Astara: Nailiyyətlər göz qabağındadır, görüləsi işlər də çoxdur

 

 Ölkəmizin cənub qapısı sayılan Astarada keçirilən toplantıda bir sıra məsələlərlə yanaşı, ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr də müzakirə edilib.   Şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmlər əsasında inkişaf meyillərini diqqətə çatdırdı.

Qeyd olundu ki, bütün respublikada olduğu kimi, Astara rayonunda da ilk rübdə müəyyən işlər görülmüşdür. Yerli gəlirlər 1 milyon 174,7 min manata qarşı  1 milyon 424,3 min manat icra olunmuş, yerli xərclər isə 4 milyon 891,6 min manata qarşı 4 milyon 298,1 min manat təşkil etmişdir.   İlin birinci rübündə rayonda ümumi məhsul buraxılışı 25,5 milyon manat olmuşdur. Bunun 13,2 faizi sənaye, 26,2 faizi kənd təsərrüfatı, 15,5 faizi tikinti, 41,7 faizi ticarət və pullu xidmət sahələrinə aiddir. 

Hesabat dövründə rayonda tikinti-abadlıq və quruculuq işləri genişlənmişdir. Prezidentin sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisinə başlanmışdır. Astara şəhərinin küçələrində bina fəsadları əsaslı təmir edilmiş, abadlıq, işıqlandırma işləri aparılmış, mərkəzi meydanda yaşıllaşdırma işləri aparılmışdır. Şəhərin dəniz sahili boyunca 8 hektar ərazidə bulvar tipli parkın salınmasına başlanmışdır.

Rayonda inşaat işlərinin aparılması üçün 4,1 milyon manat vəsait  yönəldilmişdir. İnvestisiyanın 1,7 milyon manatı istehsal təyinatlı obyektlərin, 2,4 milyon manatı isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi 3,9 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş  sərmayənin hamısını daxili investisiyalar təşkil edir.

Son dövrdə rayonda 6025  yeri açılmış, bunun da 5616-sı  daimidir. Rüb ərzində rayonda 152 yeni yaradılmışdır.

Ötən müddətdə 246 evin qazlaşdırılması həyata keçirilmiş, qaz xətlərində bərpa işləri aparılmış, qaztənzimləyici şkaflar təmir olunaraq saz vəziyyətə gətirilmişdir. Əhali abunəçiləri üçün 246 qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə  həmin say 14347-yə çatdırılmışdır. Təngərüd, Pensər, Kakalos, Balaca Şahağac kəndlərində qazlaşdırma həyata keçirilmişdir.

Əhalinin elektrik enerjisi ilə təchizatı da yaxşılaşmışdır.    Kənd təsərrüfatı məhsulların istehsalı da ilbəil genişləndirilir. Yeni çay plantasiyaları salınır.  Hazırda mövcud olan 533 hektar çay plantasiyaların  yarıya qədəri məhsuldar  sahələrdir.

Rayonda  xeyli tərəvəz, dənli paxlalı bitkikartof əkini aparılmışdır.  Diri çəkidə 920,1 ton ət, 7503,2 ton süd, 1 milyon 518 min ədəd yumurta istehsal olunmuşdur.

Qırx hektar sahədə meşə bərpası tədbirləri görülmüş, yeni şitillik sahələri salınmış, tingliklər yaradılmışdır. Anboba və Əzərud kənd ibtidai məktəb binalarının tikintisi davam etdirilir,  Suparıbağ kənd tam orta məktəbinin  inşasında tamamlama  işləri aparılır.

 Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Məruzə ətrafında müzakirələrdə icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Rəhmətulla Rufullayev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, paylayıcı elektrik şəbəkəsinin müdiri Azad Hüseynov iştirak etmişlər.

 Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, ötən müddət ərzində rayonda xeyli görülmüşdür. Hazırda böyük layihələr həyata keçirilir. Rayonda, şəhər, qəsəbə və kəndlərdə reallaşdırılan sosial-iqtisadi inkişafgeniş tikinti-quruculuq işləri əhalinin böyük  razılığına səbəb olmuşdur. Yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin operativ şəkildə həll olunması, mövcud problemlərin ətraflı araşdırılıb aidiyyəti üzrə istiqamətləndirilməsi də müsbət nəticələrini göstərir. Artıq rayonda əhaliyə fasiləsiz enerji verilməsi təmin edilmiş, əsas kəndarası yollar asfaltlaşdırılmışdır.

 Xüsusi vurğulandı ki, əhəmiyyətli layihələrin həyata keçirilməsi rayonda turizmin inkişafına da böyük töhfə verəcək.

Şura iclasında rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə bir daha vəzifə olaraq tapşırıldı ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə daha həssas yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər. Qarşıda duran vəzifələrin uğurlu həlli üçün rayonda hər cür potensial imkanın olduğu qeyd edildi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 5.