İspaniyanın xarici işlər naziri: Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli sülhə gətirib çıxara bilər

 

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyonun Azərbaycana rəsmi səfəri öncəsi Trend-ə müsahibəsi

 

Bu sizin İspaniyanın xarici işlər naziri kimi Azərbaycana ilk səfərinizdir. Səfər zamanı Azərbaycan rəhbərliyi ilə görüşlərdə hansı prioritet məsələlər müzakirə olunacaq?

– Bəli, bu, Azərbaycana ilk səfərimdir. Bu, mənim gündəliyimdə olan məsələ idi, belə ki, bizim ikitərəfli əlaqələrimiz çox yaxşıdır və iqtisadi, ticarət və mədəni sahələrdə həmin əlaqələri təkmilləşdirmək üçün geniş imkanlar var. Bizim prioritetlərimizə İspaniya və Azərbaycanın bir-birinə təklif etdiyi, xüsusilə də ticarət sahəsində imkanlardan mümkün qədər çox yararlanaraq ikitərəfli əlaqələrin genişləndirilməsi daxildir.

İspaniya və Azərbaycan arasında ikitərəfli siyasi, ticarət, iqtisadihumanitar əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Təəssüf ki, hazırda iqtisadi əlaqələrimiz hər iki ölkənin iqtisadiyyatının potensialına cavab vermir. Bu səbəbdən də səfərimizin məqsədlərindən biri ikitərəfli ticarət və investisiya sahələrində əlaqələrimizin bundan sonra da inkişafı üçün müvafiq bazarlarımızın mövcud potensialından istifadə yollarını birgə araşdırmaqdır. Bir sıra İspaniya şirkətləri fəaliyyət göstərdikləri sahələrdə, məsələn, infrastruktur və bərpa olunan enerji sektorunda liderdirlər və onlar Azərbaycanın iqtisadi inkişafına müsbət töhfə verə bilərlər. Eyni zamanda, Azərbaycanın İspaniyaya sərmayə yatırması üçün ciddi imkanlar mövcuddur.

– İspaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədən ibarətdir?

İspaniya Cənubi Qafqazın siyasi cəhətdən stabil olmasında və iqtisadi baxımdan çiçəklənməsində maraqlıdır. Dağlıq Qarabağ məsələsinə gəldikdə, biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini qətiyyətlə dəstəkləyirik. Münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə həlli, bütün maraqlı tərəflərin sadiqliyi regionda sülh, sabitlik və barışığa gətirib çıxara bilər.

  İspaniya hökuməti Azərbaycanla əməkdaşlığa böyük önəm verərək, Bakıda səfirlik açmaq qərarına gəlmişdir. Hazırda bu məsələ hansı mərhələdədir? Səfirliyin nə zaman açılması gözlənilir?

Biz Azərbaycanı Cənubi Qafqazda aparıcı ölkə hesab edirikbuna görə də səfirliyin açılması üçün ilk addım kimi Avropa İttifaqının Bakı nümayəndəliyi yanında İspaniyanın diplomatik missiyasını açmaq qərarına gəldik. Büdcə şərtləri imkan verən kimi, səfirlik də açacağıq. Şübhəsiz, bizim istəyimiz qısa müddətdə Azərbaycanda səfirlik açmaqdır.

– Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

Biz öz enerji sərvətinə və coğrafi mövqeyinə görə Azərbaycanın oynaya biləcəyi aparıcı roldan xəbərdarıq. Bu, ölkənizə Aİ ilə enerji təchizatı və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üçün geniş imkanlar vəd edir. Həqiqətən də, bu əməkdaşlıq Avropa İttifaqı və Azərbaycanın gündəliyindəki ən mühüm məsələlərdən biridir.

Avropa enerji bazarının təhlükəsizliyi və səmərəliliyinin təmin edilməsi üçün bir çox mühüm işlər görülməlidir. Təchizat məsələsinə gəldikdə isə üç əsas məsələni sadalamaq istərdim: enerji mənbələri, enerji təchizatı mənbələri və nəql marşrutları. Bunların hər üçü diversifikasiyaya aiddir. Hər üç sahədə Azərbaycan çox mühüm rol oynaya bilər. Qeyd edim ki, bu üç aspekt üzrə bizim əməkdaşlığımız qarşılıqlı faydalı olacaq.

– Azərbaycan artıq bir neçə ildir ki, alternativ enerji sahəsində işləyir və İspaniya bu sahədə böyük təcrübəyə malikdir. İspaniya öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdırmı? Siz bu sahədə Azərbaycan və İspaniya şirkətləri arasında əməkdaşlığın perspektivlərini necə dəyərləndirirsiniz?

İspaniya bərpa olunan enerji sahəsində dünya lideridir. Bu mənada İspaniya hökuməti tam əmindir ki, hər iki ölkənin enerji potensialını artırmaq üçün çox yaxın gələcəkdə İspaniya Azərbaycan arasında yaxşı əməkdaşlığın şahidi olacağıq.

Azərbaycan şirkətləri xarici ölkələrə fəal sərmayə yatırırlar. İspaniya Azərbaycan sərmayəsində maraqlıdırmı?

Azərbaycanın beynəlxalq ticarət perspektivləri durmadan artır. Ölkəniz təkcə öz regionuna deyil, həmçinin AvropaAsiyaya töhfə verə bilən regional gücə çevrilmişdir. Əlbəttə, bizim ölkəmiz də bura daxildir. İspaniya Azərbaycanla geniş ticarət əlaqələri qurmaq və hər iki istiqamətdə investisiyaların həcmini artırmaq niyyətindədir. Bizim üçün hər iki ölkənin şirkətlərinin bir-birinin bazarları ilə tanış olması çox vacibdir.

 

Xalq qəzeti.- 2014.- 2 aprel.- S. 2.