Müasir repertuarın xalq teatrında rolu

 

Bu gün müasir mədəniyyət incəsənətimizin inkişafında teatrlarımız da əhəmiyyətli rol oynayır. Milli-mədəni irsimizin tanıdılmasında xalq teatrlarının da payı var.

Bu fikirlər dünən “Park İNN” otelində Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Azərbaycan Teatr Xadimləri İttifaqının birgə keçirdikləriMüasir repertuarın xalq teatrında roluadlı seminarda səsləndirildi. Tədbiri giriş sözü ilə açan nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov dövlətin hər zaman mədəniyyətimizə, eləcə teatrlara diqqət göstərdiyini qeyd etdi. Bildirdi ki, müasir dövrdə teatrlarımızın üzərinə bir sıra vəzifələr düşür. Dövrün tələblərinə cavab verən əsərlərlə tamaşaçının cəlb edilməsi, gənc istedadlı aktyorların yetişdirilməsi bu vəzifələr sırasında mühüm yer tutur. Bölgələrdə  xalq teatrlarının uğurlu fəaliyyətini qeyd edən natiq bildirdi ki, xalq teatrlarının dövlət teatrları ilə sıx əməkdaşlığı onların inkişafına daha böyük stimul verər.

Azərbaycan Teatrlar Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri, teatrşünas, dramaturq Çingiz Ələsgərli xalq teatrlarının repertuar məsəlinə toxundu. Qeyd etdi ki, bu gün repertuar zənginliyi başlıca aktual məsələdir.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin kafedra müdiri, professor, xalq artisti İlham Namiq Kamal xalq teatrının dövlət teatrları ilə əməkdaşlığından söhbət açdı. Qeyd etdi ki, teatrların klassik əsərlərlə yanaşı, günün tələblərinə cavab verən, müasir tamaşalar hazırlaması onların auditoriyasını daha da genişləndirər. Onun sözlərinə görə, sovet dövründə məktəblərdə dram dərnəklərinin fəaliyyəti kiçik yaşlarından istedadlı uşaqların üzə çıxmasına imkan verir, onların gələcəkdə həyatlarının  teatrla bağlaması ilə nəticələnirdi.

Azərbaycan Televiziya Radio Verilişləri QSC-nin rejissoru, əməkdar incəsənət xadimi  Məhərrəm Bədirzadə isə xalq teatrlarının inkişaf problemlərindən söhbət açdı. Qeyd etdi ki, istedadlı yaradıcı insanlardan ibarət xalq teatrlarının daha yaxşı fəaliyyəti üçün onların qayğılarının azaldılmasına ehtiyac var.

Seminarda çıxış edənlər xalq teatrlarının inkişafı üçün zəruri olan məsələlərə toxundular, müxtəlif təkliflərlə çıxış etdilər. Sonda səsləndirilən fikir təkliflərin gələcəkdə həllini tapması vurğulandı.

Qeyd edək ki, seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrlarının fəaliyyət səviyyəsini daha da yüksəltmək, teatr rejissorlarına bu işdə yardımçı olmaqdır.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 6.