Bal – min-bir dərdin dərmanı
olan İlahi nemət
Ona haram qatanlar, görəsən, nə
qədər günah etdiklərinin fərqindədirlərmi?
“Rəbbin bal arısına belə vəhy
(təlqin) etdi: ”Dağlarda, ağaclarda və (insanların)
qurduqları çardaqlarda (evlərin damında,
üzümlüklərdə) özünə evlər tik (pətəklər
sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin
sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və
ya Rəbbinin yollarını itaətlə tut!) (O
arıların) qarınlarından insanlar üçün
şəfa olan müxtəlif rəngli (ağ, sarı,
qırmızı) bal çıxar..." (Qurani-Kərim.
Ən-Nəhl surəsi, 68-69-cu ayələr)
İlahi
tərəfindən məhz insanlar üçün şəfa
mənbəyi olaraq yaradılmış bal haqqında bu qeydlərimə
müqəddəs kitabımızın mübarək ayələri
ilə başlamağım heç də təsadüfi deyil.
Məsələ burasındadır ki, min-bir dərdin dərmanı
olan arı balına uzanan haram əllər son dövrlərdə
xeyli artıb və bu da təbiidir ki, ondan gözlənilən
şəfanı azaldır. Şübhəsiz, bu, heç də
bütün arıçılara aid deyil. Halalı-haramdan
ayıran, imanlı, insaflı arıçılar da kifayət
qədərdir və onların bir çoxunu mən də
tanıyıram. Belələri barədə söhbət
açmazdan əvvəl bu suala cavab axtaraq: Xalis bal nədir?
Yarım əsrdən
çoxdur ki, dövri mətbuatımızda təbiətlə
bağlı müxtəlif səpkili yazılarla çox
çıxışım olub. Təbii bal barədə də
oxuculara məlumat vermişəm. Lakin iki il əvvəl belə
qənaətə gəldim ki, uzun müddət təcrübəli
arıçılarla olan ünsiyyətimi konkret sahəyə
çevirim — arıçılıqla da məşğul
olum. Doğrudur, çox sayda pətək saxlamağa fiziki
imkanım olmadığından 4 pətəyi bəsləməyə
başladım. Sən demə, qoyun, quzu, mal-davar saxlamaq
arı ailəsi yanında şükürlü bir işdir.
Arı ailəsinə qulluq qırxlı çağa qədər
gündəlik qayğı tələb edən, olduqca incə
və həssas bir sahədir.
Yadımdadı,
12 yaşım vardı, nənəmin səbətdən kəsib
mənə verdiyi təzə-tər şan balın əsl
dadı bu il — təqribən 60 ildən sonra yenidən
damağıma gəldi. Öz pətəklərimdən
nübar bal götürdük. Yəqin etdim ki, həqiqi arıçılar
bazarı tanımır, onun müştəriləri erkən
yazda tələbat olan balın çəki sifarişini verir
və vaxtında sahibinə çatdırırlar. Arabir
satılanlar isə “əl gəzdirilmiş” baldır. Əsl
təbii bal kəsiləndən bir neçə ay sonra
hansı qabda saxlanılmasından asılı olmayaraq, bərkiyib,
ağarıb əridilmiş qoyun quyruğunun yağıtək
donmuş piyə oxşayır. Süfrəyə verərkən
bal camını isti suda saxlamaqla şəffalaşdırıb
onu ilkin halına da gətirmək olar.
Arı
ailəsinin arı südü, çiçək tozu, mum, bərəmum
məhsulları ilə yanaşı, əsas məhsulu
sayılan bal toplandığı çiçəklərin rənginə
uyğun olaraq qonura çalan, şəffaf, ətirli,
fermentativ, şirinliyi boğaz yandıran, süzüləndə
hətta şırnağı tük qədər nazilsə də,
qırılmayan bircinsli kütlədir. Əgər nəzərə
alsaq ki, 1 kilo bal üçün arılar 20 milyon
çiçəyədək qonub xortumu ilə şirə
toplayırsa, onda balın kimyəvi tərkibinin 4 min ildir tam
öyrənilib başa çatmadığı
sirli-soraqlı təbiəti heç kəsdə şübhə
yaratmaz. Arılar təkcə nektar çəkmir, yarpaq səthindən,
tumurcuqlardan, çiçək tacı yanlığı və
yarpaq, tumurcuq qoltuqaltı qətranlardan, meyvə səthi
kutikula örtüyündən, bakterisid mənşəli
bitkilərin yerüstü hissələrindən, müxtəlif
palçıqlardan, şirin, cod və mineral sulardan, hətta
yarğan və tirimlərin nəmli süxurlarından mineral
maddələr də daşıyırlar. Pətəkdə isə
müxtəlif işçi qrup arılar su daşıyaraq
ağzında bu biofəal maddələri həll edir,
üsküklərdə bal yığan arılara
ötürür. Mürrəkəb tərkibli bu maddələr
ana arının gündəlik qidalandırdığı
üç minədək yeni sürfələrə, şan
çəkilişinə, üskük hazırlığına,
arı südünə, çiçək toruna, muma, bərəmuma
sərf edilir. Hazır bal üskükləri dolduqca bir-bir
möhürlənib ətraf mühitdən izolə edilir. Onun
səthindəki təbəqəyə balın
“qaymağı” deyilir. Bal süzmə əməliyyatında
xüsusi alət olan ərsinlə həmin qaymaqlar sivrilib bir
qaba yığılır ki, balsüzən maşından
ağzı açılmış üsküklərdən
balın hamısı süzülə bilsin. Bal
qaymağının üzünə Dədə Ələskər
“narın üz” adını vermişdir:
...Yaxşı olar bal qatanda
qaymağa,
Onlardan da şirin olar narın
üz...
Balın
narın üzü balın özündən 3-4 dəfə
bahadır. Belə desək, 100 kilo süzmə baldan vur-tut 1-2
kilo bal qaymağı çıxır. Ağciyər xəstəliyinə
tutulmuş şəxslərin müalicəsində balın
qaymağı ilə qaynar inək südünün
qarışığı qədər dünyada ikinci bir dərman
yoxdur. Çünki arı min bir zəhmətlə hasilə
gətirdiyi balı üsküklərə yığandan sonra
ona vurduğu möhürə heç bir virus, infeksiya yol tapa
bilməz.
Misirin
Qahirə Universitetində şəffaf materialdan arı pətəyi
hazırlayıblar. Məqsəd pətəkdə ana
arıdan tutmuş, qapıdakı gözətçi, sanitar,
pərləri ilə yayda sərinlik, qışda istilik yaradan
işçi qrupun fəaliyyətini nəzarətdə
saxlamaq və kənardan müşahidə etmək idi. Lakin
arı ailəsi 3-4 günün içərisində
bütün işi dayandırıb şəffaf təbəqəni
qara bərəmumla elə suvamışdır ki, içəri
görünməz olmuşdur.
Ta qədimdən
el arasında bir məlhəm adı var: mumurqan. İki
qaşıq inək yağına bir o qədər də
arı mumu qatılır, bir qabda köz üstə əridilir.
Bircinsli maye oddan düşürüləndə donur. İl
boyu kimin əllərində, dabanlarında çat əmələ
gəlirsə, yüz cür kremlər bir yana, mumurqanın
yaxması bir yana. Axşamdan çəkilən mumurqan səhərə
öz təsirini göstərir. Bu da dağ yerlərində
qarın əriməsi ilə əl-ayağa dəyən sudan,
havadan əmələ gələn dəri
çatlarıdır ki, onun da qənimi mumurqandır.
Arı təmizlik
sevir. Qarışqadan qorumaq üçün hər pətəyin
dörd dayağının hamısına adi sürtkü
yağı çəkiləndə neft iyinə görə zərərvericilər
pətəyə daxil ola bilmir. Bəzən çöl şəraitində
ilanlar da pətəyə daxil ola bilir. Arılar dərhal
ilanı sancıb öldürürlər, amma pətəkdən
bayıra çəkib salmağa gücləri
çatmır. 70 ildən çox arıçılıqla məşğul
olmuş 100 yaşlı Məşədi İsa baba deyirdi ki,
bir yaz günündə arı pətəklərinə qulluq
edirdim, qutularda ölmüş arıların
qalıqlarını kiçik fırça ilə təmizləyirdim.
Birdən pətəyin döşəməsində əyri-üyrü
bir bərəmum zolağı gördüm. Ərsinlə
qaldıranda baxdım ki, ilan ölüsüdü. Arılar
öldürdüyü ilanı elə suvamışdılar
ki, deyirdin, bəs indicə ölüb, iyi-qoxusu gəlmirdi.
Görünür, qədim fironların mumyalanıb bu günədək
olduğu kimi saxlanması sirli-soraqlı arı dünyası
ilə bağlıdır. Hətta yayın qızmarında səhrada
ölmüş fateh İskəndəri də vətəninə
balın içərisində olduğu kimi çatdıra
bilmişlər.
Balın
möcüzəsi bitib-tükənən deyil. Yüz il əvvəl
Şahbuzun Yuxarı Qışlaq kəndində olan Kalba
İskəndərin bud əzələsinə erməni
gülləsi dəyir. Dava-dərmanın, təbibin də az
olduğu əyyamlar imiş. Bu günlərədək
yaşayan 95 yaşlı Mehrac baba deyirdi ki, Kalba İskəndər
igid adam idi. Onu gətirdilər. Dənər inək
yağı ilə şan balı ocaqda əritdilər.
Özü əmr etdi ki, isti-isti yaranın ağzına
töksünlər. Güllə çıxan yerdən məlhəm
axmağa başladı. Bacıları əl atıb üzlərini
didəndə heç “of!” da deməyən Kalba İskəndər
dedi ki, qorxmayın, sağalacam. Belə də oldu. Dağ
olmuş yağ-bal məlhəmi yaranı necə
sağaltdısa, heç ömrü boyu axsamadı da.
Belə
möcüzə yurdumuzda bir də Naftalan neftindəndir. Məlumdur
ki, Birinci cahan mücadiləsində almanların Goranboydan
aparıb öz vətənlərində 200 qramlıq konserv
qutularında bağladıqları Naftalan nefti hər əsgərin
çantasında olarmış. Güllə dəyən yerdən
axıdılaraq güllə çıxan yerədək
Naftalan nefti yaranı infeksiyadan qoruyub sağaldarmış.
Arıçı
zəhməti olduqca çətindir. İndiki taxta qutular son
100 ilin təcrübəsidir. Ta qədimdən meşə və
kolluqlarda bitən gərməşov adlı bitkinin cavan
pöhrələrindən arı səbətləri
toxunardı. Maraqlıdır ki, hətta 100 ildən çox əvvəl
toxunan gərməşov səbətlərindən Şahbuz
rayonunda indi də arıçılar istifadə edirlər.
Əvvəla, gərməşovda elə spesifik iy vardır
ki, arılara məxsus nə qədər zərərverici və
xəstəlik törədicisi varsa, bu iyə tab gətirmədən
öz-özünə məhv olur. İkincisi, arı nəfəsi
dəyən bu quru pöhrələrdə çürümə
olmur. Deyirsən, bəs koldan 100 il əvvəl yox, elə bu
gün qırmısan. Arı səbətinə qulluq işi
isə çətindir, qapaq deyil ki, qaldırıb baxa biləsən.
Belə səbətlər mal-davar peyini ilə suvanardı.
Qar-yağışa məruz qalmasın deyə, hər kəsin
üzü qibləyə tikilən arxanaları olardı. Anam
deyərdi ki, Hacı Nurəli babamızın 600-dən
çox arı səbəti var idi. Bal kəsimi azı 10
gün davam edərdi. Qohum-əqrəba arasından yalnız məni
seçərdi. Deyərdi, arı haram götürmür. Səni
sınamışam. Balkəsən bala xəyanət edərsə,
arı haram götürməz, hamısı qırılar. Bu
minvalla 10 günədək bu səbətlərin
balını çıxarıb qara damdakı 100-150 kiloluq
taxta tabaqlara, tiyanlara yığardıq. Hacının bal
müştəriləri arandan dəvələrlə gələrdilər.
Qısa vaxtda satlıq balın hamısını alıb
aparardılar. Hacı isə bütün libasını təzələyərdi.
Dədə-babadan
balla ərinmiş inək yağı bütün bazarlarda
daim eyni qiymətdə olub. İndi isə əksinədir.
Şəkər tozunu o ki var qaynadıb qatı şirəyə
azca bal, yovşan, kəklikotu, baldırqan şirələri əlavə
edib təbii bal adına kiloqramını 25-30 manata satanlar elə
imanını da satmış olurlar, ta qiyamət gününə
iman qalmır, ziyan da çəkirlər.
Bu
qış çox sərt gəldi. Şahbuzda 27 dərəcə
şaxta qeydə aldım. İşinin ustası olan
arıçıların təcrübəsi mənim də
köməyimə çatdı. Gərək arılar
qışlamağa hazırlanarkən hər pətəyə
sağ-soldan kiçik yun döşəkçələr
qoyula. Hər arı ailəsi üçün azı 4-5, bəzən
6-7 ədəd dolu, yaxud yarımçıq bal çərçivələri
qışa ehtiyat yem kimi saxlanmalıdır. Bu zaman həmin
ehtiyat orta hissəyə, həm də elə məsafədə
qoyulmalıdır ki, qışda hərəkəti süstləşmiş
arılar sərbəst olaraq bu çərçivədən
o biri çərçivəyə keçə bilsin. Arı
xəstəlikləri və ziyanvericilərinə qarşı
indi hər cür biopreparatlar vardır. Çoxu lent kimi
yandırılır, yaranan tüstü zərərvericiləri
məhv edir. Qışlamağa qoyulan arılara bu üsul tətbiq
edilməli, erkən yazda isə yenidən təkrar
olunmalıdır. Kim desə ki, yazda arılar işə
başlarkən ehtiyat yemi qurtaran arılara şirə vermədən
onları saxlamaq olar, inandırıcı deyil. Şəkər
tozundan hazırlanan şirəyə vitamin və arı
preparatları da əlavə edilərək pətəklərə
verilir. Hələ təbii bal istehsalına 2-3 ay qalanadək zəif
arı ailələrinə bu qaydada qulluq edilməzsə,
arılar acından məhv ola bilər. Verilən belə
şirələrin balla qəti əlaqəsi yoxdur. Həmin
qidalanma arı ailəsini yaşatmaq üçündür.
Elə ki bal hasilatı mövsümü başladı, ta onda
arılara əlavə qida verməyə ehtiyac yoxdur, necə
deyərlər, öz şirəsi özünü də
yaşadır. Beçə verib nəslini artırar, damazlığı
tükənməz.
Ancaq
arı zəhmətinə haram qatanlar qazdan da
ayıqdırlar. Bu məqamı tutaraq süni şirə
hazırlayıb əl-ayaq çəkiləndən sonra, gecə
yarısı ay işığında, yaxud pətəklər
yanına çəkdiyi elektrik işığında
heç kəs görüb bilməsin deyə, pətəklərə
çoxlu şirə qoyurlar. İşlək gənc arı
ailəsi hazır şirələri pətəkdə
üsküklərə yığıb ağzını
möhürləyir. Arının bu yüngül zəhmətilə
“bala” azacıq ətir də gəlir. Müştərilər
belə aldadılır. Haramxorluğu özünə qazanc
yolu seçənlər buna “beçə balı” deyirlər.
Şahbuz
rayonunda halallıqda ad çıxarmış, 50-60 ildən
çox bu sahəyə ömür sərf edən
arıçılardan Məşədi İsa və Məşədi
Qəmbər babalar, Musa, Hacı Əvəz, İdris müəllim,
Prezidentin fərmanı ilə “İlin müəllimi”
adını qazanmış, böyük zəhməti uzun
ömür yolu seçən Yunis müəllim, indiyədək,
bəlkə də, 40 tondan çox təbii bal hasil edən
Əziz Vəliyev, hər dəqiqənin qiymətini bilən
Hənifə Əjdərov, Mətləb Məmmədov, 60 ildən
çox arıçılıqla ailə-uşaqlarını
pərvazlandıran Fatma nənə, Vaqif Hüseynov camaat
içində böyük nüfuza malikdirlər. Kimin təbii
bala ehtiyacı olarsa, bu şəxslərə müraciət
edirlər.
Bir də
ki, arıya ruzi mənbəyi yaratmayanın, ömrü boyu
bircə ting əkməyənin heç arı saxlamağa mənəvi
haqqı belə yoxdur. Taxıl, yonca, xaşa, meyvə
ağacları əkən, hərtərəfli zəhmətə
alışmış insanların borcunu təbiət
özü qaytarır.
Bir dəfə
Hacı Nurəli babanın 7-ci sonbeşik oğlu Mehdi
atasından soruşur ki, ay dədə, eyni arıxanada hərəmizin
səbət payı ayrıdı. Çöl-çəmən
də birdi. Niyə sənin səbətlərin ağzınadək
balla dolur, bizimki yox? Hacı deyir ki, ay oğul, mən bir
günü 3 yerə bölmüşəm. 8 saatı işləyirəm.
8 saatı ibadətə və Tanrı yoluna həsr edirəm,
8 saatı da yatıram. Əkdiyim zəmilərdən,
saldığım bağdan bir kənd dolanır. Sən necə,
aç gör heç əlində qabar varmı? Əlbəttə,
səninlə mənim ruzi payımda fərq olar da, ay oğul,
axı arı halallıq sevir.
Arılar
qışlamağa qoyularkən həmin yun döşəkçələrlə
əhatə olunmalı, arıxanaya yığılmalı, nəmdən,
kifdən, rütubətdən hifz edilməlidir. Əgər
şaxtadan arı ölürsə, bəs onda sal qayaların
daş cablarını özünə ümid, pənah
seçən arı ailələri niyə ölmürlər?
Arını şaxta deyil, nəm, kif, rütubət, soyuq hava
cərəyanı məhv edir, xəstəliyə tutulur.
İndi təqaüddəyəm.
Dönüb gəncliyimə baxanda, heç olmazsa, ondan
razı qalıram ki, dövlətçiliyimizin
yaratdığı şəraitdə aldığım ali təhsili
bada vermədim. 1972-1982-ci illərdə 10 il ərzində
Şahbuz Rayon Kənd Təsərrüfatı İdarəsinin
baş aqronomu və rəisi kimi quraqlığa davamlı,
dağ yamaclarında dəmyə bitən, baltutarlıqda
misilsiz əhəmiyyəti olan xaşa bitkisinin əkinlərini
mövcud 20-30 hektardan 2700 hektara çatdırdım. Təcrübəli
arıçıların bu qədim üsula müraciətini
özüm seçdim. Şahbuz rayonunda
arıçılıq elə vüsət aldı ki, 150-200 pətək
saxlayanlar ildə 3-4 ton xalis bal əldə edərək,
soraqları Bakı, Moskva, Sankt-Peterburqdan gəldi. Təbiət
saflaşdı. Axı, arı qismi həm də təbiətin
barometridir. Arı varsa, müxtəlif bitkilərin çarpaz
tozlanması da var, keyfiyyətli ərzaq və meyvə-tərəvəz
məhsulları da var, yoxdusa, təbiətdə
cırlaşma gedər.
Çox
dərdləri arı zəhəri, arı sancması ilə də
müalicə edirlər. Elmi təbabətdə arı
südü və arı zəhərindən qiymətli dərmanlar
hazırlanır.
Yenə
yaz gəlib, təbiətin ahəngi öz yerindədir.
Arılar çiçəkdən-çiçəyə
qonur, arpa, buğda, çovdar, darı, vələmir, noxud,
çəltik, pambıq, meyvə ağacları, tərəvəz
çiçəkləri, dağlardakı nadir şəfa dərman
bitkiləri, sulu çeşmələr, hər cür məlhəmlər
arıların ruzi mənbəyidir. Əkin-biçin nə qədər
zəngin olarsa, xalis bala da maneəsiz yol açılar. Saxta
balın şəltəsi işləməz.
Xalis bala
quru lavaş qırıntısı əlavə edin, qətiyyən
islanmaz, saxta balın suyu onu dərhal isladar, kibrit dənəsini
balda saxlayın, yandısa, bal təmizdir,yanmadısa,
saxtadı. Xalis bal boğazı yandırır, saxlandıqda
piyə oxşayır. Saxta bal isə qabın dibinə
çöküntü verib şəkər tozundan olduğunu
göstərir. O da bəllidir ki, kim 10 ildən çox
arıçılıqla məşğul olarsa, arının
halal xisləti ona elə nüfuz edər ki, hətta pul
taparsa, axtarıb yiyəsinə çatdırar. Dəyib
toxunmasan, heç kəslə işi olmaz, nahaqdan
dolaşıb təbdən çıxardınsa,
arıçı onu arıdan betər sancar.
Arının
qədr-qiymətini dahi Azərbaycan şairi Nizami Gəncəvi
hələ XII əsrdə nəzmə çəkmişdir:
Pətəkdə iki cür
arı var müdam,
Necə ki, pərvanəni
aldadır
şam.
Biri yem daşıyır
hey axşam, səhər,
O biri gizlincə
o yemdən yeyər.
Bal verən
arının bircəsi,Bal –
min-bir dərdin dərmanı olan İlahi nemət
Ona haram qatanlar, görəsən, nə
qədər
günah etdiklərinin fərqindədirlərmi?
“Rəbbin
bal arısına belə vəhy (təlqin) etdi: ”Dağlarda,
ağaclarda və (insanların) qurduqları çardaqlarda
(evlərin damında, üzümlüklərdə)
özünə evlər tik (pətəklər sal); Sonra
bütün meyvələrdən ye və Rəbbinin sənə
göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya Rəbbinin
yollarını itaətlə tut!) (O arıların)
qarınlarından insanlar üçün şəfa olan
müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal
çıxar..." (Qurani-Kərim. Ən-Nəhl surəsi,
68-69-cu ayələr)
İlahi
tərəfindən məhz insanlar üçün şəfa
mənbəyi olaraq yaradılmış bal haqqında bu qeydlərimə
müqəddəs kitabımızın mübarək ayələri
ilə başlamağım heç də təsadüfi deyil.
Məsələ burasındadır ki, min-bir dərdin dərmanı
olan arı balına uzanan haram əllər son dövrlərdə
xeyli artıb və bu da təbiidir ki, ondan gözlənilən
şəfanı azaldır. Şübhəsiz, bu, heç də
bütün arıçılara aid deyil. Halalı-haramdan
ayıran, imanlı, insaflı arıçılar da kifayət
qədərdir və onların bir çoxunu mən də
tanıyıram. Belələri barədə söhbət
açmazdan əvvəl bu suala cavab axtaraq: Xalis bal nədir?
Yarım əsrdən
çoxdur ki, dövri mətbuatımızda təbiətlə
bağlı müxtəlif səpkili yazılarla çox
çıxışım olub. Təbii bal barədə də
oxuculara məlumat vermişəm. Lakin iki il əvvəl belə
qənaətə gəldim ki, uzun müddət təcrübəli
arıçılarla olan ünsiyyətimi konkret sahəyə
çevirim — arıçılıqla da məşğul
olum. Doğrudur, çox sayda pətək saxlamağa fiziki
imkanım olmadığından 4 pətəyi bəsləməyə
başladım. Sən demə, qoyun, quzu, mal-davar saxlamaq
arı ailəsi yanında şükürlü bir işdir.
Arı ailəsinə qulluq qırxlı çağa qədər
gündəlik qayğı tələb edən, olduqca incə
və həssas bir sahədir.
Yadımdadı,
12 yaşım vardı, nənəmin səbətdən kəsib
mənə verdiyi təzə-tər şan balın əsl
dadı bu il — təqribən 60 ildən sonra yenidən
damağıma gəldi. Öz pətəklərimdən
nübar bal götürdük. Yəqin etdim ki, həqiqi arıçılar
bazarı tanımır, onun müştəriləri erkən
yazda tələbat olan balın çəki sifarişini verir
və vaxtında sahibinə çatdırırlar. Arabir
satılanlar isə “əl gəzdirilmiş” baldır. Əsl
təbii bal kəsiləndən bir neçə ay sonra
hansı qabda saxlanılmasından asılı olmayaraq, bərkiyib,
ağarıb əridilmiş qoyun quyruğunun yağıtək
donmuş piyə oxşayır. Süfrəyə verərkən
bal camını isti suda saxlamaqla şəffalaşdırıb
onu ilkin halına da gətirmək olar.
Arı
ailəsinin arı südü, çiçək tozu, mum, bərəmum
məhsulları ilə yanaşı, əsas məhsulu
sayılan bal toplandığı çiçəklərin rənginə
uyğun olaraq qonura çalan, şəffaf, ətirli,
fermentativ, şirinliyi boğaz yandıran, süzüləndə
hətta şırnağı tük qədər nazilsə də,
qırılmayan bircinsli kütlədir. Əgər nəzərə
alsaq ki, 1 kilo bal üçün arılar 20 milyon
çiçəyədək qonub xortumu ilə şirə
toplayırsa, onda balın kimyəvi tərkibinin 4 min ildir tam
öyrənilib başa çatmadığı
sirli-soraqlı təbiəti heç kəsdə şübhə
yaratmaz. Arılar təkcə nektar çəkmir, yarpaq səthindən,
tumurcuqlardan, çiçək tacı yanlığı və
yarpaq, tumurcuq qoltuqaltı qətranlardan, meyvə səthi
kutikula örtüyündən, bakterisid mənşəli
bitkilərin yerüstü hissələrindən, müxtəlif
palçıqlardan, şirin, cod və mineral sulardan, hətta
yarğan və tirimlərin nəmli süxurlarından mineral
maddələr də daşıyırlar. Pətəkdə isə
müxtəlif işçi qrup arılar su daşıyaraq
ağzında bu biofəal maddələri həll edir,
üsküklərdə bal yığan arılara
ötürür. Mürrəkəb tərkibli bu maddələr
ana arının gündəlik qidalandırdığı
üç minədək yeni sürfələrə, şan
çəkilişinə, üskük hazırlığına,
arı südünə, çiçək toruna, muma, bərəmuma
sərf edilir. Hazır bal üskükləri dolduqca bir-bir
möhürlənib ətraf mühitdən izolə edilir. Onun
səthindəki təbəqəyə balın
“qaymağı” deyilir. Bal süzmə əməliyyatında
xüsusi alət olan ərsinlə həmin qaymaqlar sivrilib bir
qaba yığılır ki, balsüzən maşından
ağzı açılmış üsküklərdən
balın hamısı süzülə bilsin. Bal
qaymağının üzünə Dədə Ələskər
“narın üz” adını vermişdir:
...Yaxşı olar bal qatanda
qaymağa,
Onlardan da şirin olar narın
üz...
Balın
narın üzü balın özündən 3-4 dəfə
bahadır. Belə desək, 100 kilo süzmə baldan vur-tut 1-2
kilo bal qaymağı çıxır. Ağciyər xəstəliyinə
tutulmuş şəxslərin müalicəsində balın
qaymağı ilə qaynar inək südünün
qarışığı qədər dünyada ikinci bir dərman
yoxdur. Çünki arı min bir zəhmətlə hasilə
gətirdiyi balı üsküklərə yığandan sonra
ona vurduğu möhürə heç bir virus, infeksiya yol tapa
bilməz.
Misirin
Qahirə Universitetində şəffaf materialdan arı pətəyi
hazırlayıblar. Məqsəd pətəkdə ana
arıdan tutmuş, qapıdakı gözətçi, sanitar,
pərləri ilə yayda sərinlik, qışda istilik yaradan
işçi qrupun fəaliyyətini nəzarətdə
saxlamaq və kənardan müşahidə etmək idi. Lakin
arı ailəsi 3-4 günün içərisində
bütün işi dayandırıb şəffaf təbəqəni
qara bərəmumla elə suvamışdır ki, içəri
görünməz olmuşdur.
Ta qədimdən
el arasında bir məlhəm adı var: mumurqan. İki
qaşıq inək yağına bir o qədər də
arı mumu qatılır, bir qabda köz üstə əridilir.
Bircinsli maye oddan düşürüləndə donur. İl
boyu kimin əllərində, dabanlarında çat əmələ
gəlirsə, yüz cür kremlər bir yana, mumurqanın
yaxması bir yana. Axşamdan çəkilən mumurqan səhərə
öz təsirini göstərir. Bu da dağ yerlərində
qarın əriməsi ilə əl-ayağa dəyən sudan,
havadan əmələ gələn dəri
çatlarıdır ki, onun da qənimi mumurqandır.
Arı təmizlik
sevir. Qarışqadan qorumaq üçün hər pətəyin
dörd dayağının hamısına adi sürtkü
yağı çəkiləndə neft iyinə görə zərərvericilər
pətəyə daxil ola bilmir. Bəzən çöl şəraitində
ilanlar da pətəyə daxil ola bilir. Arılar dərhal
ilanı sancıb öldürürlər, amma pətəkdən
bayıra çəkib salmağa gücləri
çatmır. 70 ildən çox arıçılıqla məşğul
olmuş 100 yaşlı Məşədi İsa baba deyirdi ki,
bir yaz günündə arı pətəklərinə qulluq
edirdim, qutularda ölmüş arıların
qalıqlarını kiçik fırça ilə təmizləyirdim.
Birdən pətəyin döşəməsində əyri-üyrü
bir bərəmum zolağı gördüm. Ərsinlə
qaldıranda baxdım ki, ilan ölüsüdü. Arılar
öldürdüyü ilanı elə suvamışdılar
ki, deyirdin, bəs indicə ölüb, iyi-qoxusu gəlmirdi.
Görünür, qədim fironların mumyalanıb bu günədək
olduğu kimi saxlanması sirli-soraqlı arı dünyası
ilə bağlıdır. Hətta yayın qızmarında səhrada
ölmüş fateh İskəndəri də vətəninə
balın içərisində olduğu kimi çatdıra
bilmişlər.
Balın
möcüzəsi bitib-tükənən deyil. Yüz il əvvəl
Şahbuzun Yuxarı Qışlaq kəndində olan Kalba
İskəndərin bud əzələsinə erməni
gülləsi dəyir. Dava-dərmanın, təbibin də az
olduğu əyyamlar imiş. Bu günlərədək
yaşayan 95 yaşlı Mehrac baba deyirdi ki, Kalba İskəndər
igid adam idi. Onu gətirdilər. Dənər inək
yağı ilə şan balı ocaqda əritdilər.
Özü əmr etdi ki, isti-isti yaranın ağzına
töksünlər. Güllə çıxan yerdən məlhəm
axmağa başladı. Bacıları əl atıb üzlərini
didəndə heç “of!” da deməyən Kalba İskəndər
dedi ki, qorxmayın, sağalacam. Belə də oldu. Dağ
olmuş yağ-bal məlhəmi yaranı necə
sağaltdısa, heç ömrü boyu axsamadı da.
Belə
möcüzə yurdumuzda bir də Naftalan neftindəndir. Məlumdur
ki, Birinci cahan mücadiləsində almanların Goranboydan
aparıb öz vətənlərində 200 qramlıq konserv
qutularında bağladıqları Naftalan nefti hər əsgərin
çantasında olarmış. Güllə dəyən yerdən
axıdılaraq güllə çıxan yerədək
Naftalan nefti yaranı infeksiyadan qoruyub sağaldarmış.
Arıçı
zəhməti olduqca çətindir. İndiki taxta qutular son
100 ilin təcrübəsidir. Ta qədimdən meşə və
kolluqlarda bitən gərməşov adlı bitkinin cavan
pöhrələrindən arı səbətləri
toxunardı. Maraqlıdır ki, hətta 100 ildən çox əvvəl
toxunan gərməşov səbətlərindən Şahbuz
rayonunda indi də arıçılar istifadə edirlər.
Əvvəla, gərməşovda elə spesifik iy vardır
ki, arılara məxsus nə qədər zərərverici və
xəstəlik törədicisi varsa, bu iyə tab gətirmədən
öz-özünə məhv olur. İkincisi, arı nəfəsi
dəyən bu quru pöhrələrdə çürümə
olmur. Deyirsən, bəs koldan 100 il əvvəl yox, elə bu
gün qırmısan. Arı səbətinə qulluq işi
isə çətindir, qapaq deyil ki, qaldırıb baxa biləsən.
Belə səbətlər mal-davar peyini ilə suvanardı. Qar-yağışa
məruz qalmasın deyə, hər kəsin üzü qibləyə
tikilən arxanaları olardı. Anam deyərdi ki, Hacı Nurəli
babamızın 600-dən çox arı səbəti var idi.
Bal kəsimi azı 10 gün davam edərdi. Qohum-əqrəba
arasından yalnız məni seçərdi. Deyərdi,
arı haram götürmür. Səni sınamışam.
Balkəsən bala xəyanət edərsə, arı haram
götürməz, hamısı qırılar. Bu minvalla 10
günədək bu səbətlərin balını
çıxarıb qara damdakı 100-150 kiloluq taxta tabaqlara,
tiyanlara yığardıq. Hacının bal müştəriləri
arandan dəvələrlə gələrdilər. Qısa
vaxtda satlıq balın hamısını alıb
aparardılar. Hacı isə bütün libasını təzələyərdi.
Dədə-babadan
balla ərinmiş inək yağı bütün bazarlarda
daim eyni qiymətdə olub. İndi isə əksinədir.
Şəkər tozunu o ki var qaynadıb qatı şirəyə
azca bal, yovşan, kəklikotu, baldırqan şirələri əlavə
edib təbii bal adına kiloqramını 25-30 manata satanlar elə
imanını da satmış olurlar, ta qiyamət gününə
iman qalmır, ziyan da çəkirlər.
Bu
qış çox sərt gəldi. Şahbuzda 27 dərəcə
şaxta qeydə aldım. İşinin ustası olan
arıçıların təcrübəsi mənim də
köməyimə çatdı. Gərək arılar
qışlamağa hazırlanarkən hər pətəyə
sağ-soldan kiçik yun döşəkçələr
qoyula. Hər arı ailəsi üçün azı 4-5, bəzən
6-7 ədəd dolu, yaxud yarımçıq bal çərçivələri
qışa ehtiyat yem kimi saxlanmalıdır. Bu zaman həmin
ehtiyat orta hissəyə, həm də elə məsafədə
qoyulmalıdır ki, qışda hərəkəti süstləşmiş
arılar sərbəst olaraq bu çərçivədən
o biri çərçivəyə keçə bilsin. Arı
xəstəlikləri və ziyanvericilərinə qarşı
indi hər cür biopreparatlar vardır. Çoxu lent kimi
yandırılır, yaranan tüstü zərərvericiləri
məhv edir. Qışlamağa qoyulan arılara bu üsul tətbiq
edilməli, erkən yazda isə yenidən təkrar
olunmalıdır. Kim desə ki, yazda arılar işə
başlarkən ehtiyat yemi qurtaran arılara şirə vermədən
onları saxlamaq olar, inandırıcı deyil. Şəkər
tozundan hazırlanan şirəyə vitamin və arı
preparatları da əlavə edilərək pətəklərə
verilir. Hələ təbii bal istehsalına 2-3 ay qalanadək zəif
arı ailələrinə bu qaydada qulluq edilməzsə,
arılar acından məhv ola bilər. Verilən belə
şirələrin balla qəti əlaqəsi yoxdur. Həmin
qidalanma arı ailəsini yaşatmaq üçündür.
Elə ki bal hasilatı mövsümü başladı, ta onda
arılara əlavə qida verməyə ehtiyac yoxdur, necə
deyərlər, öz şirəsi özünü də
yaşadır. Beçə verib nəslini artırar,
damazlığı tükənməz.
Ancaq
arı zəhmətinə haram qatanlar qazdan da
ayıqdırlar. Bu məqamı tutaraq süni şirə
hazırlayıb əl-ayaq çəkiləndən sonra, gecə
yarısı ay işığında, yaxud pətəklər
yanına çəkdiyi elektrik işığında
heç kəs görüb bilməsin deyə, pətəklərə
çoxlu şirə qoyurlar. İşlək gənc arı
ailəsi hazır şirələri pətəkdə
üsküklərə yığıb ağzını
möhürləyir. Arının bu yüngül zəhmətilə
“bala” azacıq ətir də gəlir. Müştərilər
belə aldadılır. Haramxorluğu özünə qazanc
yolu seçənlər buna “beçə balı” deyirlər.
Şahbuz
rayonunda halallıqda ad çıxarmış, 50-60 ildən
çox bu sahəyə ömür sərf edən
arıçılardan Məşədi İsa və Məşədi
Qəmbər babalar, Musa, Hacı Əvəz, İdris müəllim,
Prezidentin fərmanı ilə “İlin müəllimi”
adını qazanmış, böyük zəhməti uzun
ömür yolu seçən Yunis müəllim, indiyədək,
bəlkə də, 40 tondan çox təbii bal hasil edən
Əziz Vəliyev, hər dəqiqənin qiymətini bilən
Hənifə Əjdərov, Mətləb Məmmədov, 60 ildən
çox arıçılıqla ailə-uşaqlarını
pərvazlandıran Fatma nənə, Vaqif Hüseynov camaat
içində böyük nüfuza malikdirlər. Kimin təbii
bala ehtiyacı olarsa, bu şəxslərə müraciət
edirlər.
Bir də
ki, arıya ruzi mənbəyi yaratmayanın, ömrü boyu
bircə ting əkməyənin heç arı saxlamağa mənəvi
haqqı belə yoxdur. Taxıl, yonca, xaşa, meyvə
ağacları əkən, hərtərəfli zəhmətə
alışmış insanların borcunu təbiət
özü qaytarır.
Bir dəfə
Hacı Nurəli babanın 7-ci sonbeşik oğlu Mehdi
atasından soruşur ki, ay dədə, eyni arıxanada hərəmizin
səbət payı ayrıdı. Çöl-çəmən
də birdi. Niyə sənin səbətlərin ağzınadək
balla dolur, bizimki yox? Hacı deyir ki, ay oğul, mən bir
günü 3 yerə bölmüşəm. 8 saatı işləyirəm.
8 saatı ibadətə və Tanrı yoluna həsr edirəm,
8 saatı da yatıram. Əkdiyim zəmilərdən,
saldığım bağdan bir kənd dolanır. Sən necə,
aç gör heç əlində qabar varmı? Əlbəttə,
səninlə mənim ruzi payımda fərq olar da, ay oğul,
axı arı halallıq sevir.
Arılar
qışlamağa qoyularkən həmin yun döşəkçələrlə
əhatə olunmalı, arıxanaya yığılmalı, nəmdən,
kifdən, rütubətdən hifz edilməlidir. Əgər
şaxtadan arı ölürsə, bəs onda sal qayaların
daş cablarını özünə ümid, pənah
seçən arı ailələri niyə ölmürlər?
Arını şaxta deyil, nəm, kif, rütubət, soyuq hava
cərəyanı məhv edir, xəstəliyə tutulur.
İndi təqaüddəyəm.
Dönüb gəncliyimə baxanda, heç olmazsa, ondan
razı qalıram ki, dövlətçiliyimizin
yaratdığı şəraitdə aldığım ali təhsili
bada vermədim. 1972-1982-ci illərdə 10 il ərzində
Şahbuz Rayon Kənd Təsərrüfatı İdarəsinin
baş aqronomu və rəisi kimi quraqlığa davamlı,
dağ yamaclarında dəmyə bitən, baltutarlıqda
misilsiz əhəmiyyəti olan xaşa bitkisinin əkinlərini
mövcud 20-30 hektardan 2700 hektara çatdırdım. Təcrübəli
arıçıların bu qədim üsula müraciətini
özüm seçdim. Şahbuz rayonunda
arıçılıq elə vüsət aldı ki, 150-200 pətək
saxlayanlar ildə 3-4 ton xalis bal əldə edərək,
soraqları Bakı, Moskva, Sankt-Peterburqdan gəldi. Təbiət
saflaşdı. Axı, arı qismi həm də təbiətin
barometridir. Arı varsa, müxtəlif bitkilərin çarpaz
tozlanması da var, keyfiyyətli ərzaq və meyvə-tərəvəz
məhsulları da var, yoxdusa, təbiətdə
cırlaşma gedər.
Çox
dərdləri arı zəhəri, arı sancması ilə də
müalicə edirlər. Elmi təbabətdə arı
südü və arı zəhərindən qiymətli dərmanlar
hazırlanır.
Yenə
yaz gəlib, təbiətin ahəngi öz yerindədir.
Arılar çiçəkdən-çiçəyə
qonur, arpa, buğda, çovdar, darı, vələmir, noxud,
çəltik, pambıq, meyvə ağacları, tərəvəz
çiçəkləri, dağlardakı nadir şəfa dərman
bitkiləri, sulu çeşmələr, hər cür məlhəmlər
arıların ruzi mənbəyidir. Əkin-biçin nə qədər
zəngin olarsa, xalis bala da maneəsiz yol açılar. Saxta
balın şəltəsi işləməz.
Xalis bala
quru lavaş qırıntısı əlavə edin, qətiyyən
islanmaz, saxta balın suyu onu dərhal isladar, kibrit dənəsini
balda saxlayın, yandısa, bal təmizdir,yanmadısa,
saxtadı. Xalis bal boğazı yandırır, saxlandıqda
piyə oxşayır. Saxta bal isə qabın dibinə
çöküntü verib şəkər tozundan olduğunu
göstərir. O da bəllidir ki, kim 10 ildən çox
arıçılıqla məşğul olarsa, arının
halal xisləti ona elə nüfuz edər ki, hətta pul
taparsa, axtarıb yiyəsinə çatdırar. Dəyib
toxunmasan, heç kəslə işi olmaz, nahaqdan
dolaşıb təbdən çıxardınsa,
arıçı onu arıdan betər sancar.
Arının
qədr-qiymətini dahi Azərbaycan şairi Nizami Gəncəvi
hələ XII əsrdə nəzmə çəkmişdir:
Pətəkdə iki cür
arı var müdam,
Necə ki, pərvanəni
aldadır
şam.
Biri yem daşıyır
hey axşam, səhər,
O biri gizlincə
o yemdən yeyər.
Bal verən arının bircəsi,
yəqin,
Yüzündən yaxşıdır
bal yeyənlərin.
Qaşdar ƏLİYEV,
respublikanın əməkdar təbiəti
mühafizə işçisi, aqronom-fenoloq
Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 7.