Bakı Dövlət Universiteti: 100 ilin astanasında

 

Dünyanın ən nüfuzlu universitetləri sırasına qatılmağı qarşısına məqsəd qoyan Bakı Dövlət Universiteti “QS World University Rankings-2012" reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən müəyyən edilən ən yaxşı 2000 universitetin siyahısında yer alır, universal elmi, müasir təhsili, texnoloji inkişafı, elmi araşdırmaları ilə sürətlə inkişaf edir. Bu ali təhsil müəssisəsinin məqsədi yaradıcı, dinamik, milli dəyərləri unutmadan qlobal innovasiyalara hakim, araşdırma qabiliyyətləri inkişaf etmiş, peşə etikasına sahib, ictimai əlaqələri güclu, ölkəyə, cəmiyyətə, ümümən insanlığa faydalı məzunlar yetişdirməkdir.

Dünya təhsil məkanına inteqrasiya, yüksək ixtisaslı kadrların hazırlanması, yeni elmi məktəblərin formalaşdırılması kimi vəzifələri yerinə yetirən sözügedən universitet çətin və şərəfli bir tarixi yol keçib.

Uzun müddət imperiya əsarətində yaşayan Azərbaycan xalqı 1918-ci ildə milli istiqlalını qazandı, Şərqin ilk demokratik dövləti - Azərbaycan Demokratik Respublikası (ADR) elan olundu. ADR Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən tarixli iclasında Bakı Universiteti təsis edildionun Nizamnaməsi təsdiq olundu. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi”.

Universitet ilk tədris ilini iki fakültə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Ali məktəbin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski oldu.O, sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərək yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hiss edə bilərik.”

Azərbaycan milli dövlətinin və ilk universitetinin təməl daşını quranlardan olan M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu”əsərində bu təhsil ocağının məramını belə açıqlayırdı: “Bakı Universiteti Azərbaycan gəncliyini elmtexnika əsrinə hazırlamaq üçün açılmışdı”. Bu hazırlığın müasir günlərdə özünü necə doğrultduğu göz qabağındadır.

Bakı Universiteti hələ yarandığı vaxtdan Azərbaycan xalqının elm və təhsilə olan tələbatını ödəməklə yanaşı, milli şüurun, müstəqil dövlətçilik hisslərinin gücləndirilməsinə xidmət edirdi. Onun fəaliyyəti bütövlükdə müsəlman və türk dünyasına təsir göstərirdi.

1920-ci il aprelin 28-də ADR-in süqutu, bolşeviklərin Azərbaycanı işğal etməsi ilə universitetin ideya-siyasi istiqaməti, elmi fəaliyyəti sovet ideologiyası əsasında quruldu. 1930-cu ildə Xalq Komissarları Sovetinin qərarına əsasən yenidən qurulma (reorqanizasiya) adı ilə ləğv edilən dövlət universitetinin fəaliyyəti 1934-cü ildə bərpa olundu. İkinci Dünya müharibəsi universitetin də fəaliyyətinə mənfi təsir göstərdi. Müharibənin başlandığı ilk günlərdən müəllim-tələbə kollektivinin böyük hissəsinin cəbhəyə getməsi kadr çatışmazlıqlarına səbəb oldu. Buna baxmayaraq universitet ölkədə mühüm mövqeyini qoruyub saxlaya bildi, bu ali məktəbin alimləri beynəlxalq əhəmiyyətli bir sıra kəşflərə imza atdılar. Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsi müharibə illərində hərbi aviasiya sənayesində sovet təyyarələri üçün həlledici rol oynadı.

1960-cı illərin sonlarından etibarən universitet yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu, BDU-nun dünyaşöhrətli məzunu, dahi siyasətçi Heydər Əliyevin adı, siyasi hakimiyyəti və fəaliyyəti ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə universitetin maddi- texniki təchizatı möhkəmləndirildi, yeni ixtisaslar üzrə fakültələr, kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Universitet xarici ölkələr üçün də mütəxəssis hazırlayan əsas mərkəzlərdən biri oldu. Bu nailiyyətlərin nəticəsi olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.

Azad fikrin, demokratiyanın, milli azadlıq hərəkatının mərkəzlərindən birinə çevrilən universitet 1989- cu ildə öz tarixi adını bərpa edərək Bakı Dövlət Universiteti adlandırıldı. Bu dönəmdə universitetin əməkdaşları, tələbə və məzunları müstəqillik uğrunda mübarizənin ön sıralarında olmuş, Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə iştirak etmişlər. Bu gün universitetin həyətində onların – Vətənin azadlığı uğrunda şəhid olan oğulların xatirəsinə ucaldılan abidə tələbələrə vətənpərvərlik örnəyidir.

Bakı Dövlət Universiteti respublikada fəaliyyət göstərən ali təhsil müssisələrinin əksəriyyətinin, o cümlədən tibb, iqtisad, pedaqoji universitetlərinin, habelə Azərbaycan Elmlər Akademiyasının yaradılmasında baza rolunu oynamışdır.

Hazırda 2000-ci il iyun 13-dən muxtariyyət statusu alan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir. Demokratik quruluşu ilə tələbələrə dəyər və məsuliyyət verən, şəffaflıq, bərabər imkanlar kimi dəyərləri qanun bilən Bakı Dövlət Universiteti azad və tənqidi düşünməyi dəstəkləyən bir mühit təqdim edir, sosial və mədəni fəaliyyətilə həyatın hər sahəsini rəngləndirir.

Universitet müasir, universal təhsilin ünvanı, elmi tədqiqatların mərkəzidir. Bu gün 17 fakültəsi, 130 kafedrası, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 24 elmi-tədqiqat laboratoriyası olan bu müəssisədə elmin müxtəlif istiqamətlərinə aid fundamental tətbiqi xarakterli tədqiqatlar aparılır. Burada 3000 elmlər doktoru, 250 professor-müəllim heyəti bilik bacarığını güclü modern Azərbaycanın gələcəyinə yol açan gənc kadrların yetişdirilməsinə sərf edir. Təhsildə Boloniya prosesi-vahid kreditləşmə diplomların dünya səviyyəsində qarşılıqlı tanınması sistemi tətbiq edilir, tədrisin təşkilində video distant təhsildən istifadə olunur. Azərbaycan, rus ingilis dillərində bakalavr, magistratura doktorantura pilləsində 65 ixtisas üzrə cəmiyyətin müxtəlif sahələrinə istiqamət verəcək mütəxəssislər hazırlanır. Dünyanı tanımaq, beynəlxalq standartlara çatmaq üçün dünya dilləri öyrədilir. Universitetdə təhsil alan xarici tələbələrin Azərbaycan rus dillərini öyrənməsi üçün praktiki dil kursları təşkil olunur.

Bakı Dövlət Universitetində fundamental humanitar elmlərin bütün sahələrini əhatə edən jurnallar- elmi xəbərlər nəşr edilir. Universitetin nəzdindəki Riyaziyyat Elmi - Tədqiqat İnstitutunun beynəlxalq indekslə nəşr olunanApplicd and Computational” (Tətbiqi hesablama riyaziyyatı) jurnalı impakt-faktor statusundadır.

Universitet əməkdaşları bir sıra ölkədaxili beynəlxalq elmi lahiyələrdə iştirak edərək qrantlar qazanmışlar. Universitetinin rektoru, akademik Abel Məhərrəmov Beynəlxalq EKO təşkilatının elm üzrə Qızıl medalına, nanomateriallar nanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə İslam Təhsil, Elm Mədəniyyət Təşkilatının (İSESCO) “Elm texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”na layiq görülmüşdür. Universitetdə elm təhsilin inkişafı məqsədilə BDU-nun rektoru akademik A. Məhərrəmovun əmri ilə universitetdaxili “50+50" qrant proqramı təsis edilmişdir. Müsabiqənin qaliblərinə universitetin xüsusi vəsaiti hesabına qrant verilir.

Bakı Dövlət Universitetində elmin təhsilin bütün aspektlərini ehtiva edən 2,5 milyon nüsxədən çox kitab fonduna malik elmi kitabxana, müasir poliqrafik avadanlıqlarla təchiz olunmuşBakı Universiteti Nəşriyyatıfəaliyyət göstərir. Nəşriyyat dərslik, dərs vəsaitləri, proqram metodik vasitələr, iri həcmli monoqrafiyaların 1919-cu ildən nəşr edilənBakı Universitetiqəzetinin çapını reallaşdırır.

Bu gün qlobal elm təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşulan Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri dinamik şəkildə inkişaf edir. Xarici ölkələrin Azərbaycandakı səfirlik nümayəndələri ilə, nüfüzlu beynəlxalq qurumlarla əməkdaşlıq edən universitet Avrasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələri Universitetləri Assosiasiyasının, Qara Dəniz Hövzəsi Ölkələrinin Assosiasiyasının üzvüdür. Bu ali təhsil ocağı dünyanın 100-dən artıq aparıcı universiteti ilə, o cümlədən Moskva, Ankara, İstanbul, Praqa, Buxarest, Berlin, İndiana, Sarbonna, Florensiya, Varşava, Tbilisi, Afina, Kiyev, Qahirə universitetləri ilə müqavilələr, anlaşma memorandumu imzalayir, elmi konfrans simpoziumlar təşkil edir, tələbə müəllim, elmi informasiya mübadiləsi qurur. Universitetdə fəaliyyət göstərən Çin Təhsil Araşdırma, Amerikaşünaslıq, Azərbaycan-Koreya İnformasiya Təminatı, Yunus Emre Kültür mərkəzləri BDU-nun dünya dövlətləri təşkilatları ilə qarşılıqlı dostluq münasibətlərinin təzahürüdür.

Bakı Dövlət Universitetində orjinal tematik strukturlu Heydər Əliyev, universitetin tarixi, arxeologiya etnoqrafiya, Azərbaycanın faydalı qazıntıları, təkamül təlimi muzeyləri dünyada mövcud olan iki velosiped idmanı muzeyindən biri fəaliyyət göstərir.

Universitetdə tədrisin təşkilində, elmi tədqiqatlarda yeni texnologiyalar tətbiq olunur. Bundan başqa, burada bioekologiya, nanoaraşdırmalar laboratoriyaları, meteoroloji müşahidə məntəqəsi, “İnternet TV” studiyası fəaliyyət göstərir.

Universitetdə vaxtaşırı dünyanın aparıcı universitetlərinin professorları, tanınmış alimlər mühazirələr deyir. Bu yaxınlarda Nobel Mükafatı laureatları Laflin Robert Betts (fizik), David Gross (fizik), Markus Rudolf Arturun (kimya) işirakı ilə keçirilənNanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlaradlı seminar həmin qəbildəndir.

Universitetin Altıağac təcrübə bazası Quba tədris-təcrübə istirahət mərkəzində istehsalat təcrübələrinin keçirilməsi üçün müxtəlif istiqamətlər üzrə laboratoriyalar, elektron kitabxana ilə yanaşı, tələbələrin professor-müəllim heyətinin istirahəti, universitet qonaqlarının yerləşdirilməsi üçün hər cür şərait yaradılmışdır.

BDU- nun nəzdində fəaliyyət göstərənGənc istedadlarliseyi istedadları axtarıb üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq məqsədilə yaradılmışdır. Bu gün tələb olunan kadrlara maddi- texniki bazaya malik liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya fizika kabinələri, idman zalı, tibb məntəqəsi yeməkxana şagirdlərin istifadəsindədir. Liseyin şagirdləri respublika olimpiadasının, beynəlxalq Mendeleyev olimpiadasının, ABŞ-da keçirilənSabahın alimləribeynəlxalq müsabiqəsinin, ətraf mühitin mühafizəsi VII beynəlxalq layihə olimpiadasının qalibləri olmuşlar.

Bakı Dövlət Universiteti Azərbaycanı gücləndirəcək, dünyanı nurlandıracaq aydınlığın yalnız təhsil elmlə mümkün olduğunu bilir, dünya şöhrətli Azərbaycan şairi Nizami GəncəvininQüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməzsözünün işığında bəşəriyyətin elm təhsilinə töhvə verməkdə davam edir. Keçmişindən aldığı güc bu günün enerjisi ilə gələcəyin universiteti olmaq yolunda inamla addımlayır.

 

Leyla MƏMMƏDOVA,

 

Bakı Dövlət Universitetinin əməkdaşı

 

Xalq qəzeti.- 2014.- 23 aprel.- S. 5.