Poeziyamızın görkəmli nümayəndəsi

 

Qabilin anım gününə

 

Bu gün xalq şairi Qabil aramızda yoxduronun vəfat tarixi ilə düz 7 ilin ayrıcındayıq. Bu böyük şair hamının qəlbində deyib-gülən, səmimi bir insan, bənzərsiz, sevən-sevdirən sənətkar kimi əbədiyaşar şair olaraq qalacaqdır.

Ömrünün son günlərinə yaxın yazdığı “Gecənin son qatarı” kitabında dediyi kimi, yəni ömür karvanının yır-yığış günündə, ölkə Prezidenti İlham Əliyevin iştirak etdiyi dəfn mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, habelə oğlu Mahirin hüznlü sözlərində, kövrək fikir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, gedən sənətkarın cismidi, lakin sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri, müdrik kəlamları, fəlsəfi ricətləri, məntiqi-psixoloji, milli dəyərli əsərləri əbədi olaraq qalacaq. Bunlar bizim üçün bir təsəllidir.

Akademik Vasim Məmmədəliyev də bu fikirdədir:  Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, varolacaq. Sənətkar üçün əbədiyyət budur”.

Qabilin poetik kəşfi olan  “Səhv düşəndə yerimizşeiri altı bənddən ibarət olmaqla, 1969-cu ildə ədəbiyyatımızda gurultulu bir hadisə kimi səsləndi. O, bu şedevr əsəri ilə Azərbaycan xalqının atalar sözləri xəzinəsinə yeni bir zərb-məsəl əlavə etmişdir: “Müsibət oluruq biz, Səhv düşəndə yerimiz”.

Qabilin halal zəhmətli yerləri əmək kitabçasında, yaradıcılıq meydanı kitablarındadır. 50-dək kitablarından birinə “Ön sözyazan professor Əmirxan Xəlilovun fikirlərindən: “Qabil heç vaxt ulu ustadlara – Nizamiyə, Xaqaniyə, Məhsətiyə, Nəsimiyə, Füzuliyə, Sabirə diqqətsiz qalmamış, yeri gəldikcə, hər birinin öz layiqli qiymətini vermiş, onlardan öyrənməkdən, yaradıcılıqlarından bəhrələnməkdən usanmamışdır. “Sağlığında klassikləşmiş” Qabilin dillər əzbəri olan atalar sözləri, zərb məsəlləri, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.

Bir məsələni burda daha geniş qabartmaq məqsədilə demək istərdik ki, Qabil sənətinin həmişəyaşarlığı, onun şəxsiyyətini səciyyələndirən leytmotiv bax budur: “Qabilin yaradıcılıq yolu şəxsiyyəti ilə daima həmahəng olmuş, yüksək vətəndaş mövqeyi ilə xoşbəxtliyini xalqına xidmətdə görmüşdür. Həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də onun xalqla bağlı sevgisinin bir təzahürüdür. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir”.

Elə bu qədir-qiymətli şair barəsində ümumiləşdirici bir fikrimizlə yeni bölməyə keçmək istərdik. Azərbaycan ədəbiyyatının önündə gedən, vətəndaş mövqeli hünəri ilə fərqlənən xalq şairi Qabilin yaradıcılığı poetik nəsillər üçün böyük ədəbi məktəbdir. Onun  qələmindən çıxan hər bir əsər yalnız Qabilin deyil, bütün ədəbiyyatımızın ən yaxşı nümunələrindəndir.

“Səhv düşəndə yerimiz”, “ Təmizlik”, “Nəsimi bazarında”, “Əslində”, “ Türkün qəbri”, “Zarafat eyləmə”, “Çadırlara alışmayın”, “ Azərbaycan əsgəri”, “Gedən yerim olaydı”, “ Su qovuşanda”, “ Çalma qaboy”, “ Çal qaboy” və s. dərin məzmunlu, gözəl şeirləri Qabil istedadının, bədii təfəkkürünün və zəhmətinin məhsulu olmaqla, oxucuların daim dərin rəğbətini qazanmış misilsiz sənət əsərləridir. Əlavə edək ki, həmin şeirləri oxuculara sevdirən cəhətlərdən ən başlıcası onlardakı cəmiyyət və vətəndaşlıq hisslərinin güclü olmasıdır.

Unudulmaz şair Vətənimizdə və müasir dünyamızda baş verən hadisələrə həssaslıqla yanaşmış, zamanında sözünü demiş, kürsülərdən haqq səsini xalqının xeyrinə yüksəltmiş, ali səviyyələrdə yüksək vətəndaş tələbkarlığı ilə seçilmişdir. Bunu biz şairin Milli Məclisdə Qarabağ məsələsinin müzakirəsi zamanı “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini tribunadan ürəklə deməsində, bir qrup yazıçı və şairlərin ölkə Prezidentinə məktubla müraciətindən sonra Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşündə və müxtəlif tədbirlərdə çox görmüşük.

Xalqının problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran suallarına vaxtında cavab verməyə çalışan Qabilin şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai-siyasi həyatının bədii salnaməsidir. Bu müddətdə xalqımızın tarixində elə bir mühüm ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə öz vətəndaş mövqeyini bildirməsin. XX əsrin 60-cı illərində yazdığı “Tramvay parka gedir”dən tutmuş 1990-cı ilin 20 Yanvar gecəsinin məhsulu olan “Mərsiyə” şeirinə kimi heçaz görməmişdir.

Lakin, sən demə, işin ağırlığı bundan sonra imiş. Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq günlərində ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Nisbi sakitlik nədir”, “Lazım gəlsə...-lazımsan də!”, “Özgədən çək gözünü”, “ Bu meydanı tərk elə”, “İnsaf”, “Aclıq”, “Çıxma qabağıma”, “Xəcalət”, “Hava necə olacaq”, “Bu gün idman vaxtı deyil”, “Zarafat eyləmə”, “Satqın”, “ Birini elə, birini belə” və bir çox şeirləri əsl vətəndaş qayəli, Vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik nümunələrdir. Bu siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəldi. Bu eşq, ehtirasla daÜmud sənədir ancaq...” şeirini yazdı. 1996-cı ildə qələmə alınmış 90 misralıq bu şeir başdan -başa sonuncu ümidgüman yeri olan qəhrəman Vətən övladına – AZƏRBAYCAN ƏSGƏRİNƏ hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.

Təsadüfü deyil ki, İctimai Televiziya həssas qəlbli xalq şairi QabilinÜmid sənədir ancaq...” şeirinə qısametrajlı film çəkərək, tez-tez nümayiş etdirməklə işğal altında qalan torpaqlarımızın azad olunmasına yetərli güc və qüdrətimizi göstərməklə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə güclü təsir edir. Qabilin bu vətəndaşlıq mövqeyi, sənətkar qeyrəti Sabirdən gəlir. Ona görə də Qabil  M.Ə.Sabiri hədsiz dərəcədə sevir, onun yaradıcılığdan qaynaqlanır və onun haqqında dahiyanə fikirlər söyləyirdi:

 

 Sabir köhnəliyin vəlvələsiydi,

 

Milli idrakımın zəlzələsiydi

 

Vətən fəxr etsə də şairlərilə,

 

Sabir təkbaşına xalqın bəsiydi.

 

 Qabilə ən dəyərli qiymət böyük şairin 70 illik yubleyində verilmişdir. Həmin yubiley 1997-ci ilin yanvarın 7-də ulu öndər, dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin iştirakı ilə Azərbaycan Dövlət AkademikBalet Teatrında keçirilmişdi.

Qabilin yüksək vətəndaş mövqeli şeirləri, səxsi nümunəsi, əqidə sahibi olması ölkə Prezidentinin sonda yubliyarla görüsündə təhlil və təqdir obyekti olmuşdur:

Heydər Əliyev: “Ədəbiyyatımızın inkişafında QABİLİN xidmətləri çox böyükdür... Mən şairlərin, yazıçıların ədəbiyyatçıların son illərdə keçirilən yubleylərini xatırlayıram. Bunlar elə ədəbiyyat, şeir, poeziya bayramıdır.  Bu yubileylərdə hər bir sənətkarın yaradıcılığına qiymət verilir. Biz, məsələn, Qabilin əsərlərini oxumuşuq, lakin bu şeirləri bir daha yada salmaq çox əhəmiyyətlidir, həm də dinləyəndə o insana zövq verir...

Anar da, Sabir Rüstəmxanlı da burdakı çıxışlarında dedilər ki, Azərbaycanda milli azadlıq hərəkatı başlayanda, 1989-1990-cu illərdə xalqımıza qarşı ədalətsizliklər olanda bir çoxları meydanlara gəlirdi, xalqımızın dərdi haqqında danışırdı, bəziləri isə gəlmirdi. Amma Qabil gəlib orda xalqın dərdini deyən adamlardan biridir.  Ona görə də Qabilin həm fəaliyyəti, həm də yardıcılığı, şeiri böyük mənəviyyat kəsb edir, yenə də deyirəm, onun vətəndaşlıq mövqeyini əks etdirirsiyasi xarakter daşıyır".

Yenə də Ulu öndərin dedikləri: “Mən bu gün yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimdəki görüşümüzü xatırlatdı. Doğurdan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu elə belə söz deyil. Bu, mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə yazıçılarla görüşlərimin nəticəsi idi və beynimdə Qabil haqqında toplanmış bir fikir idi”.

 

Qabilin 70 illik yubleyində şamaxılıları 5 nəfər təmsil edirdik. Ağsaqqal ziyalımız, şairin yaxın dostu Heydər Ağayevə də söz verildi. O, Şamaxı ziyalıları adından yubliyara üzərində onun portireti toxunmuş xalçanı hədiyyə etdi.

Qabil haqqında bir qabilşünas kimi deyəcəklərimiz nəhayətsizdir. Sözsüz ki, bir anım məqaləsində imkansızlıqdan çox sahələri işıqlandıra bilmədik.

Bu, mənim böyük şairimizə ehtiram əlaməti olaraq silsilə məqalələrimdən biridir.

Qabilin 50-yə yaxın kitabı ilə 60 ildən artıq ədəbi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, “Azərbaycanın xalq şairi”, “Əməkdar incəsənət xadimi” fəxri adlarına və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” və İstiqlal” ordənləri ilə təltif olunmuşdur.

O, ömrünün sonuna kimi Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olmuş, böyük insan, xalq şairi  Rəsul Rzadan sonra Sabir poeziya günlərinə rəhbərlik etmişdir. Sabir vurğunu və davamçısı olan Qabil xeyriyyəçi Gülağa Tənhanı M.Ə.Sabirin məzarı üstündə möhtəşəm məqbərə ucaltdırmağa təşviq etmişdir.

Qabildən danışasan, rübailərindən söz açmayasan?!

Mindən çox rübaisi olan Qabilin bir rübaisinə, sanki, “Qabil” adı həkk olunmuşdur:

 

 Murovun başına duman-çən gələr,

 

İgidin başına desən gələr.

 

Kişi adam ilə, əzəmətli dağ

 

Əslini axtarsan, elə tən gələr!

 

Özü əzəmətli dağa bənzəyən, poeziyamızın kişi adamı Qabil əbədiyaşarlığa qovuşduğundan daim bizimlədir.

 

Ədalət MƏMMƏDOV,

 

Şamaxı Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri, dissertant

 

Xalq qəzeti.- 2014.- 3 aprel.- S. 6.