Yüz ilin tənhalığı
bitdi...
Bəşəriyyətə “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Arzuedilməz saat”, “Taun xəstəliyi zamanı sevgi”, “Polkovnikə heç kim yazmır”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Hüznlü fahişələrim” və onlarla belə gözəl əsər bəxş etmış böyük Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes 87 yaşında Mexikoda dünyasını dəyişib. BBC-nin məlumatına görə, bu barədə Latın Amerikası KİV-nin yaydığı xəbərləri ailənin mətbuat katibi Fernanda Familyar öz “Tvitter” səhifəsində təsdiq edib.
Qeyd edək ki, Markes bir neçə gün əvvəl ağciyər infeksiyası səbəbiylə müalicə aldığı klinikadan evə buraxılmışdı. Son dəfə publika qarşısına mart ayının əvvəllərində çıxan yazıçı onun ad gününü qeyd edən pərəstişkarları və jurnalistlərlə görüşmüşdü.
Böyük mütəfəkkirin
ölümü vətənində dərin
kədərlə qarşılanıb. Kolumbiyada 3 günlük matəm elan olunub. Prezident
Xuan Manuel Santos öz Tvitter səhifəsində
yazıçının ailəsinə
başsağlığı verərək Markesi “bütün dövrlərin
ən nəhəng kolumbiyalısı ”adlandırıb.
Qabriel Qarsia Markes
1928-ci ildə Kolumbiyanın
şimalında yerləşən
kasıb Arakataka şəhərciyində doğulub.
Körpəliyindən ana nənəsi
və babası tərəfindən tərbiyə
edilib. Sonralar o “Həyat haqda
danışmaq üçün
yaşamaq”əsərində öz uşaqlıq həyatını təsvir
edib. İki vətəndaş müharibəsində iştirak
etmiş istefada olan polkovnik babası Markesdə siyasətə həvəs
oyatmış, onun danışdığı əhvalatlar
dahi yazıçının
yaradıcılığında mühüm rol oynamışdı.
Markes ilk romanını 23 yaşında olarkən yazmışdı. Amerika yazıçısı
Uilyam Folknerin yaradıcılığından təsirlənərək ərsəyə
gələn əsər
ədəbi tənqidçilər
tərəfindən böyük
rəğbətlə qarşılanmışdı.
Kolumbiya Universitetini bitirdikdən
sonra Markes vəkillik karyerasına başlayır. Lakin jurnalistika
və ədəbiyyata
olan həvəsi üstün gəlir və bu işinə
son qoyur. Markes uzun
illər Avropada, Kubada və Meksikada müxtəlif nəşrlərdə müxbir
kimi fəaliyyət göstərir.
1965-ci ildə Qabriel Qarsia Markes öz avtomobiliylə Akapulkaya gedərkən ağlına
sonralar ona dünya şöhrəti
qazandıracaq “Yüz
ilin tənhalığı”
əsərinin ideyası
gəlir və o maşını döndərib
evə qayıdır.
Evin bütün qayğılarını unudaraq
öz iş otağına kilidlənən
Markes 18 ay boyunca kağızla və günə 3 qutu siqaretlə başbaşa qalır. Könüllü dustaqlıqdan azad
olduqda isə məlum olur ki, ailənin 12 min dollar borcu toplanıb. Lakin bu onun qətiyyən
vecinə deyildi.
Əlində Latın Amerikası
nəsrinin şedevri olacaq 1300 səhifəlik fenomenal mətn var idi.
Romanın ispan dilində
ilk nəşri bir həftə ərzində
satılır. Sonrakı
30 il ərzində
kitab 30 milyon nüsxə tirajla satılır və 30-dan artıq dilə tərcümə olunur. “Yüz ilin tənhalığı”nın dünya ədəbiyyatına təsiri
o qədər güclü
olub ki, hətta “New York Times” onu “bütün bəşəriyyətin
oxumalı olduğu əsər” kimi səciyyələndirib.
Qabriel Qarsia Markes magik realizmin bünövrəsini qoymuş
“Yüz ilin tənhalığı” əsərinə
görə 1982-ci ildə
Nobel mükafatına layiq
görülüb.
Markesin tez bir zamanda məşhurlaşması
və sevilməsi əsərlərinin unikal
atmosferi və zəngin diliylə xarakterizə edilir.
Markesin həyatı da
əsərləri kimi
maraqlı olub. “Yüz ilin tənhalığı”ndan
sonra ən çox maraq doğuran əsəri “Taun zamanı sevgi”ni o öz
həyat yoldaşı
Mersedes Barça həsr edib. Əsərdə 50 il sonra yenidən atəşlənən
sevgidən bəhs edilir. Markes ilk dəfə Mersedesə
13 yaşında olarkən
ürəyini açıb.
Lakin əsərdə olduğu
kimi, onların da sevgisi zamanın
sinağına məruz
qalıb. Markes Mersedeslə
1958-ci ildə ailə
qurub.
1989-cu ildə
səhhətində problemlər
yaranan yazıçıya
həkimlər ağciyər
xərçəngi diaqnozu
qoyurlar. Cərrahi müdaxilədən
sonra bu qorxunc xəstəlik geri çəkilsə də, yerini başqalarına verir.
Markes daha iki ağır
əməliyyat keçirir,
lakin yazmaqdan vaz keçmir. Bu dövrlərdə onun “Həyat haqda danışmaq üçün yaşamaq”
və “Hüznlü fahişələrim” memuarları
işıq üzü
görür.
Əvvəllər Hollivudla əməkdaşlıqdan
imtina edən Markes 2004-cü ildə “Taun zamanı sevgi” əsərinin ekranlaşdırılmasına icazə
verir. Mayk Nyuellom tərəfindən
lentə alınan film
2007-ci ildə ekranlara
çıxıb.
Son illərini Meksikada
yaşayan yazıçı
kütlə arasında
çox nadir hallarda görünürdü. Onun “qocalıq
uşaqlaşması”ndan əziyyət
çəkdiyini, hətta
dəli olduğunu deyirdilər. Bəlkə də
beləydi. Dahiliklə dəliliyin
bir sərhəddə
birləşdiyi çoxdan
sübut olunmuş gerçəkdir. Markes
həqiqətən dahi
idi və dahiliyin son nöqtəsinə
çatdıqda dəlilikdən
başqa getməyə
yer qalmır bəlkə də...
Aida AYSA
Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 7.