Olimpizm universal ictimai konsepsiyadır

 

Olimpiya ailəsinin qısa müddətdə fəal üzvlərindən birinə çevrilən Azərbaycan da bu hərəkatın işinə öz töhfələrini verirbununla yanaşı, cəmiyyətimizin də bu fəaliyyətdən faydalana bilməsi üçün məqsədyönlü  tədbirlər həyata keçirir. Ölkədə idman qurğularının sayı və imkanları genişləndirilir. Yeni Olimpiya dövrü ərzində təşkil edilmiş həm respublika, həm də beynəlxalq səviyyəli yarışların sayı ilbəil artır və idman nailiyətlərimiz də yüksəlişə doğru getməkdədir. Respublikamızda keçirilən idman yönümlü beynəlxalq təşkilatların rəsmi tədbir və yığıncaqları, o cümlədən konfransların təşkili idman sahəsində təşkilati və idarəetmə işlərinin yüksəlməsinə müsbət təsir edir. Bu, eyni zamanda qarşıya yüksək məqsədlər qoymuş Azərbaycan idmanının elmi inkişafına daha böyük diqqətin ayrılmasının zəruriliyini önə çəkir.

Hər bir fəaliyyət sahəsində olduğu kimi, bədən tərbiyəsi və idman fəaliyyəti sferasında da səmərəliliyə nail olunması onun hüquqi bazasına söykənir. Odur ki, 2009-cu ildə işlənilib təsdiq edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində təşkilati-hüquqi, sosial-iqtisadi əsasları, dövlət siyasətinin əsas prinsiplərini müəyyən etmək, bu fəaliyyət zamanı yaranan münasibətlərin  tənzimlənməsini, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etmək üçün əsaslı hüquqi baza yaratdı.

Sosial və mədəni həyatın ayrılmaz hissəsi olan idman fəaliyyəti müxtəlif münasibətlər və hadisələr, o cümlədən əməkdaşlıq, dostluq və rəqabət kimi sosial münasibətlər əsasında realizə olunur. Bu gün həyatımızın bütün istiqamətlərinə sirayət edən idmanın bir sıra qlobalyaxud kiçik və həssas problemlərin həllinə təsir edə bilən bir amil kimi tanınması, məhz onun sosial xarakterli və hər kəsə əlçatan olmaq xüsusiyyətindən irəli gəlir. Lakin onun həyatımızda geniş yer alması ilə, bu fəaliyyətin insan davranışına təsir edə bilən müxtəlif sosial-psixoloji vəziyyətlərdə hər kəsin şəxsi keyfiyyətlərinin, fərdlərin və təşkilatların maraqlarının, dəyərlərinin, səlahiyyətlərinin və s. toqquşması hallarının  baş verməsinin də nisbətən artmaq ehtimalı vardır. Bütün bu vəziyyətlərin nəzarətdə saxlanması bədən tərbiyəsi və idmanın idarə edilməsində hüquqisosial normalar sistemionlara müvafiq nəzarət sistemi ilə həyata keçirilir.

Beynəlxalq Olimpiya Komitəsinin Xartiyasında yer alan fundamental prinsiplərə dair altı bənddən dördücüsündə yazılır: “ İdmanla məşğul olmaq insan hüquqlarından biridir. Hər kəs heç bir ayrı-seçkiliyə məruz qalmadan Olimpiya ruhunda yəni, dostluq, əməkdaşlıq və ədalətli oyun ruhunda  qarşılıqlı anlaşma şəraitində idmanla məşğul olmaq imkanına malikdir.”

Olimpizm idealları “ədalətli oyun” anlayışında özünü  əsasən ifadə edə bilir. Ədalətli oyun prinsipləri hüquqi nizamlama ilə sosial nizamlama arasında əlaqələndirici mövqeyə malik, cəmiyyətdə, hətta hüquqi nizamlamanın həyata keçirilməsində meydana gələ bilən boşluqları (məs. hüquqi maariflənmə prosesi yubandıqda) ümumbəşəri dəyərlərə söykənərək şəxsiyyətin və cəmiyyətin xeyrinə ədalətli nizamlanmasına xidmət edir.

 Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci ildən üzvü olduğu Avropa Ədalətli Oyunlar Hərəkatı təşkilatın Baş Məclisini və 15-ci Konqresini 2009-cu ildə Bakıda keçirməyi qərara alır. Konqresin “Ədalətli Oyunlar mədəniyyətlərarası dialoqdamövzusu beynəlxalq ictimaiyyətin və mütəxəssislərin ölkəmizdə, müxtəlif mədəniyyətlərin qovuşduğu Bakı şəhərində görüşüb, bəşəriyyətin ən aktual məsələlərinin həllində idmanın rolu haqqında mühakimələr yürütməsinə şərait yaradır. Bu beynəlxalq tədbir ölkəmizin idman ictimaiyyətinin də böyük marağına səbəb olur. Avropa Ədalətli Oyunlar Hərəkatının təsis etdiyi ilk “Şərəf” nişanı ölkədə idmanın, Olimpiya və Ədalətli Oyunlar Hərəkatlarının  inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi. Ölkə Prezidenti 2010-cu ildə isə əlil idmanının inkişafına göstərdiyi böyük diqqətə görə Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən Fəxri mükafatla təltif olunmuşdur.

2011-ci ölkə idmançılarının müxtəlif beynəlxalq yarışlarda şanlı qələbələri ilə birgə Bakının 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddiaçı şəhər kimi qeydiyyata alınması ilə də tarixə düşdü. Müstəqillik əldə etdiyindən sonra artıq ikinci dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasını irəli sürməsi ölkəmizin Olimpiya Hərəkatına verdiyi böyük önəmi göstərir. Bəşəriyyətin ən möhtəşəm idman tədbirinin ölkəsində keçirilməsi hər bir xalq üçün böyük şərəf, məsuliyyət və mənfəətlidir. Dünyanın ən qüdrətli ölkələri bu imkandan maddi və mənəvi faydalanmaq üçün dəfələrlə iddia edir. Bakının iddiaçı şəhərlər sırasında yenidən yer alması ölkəmizin bu prosedurlarda təcrübə qazanaraq Olimpiya Oyunlarına bir gün ev sahibliyi  edəcəyinə inam hissini artırır. Əlbəttə ki, bu proseslərdə dövlətimizin Olimpizmə verdiyi dəyəri və ölkəmizin potensialını beynəlxalq idman ictimaiyyətinə çatdırmaqla paytaxt Bakı, Olimpiya Hərəkatının dəstəyi ilə təsis edilən ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu əldə edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublikamızda “İdman ilielan edilmış 2012-ci il London Olimpiya Oyunlarında əldə edilən möhtəşəm qələbələr və Avropa Oyunlarını təşkil etmək şərəfinə nail olmaq kimi ciddi nailiyyətlərlə xalqımızın idman tarixinə yazılır.

Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin bunun üçün əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə almalıyıq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Çünki, bu möhtəşəm yarışlarda uğurlu çıxış etmək üçün dünyanın bütün ölkələri böyük səy göstərir, idmançılar öz karyeralarının ən ümdə xəyallarını məhz Olimpiya Oyunlarında hər hansı bir mükafat əldə etməklə bağlayırlar. Azərbaycan idmanı müstəqillik dövründə Olimpiya Hərəkatında özünü davamlı inkişafa qadir bir dövlət kimi nümayiş etdirmişdir. Olimpiya Oyunlarında müstəqil dövlət kimi çıxış etmək imkanı əldə edəndən sonra Atlanta Olimpiadasından (1996) bir medal ilə (Namiq Abdullayev, sərbəst güləş, gümüş medal) başlayan nailiyyətimiz sonuncu XXX Yay Olimpiya Oyunlarında (London 2012) 10-a çatdı. 53 idmançı ilə 15 idman növündə mübarizəyə qoşulmuş Olimpiya milli komandamız iki qızıl, iki gümüş və altı bürünc medalla London Oyunlarının ümumi hesabında 30-cu yerdə qərarlaşdı. Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya qəhrəmanlarına çevrildilər. Onlarmükafat qazanan digər olimpiyaçılarımız Rövşən Bayramov, Mariya Stadnik, Valentin Xristov, Emin Əhmədov, Yuliya Ratkeviç, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Xetaq Qazyumov xalqımızın idman şərəfini bir daha dünyada ləyaqətlə qoruyaraq, öz adlarını Azərbaycan tarixinə, Azərbaycanın adını Olimpiya tarixinə şərəflə yazdırdılar.

Olimpiyaçılarımızın bu möhtəşəm qələbəsinin ardınca xalqımız paralimpiyaçı idmançılarımızın da qələbəsinin möhtəşəm olacağına inanırdı. Bu, belə də oldu. Heyətində 21 nəfər ilə 6 idman növündə London Paralimpiya Oyunlarında çıxış edən milli Paralimpiya komandamız on iki medal ilə Vətənə döndü. Bu medallarda dördü qızıl, beşi gümüş, üçü isə bürünc medal oldu. London Paralimpiya Oyunları tarixinə adını beş medalla (üzgüçülük, bir qızıl, dörd gümüş) yazdıran Natali Pronina, Londonda Paralimpiya çempionu adını qazanan judoçularımız Afaq SultanovaRamin İbrahimov, Afina Paralimpiya Oyunlarının çempionuPekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir qızıl və bir bürünc (estafet komanda) medala sahib olan atletimiz Oleq Panyutin, Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir gümüşbir bürünc (estafet komanda) mükafat qazanan yüngül atlet Vladimir Zayets, AfinaPekin Paralimpiya Oyunlarının çempionuLondon Paralimpiya Oyunlarının bürünc mükafatçısı İlham Zəkiyev, uzunluğa tullanmada bürünc mükafatı əldə edən Hüseyn Həsənov, atletikanın estafet yarışlarında Vladimir ZayetsOleq Panyutinlə birgə bürünc mükafatı əldə edən Elçin MuradovRza Osmanov öz iradələri və əzmkarlıqları ilə Azərbaycan dövlətinin idmanın inkişafına yönəltdiyi böyük qayğını doğruldaraq, həmvətənlərinə sevinc, fiziki məhdudiyyətli insanlara böyük ruh yüksəkliyi bəxş etdilər.

Beynəlxalq Olimpiya Komitəsi olimpiya hərəkatının daha da genişləndirilməsi məqsədilə Yay Olimpiya Oyunları (I Müasir Olimpiya Oyunları - Afina 1896, Yunanıstan) və Paralimpiya Oyunları (I Paralimpiya Oyunları - Roma 1960, İtaliya) ilə yanaşı Qış Olimpiya Oyunları (I Qış Olimpiya Oyunları - Şamoni 1924, Fransa), Qış Paralimpiya Oyunları (I Qış Paralimpiya Oyunları - Ernşeldsvik 1976, İsveç), Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları  (Yeniyetmələrin I Yay Olimpiya Oyunları - Sinqapur 2010, Sinqapur Respublikası; Yeniyetmələrin I Qış Olimpiya Oyunları - İnsbruk 2012, Avstriya), eləcə də  Xüsusi Olimpiya Oyunları (intellektual əlilliyi olan insanlar üçün, I Xüsusi Olimpiya Oyunları - Çikaqo 1968, ABŞ) Deflimpiya Oyunlarını da (eşitmə əlilliyi olan atletlər üçün, I Deflimpiya Oyunları - Paris 1924, Fransa) təşkil edir.

Azərbaycan Milli Olimpiya Komitəsi də Olimpiya Oyunlarında idmançılarımızın iştirakını təmin etməklə yanaşı, Olimpiya Hərəkatının digər istiqamətlərinin inkişafına da xüsusi diqqət göstərir.

Qış Olimpiya Oyunlarının inkişafı xüsusi təbii iqlim şəraiti tələb edirbu iqlim şəraiti ölkəmizin bütün regionları üçün heçxarakterik deyildir. Buna baxmayaraq, Azərbaycanın şimal bölgəsində qış idman növlərinin inkişafı üçün xüsusi idman kompleks tikilmiş və qış idman növlərinin inkişafı üçün maddi-texniki baza hazırda daha da genişlənməkdədir. Ölkəmiz 1998-ci ildə ilk dəfə XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil edilmiş (Naqano 1998, Yaponiya) və sonrakı dövrlərdə də (XIX Qış Olimpiya Oyunları - Solt Leyk 2002, 4 idmançı; XX Qış Olimpiya Oyunları - Turin 2006, 2 idmançı; XXI Qış Olimpiya Oyunları - Vankuver 2010, 2 idmançı) davamlı olaraq iştirak etməkdədir.

Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında (2010) Azərbaycan idmançıları inamlı qələbə qazanmağa müyəssər olmuşdular. 12 idmançı ilə 6 idman növündə mübarizə aparan yeniyetmə idmançılar Vətənə 8 medalla dönmüşdülər. Bu medallardan beşi qızıl, üçü isə gümüş medal idi. Olimpiya tarixində ilk dəfə təşkil edilən bu yarışlarda gənc idmançılarımızın bu möhtəşəm uğuru Azərbaycan idmanının böyük potensialı olduğunu sübut edir.

Azərbaycandan yarışlarda sərbəst, yunan-Roma və qadın güləşində 5, boks üzrə 3, cüdo, taekvondo, ağırlıqqaldırma və kanoe növlərində isə 1 idmançı iştirak etmişdir. Murad Bazarov, Elman Muxtarov, Patimat Baqometova, Nicat Rəhimov,Əli Maqomedabirov, Kənan Quliyev, Salman Əlizadə və Elvin İsayev Yeniyetmələrin Olimpiya Oyunlarının qəhrəmanlarına çevrildilər. Dövlət başçısı İlham Əliyev gənc idmançıları qəbul edərək, onların nailiyyətlərini çox yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyev bu heyətdə bölgələrdən idmançıların təmsil olunmasını xüsusi fərəhləndirici hal olduğunu vurğulamışdır, cünki bu nailiyyət bölgələrdə sağlam həyat tərzinin təşkili üçün dövlət tərəfindən görülən müvafiq tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan idmançılarının Olimpiya Hərəkatında iştirakı tarixi XX əsrə təsadüf etsə də, ölkəmizdə fiziki tərbiyənin mənəvi, ümumbəşəri dəyərlər əsasında inkişafı çox qədim tarixə malikdir. Hələ Odlar Yurdunun qədim ərazisində, eramızdan əvvəlki dövrdə yazılmış tarixin möhtəşəm kitabı olanAvestada insanların fiziki keyfiyyətlərinin ədalət, vicdanlılıq, Vətənə sədaqət və digər mənəvi dəyərlərlə birgə tərbiyə edilməsinə böyük önəm verilirdi.

Xalqımız,  igidlik və qəhrəmanlıq məfhumlarının açıqlamasını, hər zaman fiziki güc, çeviklik və müxtəlif məharətlərin şərəf, ədalətlilik, vicdan anlayışları ilə birgə mövcudluğu kimi anlayıb.  Zəifə amal, güclüyə dəyər vermək, fiziki qüvvəni ağıl və vicdanla birgə uzlaşdıraraq istifadə etmək xalq qəhrəmanlarımızın əsas xarakterik xüsusiyyətlərindəndir.

Əlbəttə ki, Olimpizm - ümumbəşəri dəyərlərə söykənən humanist fəlsəfə kimi xalqımıza çox yaxındır. Dünya xalqlarının əmin-amanlıq şəraitində birgə, firavan yaşaması üçün bu konsepsiyanın böyük əhəmiyyəti vardır. Olimpizm həyat boyu öyrənilən (o cümlədən, öyrədilə və tərbiyə edilə bilən), cəmiyyəti, həyatı daha da gözəlləşdirməyə yönəlmiş bir ideologiyadır. Olimpizmin fundamental prinsiplərində deyilir: “Olimpizmin məqsədi, şəxsiyyətin ləyaqətini qorunmağa qadir olan sülhsevər cəmiyyətin yaradılması üçün idmanı insanın harmonik inkişafına xidmət etməyə yönəltməkdən ibarətdir.”

 

Səlhət ABBASOVA,

 

fəlsəfə doktoru, fəxri bədən tərbiyəsi və idman işçisi

 

Xalq qəzeti.- 2014.- 17 aprel.- S. 5.