Nizami rayonu: humanitar aksiyalar uğurla həyata keçirilir
Nizami rayonu üzrə əhalinin tibbi müayinədən keçirilmə vəziyyətinə
dair məruzə ilə çıxış
edən rayon icra hakimiyyəti başçısının
müavini Gülnaz İsrafilova bildirdi ki, ölkəmizdə əhalinin sağlamlığının
qorunması dövlətimizin
sosial siyasətinin əsas prioritetlərindən
biridir. Dövlət başçısı İlham
Əliyevin fevralın
17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən
keçirilməsi ilə
bağlı tapşırığını
xəstəliklərin profilaktikası
istiqamətində atılan
uğurlu addımlardan
biri kimi dəyərləndirən natiq
qeyd etdi ki, bu humanitar
aksiya xəstəliklərin
erkən aşkara çıxarılması baxımından
çox vacibdir və belə tədbirlərin keçirilməsi
ölkə rəhbərinin
xalqımızın sağlamlığının
qorunması üçün
göstərdiyi qayğının
bariz nümunəsidir.
Qeyd olundu ki, dövlət
başçısının tapşırığının icrası ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətində
operativ tədbirlər
görülmüş, başçının
yanında idarə, təşkilat, səhiyyə
müəssisələri, xidmət
sahələri rəhbərlərinin
və rayon fəallarının
iştirakı ilə
keçirilən müşavirədə
səhiyyə müəssisələrinin
rəhbərlərinə tibbi
avadanlıqların işlək
vəziyyətdə olması,
tibbi heyətin hazırlığı barədə
tapşırıqlar verilmişdir.
G. İsrafilova dedi ki, sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə
və mütəşəkkil
təşkili məqsədilə
müvafiq komissiya yaradılmış, xüsusi
qrafik tərtib edilmiş, rayon üzrə
18 yaşdan yuxarı
115 mindən çox sakinin bu kampaniyadan
faydalanması nəzərdə
tutulmuşdur. Bu məqsədlə
18 və 32 nömrəli
birləşmiş şəhər
xəstəxanalarında, eləcə
də 26 nömrəli
şəhər poliklinikasında
bütün lazımi
hazırlıq işləri
görülmüşdür. 11 nömrəli Birləşmiş
Şəhər Xəstəxanasında
yenidənqurma işləri
aparıldığından isə həmin tibb müəssisəsi hazırda öz fəaliyyətini müvəqqəti
olaraq 32 nömrəli
Birləşmiş Şəhər
Xəstəxanasında davam
etdirir və ərazi üzrə sakinlərin müayinəsi
burada aparılır.
Bildirildi
ki, fevralın 17-dən
martın 31-dək rayonun
18 yaşdan yuxarı
40151 nəfər əhalisi
icbari tibbi müayinəyə cəlb
olunmuş, onlardan
31991 nəfəri poliklinika
və xəstəxanalarda,
8160 nəfəri isə
evlərdə müayinədən
keçmişlər. Bu müddət
ərzində 3648 nəfər
rentgen, 7508 nəfər
laborator, 3815 nəfər
ultrasəs, 3381 nəfər
isə elektrokardioqram müayinəsindən keçmiş,
həmçinin 2273 nəfər
ambulator, 133 nəfər
isə stasionar müalicəyə qəbul
olunmuşdur. Rayondakı səhiyyə
müəssisələrinin gündəlıik qəbul
gücü 950 nəfər
təşkil etsə də, bu humanitar
aksiyaya start verildiyi vaxtdan etibarən hər gün orta hesabla1293 nəfər tibbi müayinədən keçmişdir ki, bu da tədbirin
mütəşəkkil təşkilinin
nəticəsi kimi qiymətləndirilə bilər.
Gündəlikdə duran ikinci məsələ
– rayonun ümumtəhsil
məktəblərində ulu
öndər Heydər
Əliyev irsinin öyrənilməsi vəziyyətinə
dair məruzə ilə rayon icra hakimiyyəti başçısı
aparatının ictimai-siyasi
və humanitar məsələlər şöbəsinin
müdiri Əli Axundov çıxış
etdi. Qeyd olundu ki, cari ilin
mart-may ayları ərzində
ümumtəhsil məktəblərinin
XI sinif şagirdlərinə
dəsrdənkənar vaxtlarda
iki akademik saat ərzində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi
məqsədilə Təhsil
Nazirliyi tərəfindən
müəyyən edilmiş
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın
qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır”
mövzuları üzrə
əlavə açıq
dərslərin tədris
olunması nəzərdə
tutulmuşdur. Belə bir
əhəmiyyətli addımın
atılmasında məqsəd
isə ölkəmizin
müasir tarixinin şagirdlər tərəfindən
hərtərəfli öyrənilməsinə
maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və
vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə
etibarlı zəmin yaratmaqdan ibarətdir.
Natiq dedi ki, mart ayında
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Heydər
Əliyev lektoriya zalı və 220 nömrəli məktəb-liseyin
akt zalında keçirilmiş açıq
dərslərə rayonun
23 ümumtəhsil məktəbinin
1581 şagirdi ilə yanaşı, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının 9 köçkün
məktəbinin 94 şagirdi
də cəlb edilmişdir. Rayonun 15 məktəbindən tədrisə
cəlb edilən 21 nəfər qabaqcıl tarix müəllimi tərəfindən birinci
dərslərdə ulu
öndərin həyat
və fəaliyyətinin
müxtəlif aspektləri
geniş təhlil olunmuş, müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı Heydər Əliyevin tarixi xidmətləri barədə
şagirdlərə ətraflı
məlumat verilmiş,
ikinci saatlarda isə sənədli filmlər nümayiş etdirilmişdir. Dərslərdə
ölkə qtisadiyyatının
yenidən qurulması,
kənd təsərrüfatının
dirçəlişi, peşəkar
ordunun yaradılması,
uğurlu siyasi kursun həyata keçirilməsi, səhiyyə,
elm, təhsil, mədəniyyət,
incəsənət sahələrinin
tərəqqisi, hüquqi
və demokratik dövlət quruculuğunun
ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlı olması şagirdlərə
bir daha izah edilmiş, müxtəlif mövzularda
aparılan mühazirələr
gənclər tərəfindən
böyük maraqla qarşılanmışdır. Bildirildi ki, gənclərin dünyagörüşünün formalaşdırlmasında və
mənəvi tərbiyəsində
mühüm rol oynayacaq bu dərslərin
yüksək səviyyədə
təşkili üçün
rayon icra hakimiyyəti
tərəfindən ciddi
nəzarət təmin
edilmiş, aparatın
əməkdaşları bu
mühüm tədbirə
cəlb olunmuşlar.
Şura iclasında çıxış
edən digər natiqlər müzakirə olunan məsələlərin
aktuallığını qeyd
etməklə yanaşı,
bu sahədə həyata keçirdikləri
tədbirlər haqqında
ətraflı məlumat
verdilər.
Nizami
Rayon İcra Hakimiyyətinin
başçısı Tahir
Budaqov iclasa yekun vuraraq ölkə
başçısının tapşırığı ilə
əhalinin sağlamlığının
qorunması məqsədilə
reallaşdırılan aksiyanın
yüksək səviyyədə
başa çatdırılmasının
vacibliyini, eləcə
də ulu öndər Heydər Əliyevin irsinin yetişməkdə olan gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət
daşıdığını diqqətə çatdırdı,
hər iki məsələ ilə bağlı konkret tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət
Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 5.