Nəsimi rayonunda ilin birinci rübü uğurlu olub
Nəsimi rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclas keçirilib.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
açaraq bildirmişdir
ki, 2014-cü ilin I rübündə ölkəmizdə
bütün sahələrdə
dinamik inkişaf davam etmiş və yeni uğurlar
əldə edilmişdir. Bütün bunlar
əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
qoyulan və Azərbaycanın hərtərəfli
inkişafına və
qüdrətli dövlətə
çevrilməsinə istiqamətlənmiş
müdrik siyasətin möhtərəm Prezidentimiz
cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin bariz nümunəsidir.
2014-cü ilin ilk üç
ayı Nəsimi rayonu üçün də uğurlu olmuş və yüksək nailiyyətlər
qazanılmışdır. Yanvar-mart aylarında
rayonda 88 milyon 529 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə
10,5 faiz çoxdur. Rüb ərzində rayonda 595 yeni iş yeri
açılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Anar Tağıyev məruzə ilə çıxış etmişdir. O bildirmişdir
ki, ilin birinci rübündə rayonda istehlak bazarının dinamik inkişafı davam etmiş, əhaliyə 270
milyon 475 min manatlıq
mallar satılmış
və pullu xidmətlər göstərilmişdir.
Rabitə müəssisələri tərəfindən 8 milyon
960 min manatlıq xidmətlər
göstərilmişdir. Nəqliyyat sektorundakı müəssisələr tərəfindən
görülən iş
və xidmətlərin
həcmi 18,2 faiz yüksələrək
129 milyon 791 min manat təşkil etmişdir. Yanvar-mart ayları ərzində tikinti-quraşdırma
təşkilatları 79 milyon
467 min manat həcmində
iş yerinə yetirmişlər.
İlin I rübündə Nəsimi
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
tərəfindən 1818 ailəyə
ünvanlı dövlət
sosial yardımı verilmişdir. 332 nəfər
ahıl və əlilə evlərdə
sosial məişət
xidməti göstərilmişdir.
“2014-2016-cı
illərdə Bakı
şəhərinin və
onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nın icrası
ilə əlaqədar
46 və 54 saylı
tam orta məktəblərdə,
Bakı Slavyan Universiteti nəzdindəki
Məktəb Lisey Kompleksində, 147 və
174 saylı körpələr
evi-uşaq bağçalarında
, Heydər Əliyev adına İdman Konsert Kompleksində, 46 saylı məktəbdənkənar
tərbiyə işi mərkəzində əsaslı
təmir işləri
aparılır. 23 saylı tam orta məktəbin yeni binasının inşası
yekunlaşmaq üzrədir.
Elmi-Tədqiqat Hemotologiya və
Transfiziologiya İnstitutunda
əsaslı təmir
işləri davam edir.
2014-cü ilin ilk üç
ayı ərzində Nəsimi Qaz İstismarı İdarəsi
istehlakçılara 787 min 87 manatlıq qaz satmışdır. Ümumi satışın 86, əhaliyə
satılmış qazın
dəyərinin isə
103 faizi ödənilmişdir.
Həmin
dövr ərzində
idarə tərəfindən
1327 mexaniki sayğac
“smart-kart” tipli sayğaclarla
əvəz olunmuşdur.
Yanvar-mart
aylarında Nəsimi
Rayon Enerji Təchizatı
və Satışı
İdarəsi tərəfindən
satılan elektrik enerjisinin dəyərinin
96 faizi ödənilmişdir.
İdarə tərəfindən,
ümumilikdə 5 min 65 metr
kabel və naqillər dəyişdirilmiş,
8 transformator məntəqəsində
transformatorlar daha güclüləri ilə
əvəz olunmuşdur.
Rüb ərzində Nəsimi Sukanal İdarəsi tərəfindən müxtəlif
ünvanlarda, ümumilikdə
1600 paqonometr su borusu, 208 paqonometr kanalizasiya xətləri çəkilib.
Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri
davam etdirilir. Hazırda “Heydər
parkı”nda əsaslı
təmir işləri
yekunlaşmaq üzrədir,
Cavadxan küçəsində
isə yeni park salınır. 9 ünvanda binaların fasadları təmir olunur, Tbilisi prospektindəki
Respublika Velotrekində
yenidənqurma və bərpa işləri davam etdirilir.
İstehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə
nəzarəti gücləndirmək
məqsədilə rayon icra
hakimiyyəti başçısının
sərəncamı ilə
yaradılmış komissiya
tərəfindən çoxsaylı
reydlər keçirilmişdir.
“Təzə Bazar” MMC və 3-cü mikrorayondakı
“Kəndli yarmarkası”
ərazilərində hər
həftə təşkil
edilən yarmarkalarda bazar qiymətlərindən
aşağı kənd
təsərrüfatı malları
satılır.
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
İnkişafı Dövlət
Proqramı (2014-2016-cı illər)”nın icrası
ilə əlaqədar
Nəsimi rayonunda tədbirlər davam etdirilir və görülən işlər
rayon rəhbərliyi tərəfindən
daim nəzarətdə
saxlanılır.
Sonra Nəsimi Rayon Mənzil-Kommunal
Təsərrüfatı Birliyinin
rəisi Laçın
Mustafayev, rayon gənclər
və idman idarəsinin rəisi Elbrus
Abdullayev, rayon enerji təchizatı
və satışı
idarəsinin rəisi Ramil Yusifov və
başqaları çıxış
etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi Rayon İcra Hakimyyətinin başçısı Nəsib
Məhəməliyev iclasda
yekun çıxışı
etdi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2014.- 17 aprel.- S. 5.