Nəsimi rayon gəncləri bacarıqlarını nümayiş etdirdilər

 

Aprelin 18-də Nəsimi Rayon Gənclər və İdman İdarəsinin (NRGİİ) təşkilatçılığı ilə 4-cü mikrarayonun stadionundaŞahin” hərbi idman oyunları keçirildi. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsinə start verildi. Mərasimi giriş sözü ilə açan  NRGİİ-nin rəisi Elbrus Abdullayev Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rol oynadığını qeyd etdi.

“Azərbaycanda bütün sahələrdə, eləcə də ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbayacan dövlətinin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızın işğaldan azad olunmasıdır.  Müharibə şəraitində olan ölkədə, şübhəsiz, gənclərin hərbi xidmətə hazırlanması, vətənpərvərlik tərbiyəsi əsas məsələlərdən biridir. Dünyanın ən gözəl ölkəsi olan Azərbaycanda elə dünyanın ən qabaqcıl, yüksək mənəviyyata sahib olan,  ölkəsini qoruyan vətənpərvər gəncləri olmalıdır. Bu gəncliyi biz artıq görürük. Ölkəmizin bütün sahələrdə hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Nəsimi rayon gəncləri də respublikamızın inkişafına öz töhfələrini verirlər”, - deyə o əlavə etdi. Elbrus Abdullayev orduya gedəcək gəncin hərtərəfli hazır olmasının vacibliyini bildirərək, bu sahədə rayon rəhbərliyi tərəfindən çoxlu işlərin görüldüyünübunun davamlı olduğunu bildirdi. O, ötən illər ərzində analoji yarışda Nəsimi rayon komandalarının paytaxtrespublika mərhələsində mükafatalayiq yerlər tutduğunu da dedi.

Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələrin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayandığını qeyd etdi və ölkəmizin bu gün müasirgüclü orduya sahib olduğunu bildirdi. Gülarə xanım ölkəmizdə gənclərin orduya hazırlığı məsələsinin daim diqqətdə saxlandığını, bunun üçün  müasir baza sistemi qurulduğunu vurğuladı: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldirbu gün bu model öz bəhrəsini verir. Müasir məktəblərimiz, olimpiya komlekslərimiz, hərbi hissələrimiz - bütün bunlar yaşlı nəslin davamçısı hesab olunan gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açır”. Gənclərin oyunlara mükəmməl hazırlaşdığını deyən Gülarə VerdiyevaŞahin” hərbi idman oyunlarının Bakı və respublika mərhələlərində Nəsimi rayon gənclərinin yüksək uğurlar əldə edəcəklərinə əmin olduğunu bildirdi.

Komandalar sıra hazırlığını nümayiş etdirdikdən sonra növbə ilə vətənpərvərlik mövzusunda mahnı və şeirlər ifa edərək, təntənəli şəkildə tribuna önündən keçdilər.  Qeyd edək ki, hərbi idman oyunlarında rayonun ümumtəhsil məktəblərindən 26 yığma mübarizə aparırdı.

Komanda üzvləri sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması kimi hərəkətlərdə bacarıqlarını nümayiş etdirdilər. Oyunları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənni üzrə metodisti Rövşən Qasımov idarə edirdi.

Sonda fərqlənən komandalar Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldılar.

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 6.