Türkiyədə “Xocalı soyqırımı muzeyinin yaradılması önəmli hadisədir

 

Qardaş Türkiyədə, Ankaranın Qızılcahamam bölgəsində Xocalı faciəsi ilə bağlı abidənin  açılışı mərasimindən qayıtdıqdan sonra qəzetimiz üçün qısa açıqlamasında bildirmişdir:

 – Əvvəla, bu hadisə Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun növbəti sevindirici hadisəsidir. Tarixdə türk soyuna qənim kəsilmiş və zaman-zaman törətdiyi fəlakətləri tüklərin adına yazan ermənilərin Xocalıda törətdiyi amansız soyqırımın mahiyyətini əyani surətdə sərgiləyən belə bir muzeyin Türkiyədə açılması  təqdirəlayiq addımdır. Düşmənin cinayət əməlini onun qarşısına qoymayanda bir az da azğınlaşıb irəli gedir.

İkincisi, “Xocalı soyqırımı muzeyinin Ankaranın Qızılcahamam bölgəsində yaradılması ona görə önəmlidir ki, bura turizm  zonası, çox sayda müalicə- istirahət ocağının fəaliyyət göstərdiyi ərazidir. Belə bir yerdə “Xocalı soyqırımı muzeyinin açılması bu misilsiz qırğının həm Türkiyədə, həm də dünyada tanıdılmasında, erməni vəhşiliklərinin daha intensiv və dəlil- sübutlarla çatdırılmasına xidmət edir.

 

 Cavanşir Feyziyev daha sonra demişdir:

 

– “Ölkəmizdən kənarda ilk belə  abidənin Türkiyədə açılması  həm qanunauyğun hadisədir. Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərində illərdən bəridir ki, müxtəlif tədbirlər, aksiyalar, parlament müzakirələri keçirilməkdədir. Bu dəhşətli insan qırğını xaricdə 20-yə yaxın parlamentdə müzakirə olunub, pislənilib qətnamələr qəbul olunub. Həhayət, Xocalı qətliamı son iki yüz ildə dünya türklərinə qarşı məqsədli şəkildə aparılan soyqırımı siyasətinin davamı olaraq törədilmişdir. Ona görə bu  cinayətin dünyada tanıdılmasında təkcə Azərbaycan deyil, bütün türk xalqları, o cümlədən Anadolu türkləri yaxından iştirak etməlidirlər.

 

Xalq qəzeti.- 2014.- 1 aprel.- S. 2.