Nəsimi rayonunda əhalinin
tibbi müayinəsi davam edir
Son illər ölkəmizdə
bütün sahələrdə
olduğu kimi, səhiyyədə də uğurlar əldə edilib. Bakıda və regionlarımızda
yeni, müasir standartlara cavab verən tibb müəssisələri tikilərək
istifadəyə verilir,
mövcud səhiyyə
obyektləri əsaslı
təmir olunaraq lazımi avadanlıqlarla təchiz olunur, əhalinin sağlamlığı
ilə əlaqədar
bütün zəruri
tədbirlər həyata
keçirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən
ölkəmizdə əhalinin
tibbi müayinəsi davam edir.
Fevalın 17-dən mayın 1-dək ölkə
vətəndaşlarının tibbi müayinədən keçirilməsi prosesi Nəsimi rayonunda mütəşəkkil surətlə
davam edir. Qeyd edək
ki, bu kampaniyanın
yüksək səviyyədə
keçirilməsi məqsədilə
rayon icra hakimiyyəti
başçısının sərəncamı ilə
aidiyyatı qurumların
nümayəndələrindən ibarət komissiya yaradılmış və
ona müvafiq tapşırıqlar verilmişdir.
Tibb müəssisələrində
lazımi şərait
yaradılmış, evlərdə
sakinlərin müayinəsi
üçün səyyar
briqadalar təşkil
olunmuşdur. Müxtəlif təşkilatlarda və təhsil müəssisələrində
də səyyar tibbi müayinələr keçirilir, əhali arasında təbliğat-təşviqat
məqsədilə seminarlar
təşkil edilir.
Tibbi müayinələri rayon ərazisində
yerləşən 5 və
20 saylı şəhər
poliklinikaları, Nəsimi
rayonu sakinlərinə
xidmət edən 1 və 3 saylı poliklinikalar həyata keçirirlər. Aprelin 11-nə olan məlumata görə, müayinəsi
nəzərdə tutulmuş
137850 rayon sakinindən 73947 nəfəri tibbi müayinədən keçmişdir.
Onlardan
24382 nəfəri ambulator,
369-u isə stasionar müalicəyə cəlb
olunmuşdur.
Dünən növbəti müayinə
20 sayli poliklinikada olmuşdur. Sonra poliklinikanın səyyar
briqadası tərəfindən
9 saylı orta məktəbdə sakinlər
müayinədən keçmişlər.
Rayon sakinlərindən Tofiq
Allahverdiyev və Nailə Abdalova əhalinin sağlamlığı
məsələsini daim
diqqət mərkəzində
saxlayan möhtərəm
Prezidentimiz İlham
Əliyevə dərin
minnətdarlıqlarını bildirdilər.
Nəsimi rayonunda əhalinin tibbi müayinəsi ilə bağlı işlərin lazımi səviyyədə davam etdirilməsi və uğurla başa çatdırılması üçün
zəruri tədbirlər
görülür.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 7.