Ulu öndər Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü
münasibətilə Bakının
Nizami rayonunda tədbirlər keçirilir
“Vətən mənə oğul desə nə dərdim...”
Müstəqil Azərbaycan dövlətinin
xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
münasibətilə Nizami
rayonu 201 saylı orta məktəbdə “Vətən mənə oğul desə nə dərdim...” vətənpərvərlik mövzusunda
tədbir keçirilib.
Tədbir
iştirakçıları öncə mövzuya uyğun yaradılmış
sərgi ilə tanış olublar. Akt zalında
davam etdirilən tədbirdə çıxış
edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov və Yeni Azərbaycan
Partiyası Nizami rayon
təşkilatının sədri,
Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildiriblər ki, insanın ən ali və əzəli
hisslərindən olan
vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya,
torpağa, vətəndaşı
olduğu ölkəyə
məhəbbətdən qaynaqlanır.
Lakin vətənpərvərlik təkcə
Vətəni sevmək
deyil. Vətənpərvərlik
həm də Vətənin naminə çalışmaq, Vətəni
qorumağa hər an hazır olmaq,
onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar
göstərmək, Vətənin,
xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda
anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da
möhkəmlənir və
inkişaf edir.
Sonra məktəb
kollektivinin hazırladığı
“Vətən mənə
oğul desə nə dərdim...” adlı ədəbi-bədii
kompozisiya nümayiş
etdirilib. Eyni zamanda, gənc
rəssamlar mövzuya
uyğun çəkdikləri
şəkilləri qonaqlara
təqdim ediblər.
“Paintball” yarışı
keçirilib
Nizami Rayon İcra
Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Bakı
Paintball Mərkəzində paintball yarışı keçirmişlər.
Tədbirin açılışında çıxış edən
YAP Nizami rayon təşkilatının
şura üzvləri
Əkbər Miskinov, Ələmdar Bayramov, rayon
təşkilatının aparat
rəhbəri Ramil Vəlibəyov çıxışlarında
bildirmişlər ki, insanda vətənpərvərlik
hissi qəhrəmanlığın
əsasını qoyan
amildir.
Çıxışlardan sonra yarışa start verilib. Yarışda “Mübariz”,
“Fərid”, “İbadın
kəşfiyyatçıları” və “Nizami” komandaları iştirak ediblər. Peşəkarlıq nümayiş etdirən
“İbadın kəşfiyyatçıları”
komandasının üzvləri
yarışın qalibi
olublar.
Məktəblilər arasında “breyn-rinq”
intellektual yarışı
Nizami Rayon İcra
Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı rayon məktəbliləri
arasında “breyn-rinq” intellektual yarış keçirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanda müasir, müstəqil və demokratik dövlətin qurulmasında, onun inkişafında ümummilli
lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış
uğurlardan danışıb.
Qeyd edib ki, bu
gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən YAP-ın sədri, Prezident İlham Əliyevin əsas məqsədlərindən biri
də ölkədə
intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır.
İntellektual yarışların keçirilməsində də
məqsəd dövlətin
gənclər siyasətinə
dəstək vermək
və gənc intellektləri üzə çıxarmaqdır.
Sonra YAP
Nizami rayon təşkilatının
Heydər Əliyev Muzeyində yarışa
start verilib.Yarışda rayonun
12, 61, 229, 238, 328 saylı orta
məktəblərin, 70 saylı,
“Zəngi” və 4 nömrəli Bakı peşə liseylərinin,
Bakı Qida Sənayesi və Bakı Texniki kolleclərin komandaları
iştirak edib. İştirakçılara ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyətinə dair
30 sual verilib. Lakin komandalar arasında rəqabət güclü
olduğundan əlavə
suallar da səsləndirilib. Yalnız
bundan sonra birinci, ikinci və üçüncü
yerlərin qalibləri
müəyyənləşib.
Yarışın qalibi 328 saylı orta məktəbin şagirdləri olub, ikinci və üçüncü yerləri
isə müvafiq olaraq, 70 saylı və “Zəngi” liseylərinin komandaları
bölüşüblər.
Xalq qəzeti.- 2014.-
23 aprel.- S. 4.