IMC Krems TEU-nun prezidenti Heinz Boyer ATİ-nin qonağı olmuşdur

 

Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (IMC Krems TEU) prezidenti Heinz Boyer prorektoru Karl Kristian Ensfelner bu günlərdə Azərbaycan Turizm İnstitutunun qonağı olmuşdur.

ATİ-nin mətbuat xidmətindən bildirmişlər ki, institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları səmimi salamladıqdan sonra hər iki ali təhsil ocağı arasında illərlə uğurla davam edən əməkdaşlıqdan məmnun qaldığını xüsusi vurğulamışdır. Görüş əsnasında ATİ ilə IMC Krems TEU əməkdaşlığının daha geniş müstəvidə inkişaf etdirilməsi imkanları müzakirə olunmuş, qarşılıqlı əlaqələrin bundan sonra da davamlılığını təmin etmək üçün təkliflər dəyərləndirilmişdir.

Görüşdə hər iki ali təhsil müəssisəsi arasında mümkün yeni işbirliyi perspektivləri müəyyənləşdirilmişdir. Sonda IMC Krems TEU-nun prezidenti Heinz Boyerprorektoru Karl Kristian Ensfelner ATİ ilə 2007-ci ildən davam edən və ölkəmizdə ilk dəfə tətbiqini tapan ikili diplom proqramı üzrə uğurlu əməkdaşlıqdan razı qaldıqlarını diqqətə çatdırmışlar. ATİ-yə səfər zamanı qonaqlar əməkdaşlıq çərçivəsində Azərbaycan – Avstriya Turizm proqramı (AATP) üzrə institutun bakalavr pilləsində təhsil alan tələbələri ilə görüşmüşlər.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 22 aprel.- S. 5.