Nizami rayonunda birinci rübün yekunları müzakirə olundu
Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin
birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye,
təhsil, səhiyyə,
mədəniyyət, xidmət
sahələrinin, hüquq-mühafizə
orqanlarının, eləcə
də ictimaiyyət nümayəndələrinin iştirak
etdikləri yığıncağı
Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Budaqov açdı.
Rayon icra hakimiyyəti
başçısının müavini İldırım
Mehdiyev 2014-cü ilin
ilk üç ayı
ərzində rayonun sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrə dair
hesabat məruzəsi ilə çıxış
etdi. Cari ilin ötən dövrünü
Azərbaycan Respublikası
üçün kifayət
qədər uğurlu
və yüksək nailiyyətlərlə zəngin
bir dövr olduğunu qeyd edən natiq bildirdi ki, aprel
ayının 13-də dövlət
başçısı cənab
İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2014-cü ilin
ilk rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında
müşahidə olunan
iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir.
Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında
Azərbaycanda iqtisadiyyatın,
qeyri-neft bölməsinin,
o cümlədən kənd
təsərrüfatının və digər bütün sahələr
üzrə istehsalın
artdığını qeyd
etmiş, ölkədə
sosial proqramların uğurla icra olunduğunu vurğulamış,
makroiqtisadi vəziyyətin
sabit qaldığını
diqqətə çatdırmışdır.
2014-cü ilin ölkəmizdə “Sənaye
ili” elan edildiyini diqqətə çatdıran dövlət
başçısı bununla
əlaqədar olaraq bütün rayonlarda sənaye zonalarının
yaradılmasının vacibliyini
bildirmiş, ətraf mühitin qorunmasını
mühüm vəzifə
kimi qarşıya qoymuşdur.
Paytaxtın Nizami rayonunun da ölkəmizin dinamik inkişafının
təmin olunmasına mühüm töhfələr
verdiyini vurğulayan məruzəçi bildirdi
ki, 2014-cü ilin birinci rübündə rayonun sənaye müəssisələrinin fəaliyyəti
xeyli canlanmış, ayrı-ayrı müəssisələr
tərəfindən 117 milyon
manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki,
bu da əvvəlki
ilin müvafiq dövrünə nisbətən
8,6 faiz çoxdur. Hesabat dövründə sənayenin dövlət sektorunda 73,5 milyon manatlıq və ya ümumi
istehsalın 62,8 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal
olunmuş sənaye məhsulunun 37,2 faizi isə qeyri-dövlət sektorunun
payına düşmüşdür.
Qeyd olundu ki, ötən ilin eyni dövrü
ilə müqayisədə
rayon üzrə zeytun
və kakao yağlarının istehsalı
müvafiq olaraq 2,8 və 3,2 dəfə, günəbaxan yağı
istehsalı 32,5 faiz, marqarin istehsalı 34,3 faiz, sousların istehsalı 63,7 faiz, süd məhsullarının
istehsalı 34,3 faiz, beton, gips və
sement məmulatlarının
istehsalı 3,2 dəfə,
sair kimyəvi məhsullar 16,8 faiz, bərk polipropilen boruların istehsalı 3,2
dəfə, tikinti mallarının istehsalı
isə 33,3 faiz artmışdır. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün
qurulması nəticəsində
cari ilin üç ayında istehlakçılara 118 milyon
manatlıq məhsul göndərilmişdir. Natiq
bildirdi ki, hesabat dövründə daxili imkanlar hesabına yerinə yetirilən podrat işlərinin həcmi
75,6 milyon manat təşkil etmiş,
rayon iqtisadiyyatının və
sosial sahələrin inkişafı üçün
bütün maliyyə
mənbələri hesabına
əsas kapitala 102,5 milyon manatlıq investisiya yönəldilmişdir
ki, bu da
ötən ilin eyni dövründəkindən
3,5 dəfə çoxdur.
İlin ilk üç
ayı ərzində istifadə edilmiş investisiyaların 85,3 milyon manatı və ya 83,2 faizi tikinti-quraşdırma
işlərinə sərf
olunmuşdur.
Məruzəçi qeyd etdi ki, 2014-cü ilin ilk rübündə
rayon üzrə əmtəə
dövriyyəsi və
pullu xidmətlərin
səviyyəsi də
xeyli yüksəlmiş,
pərakəndə ticarət
dövriyyəsi 459,6 milyon
manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi
isə 90,8 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə
ticarət dövriyyəsinin
100 faizi, pullu xidmətlərin isə 83,3 faizi özəl
müəssisələrin payına
düşmüşdür. Pullu xidmətlərin 36,2 milyon manatı
hüquqi şəxslərin,
54,6 milyon manatı isə fiziki şəxslərin fəaliyyəti
hesabına olmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərin 24 faizini məişət xidmətləri təşkil
etmişdir. Yeri gəlmişkən,
hesabat dövründə
rayondakı ayrı-ayrı
məişət obyektləri
tərəfindən əhaliyə
13 milyon manatlıq müxtəlif xidmətlər
göstərilmişdir.
2014-cü
ilin ilk üç ayı ərzində rayon üzrə rabitə xidmətləri sahəsində
50,5 milyon manat, nəqliyyat üzrə isə 17,8 milyon manat dəyərində xidmətlər göstərilmiş,
bu sahələrdə
müvafiq olaraq 4 dəfə və 32,2 faiz artım baş vermişdir. Məşğulluq strategiyasının
həllinə diqqətin
getdikcə artırıldığını
bildirən İ.Mehdiyev
dedi ki, hesabat dövründə rayonda 769 yeni iş yeri yaradılmışdır.
Bütövlükdə isə
2003-cü ildən 2014-cü il aprelin
1-dək Nizami rayonunda
23683 yeni iş yeri açılmışdır
ki, bunun da 23586-sı daimidir. Cari ilin yanvar-mart
aylarında rayon üzrə
orta aylıq əmək haqqının
475,7 manat təşkil etdiyini diqqətə çatdıran
məruzəçi ayrı-ayrı
sahələr üzrə
artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində həyata
keçirilmiş tədbirlərdən
də geniş bəhs etdi.
2014-cü ilin ötən
dövrü ərzində
rayonda elektrik enerjisi, istilik, qaz və içməli
su təchizatı ilə bağlı həyata keçirilən
tədbirlər barədə
məlumat verən İ.Mehdiyev abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin
rayonun təhsil, səhiyyə, mədəniyyət
və idman sahələri üçün
də yüksək nailiyyətlərlə zəngin
olduğunu qiqqətə
çatdırdı, dövlət
başçısının xüsusi tapşırığına
əsasən, sakinlərin
pulsuz tibbi müaynələrə cəlb
olunması sahəsində
mühüm işlərin
görüldüyünü vurğuladı. Bununla yanaşı,
məruzəçi rayon icra
hakimiyyətində vətəndaşların
qəbulu və onların müraciətlərinə
baxılması sahəsində
görülmüş işlərdən
də geniş söhbət açdı.
Məruzə ətrafında çıxış
edən Nizami Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru Nadir Eyvazov,
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
direktoru Hacıağa
Qasımov və Sukanal İdarəsinin rəisi Rauf Abbaslı Azərbaycanın
sosial-iqtisadi inkişafında
paytaxtın Nizami rayonunun da mühüm
rol oynadığını
vurğulayaraq rəhbərlik
etdikləri sahələrin
işi ilə bağlı hesabat verdilər.
Hesabat yığıncağına yekun
vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası
ilə bağlı görüləcək işlərdən,
həmçinin rayonda
həllini gözləyən
bir sıra məsələlərdən söhbət
açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə
konkret tapşırıqlar
verdi.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edirdi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 5.