Suraxanı Rayon İcra Hakimiyyətində şura iclası

 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər bütün ölkədə olduğu kimi, Suraxanıda da aparılan geniş quruculuq və abadlıq işləri, infrastruktursosialyönümlü layihələr barədə məlumat vermişdir. O demişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda bütün sahələrdə böyük inkişaf prosesləri baş verir.

İ. Abbasov bildirmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən başlanan ölkə əhalisinin ödənişsiz tibbi müayinəsinin həyata keçirilməsi işi Suraxanı  rayonunda da uğurla icra olunur. Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsi ilə bağlı tapşırığı vətəndaşlarımızın sağlamlığının qorunmasının dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri olmasının göstəricisidir. Bu, xəstəliklərin erkən aşkar edilməsi və profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.

Şura iclasında məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, rayon əhalisinin tibbi müayinəsi 5 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən  rayon  əhalisinin (209312 nəfər) və  eyni zamanda, rayonda məskunlaşmış məcburi köçkünlərin (20125 nəfər) keçirilməsi nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir,  hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan səhiyyə müəssisəsində müayinədən keçirilir. 2 aprel  2014-cü il tarixədək Suraxanı rayonunda  90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv tibbi müayinədən keçmiş, 2335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanmışdır. 182 nəfər stasionar müalicəyə qəbul olunmuşdur. Bir sözlə, xəstəlik aşkar olunmuş vətəndaşlar stasionarambulator müayinələrə cəlb edilmişlər. Eyni zamanda, rayonda fəaliyyət göstərən 9 nömrəli stomatoloji poliklinikanın kollektivi tibbi müayinə dövründə həftənin şənbə və bazar günləri əhaliyə pulsuz  xidmət göstərmək haqqında qərar qəbul etmişdir. Bu günə qədər həmin poliklinikada 300-dən yuxarı sakinə stomatoloji xidmət göstərilmişdir.

 

V. BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 6.