimi iş yeri
açılmışdır.
2
saylı şəhər poliklinikasında, “Turac” uşaq
bağçasında, Bibiheybət qəsəbə mədəniyyət
evi və kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma
işləri başa çatdırılmış, 20-ci sahə
ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın
və Badamdar qəsəbəsində yeni idman kompleksinin və
3 ədəd yeni su anbarının tikintisi davam etdirilir.
Hazırda
rayon ərazisində Su İdmanı Sarayının, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün yeni binanın, “Alov qüllələri”
kompleksinin, Oksford məktəbi üçün yeni tədris
korpusunun, “Cənub” mehmanxanasının yerində 7 mərtəbəli
yeni otelin, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin,
20-ci sahədə Səbail Rayon Prokurorluğunun yeni
binasının, Əhəd Yaqubov küçəsində
Müasir İstedadlar məktəbi üçün idman və
yataqxana kompleksinin, 9 saylı Xəzinədarlıq İdarəsi
üçün yeni binanın, Badamdar qəsəbəsində
xəstəxananın, Əhəd Yaqubov küçəsində
kütləvi informasiya vasitələri işçiləri
üçün daha bir binanın tikintisi, Bayıl dairəsində
genişmiqyaslı abadlıq işləri, dövlət
başçısının tapşırıqlarına əsasən
Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə
kimi genişləndirilməsi və burada yeni istirahət
güşələrinin yaradılması, Neftçilər
prospektində İdman Oyunları Sarayının əsaslı
təmiri davam edir. Şəhərin mərkəzi və
Bayıl yaşayış ərazisində yerləşən
çoxmərtəbəli yaşayış binalarının
fasadlarının təmiri və üzlənməsi işləri
də davam etdirilir.
Rayonun təsərrüfat
xidmətləri də bir sıra işlər həyata
keçirmişdir. Mənzil-Kommunal Təsərrüfatı
Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,
bir sıra binaların dam örtüyündə təmir
işləri aparılmış, su və kanalizasiya xətləri
dəyişdirilmiş, mərkəzdəki bəzi
binaların fasadı təmir olunmuş, rəngləmə
işləri və gündəlik abadlıq-təmizlik işləri
görülmüşdür.
Badamdar qəsəbəsində
hər həftənin şənbə günləri kənd təsərrüfatı
məhsulları yarmarkası təşkil edilir.
Elektrik Təchizatı
və Satış İdarəsi, Qaz İstismar Sahəsi,
Sukanal Departamenti sakinlərin elektrik enerjisi, təbii qaz,
içməli su ilə təminatının yaxşılaşdırılması
üçün bir sıra tədbirlər həyata
keçirmiş, bu istiqamətlərdə
narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
Daha sonra
bildirilmişdir ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
ünvanlı sosial yardım almaq üçün 398 ailə
(1578 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə
müvafiq qaydada baxılaraq orta hesabla 122 manat sosial yardım təyin
olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu Səbail
rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçüyə
3 ay ərzində 9.651,7 min manat təqaüd və müavinət
ödənilmişdir. Məşğulluq Mərkəzi tərəfindən
225 nəfər işaxtaran vətəndaş daimi işlə
təmin olunmuşdur.
Hesabat
dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən
bir sıra tədbirlər keçirilmişdir. Novruz
bayramı ərəfəsində ictimaiyyət nümayəndələri
ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin
ön xəttində yerləşən hərbi hissənin
şəxsi heyətinə ümumtəhsil məktəbləri
şagirdlərinin bayram sovqatlarını
çatdırmış, incəsənət ustaları onlara
böyük bayram konserti vermişdir. 5530 aztəminatlı ailəyə
də bayram payları verilmişdir. Ümumilikdə isə 3
ay ərzində RİH tərəfindən hədiyyə ilə
təltif olunanların, müxtəlif yardım, ərzaq
bağlamaları alanların sayı 6450 nəfər
olmuşdur. Müzakirələrdə RİH
başçısının müavini Eldar Ağayev, Rayon
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova,
MKTB-in rəisi Elbrus Əhmədov, 236 saylı orta məktəbin
direktoru Xanlar İmaməliyev, Qaz İstismar Sahəsinin rəisi
Sadıx Rəhimov və başqaları çıxış
etmiş, ayrı-ayrı sahələrdə
qazanılmış uğurlardan, həllivacib məsələlərdən
söz açmışlar.
İclasda
əldə olunmuş nailiyyətlərlə yanaşı,
problemlər, çatışmazlıqlar və onların
aradan qaldırılması yolları, nəzərdə tutulan
abadlıq tədbirləri, vətəndaşların
müraciətləri ilə bağlı görülən
işlər də müzakirə olunmuş, məsul şəxslərə
konkret tapşırıqlar verilmişdir.
R.TAHİR
Xalq qəzeti.- 2014.- 17 aprel.- S. 4.