Suraxanı rayonunda cari ilin birinci rübünün
yekunları təhlil olunmuşdur
Suraxanı rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Başçı bildirmişdir ki, möhtərəm Prezidentimizin Azərbaycanın sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunmuşdur.
Rayon rəhbəri qeyd etmişdir ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi məqsədilə dövlət başçısının sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi Suraxanının daha da tərəqqisinə müsbət təsir göstərəcəkdir.
Məruzəçi diqqətə çatdırmışdır ki, bu ilin birinci rübündə rayonda sənaye məhsulunun istehsalı 74,4 milyon manat, tikinti-quraşdırma işləri 40,8 milyon manat, nəqliyyat xidmətləri 4,6 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 12,1 milyon manat, orta aylıq əmək haqqı 589 manat olmuş, pərakəndə ticarət dövriyyəsi 2,4 faiz artaraq 59,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5 faiz artaraq 64,2 milyon manat təşkil etmiş, 926 yeni iş yeri açılmış, 4,1 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti göstərmişdir.
Bu dövr ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmiş, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının salınması, “Gənclər evi”nin, 84 saylı orta məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104 saylı orta məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin inşası davam etdirilmişdir. Bununla yanaşı, rayondakı 87, 114 və 140 saylı orta məktəblərdə əsaslı təmir işlərinə, 118 saylı orta məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, yeməkxana, idman və akt zalının, 146 saylı orta məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, idman və akt zalının inşasına, Yeni Suraxanı qəsəbəsində mini futbol meydançasının əsaslı təmirinə başlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondu və rayon icra hakimiyyətinin birgə təçkilatçılığı ilə 100 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində növbəti kredit yarmarkası keçirilmiş, 19 sahibkarlıq subyektinə 6,6 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 1,2 hektar olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, lay suları və neftlə çirklənmiş 1,94 hektar torpaq sahəsi rekultivasiya edilmiş, 11 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, əhalinin tibbi müayinəsi uğurla davam edir. Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon icra hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bu tədbirin həyata keçirilməsi dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sakinlərin dispanterizasiyası 4 xəstəxana,
4 poliklinika və 1 ambulatoriyada reallaşdırılır. Rayon icra hakimiyyəti başçısının inzibati
ərazi dairəsi üzrə nümayəndəlikləri,
qəsəbə bələdiyyələri
əhali arasında planlı formada maarifləndirici tədbirlər
aparırlar. Görülən işlərin nəticəsidir
ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə
yaxın olan tibb müəssisəsində
tibbi müayinədən
keçirilir.
Bu il aprel ayının
1-dək 90 minə yaxın
vətəndaş və
93-dən çox kollektiv
pulsuz tibbi müayinədən keçmiş,
2500 nəfərdə müəyyən
xəstəlik aşkar
olunmuş və 200 sakin stasionar müalicəyə göndərilmişdir.
Məruzə ətrafında çıxışlarda
əldə olunmuş
nailiyyətlərlə yanaşı,
problemlər və onların aradan qaldırılması yolları,
nəzərdə tutulan
abadlıq tədbirləri,
vətəndaşların müraciətləri
ilə bağlı görülən işlər
də müzakirə olunmuşdur.
Hesabat yığıncağına yekun
vuran İlqar Abbasov bildirmişdir ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılması, geniş abadlıq-quruculuq
işlərinin aparılması,
onlara göstərilən
kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi
istiqamətində işlər
ilin qalan dövrü ərzində də davam etdiriləcək, dövlət başçısı
İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası
naminə bütün
imkanlar səfərbər
olunacaqdır.
Suraxanı rayonuna göstərilən
diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevə minnətdarlığını
bildirmiş və dövlətimizin başçısını
əmin etmişdir ki, rayonun əmək
kollektivləri və sakinləri həmişə
olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış
uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi
üçün əzmlə
çalışacaqlar.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 6.