“Tour
d’Azerbaidjan” beynəlxalq velosiped
turunun təşkilat komitəsinin
iclası keçirilmişdir
“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilmişdir.
İclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər Nazirliklərinin, Bakı Şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu idarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhəri rayonlarının, Abşeron rayon, Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014" beynəlxalq velosiped turu barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 7-də start götürəcək “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 kilometrə yaxındır.
Natiq demişdir ki, ötən il keçirilmiş “Tour d’Azerbaidjan” yarışının yüksək səviyyədə təşkil olunduğunu nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı bu il yarışın statusunu bir qədər də yüksəltmiş və cari ildə yarış “2.1" kateqoriyasında keçiriləcəkdir. Əgər əvvəllər veloturda əsasən kontinental və yığma komandalar iştirak edirdisə, ”2.1" formatında təşkil ediləcək yarışda pro-kontinental, kontinental və milli yığma komandalar mübarizə aparacaqlar.
Veloturda 22 ölkədən, o cümlədən
Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya,
Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən
çox idmançının
iştirakı gözlənilir. Veloturda “Synergy Baku
Cycling Project” daxil olmaqla
25 komanda iştirak edəcəkdir. Komandalar arasında 8 profesional
kontinental komanda, 16 kontinental komanda və bir milli
komanda vardır.
İclasda veloturun təşkilat komitəsinin üzvü, Almaniyanın “Freunde Eventagentur GMBH” şirkətinin
rəhbəri Albrext Röder çıxış
edərək turun marşrutları və texniki məsələləri
barədə müfəssəl
məlumat vermişdir. Sonra
“Tour d’Azerbaidjan” beynəlxalq
velosiped turunun təşkilatı işləri
barədə müvafiq
dövlət qurumlarının
və yerli icra orqanlarının məsul nümayəndələri
ilə fikir mübadiləsi aparılmış,
işlərin daha yüksək səviyyədə
təşkili istiqamətində
tədbirlər müzakirə
edilmiş və müvafiq tapşırıqlar
verilmişdir.
Qeyd etmək lazımdır ki, “Tour d’Azerbaidjan-2014" velosiped
turunun bütün mərhələlərinin yerli
və xarici kütləvi informasiya vasitələrində, o cümlədən ”Eurosport" televiziya kanalı vasitəsilə geniş işıqlandırılması
nəzərdə tutulur.
“Eurosport” televiziya kanalı hər mərhələdən sonra
efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələdən
isə 1,5 saatlıq yayımla dünya ölkələrinə
birbaşa yayımlanacaqdır.
V. BAYRAMOV
Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 6.