Bütün dünya – bir sərgi: “AITF-2014”
Aprelin
5-də Bakı Ekspo Mərkəzində Azərbaycanın
və bütün Qafqaz regionunun turizm sənayesi üzrə ən böyük ixtisaslaşdırılmış
tədbiri olan XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF-2014"), 8-ci Qafqaz Beynəlxalq
mehmanxana, restoran və supermarketlər üçün avadanlıq
və ləvazimatlar
(”Horex Caucasus-2014") sərgiləri
başa çatmışdır.
AzərTAc xəbər verir
ki, aprelin 3-də açılışı keçirilən
sərgilərin
təşkilatçıları qismində isə ənənəvi olaraq “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış
etmişlər.
“AİTF-2014” – turizm
və səyahətlər
aləminin yeni üfüqləri
Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü
siyasəti dünyanın
aparıcı investisiya
şirkətlərinin respublikamıza
cəlb edilməsinə,
sahibkarlığın, eləcə
də turizmin inkişafına xidmət edən dövlət proqramlarının uğurla
həyata keçirilməsinə
şərait yaratmışdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
bu siyasət respublikamızda turizmin inkişafına öz töhfələrini verməkdədir.
Ənənəvi olaraq keçirilən
“AITF” sərgiləri də
turizm sənayesinin inkişafına dəstək
olmaqla bərabər, onun marşrutlarının
tanıdılması baxımından
da önəmlidir.
Aprelin 4-də Prezident
İlham Əliyevin
“AITF-2014" sərgisini ziyarət
etməsi, nümayiş
olunan ekspozisiyalarla tanışlığı da
dövlət səviyyəsində
bu sahəyə göstərilən diqqət
və qayğının
bariz nümunəsidir. Əgər
ötən il
”AITF" sərgisində 35 ölkədən 251 şirkət
iştirak edirdisə,
builki tədbirə dünyanın 38 ölkəsindən
351 şirkət və
təşkilatın qatılması
beynəlxalq aləmdə
bu sərgiyə artan marağın göstəricisidir.
İştirakçılarının 60 faizdən
çoxunu xarici, 40 faizini isə yerli şirkətlərin təşkil etdiyi
“AITF-2014" Azərbaycanda yaz sərgi mövsümünün parlaq
başlanğıcına çevrilmişdir.
Burada səmərəli
iş üçün
yaxşı təchiz
edilmiş stendlər ziyarətçilərin böyük
marağına səbəb
olmuşdur. Builki sərgi eksponatların
tərkibinə görə
rekord göstəriciləri
ilə də fərqlənir. Ümumilikdə, ”AITF-2014" sərgisində
turoperatorlar və turizm agentlikləri lüks-turizm, otellər, macəralı və elit istirahət, işgüzar səfərlərin
təşkili, habelə
idman, ekoloji və maarifləndirici turizm və s. istiqamətləri nümayiş
etdirmişlər. Hər bir
ziyarətçi bu sərgidə işgüzar
danışıqların aparılması,
habelə turizm biznesi üzrə həmkarlarının yeniliklərini
qiymətləndirmək üçün
gözəl fürsət
əldə etmişdir.
“AITF” sərgisi iştirakçıların
sayından əlavə,
digər bir rekord göstərici ilə də tarixin yaddaşına düşmüşdür. Builki sərgidə
əvvəlki illərlə
müqayisədə milli
stendlər daha çox olmuşdur. Sərgidə Azərbaycandan
əlavə, öz səfirliklərinin rəsmi
ölkələrinin və
milli turizm agentliklərinin dəstəyi
ilə Argentina, Bolqarıstan,
Macarıstan, Yunanıstan,
Gürcüstan, Dominikan
Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından
24 milli və regional qrup iştirak etmişdir.
Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından,
eləcə də digər ölkələrdən
nümayəndə heyətləri
də qatılmışlar.
“Bütün dünya
- Bir sərgi” şüarını tam doğruldan
“AITF-2014"-də ziyarətçilər
80-dən çox turizm
marşrutu ilə tanış olmaq imkanı qazanmışlar. Bunların
sırasında Misir, Gürcüstan, Macarıstan,
Malayziya, Birləşmiş
Ərəb Əmirlikləri,
Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi
yer tutur. Eyni zamanda, bu sərgi
turizm bazarında həm maraqlı istiqamətlərin, həm
də yeniliklərin nümayişi ilə yadda qalmışdır.
”AITF-2014"-də Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb edirdisə, birillik fasilədən sonra Hindistanın, Yunanıstanın
və Malayziyanın milli stendlərinin yenidən sərgidə öz yerlərini tutmaları da sevindirici haldır. Sərginin debütantları arasında
isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri yer almışdır.
“AITF-2014" sərgisində tibbi turizm istiqamətini
nümayiş etdirən
iştirakçıların sayı əhəmiyyətli
dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər,
özəl və dövlət klinikaları,
eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika
mərkəzləri daxil
idi. Ziyarətçilər Azərbaycan sanatoriyalarının
nümayiş etdirdikləri
dünyada məşhur
olan Naftalan neftinin müalicəvi xassələri ilə yaxından maraqlanmışlar.
Xüsusi vurğulamaq lazımdır
ki, sərgidə maraqlı turizm istiqamətlərinin elan edilməsi və bazar yeniliklərinin təqdimatı uğurla bir araya gətirilmişdir. Milli qruplar,
beynəlxalq nümayəndəliklər,
quru, hava və dənizlə daşıma şirkətləri,
müxtəlif ölkələrin
mehmanxana biznesinin nümayəndələri, turizm
və ticarət assosiasiyaları turizm xidmətlərinin geniş
çeşidini təqdim
etmişlər. Ziyarətçilərin
böyük maraq göstərdikləri yeni
sahələr arasında
“Xarici ölkələrdə
daşınmaz əmlak”
və “Tibbi turizm” sektorları xüsusilə seçilmişdir.
Bu yeni istiqamətlər
Türkiyə, Almaniya,
İsveçrə, İsrail,
Rusiya, Litva, Yunanıstan və Kiprin özəl, dövlət klinikaları,
habelə diaqnostik mərkəzləri tərəfindən
təqdim edilmişdir.
Azərbaycan regionlarının milli pavilyon çərçivəsində
irimiqyaslı iştirakı
sərginin ən maraqlı və koloritli hadisəslərindən
biri olmuşdur. Ölkə üzrə
turizm paketinin müxtəlifliyi istənilən
turizm proqramını
zənginləşdirə bilər.
Regional ekspozisiyada Qəbələ,
Qax, Quba, İsmayıllı, Zaqatala,
Lerik, Masallı, Mingəçevir, Xaçmaz,
Şamaxı, Şəmkir,
Şəki, Naxçıvan
Muxtar Respublikası və Sumqayıt şəhəri bu amili əsas götürərək turizm
fəaliyyətinin müxtəlif
növlərini, o cümlədən
kənd və ekoloji turizm, salçılıq, dağ-xizək
və dəniz kurortları və s. üçün imkanlarını
nümayiş etdirmişlər.
Dünya
Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət
nişanına layiq görülən “AITF” sərgisi
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin rəsmi dəstəyi, Dünya Turizm Təşkilatı, Beynəlxalq
Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondu (AZPROMO) və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının (ASK) himayədarlığı
ilə baş tutmuşdur.
“Horex Caucasus
2014”: müasir təmayüllər
və
yeni texnologiyalar...
“AITF-2014"
ilə eyni vaxtda keçirilən ”Horex Caucasus- 2014" sərgisinin ekspozisiyası
isə uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları özündə ehtiva etmişdir. Buraya müasir otel mebeli, interyer və tekstil, mətbəx avadanlığı
və qəhvə bişirmə maşınları,
otellərin sağlamlıq
və SPA salonları üçün kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlığı,
qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi
üzrə informasiya texnologiyalarının həll
variantları daxildir. Bu ilin yenilikləri
arasında “lüks” kateqoriyalı supermarketlər
üçün kompleks
avadanlıq sərgi ziyarətçilərinin böyük
marağına səbəb
olmuşdur.
“Horex Caucasus-2014" sərgisində
Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş
Ərəb Əmirlikləri,
Rusiya, Türkiyə və İsveçrədən
olan aparıcı şirkətlər təmsil
olunmuşlar. Sərginin daimi iştirakçıları
arasında ”Art Nishan",
“Asena”, “Faber Chemical & Medicine”, “Horeca”, “HRS”, “Kymberly Clark
Advent”, “Muehldorfer”, “REM Services Tanay” şirkətləri,
eləcə də müasir avadanlıqların
yerli istehsalçısı
“Titan Group”, “Wanzi” və
digərləri vardı.
Builki sərginin debütantları olan “Azer Co (Milla)”, “Base7Booking”,
“Ekipan”, “Fina”, “Swissam Hospitality Business School”, “Zivella”
və s. şirkətlər
diqqəti daha çox cəlb etmişdir.
Vurğulamaq lazımdır ki, sərginin özünəməxsusluğu
təkcə restoranlar
və mehmanxanalar üçün yüksək
keyfiyyətli avadanlığın
nümayiş etdirilməsindən
ibarət olmamışdır. Sərgi çərçivəsində
məhsul və xidmətlərin təqdimatları
da keçirilmişdir.
Bu da ziyarətçilərin
böyük marağına
səbəb olmuşdur.
Qida sənayesi üzrə xarici mütəxəssislərin gah
zərif blüz musiqisinin, gah da oynaq Latın
Amerikası melodiyalarının
müşayiəti ilə
keçirdikləri kulinariya
üzrə ustad dərsləri və məsləhətləri ən
tələbkar qurmanların
və aşpazların
ürəyincə olmuşdur.
Bir sözlə,
“AITF-2014" və ”Horex Caucasus-2014" sərgiləri
Azərbaycanın zəngin turizm
potensialını xarici
iştirakçılara əyani şəkildə nümayiş etdirməklə yanaşı,
ölkəmizin etibarlı turoperator kimi tanıdılmasına da
xidmət etmişdir.
Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 2.